Məhkəmə qərarları › İş №2(104)-1813/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1813/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1813/2025 03.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı 01 may 2024-cü il tarixli, reyestrdə 4Ə-504 nömrə ilə qeydə alın daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 11,6 kv.m sahənin iddiaçının faktiki sahibliyinə verilməsi və bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlaka dair yeni texniki pasportun verilməsinə dair iş üzrə Tovuz Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2(062)-97/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh qarşı Tovuz Rayon Məhkəməsinə müraciət edərək, alğısatqı müqaviləsi üzrə 11,6 kv.m qeyri-yaşayış sahəsinin iddiaçının faktiki mülkiyyətinə verilməsi və paylı mülkiyyət üzrə çıxarışın ləğv edilərək 80 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzrə iddiaçının torpaq üzərində mülkiyyət hüququnun tanınmaqla iddiaçıya bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsinin dəqiqləşməsinə dair sonuncu ərizəsində 01 may 2024-cü il tarixli, reyestrdə 4Ə-504 nömrə ilə qeydə alın daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 11,6 kv.m sahənin iddiaçının faktiki sahibliyinə verilməsi və bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlaka dair yeni texniki pasportun verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2(062)-97/2025 nömrəli (hakim Q.Baxşıyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, 01 may 2024-cü il tarixli 4Ə-504 nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 80 kv metr qeyri-yaşayış sahəsinin çatışmayan 8,5 kv metr hissəsi Cavabdeh alınıb İddiaçı MMC-nin faktiki mülkiyyətinə verilməsi və bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlaka dair yeni texniki pasport verilməsi; İddianın qalan hissəsinin təmin edilməməsi; İddiaçı MMC və Cavabdeh hər birindən 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 80 kv.m qeyri-yaşayış sahəsini cavabdehdən alğısatqı müqaviləsi əsasında almışlar və aldıqları qeyri-yaşayış sahəsini başqa bir hüquqi şəxsə icarəyə vermişlər. Razılaşmada 80 kv.m nəzərdə tutulsa da cavabdeh 71,5 kv.m təhvil vermiş qalan sahəni verməmiş, verəcəyi qəqdirdə isə binanın kostruksiyasının pozulmasını bildirərək təhvil verməkdən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünzülüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh arasında 01 may 2024-cü il tarixli 4Ə-504 nömrəli alğı-satqı bağlanmış və Cavabdeh mülkiyyətində olan Tovuz rayonu, Qovla şəhəri Vağzal küçəsində yerləşən qeyri-yaşayış (ticarət obyekti) sahəsininin 80 kv.metrini Avromed Company” QSC-yə satmışdır. Avromed Company” QSC də aldığı qeyri yaşayış sahəsini başqa bir hüquqi şəxsə, yəni "xxxx" MMC-yə 06 sentyabr 2024-cü il tarixli, 3M-1575 reyestr nömrəli icarə müqaviləsi əsasında kommersiya məqsədi ilə icarəyə vermişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış “Vergi məlumatları”na dair məlumatlardan müəyyən olunmuşdur ki, Avromed Company” QSC və Cavabdeh sahibkar kimi vergi orqanında qeydə alınmışdır. Belə ki, 12 oktyabr 2004-cü il tarixdə Avromed Company” QSC ********** nömrəli VÖEN, Cavabdeh isə 30 mart 2021-ci il tarixdə ********** saylı VÖEN verilmiş və sonuncu ərzaq mallarının market şəbəkələrində parakəndə satışı ilə məşğuldur. Göründüyü kimi, alğı-satqı müqaviləsi bağlanan zaman hər iki tərəf fərdi sahibkar kimi fəaliyyət göstərmiş və daşınmaz əmlak da məhz kommersiya məqsədləri üçün satın alınmışdır. Belə olan halda tərəflər arasında yaranmış mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halını nəzərə almamış və işi icraata götürərək mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30 maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır Həmin Məcəllənin 31-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.3. maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsinə əsasən, hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi üzv dövlətlərin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.4. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2.9 maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 402.2.5. maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24, 26, 263, 264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli 2(062)-97/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin Cavabdeh qarşı 01 may 2024-cü il tarixli, reyestrdə 4Ə-504 nömrə ilə qeydə alın daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 11,6 kv.m sahənin iddiaçının faktiki sahibliyinə verilməsi və bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlaka dair yeni texniki pasportun verilməsinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar