Məhkəmə qərarları › İş №2(104)-1775/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1775/2023

26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1775/2023 26.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı X4 Cavabdeh qarşı iddia tələbi, Cavabdeh iddiaçı X6 qarşı qarşılıqlı iddia tələbi üzrə mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment məbləğinin artırılması, uşağın alınaraq ona verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı alimentin artırılması və müalicə xərci tələbinə dair ilk, Cavabdeh iddiaçı X6 qarşı uşağın cavabdehdən alınaraq ona verilməsinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(021)-308/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 673 saylı arayışdan görünür ki, X2 rayon Uğurbəyli kəndində yaşayır.

2. Tərtər rayon İcra Hakimiyyəti Başçısının Mamrılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 298 saylı arayışdan görünür ki, Cavabdeh Tərtər rayon Mamrılı kəndində yaşayır.

3. AZ-İV № 349704 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 oktyabr 2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X7r.

4. Bərdə rayon Məhkəməsinin 2(021)-450/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və X9 arasında 12 mart 2018-ci il tarixdə 01 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 03 oktyabr 2019-cu il təvəllüdlü X5 X4 himayəsində və yanında saxlanılması, 03 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, bir uşağa 130 (yüz otuz) manat məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi qət olunmuşdur.

5. Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, tərəflər arasında barışıq sazişi imzalanmamışdır.

6. 16.09.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı X9 tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir.

7. 18.10.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.

8. Bərdə rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə Aktdan görünür ki, X4 iştirakı ilə yaşadığı mənzildə həyat şəraitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, X4 yaşadığı ev onun nənəsinə məxsus xüsusi fərdi yaşayış evidir, birmərtəbəlidir, dörd otaqlıdır, orta təmirlidir, evin normal kommunal şəraiti vardır, həyətyanı torpaq sahəsi 16 sotdur. X3, onun uşağı 03 oktyabr 2019-cu il təvəllüdlü X10, atası və qardaşı yaşayırlar. Həmin evdə 03 oktyabr 2019-cu il təvəllüdlü X5 yaşayıb tərbiyə olunması və gələcəkdə təhsil alması üçün normal şərait vardır.

9. Bərdə rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə həyat şəraitinin müayinəsi barədə Aktdan görünür ki, Cavabdeh iştirakı ilə yaşadığı mənzildə həyat şəraitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh yaşadığı ev onun qardaşına məxsus xüsusi fərdi yaşayış evidir, birmərtəbəlidir, dörd otaqlıdır, orta təmirlidir, evin normal kommunal şəraiti vardır, həyətyanı torpaq sahəsi 14 sotdur. Evdə Cavabdeh , onun arvadı Leyla Verdiyeva və övladı Əli Şükürov yaşayırlar.

10. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, 03 oktyabr 2019-cu il təvəllüdlü X5 anası X4 himayəsində qalıb yaşamalar onun mənafeyinə uyğun, məqsədəmüvafiq və qanunamüvafiq hesab edilmişdir.

11. Tərtər rayon İcra Hakimiyyəti Başçısının Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, 03 oktyabr 2019-cu il təvəllüdlü X5 anası X4 himayəsində qalması məqsədəmüvafiq hesab edimişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı X9 Cavabdeh qarşı alimentin artırılması və müalicə xərci tələbinə dair ilk iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən azyaşlı uşağı xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Bərdə rayon məhkəməsinin 16 may 2021-ci il tarixli 2(021)-450/21 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 200 manat məbləğində alimentin və əlavə müalicə xərci kimi 50 manat pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İlk iddia tələbi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X11 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan 04 fevral 2012-ci il tarixdə Ceyhun adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrıldıqdan sonra azyaşlı uşaqlar onun yanında qalmışdır. Hazırda da uşaqlar onun yanında yaşayır. Əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, hazırda həmin məbləğ azyaşlı uşağı saxlamaq üçün yetərli deyildir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşağın qidalanması və geyimi ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Mövcud vəziyyətdə uşağını tək başına saxlaya bilmir.

14. Bundan sonra Cavabdeh iddiaçı X6 qarşı uşağın cavabdehdən alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ilk iddia tələbinin rədd olunması, birgə nikahdan anadan olmuş qızı X5 onun himayəsinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəmədə ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizə ilə müraciət etmişdir. Həmin iddia tələbinin heç bir hüququ əsası yoxdur. O, iddia tələbini qəbul etmir. Belə ki, o, İddiaçı ilə rəsmi olaraq 12 mart 2018-ci il tarixdə ailə qurub evlənmişlər. Birgə nikah dövründə 03 oktyabr 2019-cu il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. Uzun müddət ǝr-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların arasında olan münasibətlər pisləşməyə başlamış və Bərdə rayon Məhkəməsinin qətnaməsi ilə aralarında bağlanmış nikahları pozulmuşdur. Ayrıldıqları gündən azyaşlı övladı anası İddiaçı himayəsində qalmışdır. Hal-hazırda İddiaçı ona qarşı yenidən alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaxşı qazanc əldə etdiyini azyaşlı övladının saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat məbləğində aliment və əlavə müalicə xərcləri üçün 50 manat verə biləcəyini qeyd edir. Lakin iddiaçının iddia etdiyi məbləği o, hər ay ödəyə bilməyəcəkdir. Çünki aylıq gəliri sadəcə cəmi 130 manat alimenti ödəməyə kifayət edir. O, hal-hazırda yenidən ailə qurmuşdur. İddiaçı isə onun yeni ailə qurmağından məlumatı var və ona qərəzli olaraq iddia qaldırmışdır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Adına heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. Maddi imkanı isə olduqca çətindir. O, 03 oktyabr 2019-cu il təvəllüdlü X5 onun himayəsinə verilməsini istəyir. İddiaçı övladına normal şəraitdə baxmayacağı üçün o, övladının onun yanında qalmasını istəyir. İddiaçı psixoloji problemləri var və o övladına baxmır.

16. Bərdə Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(021)-308/2023 nömrəli qətnaməsi (hakim Qamət Əbilov) ilə ilk iddianın qismən təmin edilməsi, 03 oktyabr 2019cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-450/2021 saylı, 16 may 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 150 manat (bir yüz əlli) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq iddiaçı X4 xeyrinə ödənilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, ilk İddia tələbinin qalan hissədə təmin olunmaması, ilk iddia üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya X4 ödənməsi, aavabdeh, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh X6 qarşı uşağın cavabdehdən alınaraq ona verilməsi tələbinə dair qarşılqılı iddia tələbi təmin olunmaması, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir.

17. Məhkəmə iddianı qismən təmin edərkən onunla əsaslandırmışdır ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Həmçinin uşaqları saxlamaq hər iki valideyinin vəzifə olduğunu nəzərə alır. Məhkəmə heab etmişdir ki, Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan aliment dəyişdirilərək 03 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 150 manat (bir yüz əlli) manat məbləğində aliment X4 xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

18. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2, 49.3, 60.1, 60.2, 60.4, 75.1, 75.4, 76.2, 78.1 və 78.2-ci maddələrinə istinad etmiş, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 19-cu bəndlərinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 107, 119.1, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X9 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(021)-308/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh ona heç bir maddi yardım göstərmir. Cavabdehin maddi imkanı çox yüksəkdir və 220 manat ödəmə imkanına malikdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh oğli apellyasiya şikayətininin dəlillərini qismən əsaslı hesab edərək, alimentin 20 manat artırılmasına etiraz etməyərək, qalan hissədə şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. İş üzrə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, Məhkəmə Kollegiyasına teleqramma vuraraq apellyasiya şikayətinin təmin edilməsini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir . Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

25. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

26. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

27. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

28. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

29. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

30. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Konvensiya

31. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

32. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

33. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.

34. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

35. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu

36. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

40. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

44. Maddə 402.2 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

45. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

48. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddiaçı yalnız təyin edilmiş alimentin miqdarını mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(021)- 308/2023 nömrəli qətnaməsi mübahisələndirilən - 03 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-450/2021 saylı, 16 may 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 150 manat (bir yüz əlli) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq iddiaçı X4 xeyrinə ödənilməsi - hissəsində dəyişdirilməli, Bərdə rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(021)-450/2021 nömrəli qətnaməsi ilə Cavabdeh X4 qızının xeyrinə 03 oktyabr 2019-cu il təvəllüdlü X1 üçün hər ay tutulan alimentin miqdarının dəyişdirilərək 180 manat məbləğdə müəyyən edilməsi qət edilməlidir.

50. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 03 oktyabr 2019-cu il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Daha sonra ailədaxili narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Bərdə rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(021)-450/2021 nömrəli qətnaməsi ilə, Cavabdeh və X9 arasında 12 mart 2018-ci il tarixdə 01 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 03 oktyabr 2019-cu il təvəllüdlü X5 X4 himayəsində və yanında saxlanılması, 03 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, bir uşağa 130 (yüz otuz) manat məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Hazırda həmin məbləğdə aliment uşağın saxlanması üçün yetərli deyildir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmir, lakin alimentun miqdarının 20 manat artırılmasına etiraz etmir.

51. Yuxarıda sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda Aysu adlı uşaq üçün ödənilən 130 manat aliment, müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Aysu adlı uşağa təyin olunmuş alimentin miqdarı artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır.

52. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğininin artırılmasının mümkünlüyü barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarını düzgün müəyyən etməmişdir.

54. Məhkəmə kollegiyası, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 180 manat sabit pul məbləğində aliment müəyyən edilməsini onun mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir.

55. Uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi).

56. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır.

57. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 600 manat təşkil edir.

58. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(021)-308/2023 nömrəli qətnaməsi mübahisələndirilən - 03 oktyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-450/2021 saylı, 16 may 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 150 manat (bir yüz əlli) manat məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq iddiaçı X4 xeyrinə ödənilməsi - hissəsində dəyişdirilsin, bir uşağa görə hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin ilk iddia üzrə Cavabdeh tutularaq iddiaçı X6 verilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar