Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1891/2024 09.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibаrət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli 2(062)-1351/2024 nömrəli qərardadından Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli çıxarışa əsasən dövlət qeydiyyatına alınmış ünvan 1 ünvanında yerləşən 0,0726 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 106,7 kv.m. olan fərdi yaşayış evindən onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı və qeyrilərinə qarşı “mirasın tam şəkildə qəbul edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli 2(062)-1351/2024 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə şikayət verərək, qərardadın ləğv olunmasını və qarşılıqlı iddianın icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsi tərəflərə məlumat verilmədən məhkəmə iclas zalında geri qaytarılmışdır. Məhkəmə işə baxmaq əvəzinə bir iş üzrə çoxlu sayda qərardad qəbul edərək süründürməçilik edir. Bir sözlə iş üzrə maraq oyadan hərəkətlər edir. Tovuz Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli 2(062)-1351/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə 12 avqust 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə ərizə verərək, Tovuz Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli 2(062)-1351/2024 nömrəli qərardadından vermiş olduğu şikayətindən imtina etdiyini bildirmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə şikayətdən imtinası qəbul edilməli və bu əsasa görə şikayət üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 397.3-cü maddəsində deyilir ki, şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsinin (vəkil) şikayətdən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Belə olan halda şikayətdən imtina qəbul olunmalı və bu əsasa görə şikayət üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və MPM-nin 263-264, 372, 397.3 və 402.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə Tovuz Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli 2(062)-1351/2024 nömrəli qərardadından verdiyi şikayətdən imtinası qəbul edilsin və bu əsasa görə şikayət üzrə icraata xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1891/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1891/2024
09.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver