Məhkəmə qərarları › İş №2(104)-1782/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1782/2025

29.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1782/2025 29.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh X4 nümayəndəsi (vəkil) Nümayəndə2 və cavabdeh X12 iştirakı ilə, İddiaçı cavabdehlər X14, X5 və Ağstafa Rayon Notariat ofisinə qarşı 2V-1 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(015)-552/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(015)-552/2025 saylı qətnaməsi ilə (hakim H.Mürsəlova) iddia tələbinin təmin edilməməsi, İddiaçı cavabdehlər X14, X5 və Ağstafa Rayon Notariat ofisinə qarşı 2V-1 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 2(015)-552/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbi təmin olunmaqla xx.xx.2022-ci il tarixli, 2V-1 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsiə müraciət edərək, Ağstafa Rayon Notariat ofisi tərəfindən verilmiş 2V-1 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra həyat yoldaşı X7, övladları X15 və İddiaçı ibarət ailə üzvləri qalmışdır. İddiaçı Rusiya Federasiyasında yaşadığından atasının ölümündən sonra anası X5 etibarnamə vermişdir ki, sonuncunun hər hansı işi olarsa onun xeyrinə hərəkət etsin. Bundan sonra xx.xx.2021- ci il tarixdə cavabdeh (iddiaçının anası) X7 etibarnamə ilə öz xeyrinə istifadə etmiş, lakin birbaşa deyil ona verilmiş səlahiyyətləri digər cavabdeh (iddiaçının bacısı) X11 ötürmüşdür. Daha sonra X2 Rayon Notariat ofisinə müraciət edərək vərəsəlik işi açdırmış, bu zaman X15 etibarnamədən istifadə edərək X8 adından miras əmlakdan X4 xeyrinə imtina etmişdir. Nəticə olaraq, X7 etibarnamədən öz xeyrinə istifadə edərək X8 miras əmlakdan imtina etməsinə nail olmuş və miras əmlakı tam qəbul etmişdir. 2V-1 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7 ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 235.1 kv/m, yaşayış sahəsi 114.6 kv/m, yardımçı sahəsi 120.3 kv/m olan, 5 otaqlı fərdi yaşayış evindən və mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən tam pay almışdır. Ağstafa Rayon Notariat ofisinə vərəsəlik işinin tələb edilməsi barədə sorğu verildikdən sonra xx.xx.2024-cü il tarixli məktubla vərəsəlik işi ilə bağlı materiallar əldə edilmişdir. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, miras qoyan X13 xx.xx.2021-ci ildə vəfat etmişdir. Vərəsələr: həyat yoldaşı X7, övladları X19 və İddiaçıdur. İddiaçı ölkə xaricində yaşadığı üçün miras əmlakın onun adına rəsmiləşdirilməsi üçün anası Gülbəniz Abbasovanın təklifi əsasında xx.xx.2021-ci ildə anası Gülbəniz Abbasovaya “baş etibarnamə” vermiş, miras əmlakın adına həmin etibarnamədə vərəsəlik işlərini aparmaq səlahiyyətləri verilmişdir. xx.xx.2022-ci ildə Gülbəniz Abbasova ona vermiş səlahiyyətləri cavabdeh Xatirə Abbasovaya vermiş və həmin gün X21 Abbasovun adından notariusa ərizə verərək miras payından imtina etmiş, eyni vaxtda öz payından da imtina etmişdir; nəticədə həmin gün anası Gülbəniz Abbasovanın adına daşınmaz əmlaklar üzrə 2V-1 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Cavabdeh X7 ona verilmiş etibarnaməni öz xeyrinə istifadə etmişdir. İddiaçı vərəsəlik işinin materiallarını yalnız xx.xx.2024-cü il tarixli rəsmi cavabla əldə etmiş və bundan sonra məhkəməyə müraciət etmişdir. İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi faktından uzun müddət məlumatsız olmuş, yalnız vəziyyətdən şübhələndikdən sonra vəkilinə müraciət etmişdir. Vəkil kimi o, Ağstafa Rayon Notariat ofisinə sorğu göndərdikdən sonra xx.xx.2024-cü il tarixli cavab məktubu ilə vərəsəlik şəhadətnaməsi və vərəsəlik işi materiallarının mövcudluğu barədə məlumat əldə olunmuşdur. Bu hal MM-nin 1272-ci maddəsi mənasında kəsici müddətin başlanğıc anının məhz həmin tarixdən hesablanmasını şərtləndirir. İddiaçının hüquqlarının pozulmasını və bu barədə dəlilləri təqdim etməsinə baxmayaraq, məhkəmə tələbi əsassız hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında etibarnamənin məhz vərəsəlikdən imtina üçün verildiyini qeyd etmişdir. İddiaçı həqiqətən də vərəsəlik payından imtina etmək istəsə məhz notariusda vərəsəlikdən imtina barədə ərizə verərdi. Məhkəmə tərəfindən bu hal araşdırılmamışdr. Prosessual məsələlər və apellyasiya aşikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdeh X7 nümayəndə vasitəsilə təmsil olunsa da özü, İddiaçı və Ağstafa Rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi elektron ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, Ağstafa Rayon Notariat ofisinin notariusu məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X19 apellyasiya şikayətinə etiraz edərək göstərdi, ailə üzvləri ilə birlikdə Rusiyada yaşamışlar. Atasının Rusiyada iki evi olmuşdur. Atası həmin evlərdən birini elə əvvəldən iddiaçının adına almışdı. Digər ev isə atasının adında olmuşdur və onlar 2019-cu ildə Azərbaycana qayıdanda həmin evi öz adına sənədləşdirməsi üçün iddiaçıya etibarnamə vermişdilər. 2021-ci ildə atası vəfat etdikdən sonra iddiaçı Rusiyadan gəlmiş və yas məclislərində iştirak etmiş və atalarından qalan mirasın anaları tərəfindən öz adıan keçirilməsi üçün anasının adına etibarnamə verərək Rusiyaya getmişdir. Analarından qalan mirasın üçü yerə bölünməsi ilə bağlı hər hansı söhbət olmamışdır. Ona görə o, da notariat kontoruna ərizə ilə müraciət edərək atasından qalmış mirası qəbul etmədiyini bildirmişdir. İddiaçı Rusiyada həyat yoldaşı ilə sonradan nəsə fikirləşmiş və məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, şikayətin təmin edilməsinə etiraz etdiyini bildirdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(015)-552/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, X8 adına ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 235.1 kv/m, yaşayış sahəsi 114.6 kv/m, yardımçı sahəsi 120.3 kv/m olan, 5 otaqlı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmılakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008 olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu AB yaşayış sahəsi Günəşli qəsəbəsində 16 nömrəli 9 mərtəbəli binada yerləşən 2 otaqlı 61 nömrəli mənzil tam mülkiyyət hüququ ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 724 nömrəli reyestr kitabının 67879 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağstafa RİHB-nın Dağ Kəsəmən kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 914/g saylı aryışın təsdiq olunmuş surətindən görünür ki, X8 vəfatından sonra həyat yoldaşı X7, övladları X15 və İddiaçı ibarət ailə üzvləri qalmışdır. İş materiallarında olan Ağstafa Rayon Notariat ofisində xx.xx.2021-ci il tarixdə təsdiq olunmuş etibarnamədən görünür ki, İddiaçı onun adından bir sıra hüquqları, o cümlədən vərəsəlik işləri həyata keçirməyi, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi səlahiyyətlərini Gülbəniz Abbasovaya vermiş, sonuncu həmin etibarnamə üzrə səlahiyyəti etibar edilən 1 nəfər X14 ötürmüşdür. İş materiallarında olan X19 tərəfindən Ağstafa Rayon Notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2021-ci il tarixdə ölmüş atası X6 irs qalmış miras əmlakın ona çatası hissəsini qəbul etməmiş, etmir, gələcəkdə bu işlə bağlı iddia və tələbi olmayacaqdır. İş materiallarında olan İddiaçı adından X19 tərəfindən Ağstafa Rayon Notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ölmüş atası X6 irs qalmış miras əmlakın ona çatası hissəsini qəbul etməmiş, etmir, gələcəkdə bu işlə bağlı iddia və tələbi olmayacaqdır. İş materiallarında olan 2V-1 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Paşa Həsənəli oğlundan miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 235.1 kv/m, yaşayış sahəsi 114.6 kv/m, yardımçı sahəsi 120.3 kv/m olan, 5 otaqlı fərdi yaşayış evindən və 0,06 ha torpaq sahəsindən ibarət miras əmlakdan, həmçinin ünvan 4 ünvanda yerləşən 61 nömrəli mənzildən ibarət əmlakdan tam şəkildə pay almışdır. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi X16 xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə elektron qaydada ərizə ilə müraciət edərək İddiaçı tərəfindən Abbasova Gülbənizin adına verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş və 7E-2079 qeydiyyat nömrəsi ilə qeydə alınmış etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir (i.v.122). Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçının atası X13 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra birinci növbəli vərəsələri olaraq 3 nəfər - həyat yoldaşı X7, övladları X15 və İddiaçı qalmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasından gəlmiş və atasının yas mərasimində iştirak etmiş, xx.xx.2021-ci il tarixdə mirasın qəbul edilməsi və ya da mirasdan imtina edilməsi, miras əmlakla bağlı əqdlərin bağlanması və s. səlahiyyətlərin yerinı yetirilməsi üçün anası X5 notariat orqanında təsdiq edilmiş etibarnamə vermiş, xx.xx.2021-ci il tarixdə isə qayıdıb Rusiya Federasiyasına getmiş, hazırkı vaxtadək orada yaşayır. X8 xx.xx.2021-ci il tarixdə ölümündən sonra ünvan 1i ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 235.1 kv/m, yaşayış sahəsi 114.6 kv/m, yardımçı sahəsi 120.3 kv/m olan, 5 otaqlı fərdi yaşayış evi, ünvan 4 ünvanda yerləşən 61 nömrəli mənzildən ibarət iki daşınmaz əmlak miras qalmışdır. X7 xx.xx.2021-ci il tarixdə Ağstafa rayonunda Notariat ofisinə müraciət edərək əri X8 ölməsi ilə qalmış mirası qəbul etməsinə dair ərizə vermiş, həmin gün eyni zamanda miras qoyanın qızı X15 ərizə ilə müraciət edərək atasından qalmış mirası qəbul etmədiyini və qəbul etməyəcəyini bildirmiş, yəni mirasın qəbulundan imtina etmişdir. X7 həmin gün etibar edilmiş etibar etmə qaydasında iddiaçının ona verdiyi səlahiyyətləri qızı X11 ötürmüşdür. Sonuncu xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi kimi onun adından ərizə ilə notariat orqanına müraciət edərək atası xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 qalmış mirası qəbul etmədiyini və qəbul etməyəcəyini, mirasdan imtina etdiyini bildirmiş, həmin gün X6 qalmış miras əmlaka bütövlükdə mərhumun arvadı X4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi X16 xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə elektron qaydada ərizə ilə müraciət edərək İddiaçı tərəfindən Abbasova Gülbənizin adına xx.xx.2021-ci il tarixdə verilmiş və 7E-2079 qeydiyyat nömrəsi ilə qeydə alınmış etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmiş, sonradan vəkil Nümayəndə1 verdiyi xx.xx.2024-cü il tarixli etibarnamə əsasında sonuncu, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandımışdır ki X13 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra Abbasov X18 Rayon Notariat ofisində xx.xx.2021-ci il tarixdə etibarnamə verərərək onun adından bir sıra hüquqları, o cümlədən vərəsəlik işləri həyata keçirməyi, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi səlahiyyətlərini Güllbəniz Abbasovya ötürmüş, həmin etibarnamə üzrə isə etibar edilən 1 nəfər X14 vermişdir. Həmin etibarnamə əsasında İddiaçı və öz adından miras əmlakın onlara çatası hissəsindən imtina etmişlər. Bundan sonra X3 Həbib Paşa oğlundan miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 235.1 kv/m, yaşayış sahəsi 114.6 kv/m, yardımçı sahəsi 120.3 kv/m olan, 5 otaqlı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə, həmçinin ünvan 4 ünvanda yerləşən 61 nömrəli mənzilə dair 2V-1 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi almışdır. İş üzrə iddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində olan etibarnaməni miras açıldıqdan üç ay sonra vermiş, mübahisəni isə mirasın qəbulundan imtina edilməsi barəsində mübahisəni isə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində olan etibarnaməni verdikdən üç ildən artıq müddət keçdikdən sonra açmışdır. Həmin hal isə ona əsas verir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan iddia müddəti ötürülmüşdür. Həmin müddət kəsici müddət olduğundan məhkəmənin öz təşəbbüsü ilə tətbiq edilərək iddiaçının tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Abbasov X18 Rayon Notariat ofisində xx.xx.2021ci il tarixdə etibarnamə verərək onun adından bir sıra hüquqları, o cümlədən vərəsəlik işləri həyata keçirmək, mirası qəbul etmək və yaxud ondan imtina etmək səlahiyyətlərini Güllbəniz Abbasovaya vermiş, sonuncu həmin etibarnamə üzrə ona verilmiş səlahiyyəti xx.xx.2021-ci il tarixdə X14 ötürmüşdür. Həmin etibarnamədə mirasdan nümayəndə vasitəsilə imtina tapşırıqda (etibarnamədə) imtina səlahiyyətinin xüsusi nəzərdə tutulmuşdur. Qeyd edilən etibarnamə əsasında İddiaçı adından X19 Ağstafa Rayon Notariat ofisinə xx.xx.2022-ci il tarixli ərizə verərək göstərmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ölmüş atası X6 irs qalmış miras əmlakın ona çatası hissəsini qəbul etməmiş, etmir, gələcəkdə bu işlə bağlı iddia və tələbi olmayacaqdır. Bundan sonra X3 Həbib Paşa oğlundan miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 235.1 kv/m, yaşayış sahəsi 114.6 kv/m, yardımçı sahəsi 120.3 kv/m olan, 5 otaqlı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə, həmçinin ünvan 4 ünvanda yerləşən 61 nömrəli mənzilə dair 2V-1 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Bundan sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi X16 xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə elektron qaydada ərizə ilə müraciət edərək İddiaçı tərəfindən Abbasova Gülbənizin adına xx.xx.2021-ci il tarixdə verilmiş və 7E-2079 qeydiyyat nömrəsi ilə qeydə alınmış etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili kimi Nümayəndə1 iddia ərizəsinə iddiaçı tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməni və xx.xx.2025-ci il tarixli vəkil orderini əlavə etmiş olsa da, Nümayəndə1 hələ xx.xx.2024-cü il tarixdən iddiaçının vəkili kimi sənədlərin toplanması ilə məşğul olmuşdur ki, bu da iddiaçının anası tərəfindən mirası öz adına keçirməsini hələ 2022-ci ildən (anasına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etdiyi vaxtdan) bildiyini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi ilə bağlı qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən iddiaçının məlumatı olmuş, lakin bununla belə həmin sənədi 3 ildən sonra, Mülki Məcəllənin 1272-ci maddəsi ilə müəyyən edilmiş iki aylıq müddəti ötürməklə mübahisələndirdiyinə görə birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddiaçı vərəsəlik işinin materiallarını yalnız xx.xx.2024-cü il tarixli rəsmi cavabla əldə etmiş və bundan sonra məhkəməyə müraciət etmişdir, vərəsəlik şəhadətnaməsinin verilməsi faktından uzun müddət məlumatsız olmuş, yalnız vəziyyətdən şübhələndikdən sonra vəkilinə müraciət etmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız sayır. Ona görə ki, iş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə “elektron notariat” AİS vasitəsi ilə müraciət edərək anası Abbasova Gülbənizin adına xx.xx.2021-ci il tarixdə verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmiş, daha sonra isə vəkilə məhkəmə mübahisəsinin açılması ilə bağlı etibarnamə vermişdir. 2V-1 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli vərəsəlik işinə dair sənədlərin surətləri iddiaçının nümayəndəsinə xx.xx.2024-cü il tarixli məktubla təqdim olunmuş olsa da, sonuncu iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir, yəni qanunvericiliklə müəyyən edilmiş müddəti bu halda da buraxmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə işin həqiqi hallarına uyğundur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(015)-552/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.1, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tаrixli, 2(015)-552/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar