Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1827/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı1, onun və digər iddiaçıların nümayəndəsi (vəkil) Vəkil2, Cavabdeh5 və onun nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Gəncə şəhəri 1 saylı notariat ofisinə, Gəncə şəhəri 5 saylı notariat ofisinə, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, qeydiyyatların ləğvi, miras əmlakın əvvəlki vəziyyətinə qaytarılması, miras əmlaka vərəsəlik hüququnun tanınması, mirasın faktiki qəbulu, miras əmlaka payların müəyyən edilməsi, xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli bağışlama müqaviləsinin, xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrdən irəli gələn qeydiyyatların ləğvi tələbinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2129/2024 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2129/2024 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndələri (vəkil) Vəkil2 vasitəsi ilə apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(125)-2129/2024 №-li qətnaməsinin ləğv edilməsi, iddiaçıların iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi, apellyasiya şikayətinin verilməsinə görə 50,40 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh4 iddiaçıların xeyrinə tutulmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Gəncə şəhəri 1 saylı notariat ofisinə, Gənc şəhəri 5 saylı notariat ofisinə, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X17 adına verilmiş Gəncə şəhəri 7 saylı notariat ofisinin xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X17 adına verilmiş xx.xx.2002-ci il tarixli, 21446 reyestr nömrəli qeydiyyat vəsiqəsi, həmçinin onun əvəzinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X17 adına verilmiş xx.xx.2019-cu il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; -X5ndan miras qalan Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən fərdi yaşayış evinin miras açılan zaman mövcud olmuş vəziyyətə qaytarılması; -həmin miras əmlaka X6 vərəsəlik hüququnun tanınması; -həmin miras əmlakın X11 tərəfindən miras açılan vaxt faktiki qəbul edilməsi halının müəyyən edilməsi; -X23 miras qalmış Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən fərdi yaşayış evindən onun miras payına münasibətdə onların, yəni İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 mirasın faktiki qəbul edilməsi halının müəyyən edilməsi; -X5ndan miras qalmış Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən yaşayış evindən X6 miras payının müəyyən edilməsi; -X23 miras qalmış Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən yaşayış evindən onun miras payına münasibətdə onların, yəni İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 miras paylarının müəyyən edilməsi; -X35 ilə Cavabdeh4 arasında Gəncə şəhəri 1 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh4 Fəxrəddin qızının adına verilmiş xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; -Cavabdeh4 ilə Cavabdeh5 arasında Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh4 iddiaçıların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçıların vəkili, eyni zamanda İddiaçı2 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin mətnində göstərilmiş “X35” ifadəsinin X36, “Cavabdeh4 Fəxrəddin qızı” ifadəsinin Cavabdeh4 olaraq dəyişdirilməsi; -Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2lmiş xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; -Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 21446 reyestr nömrəli qeydiyyat vəsiqəsi, həmçinin onun əvəzinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X18 adına verilmiş xx.xx.2019-cu il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; -X5ndan miras qalan Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən fərdi yaşayış evinin miras açılan zaman mövcud olmuş vəziyyətə qaytarılması; -həmin miras əmlaka X6 vərəsəlik hüququnun tanınması; -həmin miras əmlakın X11 tərəfindən miras açılan vaxt faktiki qəbul edilməsi halının müəyyən edilməsi; -X23 miras qalmış Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən fərdi yaşayış evindən onun miras payına münasibətdə onların, yəni İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 mirasın faktiki qəbul edilməsi halının müəyyən edilməsi; -X5ndan miras qalmış Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən yaşayış evindən X6 miras payı müəyyən edilməsi; -X23 miras qalmış Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən yaşayış evindən onun miras payına münasibətdə onların, yəni İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 miras payının müəyyən edilməsi; -X36 ilə Cavabdeh4 arasında Gəncə şəhəri 1 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh4 Fəxrəddin qızının adına verilmiş xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; -Cavabdeh4 ilə Cavabdeh5 arasında Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh4 iddiaçıların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bundan başqa iddiaçıların vəkili, eyni zamanda İddiaçı2 və İddiaçı4 etibarnamə üzrə nümayəndəsi Vəkil2 məhkəməyə ərizə verərək xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyest nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, qeydiyyatların ləğvinə, miras əmlakın əvvəlki vəziyyətinə qaytarılmasına, miras əmlaka vərəsəlik hüququnun tanınmasına, mirasın faktiki qəbulunun, miras əmlaka payların müəyyən edilməsinə, xx.xx.2021-ci al tarixli 4Ə-228 reyestr nömrəli bağışlanma müqaviləsinin və xx.xx.2022-ci il tarixli 4Ə-640 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilələrdən irəli gələn qeydiyyatların ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, X13 və X5 nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından iki övladı, Həsənov Hətəm (ataları) və Talıbova (Həsənova) Sahibiya (bibiləri) doğulmuşdur. Hal-hazırda yaşadıqları Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən fərdi yaşayış evi birgə nikah dövründə X13 tərəfindən inşa edilmiş və mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. X11 anaları X38 ilə 1973-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından onlar, yəni İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 doğulmuşlar. X13 xx.xx.1986-cı il tarixdə X5 isə xx.xx.1991-ci il tarixdə vəfat etmişlər. Ataları və anaları ömürlərinin sonunadək həmin fərdi yaşayış evində yaşamışlar, bibiləri X36 isə ailə həyatı quraraq başqa evə köçmüşdür. X11 xx.xx.2021-ci il tarixdə, anaları X38 xx.xx.2015-ci il tarixdə, bibiləri X35 isə 2023-cü il tarixdə vəfat etmişlər. Onlar, Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuş, böyümüş, ailə qurmuş və hal-hazırda da İddiaçı4 istisna olmaqla ailə üzvləri ilə birgə həmin evdə yaşayırlar. X13 və X5 vəfat etdikdən sonra Gəncə şəhəri 7 saylı notarial kontorunun xx.xx.2002-ci il tarixli, 2V-1- 87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən fərdi yaşayış evi bibiləri X2 və ona xx.xx.2002-ci il tarixli, 21446 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra ona qeydiyyat vəsiqəsi əvəzində xx.xx.2019-cu il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2023-cü ilin mart ayında bibilərinin qızı Cavabdeh4 tərəfindən onlara qarşı Gəncə İnzibati Məhkəməsində “yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbinə dair” iddia qaldırmış və məhkəmə iclasında onlara məlum olmuşdur ki, hal-hazırda yaşadıqları fərdi yaşayış evi bibiləri tərəfindən Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 bağışlanmış və ona xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra isə Cavabdeh4 tərəfindən fərdi yaşayış evi Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satılmış və fərdi yaşayış evinə dair ona xx.xx.2023-cü il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra fərdi yaşayış evinin yeni mülkiyyətçisi Cavabdeh5 tərəfindən dekabr 2023-cü il tarixdə onlara qarşı Gəncə Şəhər Məhkəməsində fərdi yaşayış evindən çıxarılma və evə köçürülməyə dair iddia qaldırılmışdır. Bundan sonra onlar vəkilə müraciət etmişlər və vəkil sorğu verərək babalarının vərəsəlik işi üzrə notariat sənədlərini əldə etmişlər. Vərəsəlik işindəki notarial sənədlərə baxıldıqda müəyyən edilmişdir ki, bibiləri X36 tərəfindən saxta sənədlərdən istifadə edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilmiş və bununla da hazırda yaşadıqları fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında ona keçmişdir. Babalarının vərəsəlik işi üzrə notariat sənədlərinə baxdıqda vərəsəlik işinin qanunvericiliyin pozulması ilə və saxta sənədlərdən istifadə edilməklə aparıldığını görmək olar. Belə ki, vərəsəlik işindən görünür ki, X13 vəfat etməzdən bir neçə il öncə, yəni xx.xx.1977-ci il tarixdə notariusda vəsiyyətnamə yazaraq ona məxsus bütün əmlakı bərabər surətdə arvadı X25 və qızı X24 vəsiyyət etmişdir. Vərəsəlik işində olan mirasın qəbul edilməsinə dair xx.xx.2002-ci il tarixli ərizəyə baxdıqda görmək olar kı, bibiləri X36 babalarından qalan mirası qəbul edərkən ərizədə özündən başqa vərəsə olmadığını qeyd etmişdir. Vərəsəlik işində olan “Evlər üçlüyü” tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli arayışda qeyd edilmişdir ki, X36 həqiqətən Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yaşayır və mərhumlar 1986cı il də vəfat edən X43 və 1991-ci ildə vəfat edən X19 X16 başqa varisləri yoxdur. Daha sonra vərəsəlik işinə babalarının və nənələrinin ölüm haqqında şəhadətnamələri əlavə edilmiş və yekunda X24 fərdi yaşayış evinə dair xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Babalarının vərəsəlik işinə dair notariat işinin sənədlərinə baxdıqda vərəsəlik işinin qanunvericiliyin pozulması ilə və saxta sənədlərdən istifadə edilməklə aparıldığı müəyyən olunur. X43 və X19 iki övladı olduğu halda bibiləri tərəfindən mirasın qəbul edilməsinə dair ərizədə yalan məlumat verilərək və vərəsəlik işinə saxta arayış əlavə edilərək guya onların X16 başqa varislərinin olmadığı qeyd edilmişdir. Yəni X6 adı vərəsəlik işində olan heç bir sənəddə keçməmiş və bununla da ataları qanunsuz olaraq mirasdan kənar buraxılmışdır. Halbuki, X11 kiçik yaşlarından vəfat etdiyi (xx.xx.2021-ci il) tarixədək öz valideyinlərinə məxsus Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən evdə qeydiyyatda olmaqla yaşamışdır. Mübahisə predmeti olan Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən fərdi yaşayış evi X13nun və X5nın birgə nikah dövründə tikildiyi və mülkiyyətə alındığı üçün onların birgə mülkiyyəti olmuşdur. Belə olduğu halda fərdi yaşayış evinin 50%-i (1/2 hissəsi) babalarına, 50%-i (1/2 hissəsi) isə nənələrinə məxsus olmuşdur. Deməli, babaları əmlakdan özünə düşən payı, yəni 50%-ni (1/2 hissəsini) arvadına və qızına vəsiyyət etmişdir. X5 X13nun vəfat etməsindən 5 il sonra vəfat etsə də, nənələrinin vəfatında sonra vərəsəlik işi açılmamış və heç bir notarial hərəkət edilməmişdir. Notarius ancaq babalarının vərəsəlik işinə onun ölümü haqqında şəhadətnamə əlavə etməklə kifayətlənmişdir. Halbuki, babalarının vəfatından sonra onun vəsiyyətnaməsini nəzərə alaraq nənələrinə və bibilərinə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında mülkiyyət hüququnu təsdiq edən sənəd verilməli idi. Göründüyü kimi, birgə nikah dövründən fərdi yaşayış evinin yarısı (1/2 hissəsi), həmçinin babalarının vəsiyyəti üzrə də əlavə pay nənələrinə məxsus olduğu halda (fərdi yaşayış evinin 75%-i) vərəsəlik işi açılmamışdır. X11 anası X19 qanun üzrə vərəsəsi olduğunu və ondan qalan mirası faktiki qəbul etdiyini nəzərə alaraq vərəsəlik işində onun öz miras payından imtina və payının bacısı (bibiləri) X24 verilməsi barədə notarial qaydada təsdiqlənmiş ərizəsi olmalı idi. Lakin vərəsəlik işində belə bir ərizə yoxdur, çünki ataları öz miras payından imtina etməmişdir Vərəsəlik işində olan arayışda qeyd edilmişdir ki, X36 həqiqətən Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bibiləri babaları həyatda olduğu vaxtdan ailə həyatı quraraq başqa evə köçmüş və ömrünün sonunadək orada yaşamışdır. Vərəsəlik işində olan sənədlərə nəzər yetirdikdə görünür ki, Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən evə dair babalarının mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi o vəfat etdikdən 16 il sonra verilmişdir. X11 öz anasının (nənələri) qanun üzrə birinci növbə vərəsəsi olmuş və onun ölümündən sonra fərdi yaşayış evi üzrə ona çatası payı faktiki olaraq qəbul etmişdir. Belə ki, ataları kiçik yaşlarından vəfat etdiyi xx.xx.2021-cil tarixinədək Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən evdə yaşamış, ailə həyatı qurmuş, həmin evdə təsərrüfat aparmışdır. Vəfat edərkən də onun yas mərasimi həmin evdə keçirilmişdir. Çünki həm atalarının, həm də onların başqa evləri olmamışdır. Bununla da o, mirası faktiki surətdə qəbul edən və sahiblik edən hərəkətlər etmişdir. Bundan əlavə o dövrdə həmin evin bütün kommunal ödənişləri atalarının adına olmuş və həmin ödənişlər onun tərəfindən edilmişdir. X6 kiçik yaşlarından vəfat etdiyi vaxtadək Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən evdə yaşaması işə əlavə edilmiş “Evlər üçlüyü”nün sədri R.Ə.Abbasova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış ilə də təsdiq edilmişdir. Onlar Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuş, böyümüş, ailə qurmuş və hal-hazırda da İddiaçı4 istisna olmaqla ailə üzvləri ilə birgə həmin evdə yaşayırlar. Bu hal iddiaya əlavə edilmiş “Evlər üçlüyü”-nün sədri R.Ə.Abbasova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış ilə də təsdiq edilmişdir. X11 vəfat etdikdən sonra da onlar Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla, bütün kommunal ödənişləri ödəməklə, həmçinin həmin evə faktiki sahiblik etməklə atalarından miras qalan payı faktiki qəbul etmişdirlər. Onlar X6 vəfatından sonra miras qalmış və fərdi yaşayış evinə sahiblik və onu idarə etməyə faktiki olaraq başlamışdır. X6 fərdi yaşayış evi üzrə qanuni vərəsə qismində miras payı ola-ola onun iradəsinə zidd olaraq bibiləri X24 xx.xx.2002-ci il tarixli, 2V-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında tam mülkiyyət hüququ ilə xx.xx.2002-ci il tarixli, 21446 reyestr nömrəli qeydiyyat vəsiqəsi, daha sonra isə qeydiyyat vəsiqəsi əvəzində xx.xx.2019-cu il tarixli, **********13-10301 reyestr nömrəli, ********** (qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, onların fərdi yaşayış evi üzrə atalarından qalan miras payları ola-ola, həmçinin həmin evdə qeydiyyatda olmalarına baxmayaq, razılıqları alınmadan Gəncə şəhəri 1 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 bağışlamışdır. Cavabdeh4 isə ona bağışlanmış fərdi yaşayış evini yenə də notariat qaydada razılıqları alınmadan Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satmışdır. Göründüyü kimi, mülki qanunvericiliyin tələbləri kobud pozularaq fərdi yaşayış evi barədə sərəncamlar verilmişdir. Fərdi yaşayış evinin Cavabdeh4 bağışlanması onlara 2023-cü ilin mart ayında, daha dəqiq onun tərəfindən onlara qarşı Gəncə İnzibati Məhkəməsində “yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbinə dair” iddia qaldırılması zamanı məlum olmuşdur. Ataları X10 olduğundan hazırda yaşadıqları Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən evdən anası X15 qanun üzrə vərəsəsi qismində ona miras payı qalmasından xəbərsiz olmuşdur. Belə ki, X13 tərəfindən hazırda yaşadıqları evin bibilərinə vəsiyyət edilməsi və bunun nəticəsində həmin evin rəsmi qaydada bibilərinin adına keçməsi atalarına sonrakı illərdə məlum olmuş (bibiləri özü atalarına bildirmiş) və hesab etmişdir ki, dövlət tərəfindən evə dair ona rəsmi sənəd verilibsə, deməli həqiqətən də həmin ev atası tərəfindən bacısına vəsiyyət edilmişdir. Lakin həmin evin saxta sənədlər əsasında bibilərinin adına keçməsindən, ona da miras payı qalmasından və həmin payı qanuni vərəsə qismində faktiki qəbul etməsindən xəbərsiz olmuşdur. Onlar da savadsız olduqlarından atalarından hal-hazırda yaşadıqları Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən evdən miras payı qalmasından və həmin payı qanuni vərəsə qismində qəbul etdiklərindən xəbərsiz olmuşdurlar. Ataları yaşadığı vaxtlarda həmin evdə qalması müqabilində bibilərinə ödənişlər etmişdir, ataları rəhmətə getdikdən sonra isə onlar həmin evdə yaşamaq müqabilində ödənişlər etmişlər. Həm mərhum bibiləri X18, həm də Gəncə şəhəri 7 saylı dövlət notariat ofisinin notariusu olmuş X1 və qanunsuz əməlləri nəticəsində bu gün onlar ailələri ilə birgə yeganə yaşayış yerləri olan Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada köçürülmə ilə üzləşmişlər və maddi imkanları çox aşağı vəziyyətdə olduğundan nə edəcəklərini də bilmirlər. 2V-1-87 reyestr nömrəli vərəsəlik işi üzrə notariat hərəkətlərinin aparıldığı Gəncə şəhəri 7 saylı notariat ofisi hal-hazırda fəaliyyət göstərmədiyindən həmin notariat ofisinin işləri Gəncə şəhəri 6 saylı notariat ofisinə həvalə edilmişdir. Bununla əlaqədar İddiaçı1 Gəncə şəhəri 6 saylı notariat ofisinə rəsmi qaydada müraciət etmiş, lakin həmin notariat ofisindən rəsmi cavab verilməmiş, sadəcə olaraq qeyri-rəsmi şəkildə bildirilmişdir ki, 7 saylı notariat ofisinin işləri 6 saylı notariat ofisinə həvalə edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mərhum X47 öz anasının qanun üzrə birinci növbə vərəsəsi olmuş və onun ölümündən sonra Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən evdən ona çatası payı faktiki olaraq qəbul etmişdir. Belə ki, mərhum H.D.Həsənov kiçik yaşlarından vəfat etdiyi xx.xx.2021-ci il tarixinədək Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən evdə yaşamış, ailə həyatı qurmuş, həmin evdə təsərrüfat aparmışdır. Vəfat edərkən də onun yas mərasimi də həmin evdə keçirilmişdir. Bununla da o, mirası faktiki surətdə qəbul edən və sahiblik edən hərəkətlər etmişdir. Bundan əlavə o dövrdə həmin evin bütün kommunal ödənişlər mərhum Hətəm Həsənovun adına olmuş və həmin ödənişlər onun tərəfindən edilmişdir. Hətəm Həsənov vəfat etdikdən sonra da onun övladları, hazırkı iş üzrə iddiaçılar fərdi yaşayış evində yaşamağa davam etməklə, bütün kommunal ödənişləri ödəməklə, həmçinin həmin evə faktiki sahiblik etməklə atalarından onlara qalan miras payını faktiki qəbul etmişlər. Hətəm Həsənovun kiçik yaşlarından vəfat etdiyi tarixədək Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən evdə yaşaması, həmçinin iddiaçıların həmin evdə yaşamalarının təsdiqi ilə bağlı “Evlər üçlüyü”-nün sədri R.Ə.Abbasova tərəfindən verilmiş xx.xx.2024-cüil tarixli arayış, həmçinin kommunal xidmətlərə dair abonent kartı və abonent saldosu iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, iddiaçılar Arayışı, həmçinin kommunal xidmətlərə dair dair abonent kartını və abonent saldosunu məhkəməyə təqdim etməklə həm ataları mərhum Hətəm Həsənov, həm də özləri tərəfindən fərdi yaşayış evindən mirası qalmış payı faktiki qəbul etmələrini təsdiq etmişlər. Lakin birinci instansita məhkəməsi yuxarıda qeyd edilənlərə diqqət yetirməyərək yekunda əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Həmçinin bildirmişdir ki, kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr evin mülkiyyətçisi ilə bağlanılır və abonent kodu da həmin şəxsin adına verilir. Hazırki halda isə kommunal ödənişlərə dair abonent kartından və saldosundan da göründüyü kimi, abonent kodları mərhum X31 və İddiaçı3 adınadır. Məhkəmənin qətnamədə qeyd etdiyi mövqedən yanaşaraq mərhum Hətəm Həsənovu və iddiaçıları kirayəçi kimi qəbul etsək, o halda kommunal ödənişlərə dair abonent kartı və saldosu Hətəm Həsənovun və İddiaçı3 deyil, iddiaçıların bibisi X18 adına olmalı idi. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə diqqət yetirməyərək yekunda səhv nəticəyə gəlmişdir. Hazırkı iş üzrə fərdi yaşayış evindən iddiaçıların mərhum atalarından qalan miras paylarının mövcud olmasına, həmçinin həmin evdə qeydiyyatda olmalarına baxmayaq notarial qaydada razılıqları alınmadan fərdi yaşayış evi Gəncə şəhəri 1 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh4 bağışlamışdır. Cavabdeh4 isə ona bağışlanmış fərdi yaşayış evini yenə də iddiaçıların notariat qaydada razılıqları alınmadan Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satmışdır. Hazırkı iş üzrə isə iddiaçıların bibisi tərəfindən bağışlanmış fərdi yaşayış evi həm mərhum Hətəm Həsənovun, həm də iddiaçıların vərəsəlik hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, mülki qanunvericiliyin tələbləri kobud pozularaq fərdi yaşayış evi barədə sərəncamlar verilmiş və belə olduğu halda isə AR MM-in 337-ci maddəsinin tələbləri baxımından həm xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi, həm də xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilməli idi. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə diqqət yetirməyərək nəticədə maddi və prosesual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Həmçinin əlavə etmişlər ki, X36 tərəfindən saxta sənədlərdən istifadə etməklə hazırda mübahisələndirilən evi öz adına rəsmiləşdirilməsindən Cavabdeh4 məlumatlı idi. Daha dəqiq, fərdi yaşayış evindən Hətəm Həsənovun, daha sonra isə onun övladlarının miras paylarının mövcud olması Cavabdeh4 məlum idi. Belə ki, Hətəm Həsənov xx.xx.2021-ci il tarixdə vəfat etdikdən bir necə ay sonra, daha dəqiq xx.xx.2021-ci il tarixdə X36 həmin mübahisələndirilən evi qızı Cavabdeh4 daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bağışlamış, Cavabdeh4 da anası tərəfindən edilmiş saxtalığın gələcəkdə açıla bilmə ehtimalını və bunun nəticəsində həmin evin bir hissəsinin itirilməsi təhlükəsini nəzərə alaraq qısa müddətdə, daha dəqiq xx.xx.2022-ci il tarixdə Cavabdeh5 daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən dəyərindən qat-qat aşağı məbləğə özgəninkiləşdirmişdir. İş materiallarında olan nisyə altı-satqı müqaviləsindən göründüyü kimi, Cavabdeh5 Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən evi 1 (bir) il müddətində hissə-hissə ödənilməklə 38000 manat məbləğinə almışdır. Halbuki, həmin evin real bazar dəyəri həmin məbləğin iki qatından da bahadır. Cavabdeh4 tərəfindən mübahisələndirilən evin dəyərindən qat-qat aşağı məbləğə satılması, həmçinin həmin məbləği 1 (bir) il müddətində hissə-hissə ödənilməsinə razı olması Cavabdeh5 şübhə yaratmalı idi. Göründüyü kimi, mübahisələndirilən evin dəyərindən qat-qat aşağı məbləğə, həmçinin hazırkı iş üzrə iddiaçıların həmin evdə qeydiyyatda olmaqla yaşadığlarını bilə-bilə alınması Cavabdeh5 mübahisəndirilən evdə başqa şəxslərin hüquqlarının mövcudluğundan məlumatlı olması faktını təsdiq edir. Bu hal isə onun vicdanlı əldə edən olmadığnı təsdiq edir. Bundan başqa birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş materillarında olan arayışı və kommunal ödənişlərə dair abonent kartında və abonent saldosunda qeyd edilənləri nəzərə almamış, həmçinin iddia ərizəsində adları qeyd edilən şahidlərin izahatlarını almamışdır. Daha dəqiq xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçılar tərəfindən məhkəməyə gətirilmiş şahidlər məhkəmə tərəfindən dindirilməmiş və məhkəmə iclası təxir edilmişdir. Növbəti iclasda isə yaşları və xəstə olmalarından dolayı şahidlərin gətirilməsi mümkün olmamış və birinci instansiya məhkəməsi şahidlərin yenidən cəlb edilməsi ilə əlaqədar məhkəmə iclasını təxir etməyərək mülki iş üzrə yekun qətnamə qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə iddiaçıların təqdim etdiyi arayışı nəzərə almayaraq, həmçinin iddia ərizəsində adları qeyd edilən şahidlərin dindirməyərək ədalətli məhkəmə araşdırılması prinsipini pozmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi kobud səhvə yol verərək və prosessual qanunvericiliyin tələbini pozaraq iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eyni zamanda həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə maddi və prosesual hüquq normalarını pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçıların nənələri X42 xx.xx.1991-ci ildə vəfat etmişdir. 2000-ci ilin sentyabr ayının 1-də qüvvədə olmuş 1965-ci il Azərbaycan SSR Mülki Məcəllənin 552-ci maddəsinə əsasən miras əmlakı vərəsəlik işi açılan vaxtdan 6 ay ərzində qəbul edilməlidir. Bizim halda isə mərhum Hətəm Həsənov anadan olduğu vaxtdan vəfat etdiyi tarixədək Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında yerləşən evdə yaşamaqla anasından ona çatası olan miras payı faktiki olaraq qəbul etmişdir. İddiaçıların bibisi X36 isə həmin mübahisəli evə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”ni xx.xx.2002-ci il tarixdə əldə etmişdir. Məhkəmənin qətnamədə qeyd etdiyi mövqeydən yanaşsaq belə, X36ilə X47 arasında “kirayə münasibəti” 2002-ci il tarixdən əmələ gəlmişdir. Göründüyü kimi, Hətəm Həsənov anasının vəfatından (xx.xx.1991-ci il) bacısı tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edən müddətədək (xx.xx.2002-ci il) keçən 11 il ərzində fərdi yaşayış evində yaşamaqla anasından ona çatan miras payını faktiki qəbul etmişdir. Belə olan halda isə, Hətəm Həsənov tərəfindən 2002-ci il tarixdən etibarən mübahisələndirilən evdə qalması müqabilində bacısı X24 ödənişlər etməsi onun tərəfindən anasından miras qalan payın qəbul etməsi faktını dəyişdirə bilməz. Bundan başqa iddia ərizəsində də qeyd edildiyi kimi, X36 ailə həyatı qurduqdan sonra başqa evdə yaşamışdır və mirasın qəbul edilməsi ilə bağlı ərizə ilə notariat kontoruna xx.xx.2002-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, X36 mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddəti buraxdıqdan 11 il sonra saxta sənədlərdən istifadə etməklə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əldə etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar araşdırrılmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndə vasitəsilə təmsil olunsalar da özləri, Cavabdeh4 və digər cavabdehlər Gəncə şəhəri 1 saylı notariat ofisi, Gəncə şəhəri 5 saylı notariat ofisi, Gəncə şəhəri 6 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nüyayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 və onun nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh5 əlavə olaraq göstərdi ki, həmin evin satıldığını ona makler demişdir və evə almamışdan əvvəl evə baxanda iddiaçılardan bir nəfəri – İddiaçı2 evdə olmuş, soruşanda evin bibisinə məxsus olduğunu özlərinin həmin evdə elə-belə qaldıqlarını, bir neçə günə evi boşaldacaqlarını bildirmişdir. Evdə digər şəxslər qeydiyyatda olduqlarına görə satıcıya həmin şəxslər qeydiyyatdan çıxarıldıqdan sonra alğı-satqı etmək istədiyini bildirmiş, lakin bir müddət sonra satıcı müalicəsi ilə bağlı ona təcili pul lazım olduğunu, ona görə də müqaviləni pulun hissə-hissə ödənilməsi şərti ilə bağladıqlarını, ilkin olaraq satıcıya 5000 manat ödədyini, bir xeyli müddət keçdikdən sonra satıcının ona müraciət edərək həmin evdə qeydiyyatda olan digər şəxsləri evdən qeydiyyatdan çıxardığını bildirdiyinə görə pulun qalan hissəsini də ödəmişdir. Evə köçmək istəyəndə isə hazırda məhkəmə iclas zalında iştirak edən İddiaçı1 qızının yaxınlıqda yerləşən məktəbdə təhsil aldığını, may ayında məktəbi bitirəcəyini deyərək evdə müvəqqəti yaşamağa vaxt istəmiş, ona görə də Azərlə razılaşmışdır. Lakin sonradan evdən evdən çıxmaqdan imtina etmişlər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2129/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarındakı Notariat işində olan 21446 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Şəddadilər küçəsi, 72 ünvanda yerləşən sahəsi 44,8 kv.m olan 2 yaşayış otağından ibarət yaşayış evi 1 (tikilisi, bir hissəsi) X43 adına mülkiyyət hüququ əsasında xx.xx.2002-ci ildə qeydə alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 Qızxanım Əmrah qızı ilə xx.xx.1947-ci ildə nikah bağlamış, o barədə Samux rayon VVAQ şöbəsində vətəndaşlıq vəziyyəti qeydiyyatı kitablarında qeydiyyat aparılmışdır. İş materiallarındakı Notariat işində olan İE 043857 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.1948-ci ildə anadan olmuşdur, atası X64, anası X26r. İş materiallarında olan İE 400663 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X47 xx.xx.1951-ci ildə doğulmuşdur, atası X54, anası X26r. İş materiallarındakı Notariat işində olan xx.xx.1977-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X54 vəfatı günü ona məxsus olan bütün əmlakını, həmin əmlakının harada və nədən ibarət olmasından asılı olmayaraq bərabər surətdə arvadı X25 və qızı X24 vəsiyyət etmişdir. İş materiallarında olan təkrar verilmiş AZ-İİ 184708 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X54 xx.xx.1986-cı ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 184707 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.1991-ci ildə ölmüşdür. İş materiallarında olan AZ 311162 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X47 ilə X21 nikahları xx.xx.1973-cü ildə Kirovabad şəhər Zaks şöbəsində 107 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan V-JQ 432037 nömrəli, İV-JQ 291790 nömrəli, İİ-JQ 393089 nömrəli və X-JQ 319723 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı4 xx.xx.1978-ci ildə, İddiaçı1 xx.xx.1976-cı ildə, İddiaçı2 xx.xx.1974-cü ildə, İddiaçı3 xx.xx.1984-cü ildə doğulmuşdur, dördünün də atası X47, anası X27r. İş materiallarında olan AZ-İ 756800 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.2015-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 216870 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X47 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarındakı Notariat işində olan XİV-JQ 300233 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1989-cu ildə anadan olmuşdur, atası X44, anası X28r. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında İddiaçı3, X36, İddiaçı1, İddiaçı2, X62, İddiaçı4, X48 və X32 qeydiyyatdadırlar. İş materiallarında olan Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli arayışdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X14 yaşlarından ünvan 3 saylı evdə qeydiyyatda olmaqla yaşamış və 1973-cü ildə X38 ilə ailə həyatı quraraq vəfat etdiyi xx.xx.2021-ci il tarixinədək də həmin ünvanda yaşamışdırlar. X8 4 övladı olmuş: İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3. Göstərilən şəxslər ünvan 3 saylı evdə anadan olub, boyabaşa çatmışlar, ailə həyatı quraraq həmin ünvanda yerləşən evdə qeydiyyatda olmaqla yaşamışdırlar. İddiaçı4 istisna olmaqla digərləri hal-hazırda da həmin ünvanda yaşayırlar. İş materiallarında olan Sudan və təbii qazdan istifadəyə dair abonent kartından və abonentin saldosundan görünür ki, sudan istifadəyə görə abonent kartı Hətəm Həsənovun adına, təbii qazdan istifadəyə görə abonent İddiaçı3 qeyd edilmişdir. İş materiallarında olan Gəncə şəhər 7 saylı dövlət notariat kontorunda xx.xx.2002-ci il tarixdə, 2V-1-87 reyestr nömrə ilə tərtib edilmiş notariat işində olan xx.xx.2002-ci il tarixli ərizədən görünür ki, X35 atası X41 miras qalmış Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanda yerləşən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, başqa vərəsələr olmadığını qeyd etmişdir. İş materiallarında olan Notariat işində olan Gəncə şəhər 7 saylı dövlət notariat kontorunda 2V-1-87 reyestr nömrə ilə qeyd edilmiş, xx.xx.2002-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı ildə vəfat etmiş X43 vərəsəsi qızı X29r. Miras əmlak Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 72, 450 kv.m torpaq sahəsində yerləşən: Tikili “A”- 44,8 kv.m iki yaşayış otağı və 36,4 kv.m köməkçi sahədən ibarət miras evdən ibarətdir. İş materiallarındakı Gəncə şəhər 1 saylı dövlət notariat kontorunda xx.xx.2021-ci il tarixdə, 4Ə-228 reyestr nömrə ilə tərtib edilmiş notariat işində olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********13-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,045 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam hissədə X18 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. İş materiallarındakı Notariat işində olan Gəncə şəhər 1 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə, 4Ə-228 reyestr nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X36 tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi onun yerləşdiyi 0,045 ha torpaq sahəsi hədiyyə alan Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarındakı Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə, 4Ə- 640 reyestr nömrə ilə tərtib edilmiş notariat işində olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********13-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,045 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam hissədə Cavabdeh4 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. İş materiallarındakı Notariat işində olan Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə640 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,045 ha torpaq sahəsi alqı-satqı qiyməti 38000 manat müəyyən edilməklə satıcı Cavabdeh4 tərəfindən alıcı Cavabdeh5 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Kirovabad şəhəri Baş memarının xx.xx.1954-cü il tarixli layihəsi və Kirovabad şəhər X61 İcraiyyə Komitəsi ilə notariat kontorunda bağlanmış xx.xx.1954-cü il tarixli, 84-2129 reyestr nömrə ilə təsdiq edilmiş müqaviləyə əsasən X49 fərdi yaşayış evinin tikintisi üçün 450.0 kv/m torpaq sahəsi ayrılaraq layihə verilmişdir. İnşa edilmiş yaşayış evi Qəbul komissiyanın xx.xx.1969-cu il tarixli fərdi yaşayış evinin aktına əsasən istismara qəbul edilmişdir. X43 adına ünvanı Kirovabad şəhəri, Komsomol küçəsi, 72 olan bu mülkün yerləşdiyi 463,0 kv/m olan torpaq sahəsinə dair xx.xx.1975-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2002-ci il tarixli, 3-1- 87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən halhazırda ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Şəddadilər küçəsi, 72 olan bu əmlak X12 adına keçmişdir və ona xx.xx.2022-ci il tarixli, 21446 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsinin əvəzində X24 bu fərdi yaşayış evinə (0,045 ha torpaq sahəsində yerləşən tikili “A”-da 44,8 kv.m iki yaşayış otaqları, 36,4 kv.m köməkçi sahə) xx.xx.2019-cu il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi Cavabdeh4 xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-640 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinə dair X50 xx.xx.2023-cü il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçıların babası Həsənov Dilənçi (Dilən) İsa oğlu ilə X5 bigə nikahda olmuş, onların həmin nikahdan xx.xx.1948-ci il təvəllüdlü X40 və xx.xx.1951-ci il təvəllüdlü X47 adında iki uşaqları olmuşdur. İddiaçıların mübahisələndirdiyi ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X13nun mülkiyyətində olmuş, X13 xx.xx.1977-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını, həmin əmlakın harada və nədən ibarət olmasından asılı olmayaraq bərabər surətdə arvadı X25 və qızı X24 vəsiyyət etmişdir. Babaları xx.xx.1986cı ildə, nənələri isə xx.xx.1991-ci ildə ölmüşdür. X5 və ataları X3 mirasa vərəsəlik hüququnu rəsmiləşdirməmiş, atalarından miras qalmış fərdi yaşayış evinin 2002-ci ildə vərəsəlik əsasında bütövlükdə bacısı X22 adına keçdiyini bilmiş olsa da, etirazını bildirməmiş, əksinə bacısını evin mülkiyyətçisi kimi qəbul edərək ona həmin evdə yaşadığına görə hər ay kirayə haqqı ödəmiş, X47 xx.xx.2021-ci ildə öldükdən sonra isə onun övladları, yəni iddiaçılar həmin evdə yaşadıqlarına görə bibiləri X4 haqqı ödəmişlər. Göründüyü kimi X47 mirasın bütövlükdə bacısı X22 adına keçməsinə etiraz etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyini nəticəni onunla əsaslandımışdır ki, göründüyü kimi iddiaçılar miras açılan vaxtdan atalarının və özlrinin həmin evdə yaşamaqla mirasda paylarının olmasını iddia etsələr də ataları tərəfindən miras əmlakın faktiki qəbul edilməsi barədə hər hansı sübut təqdim etməmişlər. Belə ki, iddiaçıların özləri də bibiləri tərəfindən miras əmlakın 2002-ci ildə əldə edilməsi zamanı atalarının da bununla razılaşmasını, bunu mübahisələndirməməsini və orada yaşadıqları dövrdə 200-250 manat kirayə haqqı ödədiklərini qeyd etmişlər. Bununla yanaşı iddiaçıların özləri də mübahisələndirilən miras əmlakın 2002-ci ildən bibiləri tərəfindən əldə edildiyini bildirdikləri halda keçən müddət ərzində 22 il müddətində mübahisələndirməmişlər. Halbuki, mirasın qəbulundan bəhs edən qanunvericiliyin tələbindən görünür ki, vərəsə, mirası faktiki olaraq o halda qəbul etmiş sayılır ki, faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin. İddiaçıların kommunal xidmətlərinin onlar tərəfindən ödənilməsinə dair göstərdikləri dəlillərə qiymət verərək məhkəmə qeyd edir ki, kommunal xidmətlərin onlar tərəfindən ödənilməsi onların orada yaşamaları zərurətindən əmələ gəlmişdir. Yəni kirayə haqqı ödəməklə yaşamışdırlar. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi mirasın faktiki qəbul edilməsi, əmlakın miras kütləyə daxil edilməklə miras əmlakdan payların müəyyən edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin vərəsəlik hüququ ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. X54 xx.xx.1986-cı öldüyündən mübahisəli münasibətlərə 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyasında) normaları tətbiq edilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişətin predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi ilə bağlı qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Kollegiya hesab edir ki, hazırki halda iddiaçılar babalarından qalmış mirası atalarının qanunla müəyyən edilmiş müddətdə qəbul etdiyini təsdiq edən sübut təqdim etmədiyinə, həm də ataları mirasın bütövlükdə bacısı X22 adına sənədləşdirildiyini, yəni bacısı X40 tərəfindən miras əmlak olan mübahisəli ünvandakı fərdi yaşayış evinə bütövlükdə vərəsəlik hüquq haqqında şəhadətnamə aldığını bildiyi və bunu mübahisələndirmədiyi, əksinə həmin evdə yaşadığına görə baçısına hər ay kirayə haqqı ödədiyindən iddiaçıların X11 tərəfindən mirası faktiki qəbul etməsi halına istinad etmələri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə işin həqiqi hallarına uyğundur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2129/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2129/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1827/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1827/2024
30.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver