Məhkəmə qərarları › İş №2(104)-18/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-18/2023

27.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-18/2023 27.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X52 və qarşılıqlı iddia üzrə cavabdeh X21 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(076)-3685/2018 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X22 və X40 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Notariat Kontorunda bağlanmış 17 may 2016-cı il tarixli, 4Ə-524 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2018-ci il tarixli, **********69-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk İddiaçı, cavabdehlər X33, X16, X34, X35 və X23 qarşı fərdi yaşayış evi və torpaq sahəsinə köçürülmə, fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 74.7 kv.m olan, .2583 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə köçürülməsinə, cavabdehlər X21, X8, X24, X25 və X19 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 74.7 kv.m olan, 2583 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(076)-3685/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mustafa Mustafayev) ilkin İddiaçı Cavabdeh qarşı 4Ə- 524 reyestr nömrəli, 17 may 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2018-ci il tarixli, **********69-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 74.7 kv.m olan, 0.2583 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə köçürülməsi və cavabdehlər X22 və X19 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 74.7 kv.m olan, 0.2583 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, qarşıqlılı iddianın qalan hissəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X22 və X40 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(076)-3685/2018 saylı qətnaməsinin ləğv edilməsini , ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk iddianı rədd edərkən iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldıranda cavabdeh hələ bağışlanmış əmlakla bağlı hüquqlarını DƏDRX-də qeydə aldırmamışdır. Məhkəmə baxışının gedişində cavabdeh X44 bağşlama müqaviləsini DƏDRX-ə təqdim edib, müvafiq Çıxarış almışdır. Eyni zamanda bağışlama müqaviləsini o, şərtlə bağlamışdır. Həmin müqavilənin əvəzi olaraq cavabdeh onun bütün maddi ehtiyaclarını ödəməli, qayğısını çəkməli idi. Cavabdeh isə vədinə əməl etməmişdir. Buna görə də, həmin müqavilə etibarsız hesab olunmalıdır. Həmçinin məhkəmə cavabdehlər X22 və X19 mübahisəli mülkdən çıxarılmasına qərar verərkən maddi hüquq normalarını pozmuşdur. Belə ki, X6 Namazalıyevin arvadı, Kamran Alik oğlu isə Alik Namazalıyevin oğludur. Hansı ki, X44 mübahisəli mülkün və mülkün yerləşdiyi həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçisidir. Belə ki, cavabdeh Xalıq Namazalıyevin adına tərtib olunmuş mübahisəli mülkə dair X51 3/24 hissədə, mülkdə isə 1/10 hissədə payçı olduğundan, məhkəmənin həmin şəxslərin evdən çıxarmasına dair qərar verməsi həm maddi, həm də prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda Alik Namazalıyevin mülkiyyətdən məhrum olması kimi qiymətləndirilməlidir. İlk iddia üzrə Cavabdeh Alik Namazalıyevin doğma qardaşıdır. Onların atası X7 20 oktyabr 2009-cu ildə vəfat etmişdir. Şəmkir Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli, 2(076)-295/2010-cu il tarixli qətnaməsi ilə X9 qalan miras əmlaka, həyətyanı torpaq sahəsinə, fərdi yaşayış evinə və pay torpaq sahəsinə vəsiyyət üzrə vərəsə tanınmışdır. Mərhum əri Mədət Namazalıyevdən qalmış mirasla bağlı Şəmkir rayon Notariat Kontorunda Alik Namazalıyevin adına vəsiyyət üzrə vəsərəslik haqqında Şəhadətnamə tərtib olunmuş, qeyd olunan miras əmlaklardan 15/24 hissədə Alik Namazalıyev pay almışdır. X9 qalmış miras fərdi yaşayış evinin1/10 hissəsinə isə qanun üzrə vərəsə tanınıb və həmin miras əmlakla bağlı Alik Namazalıyevin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunmuşdur. Alik Namazalıyev həmin payını qeydə alıdırmadığı üçün Cavabdeh adına tərtib olunmuş mülkiyyət hüququna dair Çıxarışda onun payı açıq saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)- 1625/2019 saylı qərardadı ilə ilkin İddiaçı Cavabdeh qarşı 4Ə-524 reyestr nömrəli, 17 may 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2018-ci il tarixli, **********69-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk İddiaçı, cavabdehlər X33, X16, X34, X35 və X23 qarşı fərdi yaşayış evi və torpaq sahəsinə köçürülmə, fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraat Şəmkir Rayon Məhkəməsinin icraatında olan iddiaçı X21 Cavabdeh və qeyrisinə qarşı çıxarışın qismən ləğv edilməsi tələbinə dair mülki iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəyə minənədək dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 18/2023 saylı qərardadı ilə işin icraatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldığı üçün hazırkı iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X64 apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(076)-3685/2018 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə cavabdeh X44 apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Şükufə onun anası, Xaliq isə qardaşıdır. Xaliq Rusiya vətəndaşıdır. Anası Şükufə hazırda onunla yaşayır. X74 vəkili X52 izahatı ilə razıdır.Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(076)-3685/2018 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə cavabdehlər X33, X16, X34, X35 və X23 işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə müvafiq olaraq, işə məhkəmə kollegiyasının iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasıı mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(076)-3685/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X22 və X40 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(076)- 3685/2018 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etsələr də, onlar şikayətin dəlillərində qətnamənin ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın qismən təmin edilmiş hissələrini mübahisələndirmişlər. Qarşılıqlı iddianın təmin edilməyən hisəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prоsessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılы olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş: Şəmkir rayon notariat kontorundan götürülmüş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2016-cı il tarixli, 4Ə-524 saylı reyestrlə qeydə alınmış notariat işində olan doğum haqqında arayışlardan görünür ki, X17 ilə İddiaçı birgə nikahlarından 27 mart 1959-cu ildə Müzadil oğlu, 18 sentyabr 1960-cı ildə Mahizər, 20 may 1962-ci ildə Maxmənzər, 17 yanvar 1966-cı ildə Xaliq, 01 dekabr 1968-ci ildə Zülfiyyə, 01 dekabr 1971-ci ildə Ülfət və 04 iyul 1974-cü ildə Şahizər adlı uşaqları doğulmuşdur. Həmin notariat işində olan xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evi və 0.2583 ha olan torpaq sahəsi İddiaçı, X26, X27, X10, X4, X41 və X28 ümumi birgə mülkiyyətinə verilmiş, torpaq sahəsinin 3/24 hissəsi isə açıq saxlanılmışdır. Şəmkir rayon 1 saylı Notariat Kontorunda tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-524 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı, X45, X46, X29, X11, X59 və X47 xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********2-10301 reyestr nömrəli Çıxarış əsasında birgə mülkiyyət üzrə ünvan 2 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evinin onlara düşən hissəsini nümayəndələri X26 vasitəsilə Cavabdeh bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsinin 21/24 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmiş və torpaq sahəsinin 3/24 hissəsi açıq saxlanılmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(104)- 2007/2022 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddaçı X21 cavabdehlər Cavabdeh, X45, X46, İddiaçı, X29, X12, X59, X47, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi və üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X44 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 2(076)- 56/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X44 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 2(076)-56/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2022-ci il tarixli, 2- 1(104)-437/2022 saylı qərarından görünür ki, iddiaçı X21 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “iddiaçıya mərhum atasından miras qalmış, Şəmkir rayon Ağlavaşlı kəndində yerləşən fərdi yaşayış evinin 1/10 hissəsinə və həyətyanı torpaq sahəsinin 15/24 hissəsinə hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-118/2022 saylı qərarından iddiaçı X44 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-118/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli, seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evi və 0.2583 ha olan torpaq sahəsinin 21/24 hissəsi İddiaçı, X26, X27, X10, X4, X41 və X28 ümumi birgə mülkiyyətinə verilmiş, torpaq sahəsinin 3/24 hissəsi isə açıq saxlanılmışdır. İddiaçı, X45, X46, X29, X11, X59 və X47 birgə mülkiyyət üzrə ünvan 2 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsinin onlara düşən hissəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evini nümayəndələri X26 vasitəsilə xx.xx.2016-cı il tarixli, 4Ə-524 saylı reyestrlə qeydə alınmış daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlamışlar. xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsinin 21/24 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmiş və torpaq sahəsinin 3/24 hissəsi açıq saxlanılmışdır. Cavabdehlər X44, X22, X48, X49 və X40 xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsinin 21/24 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evində yaşayırlar və qarşılıqlı iddiaçı Cavabdeh məxsus evdən çıxmaqdan imtina edirlər. Ona görə də, qarşılıqlı iddiaçı Cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış evindən, torpaq sahəsindən çıxarılması, özünün isə həmin torpaq sahəsinə və fərdi yaşayış evinə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı qismən təmin edərkən, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, müqavilənin etibarsızlığı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-350-ci maddələrində nəzərdə tutulmuşdur ki, iddia ərizəsində nəzərdə tutulmuş hədiyyəni qəbul edən şəxsin bağışlama müqaviləsi müqabilində hədiyyə verən şəxsin qayğısına qalmaması və bütün ehtiyaclarını ödəməməsi əqdin etibarsızlığı əsaslarında nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, ilk iddia əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə hesab edir ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehlər X8 və X19 yaşadığı fərdi yaşayış evi qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətindədir. Digər cavabdehlər X44, X48 və X49 özlərinə məxsus evdə yaşayırlar və qarşılıqlı iddiaçı Cavabdeh həmin cavabdehlərin ona məxsus evdə yaşamasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Yeganə Namazalıyevanın və Kamran Namazalıyevin başqasının mülkiyyətində olan evdə yaşaması və çıxmaqdan imtina etməsi əsaslı sayıla bilməz. Çünki, istənilən hər bir halda cavabdehlərin ünvan 2 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsində və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evində yaşamaqları mülkiyyətçinin ona məxsus yaşayış sahəsindən istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsi nəticəsində hədiyyə alan zənginləşmə sayəsində bağışlayana (hədiyyə verənə) heç bir cavab xidməti vermək öhdəliyi daşımır. Digər tərəfdən, tərəflər arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda 4Ə-524 sayla təsdiq edilmiş 17 may 2016-cı il tarixli bağışlama müqaviləsindən görünür ki, o, hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək özünə məxsus əmlakı cavabdehə bağışlamışdır. Bu isə bağışlama müqaviləsinin iddiaçının razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmasına dəlalət etməklə, müqavilənin bağlanması zamanı hər hansı aldatmanın olmasını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, bağışlama müqaviləsinin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bağışlama müqaviləsi bağlanılarkən qanunvericiliyin tələblərinə əməl edilmiş və heç bir pozuntuya yol verilməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış qeyd olunan müqavilə əsasında Cavabdeh adına qanuni şəkildə verilmişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X22 və X40 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehlər X22 və X19 mübahisəli mülkdən çıxarılmasına qərar verərkən maddi hüquq normalarını pozmuşdur. Belə ki, X6 Namazalıyevin arvadı, Kamran Alik oğlu isə Alik Namazalıyevin oğludur. X44 mübahisəli mülkün və mülkün yerləşdiyi həyətyanı torpaq sahəsini paylı mülkiyyətçisidir. Belə ki, cavabdeh Xalıq Namazalıyevin adına tərtib olunmuş mübahisəli mülkə dair X51 3/24 hissədə, mülkdə isə 1/10 hissədə payçı olduğundan, məhkəmənin həmin şəxslərin evdən çıxarmasına dair qərar verməsi həm maddi, həm də prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda Alik Namazalıyevin mülkiyyətdən məhrum olması kimi qiymətləndirilməlidir. İlk iddia üzrə Cavabdeh Alik Namazalıyevin doğma qardaşıdır. Onların atası X7 20 oktyabr 2009-cu ildə vəfat etmişdir. Şəmkir Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli, 2(076)-295/2010-cu il tarixli qətnaməsi ilə X9 qalan miras əmlaka, həyətyanı torpaq sahəsinə, fərdi yaşayış evinə və pay torpaq sahəsinə vəsiyyət üzrə vərəsə tanınıb. Mərhum əri Mədət Namazalıyevdən qalmış mirasla bağlı Şəmkir rayon Notariat Kontorunda Alik Namazalıyevin adına vəsiyyət üzrə vəsərəslik haqqında Şəhadətnamə tərtib olunmuş, qeyd olunan miras əmlaklardan 15/24 hissədə Alik Namazalıyev pay almışdır. X9 qalmış miras fərdi yaşayış evinin1/10 hissəsinə isə qanun üzrə vərəsə tanınıb və həmin miras əmlakla bağlı Alik Namazalıyevin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunmuşdur. Alik Namazalıyev həmin payını qeydə alıdırmadığı üçün Cavabdeh adına tərtib olunmuş mülkiyyət hüququna dair Çıxarışda onun payı açıq saxlanmışdır. Cavabdehin həmin apellyasiya dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(104)- 2007/2022 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddaçı X21 cavabdehlər Cavabdeh, X45, X46, İddiaçı, X29, X12, X59, X47, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi və üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X44 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 2(076)-56/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X44 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 2(076)- 56/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, 01 dekabr 2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, X2 ünvan 3 ünvanında 0,50 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 74,7 kvm. ibarət “A” literli fərdi yaşayış evi miras qalmış və miras əmlaka miras qoyanın arvadı İddiaçı, övladları-X42, X30, X46, X1 Məxmənzər Mədət qızı, X47, X59 və X69 vərəsə tanınmışlar. Miras qalmış fərdi yaşayış evi 1/10 hissədə isə açıq saxlanılmışdır. 08 dekabr 2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Serya MA ******* nömrəli çıxarış əsasında miras əmlaka dair X50, X46, X31, X11, İddiaçı Mədət qızı, X59 və X28 adına “A” literli fərdi yaşayış evınə daiq hər birinin 1/10, torpaq sahəsinə 1/24 hissədə, X13 adına “A” leterli fərdi yaşayış evinə 1/10, “B” literliyə isə bütöv, torpaq sahəsinə 1/24 hissə, X20 adına isə “A” literli fərdi yaşayış evinə 1/10 hissə, “C” literliyə bütöv, torpaq sahisənə isə 1/24 hissə qeydə alınmışdır. Qeyd olunan çıxarış X44 tərəfindən mübahisələndirilsədə, lakin sonuncunun iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli 2- 1(485/2021-ci il tarixli qərarı ilə mümkün sayılmamışdır. 06 may 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Serya RX ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsi (3/24 açıq saxlanılmışdır) və fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında X31, X53, X47, X59, X45, X14 və X5 adına qeydə alınmışdır. 17 may 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən X45, X53, X15, X31, X14, X59 və X47 ümumi paylı mülkiyyətlərində olan ünvan 3 ünvanında 0,2583 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 74,7 kvm. ibarət fərdi yaşayış evini (torpaq sahəsi ilə birlikdə) X54 bağışlamışlar. Göründüyü kimi bağışlanılan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi həmin vaxt çıxarış əsasında X45, X53, X15, X31, X14, X59 və X28 ümumi paylı mülkiyyətlərində olmuşdur. Beləliklə, müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsinin 21/24 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evi tam olaraq Cavabdeh mülkiyyətinə verilmiş, torpaq sahəsinin 3/24 hissəsi açıq saxlanılmış, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Bu isə o deməkdir ki, mübahisə edilən fərdi yaşayış evinin hər hansı hissəsi üzərində qarşılıqlı iddia üzrə X3 heç bir mülkiyyət payı və hüququ yoxdur. Miras torpaq sahəsində Alik Namazalıyevin 15/24 hissədə, miras fərdi yaşayış evinin isə 1/10 hissədə payı olmasına dair ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X22 və X19 apellyasiya dəlilləri tam əsassızdir. Yuxarıda qeyd edildiyi kimi, Şəmkir Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 2(076)-56/2022 nömrəli qətnaməsini dəyişdirmədən saxlayan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(104)-2007/2022 saylı qətnaməsi ilə müəyyən olunur ki, X21 yaşayış evinin yerləşdiyi torpaq sahəsində payı 3/24 hissədədir, evdə isə payı yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdehlər X22 digər X3 arvadı, X40 isə oğludur. X3 ayrıca yaşayış evi vardır. Onun deməsinə görə arvadı Yeganə və oğlu Kamran anası Şükufəyə qulluq etmək üçün mübahisə edilən evdə yaşayırlar. Göründüyü kimi, həmin cavabdehlər mübahisəli yaşayış evinin mülkiyyətçisinin iradəsinə zidd olaraq həmin evdə yaşayırlar. Ona görə də, birinci instansiya məhkəməsi onların həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmasına dair də düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(076)-3685/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393, 402-407 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X22 və X19 apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(076)-3685/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar