Məhkəmə qərarları › İş №2(104)-1803/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1803/2024

15.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1803/2024 15.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1rşı “cərimə məbləğinin azaldılması” tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(021)-246/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ İddiaçı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 4017.60 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(021)-246/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X1rşı “cərimə məbləğinin azaldılaraq silinməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 246/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti geri qaytarılmışdır. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, o, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(021)- 246/2023 saylı qətnaməsindən narazı olduğu üçün apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti düzgün tərtib olunmadığına görə geri qaytarmışdır. Hazırda apelyasiya şikayətinin verilməsi müddəti ondan asılı olmayan səbəblərdən ötürülmüşdür. Buna görə də, apellyasiya şikayəti verilməsi üçün müddəti bərpa etməklə, mülki işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 22 fevral 2024-cü il tarixli qərardadı ilə Bərdə Rаyоn Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(021)-246/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prоsessuаl müddət bərpа edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 22 fevral 2024-cü il tarixli qərardadından İddiaçı şikayət, eyni zamanda şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 03 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelaysiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Bərdə rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 22 fevral 2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı 2(021)-246/2023 saylı, 03 iyul 2024-cü il tarixli qərardadı qismən ləğv edilməli və İddiaçı tərəfindən Bərdə Rayon Məhkəməsinin 2(021)- 246/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş həmin məhkəməyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan (səhifə 162) İddiaçı tərəfindən Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 22 fevral 2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edilərək, qərarı 10 mart 2024-cü il tarixdə aldığını, lakin elektron məhkəmə sistemində problem olduğu üçün şikayətinin təsdiq olunmadığını, bayram günləri ilə əlaqədar elektron məhkəmə sisteminin işləmədiyi üçün nəticədə şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürdüyünü bildirərək, şikayəti verilməsi üçün müddəti bərpa edilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 22 fevral 2024-cü il tarixli qərardadı ilə Bərdə Rаyоn Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(021)-246/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prоsessuаl müddət bərpа edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 22 fevral 2024-cü il tarixli qərardadı İddiaçı ünvanına göndərilmiş, qərardad xx.xx.2024-cü il tarixdə iddiaçı “İddiaçı” tərəfindən poçt xəbərnaməsinə imza etməklə qəbul edilmişdir. Bundan sonra həmin qərardaddan narazı qalan iddiaçı, xx.xx.2024 tarixdə həmin qərardaddan şikayət verməklə yanaşı şikayətin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi məsələsinə münasibət bildirmədən, iddiaçı tərəfindən Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 22 fevral 2024-cü il tarixli qərardadından verilmiş şikayətə baxaraq, şikayəti təmin etməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəni təmin etməməsini onunla əsaslandırmışdır ki, iddiaçı müddəti üzürlü səbəbdən ötürdüyünü bildirsə də, məhkəməyə bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir və qətnamənin qəbul edildiyi tarixdən xeyli müddət keçmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəbdən ötürülmüşdür. Lakin iş materiallarından görünür ki, İddiaçı apellyasiya şikayətini müddəti ötürməməklə versə də, apellyasiya şikayəti düzgün tərtib olunmadığına görə Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qərardadı ilə geri qaytarmışdır. Həmin qəradadın iddiaçıya göndərilməsi barədə iş materiallarında məktub və reyestr olsa da, iddiaçıya rəsmi qaydada təqdim edilməsini təsdiqləyən sənəd iş materiallarında müəyyən olunmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə müddətin bərpası barədə ərizə vermiş və ərizəyə apellyasiya şikayətini əlavə etmişdir. Halbuki, iddiaçının apellyasiya şikayətinin ilk dəfə vaxtında verilməsi, daha sonra isə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı aldıqdan sonra nöqsanları aradan qaldıraraq yenidən şikayət verməsi onun apellyasiya şikayəti vermək niyyətinin olmasını sübut etməkdədir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpasından imtina etməklə düzgün nəticəyə gəlməmişdir. Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buna görə də, Bərdə rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 22 fevral 2024-cü il tarixli qərardadı tam və həmin qərardadla bağlı 2(021)-246/2023 saylı, 03 iyul 2024-cü il tarixli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və İddiaçı tərəfindən Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 26 sentyabr 2023cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş həmin məhkəməyə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 269, 360, 363 və 364 -cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Bərdə rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 22 fevral 2024-cü il tarixli qərardadı tam və həmin qərardadla bağlı 2(021)-246/2023 saylı, 03 iyul 2024-cü il tarixli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı tərəfindən Bərdə Rayon Məhkəməsinin 2(021)-246/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar