Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1766/2025 24.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X9 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X4 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi vəkili Vəkil2 Tanrıverdi oğlunun, Cavabdeh3 Nurəddin oğlunun və onun nümayəndəsi vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X2 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv olunması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-2423/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 Nurəddin oğlunun nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 384701 nömrəli xx.xx.1981-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X3-Bayramlı XDS İK-də xx.xx.1981-ci il tarixdə, 02 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar.
2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32-də mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.9 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X11 adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
3. “Elektron notariat” Avtomatlaşdırılmış Sistemindən xx.xx.2017-ci il tarixli çıxarışa əsasən etibar edən (mülkiyyətçi) X17 etibar edilən Cavabdeh2 adına verilmiş etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri, o cümlədən:almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti qiymətli kağızları, eləcədə sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, əvəzindən imza etməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlara, o cümlədən işi sülh yolu ilə qurtarmağa iddia tələblərini bütünluklə və ya qismən etiraf etmək, yahud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi iə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir.
4. xx.xx.2017-ci il tarixli İddiaçı tərəfindən yazılan ərizədən görünür ki, o, X15 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin öz mülahizəsinə uyğun istədiyi qiymət və şərtlərlə satılmasına heç bir etirazı yoxdur, mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. O, İddiaçı, bu ərizəni öz hərəkətlərinin əhəmiyyətini dərk edərək, hərəkətlərini idarə etmək imkanına malik olaraq, onun üçün əhəmiyyətli olan vəziyyəti anlayaraq, digər şəxslər tərəfindən psixi və ya fiziki təsir olmadan, həqiqi iradəsinə əsasən imza etmişdir
5. AZ-İ 939115 nömrəli xx.xx.2018-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2018-ci ildə ölmüşdür.
6. xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X17 əvəzinə Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32-də mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.9 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evini alıcı Cavabdeh3 50.000 manata satmışdır.
7. Eyni tələbə dair iddia ərizəsinin baxılmamış saxlanıldığı 2(125)-4031/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasının audio-video yazısından görünür ki, Cavabdeh3 izahatında bildirmişdir ki “İddiaçı məni tanımır, amma cavabdeh kimi məni yazıb. Evin alqı-satqısını edəndə Eyvazın vəfat etdiyini bilirdim. Orxan sonradan, alqı-satqıdan sonra demişdi ki, etibarnamə var, yiyəsi ölüb, problem yoxdu, mən etibarnməylə evi sata bilərəm.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona paylı mülkiyyət və qanun üzrə vərəsəlik hüququ əsasında məxsus olmuş Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mərhum əri X17 ilə (mərhum əri X11 əvəzindən cavabdeh X12) Cavabdeh3 Nurəddin oğlu arasında Gəncə şəhəri, 1 saylı Notariat Ofisində bağlanmış 11 oktyabr 2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh3 Nurəddin oğlunun adına mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onunla mərhum əri X17 birgə nikahda olduqları müddətdə 07 dekabr 2006-cı il tarixdə AN- İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən alıblar və həmin ev onların paylı mülkiyyətlərində olmuşdur. Həmin evi aldıqdan sonra birgə təsərrüfat quraraq yaşayıblar. Beləki, o, İddiaçı mərhum əri X17 ilə 03 fevral 1981-ci il tarixdə nikaha daxil olublar və onunla birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Sonradan onun - məlumatı olmadan mərhum əri X7 evlərinə dair etibarnamə vermişdir. Etibarnamənin verilməsinə səbəb isə onunla yaxından olan dostluq münasibətləri əsasında həyata keçirilibmiş. Həmin tarixdə həmçinin mərhum əri X6 Məmmədovun atasını və anasını da, həmin evə pasport qeydiyyatına düşməsinə razılıq vermişdir. Lakin, sonradan cavabdeh X12 mərhum ərinin vəfatından sonra mərhum əri tərəfindən onun adına verilmiş və qüvvədən düşmüş etibarnamə əsasında aralarında borc münasibətləri yaranmış iş üzrə digər cavabdeh və alqı-satqı müqaviləsinin tərəfi olmuş Cavabdeh3 Nurəddin oğlu ilə onun həm vərəsəlik qaydasında və həmçinin paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan evə dair alqısatqı müqaviləsi bağlamışlar. Bu barədə məlumatı, o, 2023-cü il tarixdə ərinin vəfatından sonra qanun üzrə vərəsəlik hüququ ilə bağlı sənədlərin rəsmiləşdirilməsinə başlamaq istəyərkən müəyyən etmişdir. Ona sonradan məlum olmuşdur ki, cavabdeh X12 ilə Cavabdeh3 Nurəddin oğlu arasında yaranmış borc münasibətinə əsasən, yəni onların arasında bağlanmış akta əsasən mərhum əri tərəfindən aldadılaraq alınmış etibarnamə əsasında hərəkət etmiş X12 razılaşmışlar ki, aralarında formal alqı-satqı müqaviləsi bağlayırlar, aralarında olan niyyətə əsasən evi Orxan Məmmədovun Cavabdeh3 satmaq niyyəti ilə deyil, sonuncu Orxana mal verərək işləməklə borcunu qaytarmalı və evin formal bağlanmış alqı-satqı müqaviləsi qaranti rolunu oynamışdır. Yekunda isə iş cavabdeh Gəncə şəhəri, 1 saylı Notariat Kontoru ərinin 2018-ci il tarixdə vəfat etməsini və onun adından cavabdeh Orxan Məmmədovun adına verilmiş etibarnamənin qüvvədən düşməsinə baxmayaraq mərhum ərinin adından cavabdeh X12 ilə digər Cavabdeh3 Nurəddin oğlu arasında 11 oktyabr 2023-cü il tarixdə AN-İ ******* nömrəli alqı-satqı müqaviləsini bağlamış və təsdiq etmişdir. Göründüyü kimi, hər 3 cavabdeh tərəfindən onun mülkiyyət hüququları pozulmuşdur. X12 ilə Cavabdeh3 Nurəddin oğlu onun mərhum ərinin vəfat etməsini bilmişlər və bu hər iki cavabdeh yaxın dost olmuşlar və hər zaman şərikli olaraq birgə ticarətlə məşğul olmuşlar.
10. Cavabdeh3 iddiaya etiraz verərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Orxanla onun arasında nə borc olub, nə qohumluq, tanışlıq əlaqəsi olmamışdır. O, qeyd olunan əmlakı görüb bəyənmiş və razılaşaraq Orxanla alğısatqı etmişlər. Əlavə olaraq qeyd edir ki, iddiaçının əri həmin əmlakı Orxana satmış və İddiaçı da notarial qaydada razılıq ərizəsi vermişdir. Orxanın hər-hansı hərəkətinə isə o, cavabdeh ola bilməz. O, bir vicdanlı alıcı kimi onların arasında yaranmış hər-hansı narazılıqlardan xəbəri olmamış, əmlakı bəyənərək razılaşma əsasında alğı-satqı yolu ilə mülkiyyət hüququ əldə etmişdir. X26 ölümündən xəbəri olmamışdır. Bundan başqa, eyni tələblə iddiaçı məhkəməyə müraciət etmiş, lakin iddiasını müdafiə etməyə tərəddüd etdiyinə görə məhkəmədə iştirak etməmiş və məhkəmə işə baxılmamış saxlaması barədə qərardad çıxarmışdır. Hazırda isə iddiaçının iş üzrə məhkəmə prosesində iştirak etmək zərurəti yarandığına görə məhkəməyə çağırılması barədə göstəriş verməyi xahiş edir. Bundan başqa, iş materiallarında olan sənədlərə əsasən X11 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2. sahə 32 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini X1 və buna dair etibarnamə verilmişdir. Eyvaz Rzayevin arvadı İddiaçı notarial qaydada təsdiq olunmuş ərizəylə torpaq sahəsinin və fərdi yaşayış evinin satılmasına etirazını bildirməmişdir. Daha sonra 2018-ci il tarixində Eyvaz Rzayev vəfat etmişdir. Bundan da Rasimin məlumatı olmamışdır. Cavabdeh3 2023-cü il tarixdə qeyd olunan əmlakı bəyənmiş qanuna müvafiq qaydada alğı-satqı etmişlər. Halbu ki, həmin müddətdə əmlakdan Orxan istifadə etmişdir. Bu illər ərzində də, iddiaçı əmlakın taleyi ilə maraqlanmamışdır. Bundan başqa Cavabdeh3 vicdanlı alıcı olaraq notarial qaydada evin alğı-satqısını həyata keçirmişdir, əmlaka dair hər-hansı problemlərlə üzləşəcəyini bilsəydi, alğı-satqı etməzdi. Bundan başqa İddiaçı əmlak tələbi ilə bağlı iki dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, iştirakı təmin olunmadığına görə ərizəsi baxılmamış saxlanılmışdır. Sual yaranır! Maraqlıdır ki, qeyd etdiklərinə görə həm nikah dövründə olan əmlak, həm də vərəsəlik qaydasında pay hüququ olan əmlaka dair nəyə görə bu qədər soyuq yanaşır? Həqiqətənmi İddiaçı əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir? İddiaçı Eyvaz Rzayevlə Orxan arasında alğı-satqı olarkən notarial qaydada ərizə vermiş oz razılığını bildirmişdir. Yəni öz iradə ifadəsini əks etdirmişdir. İndiyədək də, həmin əmlakla bağlı hərhansı iddia və tələbləri olmamışdır. Hazırda isə onlarda olan məlumata görə İddiaçı vəfat etmişdir. Bütün bu suallara cavab almaq üçün İddiaçı məhkəmə iclasında iştirak etməsi zəruri hesab olunur. Buna görə, İddiaçı məhkəmə iclasında iştirakı təmin olunmalıdır. Bundan başqa Cavabdeh3 vicdanlı alıcıdır. Dövlət orqanlarının verdiyi qərarlar və əməliyyatlar vətəndaşlar arasında inam yaradır. Ümumiyyətlə, məhkəmələr işə baxarkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almalıdır.
11. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2423/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın qismən təmin edilməsi, X17 və Cavabdeh3 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, borcun ödənilməsinə təminat qismində Cavabdeh2 mübahisəli evin Cavabdeh3 mülkiyyətinə keçməsi məqsədi olmadan sonuncunun adına rəsmiləşdirilməsi barədə alqısatqı müqaviləsi bağlanmış, birgə nikah dövründə əldə edilmiş ev mülkiyyətçi olan əri vəfat etdikdən sonra onun verdiyi etibarnamə əsasında Cavabdeh2 tərəfindən Cavabdeh3 mübahisələndirilən müqavilə əsasında özgəninkiləşdirilmişdir; Gəncə şəhəri 1 saylı Notariat Ofisi mülkiyyətçinin vəfat etməsini və bunun nəticəsində etibarnaməyə xitam verilməsini nəzərə almadan mübahisələndirilən müqaviləni bağlamışdır. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2007-ci il tarixdə adına qeydiyyata alınmış X11 verdiyi etibarnamə əsasında sonuncunun vəfatından sonra özgəninkiləşdirilmişdir. Lakin etibarnaməni vermiş şəxs öldüyü üçün təmsilçilik üçün verilmiş həmin yazılı vəkalətin hüquqi qüvvəsinə xitam verilmişdir. Eyni tələbə dair iddia ərizəsinin baxılmamış saxlanıldığı 2(125)-4031/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclası zamanı Cavabdeh3 izahatında mübahisəli evin alqı-satqısı zamanı mülkiyyətçinin vəfat etdiyini bildiyini və müqavilə bağlanandan sonra nümayəndə qismində əqdi imzalamış Cavabdeh2 onun adına verilmiş etibarnamə olduğu üçün müqavilə bağlaya biləcəyi bildirmişdi. Bundan başqa, Cavabdeh2 məhkəmə araşıdrması zamanı mübahisələndirilən müqavilə imzalananda mülkiyyətçinin vəfat etməsi barədə məlumatlı olduqlarını bildirmişdir. Belə olan halda, xitam verilmiş etibarnamə əsasında müqavilə imzalandığı barədə Cavabdeh3 və Cavabdeh2 xəbərdar olduqları müəyyən edilir. Beləliklə, mülkiyyətçi Eyvaz Rzayevin üçüncü şəxslər qarşısında təmsilçilik üçün Cavabdeh2 verdiyi və hüquqi qüvvəsinə xitam verilmiş etibarnamə əsasında müvafiq səlahiyyətlər olmadan sonuncu tərəfindən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Bununla yanaşı, qeyd olunanlara əsasən, Cavabdeh3 vicdanlı alıcı, dolayısıyla vicdanlı alıcı qismində hüquqlarının qorunmasına dair iddiaya etirazı əsaslı hesab edilə bilməz. Bundan başqa, mübahisələndirilən müqavilə üzrə notariat işinin tədqiqindən aydın olur ki, müqavilə bağlanan zaman X17 tərəfindən Gəncə “Asan xidmət” Mərkəzində Notariat Kontorunda Cavabdeh2 verilmiş etibarnamənin elektron notariat informasiya sistemində “təsdiq edilib” statusunda olduğu, habelə, təqdim edilmiş nikah şəhadətnaməsində qeyd edilmiş məlumatlara əsasən mülkiyyətçinin vətəndaşlıq vəziyyəti aktları bölməsində aparılmış yoxlanış nəticəsində ölüm akt qeydi aşkar edilmədiyi müəyyən olunur. Belə olan halda, Gəncə şəhəri 1 saylı Notariat Ofisi mübahisələndirilən müqaviləni təsdiqlədiyi zaman müvafiq sənədlərin qüvvəsini itirməsinə dair məlumatlı olması müəyyən olunmur. Bundan başqa, mübahisələndirilən müqavilə üzrə notariat işinin tədqiqindən aydın olur ki, müqavilə bağlanan zaman X17 tərəfindən Gəncə “Asan xidmət” Mərkəzində Notariat Kontorunda Cavabdeh2 verilmiş etibarnamənin elektron notariat informasiya sistemində “təsdiq edilib” statusunda olduğu, habelə, təqdim edilmiş nikah şəhadətnaməsində qeyd edilmiş məlumatlara əsasən mülkiyyətçinin vətəndaşlıq vəziyyəti aktları bölməsində aparılmış yoxlanış nəticəsində ölüm akt qeydi aşkar edilmədiyi müəyyən olunur. Belə olan halda, Gəncə şəhəri 1 saylı Notariat Ofisi mübahisələndirilən müqaviləni təsdiqlədiyi zaman müvafiq sənədlərin qüvvəsini itirməsinə dair məlumatlı olması müəyyən olunmur.
13. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 362.1, 362.2, 365.1, 365.1.1, 365.1.2, 365.1.3, 365.1.4, 365.1.5, 365.1.6, 365.1.7, 365.1.8, 366.1, 366.2, 366.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Gəncə Şəhər Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh3 onun vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsini iddianı təmin edərək X17 və Cavabdeh3 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab etmişdir. Məhkəmə qətnamə qəbul edərkən bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, işin hallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə ərizə verərək Gəncə şəhəri Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanda torpaq sahəsinə yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmədiyi, mülkiyyətçiyə qarşı heç bir tələbi olmadığını ifadə etmişdir. X18 (iddiaçının əri) eyni tarixdə, yəni xx.xx.2017-ci il tarixdə Cavabdeh2 daşınmaz əmlaka dair sərəncəm vermək hüquna dair etibarnamə vermişdir. Bundan sonra mübahisəli evdə cavabdeh X13 və onun ailə üzvləri yaşamağa başlamışdılar, həmin evə passport qeydiyyatına düşmüşdülər və evdə əsaslı təmir və tikinti işləri görməyə başlamışdılar. İşin faktiki halından görünür ki, iddiaçı və əri mübahisəli evi cavabdeh Orxan Mehdiyevə faktiki satmışdılar. Bir il sonra iddiaçının əri rəhmətə getmişdir. İddiaçı əri rəhmətə gedəndən sonra ərindən qalmış mirsla maraqlanmamışdır (Çunki həmin əmlakın satıldığını bilir). Yalnız cavabdeh Orxan Mehdiyev və Rasim Məmmədov arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra iddiaçının yadına miras əmlakı gəlmişdir. Cavabdeh nə iddiaçını, nə də onun ərini tanımırdı, Mehdiyev Orxan ona əmlakı nümayəndə qismində satdıqdan dərhal sonra məhkəmə mübahisələri başlamış və yalnız onda mülkiyyətçinin öldüyünü bilmişdir. Digər tərəfdən aldı-satqı Gəncə şəhər 1 saylı Notariat ofisində rəsmiləşdirilmişdir və notarisu tərəfindən Eyvaz Rzayevin ölməsi müəyyən olunmamışdır. Bu halı notarius bilmədiyi halda, alıcı hardan bilə bilərdi. Orxan alqı-satqı müqaviləsi bağlanan zaman mülkiyyətçinin öldüyünü alıcıya bildirməmişdir. Göstərilənlərə görə hesab etmişdir ki, Cavabdeh3 alqısatqı zamanı mülkiyyətçinin öldüyünü bilmədiyindən o, alqı-satqı üzrə vicdanlı əldə edən sayılır. Bu prosessual huquq normasını pozan məhkəmə sübutların düzgün, tam və hərtərəfli qiymətləndirməmişdir. Məhkəmə iclasına Cavabdeh2 iddianı qəbul etdiyini bildirmişdir. Çox marqlıdır ki, 2017-ci ildə faktiki almış olduğu evdə cavabdeh təmir tikinti işləri görmüşdür, hazırda da, həmin evdə yaşayan cavabdeh iddianı niyə qəbul etməlidir, axı iddianı qəbul etdiyi halda aldığı ev onun əlindən çıxacaqdır. Lakin cavabdeh bundan narahat deyil, çünki əmindir ki, həmin əmlakı İddiaçı yenidən ona satacaqdır. Bununla da, cavabdeh sübut edir ki, müqavilənin etibarzıslığında onun marağı vardır. Cavabdeh X27 Rzayevanı öyrədərək özü bu qurma oyunu firkiləşərək Cavabdeh3 maddi ziyan vurmaq məqsədi güdmüşdür. Beləliklə, Cavabdeh2 verdiyi izahatı digər Cavabdeh3 hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan onun izahatı sübut kimi qəbul olunmamalıdır. Məhkəmə Cavabdeh2 iddianı nə üçün qəbul etdiyini aydınlaşdırmamışdır. X27 Rzayevanı öyrədərək özü bu qurma oyunu firkiləşərək Cavabdeh3 maddi ziyan vurmaq məqsədi güddüyünü aydınlaşdırmamışdır. Bundan başqa, İddiaçı əri 2018-ci ildə vəfat etdiyi halda niyə bu müddət miras əmlakla maraqlanmamağını və yalnız alı-satqı müqaviləsi bağlandırdığı halda miras əmlakla maraqlandığını aydınlaşdımamışdır. Məhkəmədə Cavabdeh3 alqı-satqı müqaviləsi bağlanandək, mülkiyyətçinin öldüyünü bildiyini sübut edən hallar iş materiallarında yoxdur. xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasının audio-video yazısından görünür ki, Cavabdeh3 izahatında bildirmişdir ki, “İddiaçı onu tanımır, amma cavabdeh kimi onu yazmışdır. Evin alqı-satqısını edəndə Eyvazın vəfat etdiyini bilirmişdir. Orxan sonradan, alqı-satqıdan sonra demişdir ki, etibarnamə var, yiyəsi ölüb, problem yoxdu o, etibarnmə ilə evi sata bilər. ”Məhkəmə cavabdehin bu izahatı ilə mülkiyyətçinin öldüyü bilməsini əsaslandırmışdır. Lakin məhkəmə həmin izahatı tam araşdırmamışdır. Belə ki, izahatda Cavabdeh3 konkrek qeyd edir ki, Orxan alqı-satqıdan sonra ona mülkiyyətçinin öldüyünü demişdir. Vurğulamaq istəmişdir ki, aldıq-satqıdan qabaq Rasim evin problemli, konkret olaraq Orxana verilən etibarnamənin xitam olduğunu bilmiş olsaydı alqı-satqını arzulamazdır və alqı satqıda müəyyən olunmuş pulu ödəməzdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli evi əslində 220.000 manata almış, lakin, Orxan ona vergiyə çox pul tutulmasın deyə evin qiymətini sənədləşmə zamanı 50.000 manat yazdırmasını bildirmişdir. 170.000 manat evə görə nəğd şəkildə Orxana vermişdir. Alqı-satqı zamanı pulu depozitə o qoymuş Orxan götürmüşdür. Orxan ona evdən çıxması üçün vaxt verilməsin xahiş etmişdir. Alıq-satqı zamanı Eyvaz Rzayevin ölməsindən xəbəri olmamışdır. O, Cavabdeh2 evdən çıxmasını tələb edən zaman, Orxan ona evin mülkiyyətçisinin ölməsini və evdən çıxamayacağını bildirmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu və təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq isə, İddiaçı hazırki iddia tələbindən məlumatı olmadığını, məlumatı olsa belə Cavabdeh2 təzyiqi ilə hazırki iddianı qaldırdığını bildirmişdir.
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, mübahisəli evdə hazırda o ailəsi birlikdə yaşayır. Cavabdeh3 onları evdən çıxartmaq niyyətindədir. Mübahisəli ev onun mülkiyyətində olmamışdır. Onun Rasimə borcu olduğuna görə evi Cavabdeh3 adına rəsmiləşdirmişdir. Belə ki, o, Cavabdeh3 məhsul alaraq Rusiya Federasiyasına göndərmiş, nəticədə onun Rasimə borcu yaranmışdır. Hazırki mübahisəli evi isə Rasimə satmamış, sadəcə ona olan borcun təminatı kimi girov qoymuşdur. O, evi satarkən Cavabdeh3 evin mülkiyyətçisinin ölməsini bildirmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili Vəkil2 Tanrıverdi oğlu izahatında bildirmişdir ki, vicdanlı alıcıdan söhbət gedə bilməz. Şikayət əsassızdır. İddiaçının evi satmaq niyyəti yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Gəncə şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X5 izahatında, etibarnamə olduğu zaman araşdırma aparılmadığını, sistemdə 2017-ci ildə yazılmış razılıq ərizəsinin olmasını və alqı-satqını rəsmiləşdirən zaman həmin ərizəyə istinad etmələrini bildirmişdir. Daha sonra yenidən sistemdə yoxlama aparılmış və razılıq ərizəsinin qüvvədə olması müəyyən edilmişdir. Kollegiyanın suallarına cavab olaraq isə bildirmişdir ki, etibarnamə olduğu zaman əlavə yoxlama aparılmır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
22. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
23. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
26. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
28. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
29. Maddə 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması.
30. Maddə 567-ci. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
33. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
43. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2423/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
48. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, X17 xx.xx.2017-ci ildə Cavabdeh2 etibarnamə verərək onun adından bütün hərəkətləri etməyi etibar etmiş, bundan sonra X17 xx.xx.2018-ci ildə vəfat etmiş, bununla da etibarnaməyə xitam verilmişdir. Lakin həmin etibarnamənin xx.xx.2018-ci il tarixdə qüvvədən düşməsinə baxmayaraq, beş il sonra, yəni xx.xx.2023-cü il tarixdə həmin etibarnamə əsasında Cavabdeh2 mərhum X11 mülkiyyətində olmuş Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlamış, nəticədə həmin müqavilə etibarsız olmuşdur.
49. Kollegiya hesab edir ki, belə olan halda qüvvədən düşmüş etibarnamə üzrə bağlanmış alqı-satqı əqdi etibarsız əqdir. Belə ki, Mülki Məcəllədə əqd anlayışı belə göstərilmişdir ki, əqd iki və ya üç tərəfin iradəsinin ifadəsidir. Yəni əqdi bağlayanlar öz iradələrini yazılı qaydada tərtib edirlər. Mülki Məcəllənin müddəalarından da görünür ki, əqdi bağlayan mülkiyyətçinin özü və yaxud onun iradəsi ifadə edən şəxsdir. Lakin, şəxs öldükdən sonra onun iradəsindən kənar bağlanmış əqdlər etibarsız əqdlərdir. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
50. Həmin Məcəllənin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması halında etibarnamənin qüvvəsinə xitam verilir.
51. Göründüyü kimi, X11 xx.xx.2018-ci il tarixdə vəfat etməsi ilə onun xx.xx.2017-ci ildə Cavabdeh2 verdiyi etibarnamə qüvvədən düşmüş və həmin etibarnamə əsasında Cavabdeh2 xx.xx.2023-cü il tarixdə mərhum Eyvaz Rzayevə məxsus olmuş mübahisəli torpaq və fərdi yaşayış evinə dair bağladığı alqı-satqı müqaviləsi etibarsız olmuşdur.
52. Belə ki, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan ümumi etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.
53. Məhkəmə kollegiyası Cavabdeh3 vicdanlı alıcı olması ilə bağlı qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Çünki, qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli meyarlarla yanaşır. Yəni, qanunverici “vicdanlı sahib” və “vicdansız sahib” kateqoriyalarını fərqləndirir.
54. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərar).
55. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərar).
56. İş materiallarına əlavə edilmiş eyni tələbə dair iddia ərizəsinin baxılmamış saxlanıldığı 2(125)-4031/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasının audio-video yazısından görünür ki, Cavabdeh3 izahatında bildirmişdir ki “İddiaçı məni tanımır, amma cavabdeh kimi məni yazıb. Evin alqı-satqısını edəndə Eyvazın vəfat etdiyini bilirdim. Orxan sonradan, alqı-satqıdan sonra demişdi ki, etibarnamə var, yiyəsi ölüb, problem yoxdu, mən etibarnməylə evi sata bilərəm.” Göründüyü kimi, cavabdeh Rasim Mustafeyev qeyd olunan torpaq sahəsinə dair müvafiq alqı-satqı müqaviləsi bağlanmamışdan öncə mübahisəli olması barədə, yəni həmin torpaq sahəsinin mülkiyyətçisinin vəfat etdiyindən məlumatlı olması ehtimal olunur.
57. Məhkəmə kollegiyası Cavabdeh3 vicdanlı alıcı olması ilə bağlı əlavə olaraq qeyd edir ki, cavabdeh Rasim Mustafeyev mübahisəli fərdi yaşayış evini alarkən ev X11 mülkiyyətində olmuş və evin alqı-satqısı Cavabdeh2 xx.xx.2017-ci il tarixdə vermiş olduğu etibarnamə əsasında həyata keçirilmişdir. Həmçinin iddiaçının X11 arvadı kimi razılıq ərizəsi də, həmin tarixlərdə verilmişdir. Göründüyü kimi, evin mülkiyyətçisinin X17 olması, Cavabdeh2 verilmiş etibarnamənin 5 il əvvəl verilməsi nəzərə alınsa, cavabdeh Rasim Mustafeyev ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə mülkiyyətçinin kim olması və ona məxsus evi satıb-satmamasını araşdırmağa borclu idi. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh Rasim Mustafeyev həmin torpaq sahəsini vicdanla əldə etmiş şəxs hesab edilə bilməz.
58. Kollegiya İddiaçı hazırki iddia tələbindən məlumatı olmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan İddiaçı xx.xx.2025-ci il tarixdə yazılmış və Gəncə şəhər 6 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, apellyasiya şikayətini qəbul etmir, cavabdehlər heç bir razılaşma əldə etmədiyini və iddianı geri götürmək istəmədiyini bildirmişdir.
59. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi :
Gəncə Şəhər Məhkəməsinin 2(125)-2423/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 Nurəddin oğlunun nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2423/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.