Məhkəmə qərarları › İş №2(104)-1878/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1878/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1878/2024 29.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2328/2024 saylı qərardadından iddiaçı “«X1 Azərbaycan» QSC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC rayon məhkəməsinə ünvanladığı ərizəsində Cavabdeh 15800 manat əsas, 1245,68 manat faiz cəmi 17045,68 manat və 141,14 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnam əçıxarılmasını xahişetmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2328/2024 saylı qərardadı ilə (hakim M.Niftəliyev) iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı «X1 Azərbaycan» QSC həmin qərardaddan şikayət verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2328/2024 saylı qərardadının ləğv edilməsini, işin məhkəmə icraatına qəbul edilərək mahiyyəti üzrə baxılması ilə bağlı yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2328/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2328/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı «X1 Azərbaycan» QSC Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, ərizədə Cavabdeh qeydiyyat ünvanı –ünvan 1, həmçinin faktiki yaşadığı ünvanı təsdiq edən müvafiq arayış iş materiallarına əlavə olunmamışdır. Belə olan halda cavabdehə məhkəmə sənədlərinin çatdırılması, onun məhkəməyə dəvət olunması, qətnamə çıxarılacağı təqdirdə onun surətinin cavabdehə göndərilməsi və iddia təmin olunacağı halda qətnamənin icra edilməsi qeyri mümkün olacaqdır. Bundan başqa, məsələnin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair iddiaçının cavabdehlərə ünvanladığı məktubun cavabdehə çatdırılması barədə sənəd məhkəməyə təqdim olunmamışdır, bu da Azərbaycan Respublikası MPM-nin tələblərinə ziddir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququ hər bir kəsin konstitusion hüququ olsa da, şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 152.1.1ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməsinə aid tələblər əks olunmuşdur.Qanunverici iddia ərizəsinin forması dedikdə, onun yazılı formada tərtib edilməsini, ərizənin məzmunu dedikdə isə onun MPM-in 149.2-ci maddəsində sadalanan rekvizitləri (məlumatları) özündə əks etdirməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin: 149.2.2-ci maddəsinə görə ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 152.1.6-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir ki, bunlar göstərilmədiyi halda, iddia tələbi mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla iddia ərizəsinin geri qaytarılmasına əsas verir. İddiaçı MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etməklə, iddia ərizəsini həmin maddədə müəyyən olunmuş formada verərək, ikinci dəfə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Ona görə də, şikayət təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)- 2328/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2328/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar