Məhkəmə qərarları › İş №2(104)-1809/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1809/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1809/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi, hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəmkir Rayon Мəhkəməsinin 2(076)-832/23 saylı mülki iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qət etdi: İşin halları

1. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1303.2 manat ödənilməmiş hissə, 130 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1052.8 manat ödənilməmiş hissə, 105 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 406.7 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 398.16 manat ödənilməmiş hissə, 39 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 76.8 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 37.44 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30.3 manat ödənilməmiş hissə, 3 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 20.9 manat ödənilməmiş hissə, 2.7 manat cərimə borcu qalmışdır.

2. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı təşkilata olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc tələbi barədə” iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, SOYUDUCU HOFFMANN, SOYUDUCU HOFFMANN, ÜZ QİRXAN VAHL, İMEİ KOD **********42623 SAMSUNG GALAXY A21S markalı telefon, İMEİ KOD **********61541 XİAOMİ REDMİ 9T markalı telefon, CASİO Saat, İMEİ KOD **********69368 NOKİA 105 DUAL markalı telefon, İMEİ KOD **********77269 NOKİA 110 markalı telefon, Çanta 2E Urban almış və nəticədə 3656 (üç min altı yüz əlli altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı satqı qiyməti 1603.2 (bir min altı yüz üç manat iyrimi qəpik)manat (24ay x 54.3 manat + 300 manat ilkin ödəniş) SOYUDUCU HOFFMANN üçün ümumilikdə, 1433.2 (bir min dörd yüz otuz üç manat iyrimi qəpik) manat olmaqla ondan, 1303.0 (bir min üç yüz üç manat iyrimi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 130 (bir yüz otuz)manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1204.8 (bir min iki yüz dörd manat səksən qəpik) manat (24 ay x 50.2 manat + 0 manat ilkin ödəniş) SOYUDUCU HOFFMANN üçün ümumilikdə, 1157.8 (bir min yüz əlli yeddi manat səksən qəpik) manat olmaqla ondan, 1052.8 (bir min əlli iki manat səksən qəpik)manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 105 (yüz beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsnə əsasən, alqı-satqı qiyməti 625.2 (altı yüz iyrimi beş manat iyrimi qəpik) manat (18 ay x 33.9 manat + 15 manat ilkin ödəniş ÜZ QİRXAN VAHL, İMEİ KOD **********42623 SAMSUNG GALAXY A21S markalı telefon üçün ümulikdə, 446.7 (dörd yüz qırx altı manat yetmiş qəpik) manat olmaqla ondan, 406.7 (dörd yüz altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40 (qırx) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 533.16 (beş yüz otuz üç manat on altı qəpik) manat (18 ay x 22.12 manat + 135 manat ilkin ödəniş) İMEİ KOD **********61541 XİAOMİ REDMİ 9T markalı telefon üçün ümumilikdə, 437.16 (dörd yüz otuz yeddi manat on altı qəpik) manat olmaqla ondan, 398.16 (üç yüz doxsan səkkiz manat on altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 115.2 (bir yüz on beş manat iyrimi qəpik) manat (18 ay x 6.4 manat + 0 manat ilkin ödəniş) CASİO Saat üçün ümumilikdə, 83.8 (səksən üç manat səksən qəpik) manat olmaqla ondan, 76.8 (yetmiş altı manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəş olunaraq 7 (yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən , alqı-satqı qiyməti 52.44 (əlli iki manat qırx dörd qəpik) manat (3 ay x 12.48 manat + 15 manat ilkin ödəniş) İMEİ KOD **********69368 NOKİA 105 DUAL markalı telefon üçün ümumilikdə, 40.44 (qırx manat qırx dörd qəpik) manat olmaqla ondan, 37.44 (otuz yeddi manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəş olunaraq 3 (üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 77.4 (yetmiş yeddi manat qırx qəpik) manat (12 ay x 5.2 manat + 15 manat ilkin ödəniş) İMEİ KOD **********77269 NOKİA 110 markalı telefon üçün ümumilikdə, 33.3 (otuz üç manat otuz qəpik) manat olmaqla ondan, 30.3 (otuz manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə ; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 30.9 (otuz manat doxsan qəpik) manat (3 ay x 7 manat + 9.9 manat ilkin ödəniş) Çanta 2E Urban üçün ümumulikdə, 23.6 (iyrimi üç manat altımiş qəpik) manat olmaqla ondan, 20.9 (iyrimi manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.7 (iki manat yetmiş qəpik) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 916 manat təşkil edir. Ödəniş cədvəlinin ikinci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlimüqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşüən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

5. Şəmkir Rayon Мəhkəməsinin 2(076)-832/23 saylı mülki iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1303.2 manat ödənilməmiş hissə, 130 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1052.8 manat ödənilməmiş hissə, 105 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 406.7 manat ödənilməmiş hissə, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 398.16 manat ödənilməmiş hissə, 39 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 76.8 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 37.44 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30.3 manat ödənilməmiş hissə, 3 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 20.9 manat ödənilməmiş hissə, 2.7 manat, ümumilikdə 3656 (üç min altı yüz əlli altı) manat məbləğində pulun və 56.56 (əlli altı manat əlli altı qəpik) manat dövlət rüsumunun alınıb, iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

6. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Мəhkəməsinin 2(076)-832/23 saylı mülki iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə baxılarkən onun məhkəmədə iştirakını təmin etməmiş, iddiaçı ilə aralarında olan müqavilə üzrə borcu mütəxəssis tərəfindən rəy verilmədən özü müəyyən edərək iddianı təmin etməkdə haqlı olmamışdır.

8. Məhkəmə kollegiyasının 25 iyul 2023-cü il tarixli qərardadı ilə Şəmkir Rayon Мəhkəməsinin 2(076)-832/23 saylı mülki iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxılması qərara alınmış və işin baxılması 10 avqust 2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə Cavabdeh məhkəməyə gəlməmişdir. Onunla telefon əlaqəsi saxlanılmış, Cavabdeh məhkəmədə iştirak etməsi üçün işin məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh xahişi nəzərə alınaraq məhkəmə iclası23 avqust 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, Cavabdeh məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

Tətbiq edilməli olan maddi hüquq normaları

Azərbaycan Respublikası Mülki Məcəllənin:

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

15. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

16. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Prosessual hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18 Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 26 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçının nümayəndəsini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən cavabdeh iddiaçı təşkilatdan SOYUDUCU HOFFMANN, SOYUDUCU HOFFMANN, ÜZ QİRXAN VAHL, İMEİ KOD **********42623 SAMSUNG GALAXY A21S markalı telefon, İMEİ KOD **********61541 XİAOMİ REDMİ 9T markalı telefon, CASİO Saat, İMEİ KOD **********69368 NOKİA 105 DUAL markalı telefon, İMEİ KOD **********77269 NOKİA 110 markalı telefon, Çanta 2E Urban almışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən cəmiyyətə ümumilikdə 3656 (üç min altı yüz əlli altı) manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddia tələbini təmin etmişdir. 36.Apellyator onun borcunun düzgün müəyyən edilmədiyini iddia etmişdir. 37.Məhkəmə kollegiyası göstərir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. 38.Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 39.Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, iddiaçı müqavilələr üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Cavabdeh şikayətində borcun düzgün müəyyən edilmədiyini iddia etsə də, işin bu halını təsdiq edə bilən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. 41.Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsasən irəli sürülən iddianı təmin etməkdə haqlı olmuşdur. 42.Bundan əlavə, apellyatorun onun məhkəmədə iştirakının təmin edilmədiyi barədə olan dəlilləri də əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, məhkəmə işə baxılmasınin vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərmiş və həmin bildiriş cavabdehin yaşadığı Yuxarı Seyfəli İƏD üzrə nümayəndəliyi tərəfindən cavabdehə çatdırılmışdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Мəhkəməsinin 2(076)-832/23 saylı mülki iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Hazırki mülki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Мəhkəməsinin 2(076)-832/23 saylı mülki iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qtnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar