Məhkəmə qərarları › İş №2(104)-1843/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1843/2023

07.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1843/2023 07.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: bağışlanma müqaviləsi və çıxarışın ləğv olunması, miras əmlakda vərəsələrə düşən payların müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi) Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh5, onun etibarnamə üzrə nümayəndəsi X7 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsi və çıxarışın ləğv olunması, miras əmlakda vərəsələrə düşən payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(125)-1017/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 07 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X2 ilə Nümayəndə 09 fevral 2005-ci ildə nikah bağlamışlar. Bu nikahdan xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı2 və xx xxxxxx 2011-ci il təvəllüdlü İddiaçı1 doğulmuşdur.

2. X2 ilə Nümayəndə nikahı 10 iyul 2013-cü ildə pozulmuşdur.

3. İddianın obyekti olan ünvan 1 ünvanında 0,0165 ha torpaq sahəsində yerləşən, 69,1 kv.m sahədən ibarət fərdi yaşayış evi 02 iyun 2019-cu il tarixdə tam mülkiyyəti hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır.

4. Zöhrab Talıbov 05 iyul 2020-ci ildə ölmüşdür.

5. Cavabdeh2 17 noyabr 2021-ci ildə yaşayış evini qızı Cavabdeh3 bağışlamış və 02 iyun 2019-cu ildə daşınmaz əşya dövlət reyestrində mülkiyyət hüququ ilə sonuncunun adına qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsi və çıxarışın ləğv olunması, miras əmlakda vərəsələrə düşən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən 17 noyabr 2021-ci il tarixdə verilmiş 4Ə-216 nömrəli bağışlama müqaviləsinin ləğv edilməsini, ünvan 2 ünvanında yerləşən 69,1 kv.m sahəsi olan yaşayış evinə dair Cavabdeh3 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmçinin həmin miras mülkə xx xxxx 2006-cı il tarixdə anadan olmuş İddiaçı2 və xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş İddiaçı1 məcburi paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların anası (qanuni nümayəndəsi) Nümayəndə ilə X2 09 fevral 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Həmin tarixdə ünvan 3 ünvanına öz cehiz əşyaları ilə gəlin köçmüşdür. Birgə nikahlarından xx xxxx 2006-cı il tarixdə İddiaçı2 və xx xxxxxx 2011-ci il tarixdə İddiaçı1 adlı uşaqları anadan olmuşlar. Hər iki övladları sözügedən mənzildə anadan olduqları gündən etibarən qeydiyyata alınaraq ailə üzvləri ilə birlikdə mərhum qaynanası və mərhum qaynatası ilə mənzildə birgə yaşamışlar. Həmin məhlədə 2 sayda yaşayış evi vardır və biri onların ailəsinə aiddir. Nümayəndə, mərhum əri və 2 övladı yaşamış və həmin məhlədə iki ədəd elektrik və iki ədəd qaz sayğacı mövcuddur. Onlara aid olan sayğacların kartları hələ də Nümayəndə qalmaqdadır. Nümayəndə qaynanası, yəni iddiaçıların ata nənəsi olan X8 14 noyabr 2013-cü il tarixdə və qaynatası olan X3 həmin evdə 04 dekabr 2013-cü il tarixdə vəfat etmişlər. Mərhumların yas mərasimlərini Nümayəndə və onun əri Zöhrab yola vermiş və el adət-ənənəsinə uyğun olaraq ehsan verib, qəbir daşlarını düzəltdirmişlər. Həmin vaxtlarda cavabdehlər olan Cavabdeh5 və qızı Cavabdeh3 bir qohum kimi mərhumların heç bir yas mərasiminə maddi cəhətdən köməklik rtməmişlər. X2 ilə nikahlarını ləğv etdirsələr də, lakin çox qısa müddətdə barışaraq ailə münasibətlərini davam etdirmişlər və sözügedən mənzildə birgə yaşayaraq uşaqlarının təhsil və tərbiyəsi ilə məşğul olmuşlar. Halhazırda Nümayəndə ailə qurarkən apardığı cehiz əşyaları və digər əşyaları həmin mənzildə, yəni ünvan 4 ünvanında yerləşən mənzildə qalmışdır. Son vaxtlar evin təmiri və şəraiti yaxşı olmadığına görə və karantin vaxtı qohumları ilə yaxın olmaq üçün ailəsi ilə birgə, yəni mərhum həyat yoldaşı və uşaqları ilə birlikdə müvəqqəti yaşamaq üçün ünvan 5 ünvanına məskunlaşmışlar. Sonra 05 iyul 2020-ci il tarixdə mərhum əri X1 qəfil ölümü səbəbindən nikahlarını yenidən rəsmiləşdirə bilməmişlər. Mərhum ərinin yas mərasimi xərclərini tək qadın olaraq şəkmişdir. Mərhum əri Zöhrab Talıbovun və onun övdadları olan iddiaçılar İddiaçı2 və İddiaçı1 ünvan 6 ünvanında yerləşən 69.1 kv.m sahəsi olan yaşayış evində rəsmi qeydiyyatdadırlar. Cavabdehlərdən Cavabdeh3 qanunsuz olaraq iddia qaldırmış və övladlarının, yəni bu iş üzrə iddiaçıların sözügedən mənzildən qeydiyyatdan çıxmalarını tələb qoyaraq Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmçinin, Cavabdeh5 onların, yəni mülkdə yaşayan və qeydiyyatda olan həmin vaxtı sağ olan, yəni 02 iyun 2019-cu il tarixdə mərhum ərinin razılığı olmadan övladlarının və Zphrab Talıbovu həmin ünvanda qeydiyyatları olduğu təqdirdə mülkiyyəti alması və öz qızı Cavabdeh3 bağışlaması barədə onlara heç bir məlumat verilməmişdir. Ona görə də bu xüsusatların aydınlaşdırılması və iki uşağın qeydiyyatsız qalmamaqları üçün məhkəməyə müraciət etmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin 10 avqust 2022-ci 2(125)-1017/2022 nömrəli (hakim Z.İmanov) nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid olunmuşdur.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.2, 152.1,152.5, 359.1, 394, 406.3, 407.2, 666. 667.1, 1133.1, 1145, 1146, 1151.1, 1151.2, 1159.1.1,1243.2, 1243.3, 1245, 1246 və 1255ci maddələrinə, “Daşınmaz əmlakın Dövlət reyestri” haqqında Azərbaycan Respublikası qanununun 2.1, 2.2, 10.1, 1151.1, 1243, 1246 və 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində birinci icraat:

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2022-ci il tarixli 2(104)-2647/2022 nömrəli (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və İ.T.Həsənov) qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhər Məhkəməsinin 10 avqust 2022-ci 2(125)- 1017/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1, 667.1, 1151.1 maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.1, 372.7, 384, 385.2, 392, 393 və 404-407 maddələri ilə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 may 2023-cü il tarixli 2(102)-1561/2023 nömrəli (hakimlər Z.Ə.Əliyev (məruzəçi), A.Ə.Abbasov və V.M.Məmmədov) qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2647/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

16. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 141, 337.1, 358.1, 358.2, 666.1, 1133.1,1133.2, 1151.1, 1159.1.1, 1166, 1176.1, 1193, 1195, 1196, 1200, 1203 maddələri Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.1, 217.3, 416.1, 417, 419 maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində ikini icraat:

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları,

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 apellyasiya şikayətini qəbul etməyərək bildimrişdir ki, mübahisəli fərdi yaşayış evi atasından ona miras qalmış, vərəsəlik qaydasında mülkiyyətinə keçmişdir. Qardaşı Zöhrabın mülki olmamışdır Cavabdeh5 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi X7 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

20. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək bildimrişdir ki, mübahisəli ev baba və nənəsinin olmuş, onların ölümündən sonrada vərəsəlik qaydasında anasına keçnışdır. Anasıda həmin evi ona bağışlamışdır. Ev hazırda onun mülkiyyətinmdədir və anası ilə birlikdə orada yaşayır. Yeganə isə uşaqları ilə birlikdə məcburi köçkünlər üçün salınmış şəhərçikdə yaşayır. Cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. 28 avqust 2023-cü il tarixdə keçirilmış məhkəmə kollegiyasının iclasında iddiaçılarım qanuni nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

22. Hazırkı, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsədə, lakin iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə, cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Nümayəndə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisi işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X6 X4:

23. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Konstitusiyası:

24. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

29. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

30. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

32. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

33. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

34. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

36. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.

37. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

38. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

39. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

40. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 may 2023-cü il tarixli 2(102)-1561/2023 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mübahisənin yenidən araşdırılması iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

49. Belə ki, işin halları ondan ibarətdir ki, X2 ilə Nümayəndə birgə nikahından xx xxxx 2006-cı il tarixdə İddiaçı2 və xx xxxxxx 2011-ci il tarixdə İddiaçı1 adlı uşaqları anadan olmuşlar. X2 ilə Nümayəndə nikahı 10 iyul 2013-cü ildə pozulmuşdur. Zöhrab Talıbov isə 05 iyul 2020-ci ildə ölmüşdür. İddiaçıları atalarının sağlığında ünvan 1 ünvanında 0,0165 ha torpaq sahəsində yerləşən, 69,1 kv.m sahədən ibarət fərdi yaşayış evi bacısı Cavabdeh5 adına qeydə alınmış, sonuncu da 17 noyabr 2021-ci il tarixli müqavilə əsasında daşınmaz əmlakı qızı Cavabdeh3 bağışlamışdır. Fərdi yaşayış evi Günel Mustavazadənın mülkiyyətinə keçdikdən sonra xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı2 və xx xxxxxx 2011-ci il təvəllüdlü İddiaçı1 mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçıların qanuni nümayəndəsi də öz növbəsində hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ev iddiaçıların atası Zöhrab Talıbovdan bacısı Cavabdeh5 keçmişdir. Ona görədə iddiaçılara həmin evdən məcburi pay verilməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir.

50. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. Yuxarıda da qeyd olunduğu kimi iddiaçıların qanuni nümayəndəsi mübahisəli evinin ddiaçıların atası X11 Mustafazadəyə keçməsini iddia etmişdir. Qanuni nümayəndə belə bir dəlil irəli sürsədə lakin bu barədə nə birinci instansiya məhkəməsinə, nədə apellyasiya məhkəməsinə sübut təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, hazırkı tələblə bağlı ilk novbədə daşınmaz əşyaya dair Zöhrab Talıbovun hüququnun olub-olmaması və həmin evin hansı əsasla Cavabdeh5 keçməsi müəyyən olunmalıdır.

52. Bu səbəbdən hazırkı apellyasiya icraatı zamanı mübahisəli daşınmaz əmlaka dair sorğu əsasında arxiv sənədləri alınmış və arxiv sənədlərindən müəyyən olunmuşdur ki, ünvan 2 X5 xüsusi mülkiyyətində olmuşdur. Neymət Talıbovun vəfatından sonra 18 aprel 2019-cu il tarixdə Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notarisu X12 tərəfindən həmin əmlaka bütövlükdə Cavabdeh5 adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadıtnamə əsasında da Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 iyun 2019-cu il tarixli ********** nömrəli çıxarış tərtib olunmuşdur. Sonradan Cavabdeh5 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Qəzənfər Xalıqov küçəsində yerləşən 12 nömrəli fərdi yaşayış evini Cavabdeh3 17 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında bağışlamış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 noyabr 2021-ci il tarixli ********** nömrəli çıxarış üzrə sonuncunun mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

53. Göründüyü kimi, Gəncə şəhəri Kəpəz rayonu Qəzənfər Xalıqov küçəsində yerləşən 12 nömrəli fərdi yaşayış evinə iddiaçıların mərhum ataları Zöhrab Talıbovun mülkiyyət hüququ qeydə alınmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçıların qanuni nümayəndəsinin mübahisəli evin ddiaçıların atası X11 Mustafazadəyə keçməsi barədə dəlili əsassızdır.

54. Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə münasibətdə isə kollegiya onu qeyd edir ki, həmin əqd də etibarlı əqddir.

55. Belə ki, hədiyyə verən Cavabdeh5 sağlığında öz əmlakı üzərində sərəncam vermiş, mülkiyyətində olan fərdi yaşayış evini notariusun hüzurunda Cavabdeh3 bağışlamış, hədiyyə alan da hədiyyəni qəbul etmişdir. Əqd qanunvericiliyin tələbinə uyğun bağlanmışdır. Həmin əqd əsasında Cavabdeh3 adına tərtib olunmuş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 noyabr 2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğvi üçün də hüquqi əsaslar yaranmır.

56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(125)-1017/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar