Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1868/2025 29.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(030)-157/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 02 avqust 1963cü ildə Daşkəsən rayonu Xoşbulaq kəndində doğulmuşdur. X1, anası X7r. Bu barədə Daşkəsən rayon Zağalı kənd sovetində doğum haqqında akt qeydləri kitabında 26 sentyabr 1963-cü ildə 67 nömrə ilə qeyd edilmişdir.
2. 20 mart 1992-ci il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Dəmiryolaltı ərazisi kv.B-Vİ sahə 15”A” ünvanında yerləşən ev X5 adına olmuşdur.
3. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 17 aprel 1992-ci il tarixli 1875 nömrəli sərəncamının surətindən görünür ki, vətəndaş N.H.Nağıyevin adına olan “Dəmiryolaltı” küçəsi kv.B-Vİ sahə 15”A” №-li ünvanda yerləşən mülkdə sahəsi lit. “A”-da 23,8 kv.m, 23,8 kv.m yaşayış otaqları, 56,6 kv.m xidmət otaq və 400 kv.m torpaq sahəsinin qanuniləşdirilməsi və həmin tikililərin vətəndaşın mlükiyyətinə verilməsi, 47,6 kv.m yaşayış sahəsindən, 56,6 kv.m qeyri-yaşayış sahəsindən və 400 kv.metr torpaq sahəsindən ibarət olan “Dəmiryolaltı” ərazisi kv.B-Vİ sahə 15”A” ünvanında yerləşən mülkə dair qəbul edilmiş sərəncama əsasən vətəndaşın yeni hüquqverici sənədlərlə təmin edilməsi və artıq qalan 59,0 kv.m torpaq sahəsi yerli torpaq fonduna verilməsi Gəncə zona texniki inventarlaşdırılma bürosuna tapşırılmışdır.
4. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 iyun 2013-cü ildə Gəncə şəhərində ölmüşdür. Bu barədə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 01 iyul 2013-cü il tarixdə 547 nömrə ilə qeyd edilmişdir.
5. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 11 mart 2018-ci ildə Gəncə şəhərində ölmüşdür. Bu barədə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 15 mart 2018-ci il tarixdə 568 nömrə ilə qeyd edilmişdir.
6. Gəncə şəhəri 6 saylı notariat ofisinin notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış 14 may 2024-cü il tarixli 482 nömrəli məktubdan görünür ki, Daşkəsən rayonu, ünvan 4i ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2013-cü ildə vəfat etmiş X1ndan miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi, Dəmiryolaltı ərazisi ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almağı üçün Gəncə şəhəri 6 saylı notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1 maddəsinə əsasən İddiaçı, mərhum X5 birinci növbədə vərəsəsidir. Lakin İddiaçı, həmin miras əmlakın hüquq müəyyənedici sənədlərini təqdim etməmişdir. Belə olan halda notarius vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmir. Odur ki, İddiaçı, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X5 adına Gəncə şəhəri Kəpəz rayonu Natavan qəsəbəsi, Dəmiryolaltı ərazisi ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun arxivdə olan sənədlərinin surətlərinin və Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayış verilməsinə müvafiq göstəriş verməsini xahiş edilmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi barədə 05 iyul 2024-cü il tarixli 3- 21-3-32/2-6576/2024 nömrəli bildirişin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə 31 may 2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığı, həmçinin əmlak üzərində mübahisə olduğu müəyyən edilmişdir.
8. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 31 iyul 2024-cü il tarixli 1835 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən “Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.”. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən "Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla " da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə “əsasən "Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Yuxarıda şərh olunanları nəzərə alaraq, təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, mirasın qəbul müddətini keçirilmişdir. Həmçinin İddiaçı xx.xx.2013-cü il tarixdə vəfat etmiş atası - X2 qalmış miras əmlaklara, vərəsələr arasında mübahisə olmasına baxmayaraq, vərəsəlik hüququ haqqında şəhadətnamə verməyi barədə ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uygun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən: “Miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisəyə məhkəmə baxır. Odur ki, məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras mülk olan ünvan 1 ünvanında mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılması xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X1nun adına ünvan 1 ünvanında miras əmlak olan yaşayış evi vardır. X1 30 iyun 2013-cü ildə, anası X8 isə 2018-ci ildə vəfat etmişdir. O, qanun üzrə vərəsə kimi atasının mülkündən ona düşən payı almaq istəyir. O, vərəsə kimi pay almaq üçün notariat kontoruna müraciət etmişdir. Bu məsələ ilə əlaqədar 3 saylı Gəncə Ərazi İdarəsinə mülkdə ölçü işləri aparılması barədə arayış verilməsi xahiş edilmişdir. Lakin, o, böyük əminliklə öncədən bilmişdir ki, Cavabdeh Daşınmaz Əmlakın əməkdaşlarına evdə ölçü işləri aparmalarına imkan verməyəcəkdir. Bu vəziyyəti öncədən həmin əməkdaşlara bildirmişdir. Onlar isə əraziyə getməmişlər. Evə dair məhrum atasının adına sənəd yoxdur. Miras əmlak atasının adına sənədləşdikdən sonra vərəsələr arasında bölgü aparıla bilər. Cavabdeh daim mübahisəli evdə yaşamışdır. Hazırda da qeyd edilən evdə yaşamaqda davam edir. Evdə bir qədər artırmalar da etmişdir. Torpaq sahəsinə dair 1992-ci ildə sərəncam verilsə də, həmin ev özəlləşdirilməmişdir. Evin Texniki pasportu olsa sa, Daşınmaz Əmlakın Dövlət Reyestrində arxiv sənədlərində qeydə alınmamışdır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Daşkəsən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(030)-157/2025 nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev), iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4, 157.8-ci və 158.4-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, miras mülkdə ölçü işləri aparılmasa mülkə dair çıxarış ala bilmir. Miras mülkdə qardaşı yaşayır. Mərhum atasından qalmış miras əmlakdan pay almaq onun da hüququdur. Ona görə də miras əmlakda ölçü işləri aparıb, sonra isə həmin mülkə dair çıxarış alınmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum X1nun adına ünvan 1 ünvanında miras əmlak yaşayış evi vardır. X13 30 iyun 2013-cü ildə, anası X8 isə 2018-ci ildə vəfat etmişlər. O, qanun üzrə vərəsə kimi atasının mülkündən ona düşən payı almaq istəyir. O, vərəsə kimi pay almaq üçün notariat kontoruna müraciət etmişdir. Bu məsələ ilə əlaqədar 3 saylı Gəncə Ərazi İdarəsinə mülkdə ölçü işləri aparılması barədə arayış verilməsi xahiş edilmişdir. Lakin, Cavabdeh Daşınmaz Əmlakın əməkdaşlarına evdə ölçü işləri aparmalarına imkan verməmişdir. Miras əmlak atasının adına sənədləşdikdən sonra vərəsələr arasında bölgü aparıla bilər. Cavabdeh daim mübahisəli evdə yaşamışdır.Torpaq sahəsinə dair 1992-ci ildə sərəncam verilsə də, həmin ev sənədləşdirilməmişdir. Ona gərə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, mərhum X1nun adına ünvan 1 ünvanında miras əmlak yaşayış evi vardır. Həmin evdə o ailəsi ilə birlikdə yaşayır. X13 30 iyun 2013-cü ildə, anası Səkinə Nağıyeva isə 2018-ci ildə vəfat etmişlər. İddaçı orada yaşamır. Ölçü işləri aparmasına razı deyil. Ona gərə də, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
20. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
21. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
27. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
28. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
29. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
30. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
40. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
42. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
43. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
44. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
45. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
48. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
50. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
51. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(030)-157/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir.
52. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflərin mərhum X1nun adına ünvan 1 ünvanında miras əmlak olan yaşayış evi vardır. X3 30 iyun 2013-cü ildə, ana X8 isə 2018ci ildə vəfat etmişdir. İddiaçı qanun üzrə vərəsə kimi atasının mülkündən ona düşən payını almaq istəyir. İddiaçı vərəsə kimi pay almaq üçün notariat kontoruna müraciət etmişdir. Bu məsələ ilə əlaqədar 3 saylı Gəncə Ərazi İdarəsinə mülkdə ölçü işləri aparılması barədə arayış verilməsi xahiş edilmişdir. Lakin, o, böyük əminliklə öncədən bilmişdir ki, Cavabdeh Daşınmaz Əmlakın əməkdaşlarına evdə ölçü işləri aparmalarına imkan verməyəcəkdir. Bu vəziyyəti öncədən həmin əməkdaşlara bildirmişdir. Onlar isə əraziyə getməmişlər. Evə dair mərhum atasının adına sənəd yoxdur. Miras əmlak atasının adına sənədləşdikdən sonra vərəsələr arasında bölgü aparıla bilər. Cavabdeh daim mübahisəli evdə yaşamışdır. Hazırda da qeyd edilən evdə yaşamaqda davam edir. Torpaq sahəsinə dair 1992-ci ildə sərəncam verilsə də, evin sənədi yoxdur. Evin Texniki pasportu olsada, Daşınmaz Əmlakın Dövlət Reyestrində arxiv sənədlərində qeydə alınmamışdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmamışdır.
54. Belə ki, işdən görünür ki, İddiaçı mərhum mirasqoyan X5 vərəsəsidir. Digər vərəsə Cavabdeh isə həmin miras əmlakda yaşamaqla, iddiaçının vərəsə kimi mirası qəbul etməsinə, ölçü işlərinin aparılmasına maneə yaradır. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının vərəsəlik hüquqları pozulur.
55. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1 maddəsinə əsasən İddiaçı, mərhum X5 birinci növbədə vərəsəsidir.
56. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
57. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən - Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
58. Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən - Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən: Miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisəyə məhkəmə baxır.
60. Qeyd edilənləri nəzərə alan kollegiya hesab edir ki, hazırki iddianın rədd edilməsi iddiaçının vərəsəlik hüquqlarından məhrum olmasına dəlalət edir.
61. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
64. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
65. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, tərəflərin mərhum X1nun adına ünvan 1 ünvanında miras əmlak olan yaşayış evi vardır. X3 30 iyun 2013-cü ildə, ana X8 isə 2018-ci ildə vəfat etmişdir. İddiaçı qanun üzrə vərəsə kimi atasının miras qalan mülkündən ona düşən payını almaq istəyir. İddiaçı vərəsə kimi pay almaq üçün notariat kontoruna müraciət etmiş, ona 3 saylı Gəncə Ərazi İdarəsinə mülkdə ölçü işləri aparılması barədə arayış verilməsi tələb edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın əməkdaşlarına evdə ölçü işləri aparmalarına razı deyil. Cavabdeh mübahisəli evdə yaşayır. Torpaq sahəsinə dair 1992-ci ildə sərəncam verilsədə, evin Texniki pasportu olsada evin mülkiyyət sənədləri yoxdur. Miras ev Daşınmaz Əmlakın Dövlət Reyestrində arxiv sənədlərində qeydə alınmamışdır. İddiaçı miras əmlakdan vərəsəliklə əlaqədar pay almaq istəyir. Məhkəmə Kollegiyasının iclasındada cavabdeh iddia ərizəsinin təmin edilməsinə razı olmamışdır. Göründüyü kimi, iddiaçının mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneənin aradan qaldırılmasına zərurət vardır.
66. Azərbaycan Respublikasının MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
67. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətində göstərilənlər əsaslıdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün deyil, mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır.
68. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
69. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə görə, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
70. Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
71. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rusumu 100 manatdır.
72. İddia təmin edildiyi üşün, iş üzrə dövlət rüsumu cavabdehdən tutularaq, dövlət nəfinə verilməlidir.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Daşkəsən Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(030)-157/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən miras mülk olan ünvan 1 ünvanında mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına olan maneə aradan qaldırılsın. İş üzrə 100 (yüz) manat dövlət rüsümü Cavabdeh tutularaq, dövlət nəfinə verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.