Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1908/2023 22.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC–yə və Şəmkir Rayon 1 saylı Notariat ofisinə qarşı mülki iş üzrə Açar sözlər: müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılması və əkilmiş ağacların çıxarılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı Cavabdeh1 nümayəndəsi vəkil Cavabdeh4 və "xxxx" MMC-nin təsisçisi Alı Alyrzaevin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC–yə və Şəmkir Rayon 1 saylı Notariat ofisinə qarşı alqı–satqı müqavilələrinin etibarsız hesab edilməsi, Çıxarışların ləğv edilməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılması və əkilmiş ağacların çıxarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-391/2023 saylı mülki iş üzrə 02 may 2023–cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 22 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İş materiallarında olan işdə olan JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997–ci il tarixli 44 nömrəli qərarı ilə Şəmkir rayonu, Nərimanlı kəndi ərazisindən 10.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 və onun digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
2. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə doğulmuşdur, X4, anası X3r.
3. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X10 xx.xx.2001-ci ildə, X5 xx.xx.2003-cü ildə vəfat etmişlər.
4. İş materiallarında olan 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsindən görünür ki, X10 və X5 JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında onlara məxsus olan torpaq sahəsinin 21886.00 kv.m hissəsini 450.000 (köhnə pul vahidi ilə) manata Cavabdeh1 satmışlar.
5. İşdə olan Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 10.4631 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd edilmişdir.
6. İş materiallarında olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********36 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 8.3249 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X8, X6 və X7 adına qeyd edilmişdir.
7. Mülki işin materiallarında olan, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərərfindən verilən xx.xx.2021-ci il tarixli Çıxarışdan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır, təsisçisı Ali Alirzayevdir, nizamnamə kapitalı da 100 faiz ona məxsusdur.
8. İş materiallarında olan 11 noyabr 2021–ci il tarixli alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 58.0019 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 41040 manata "xxxx" MMC–yə satmışdır.
9. İş materiallarında olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 58.0019 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Azgrad Agro” MMC–nin adına qeyd edilmişdir.
10. İş materiallarında olan 11 noyabr 2021–ci il tarixli alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 15.8689 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 11228 manata "xxxx" MMC–yə satmışdır.
11. İş materiallarında olan 11 noyabr 2021–ci il tarixli alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 12.0372 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 8517 manata "xxxx" MMC–yə satmışdır.
12. İş materiallarında olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 12.0372 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Azgrad Agro” MMC–nin adına qeyd edilmişdir.
13. İş materiallarında olan 11 noyabr 2021–ci il tarixli alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 8.2078 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 5807 manata "xxxx" MMC–yə satmışdır.
14. İş materiallarında olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 8.2078 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Azgrad Agro” MMC–nin adına qeyd edilmişdir.
15. İş materiallarında olan (iddiaçının mübahisələndirdiyi) 27 noyabr 2021–ci il tarixli AN-İ№ ******* saylı alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış əsasında mülkiyyətində olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 10.4631 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 7.521 manata "xxxx" MMC–yə satmışdır.
16. İş materiallarında olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 10.4631 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Azgrad Agro” MMC–nin adına qeyd edilmişdir.
17. İş materiallarında olan xx.xx.2021–ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2003–cü ildə vəfat etmiş X2 vərəsələri X9 və İddiaçı miras əmlak olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 8.3249 ha torpaq sahəsindən ½ hissədə irs almışlar.
18. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022–ci il tarixli qərardan görünür ki, Şəmkir rayon 2 saylı notariat kontorunda notarius işləmiş X11 öldüyünə görə cinayət işinin başlanması rədd edilmişdir.
19. İş materiallarında olan 27 sentyabr 2022–ci il tarixli Daşınmaz əmlakın alqı– satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 mülkiyyətində olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 1.6415 ha torpaq sahəsini 8000 manata "xxxx" MMC–yə satmışdır.
20. İş materiallarında olan xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 3.2829 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə "xxxx" MMC– nin adına qeyd edilmişdir.
21. İş materiallarında olan 07 sentyabr 2022–ci il tarixli Daşınmaz əmlakın alqı– satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 mülkiyyətində olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 0.3072 ha torpaq sahəsini 2000 manata "xxxx" MMC–yə satmışdır
22. İş materiallarında olan xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 0.3072 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə "xxxx" MMC– nin adına qeyd edilmişdir.
23. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 3.2829 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə "xxxx" MMC– nin adına qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
24. İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC–yə və Şəmkir Rayon 1 saylı Notariat ofisinə qarşı alqı–satqı müqavilələrinin etibarsız hesab edilməsi, Çıxarışların ləğv edilməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılması və əkilmiş ağacların çıxarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, mərhum X4, mərhum anası X5 və Cavabdeh1 arasında bağlanmış 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2017–ci il tarixli Çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" MMC–nin adına verilmiş xx.xx.2021–ci il tarixli Çıxarışın ləğv edilməsi, 10.51 ha torpaq sahəsinin 2.86 ha hissəsindən cavabdehlərin çıxarılması və qanunsuz olaraq əkilmiş ağacların cavabdehlərin vəsaiti hesabına çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
25. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon AİK–nın 27 noyabr 1997–ci il tarixli 44 nömrəli qərarı ilə onlara 10.50 ha torpaq sahəsi verilmiş, bu barədə JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin torpaq sahəsinin 2.86 ha hissəsini Cavabdeh1 uzun illərdir zəb etmiş, qanunsuz bağ salaraq ağaclar əkmişdir. Cavabdeh1 onun valideynləri öldükdən sonra kimlərləsə əlbir olub saxta müqavilə tərtib etdirmiş, nəticədə öz adına saxta Çıxarış əldə etmişdir. Bundan sonra cavabdeh həmin çıxarış əsasında torpaq sahəsini saxta müqavilə ilə digər cavabdeh "xxxx" MMC–yə satmış və sonuncunun adına Çıxarış verilmişdir. Qeyd edir ki, "xxxx" MMC də Cavabdeh1 məxsusdur. Dəfələrlə cavabdehlərə müraciət edərək torpaq sahəsindən könüllü çıxmalarını təklif etsə də, cavabdehlər ona məhəl qoymamışlar. Bu səbəbdən məhkəmədə hazırki iddianı qaldırmışdır. Odur ki, mərhum X4, mərhum anası X5 və Cavabdeh1 arasında bağlanmış 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2017–ci il tarixli Çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" MMC–nin adına verilmiş xx.xx.2021–ci il tarixli Çıxarışın ləğv edilməsi, 10.51 ha torpaq sahəsinin 2.86 ha hissəsindən cavabdehlərin çıxarılması və qanunsuz olaraq əkilmiş ağacların cavabdehlərin vəsaiti hesabına çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
26. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Şəmkir Rayon AİK–nın 27 noyabr 1997–ci il tarixli 44 nömrəli qərarı ilə onlara Şəmkir rayonu, Nərimanlı kəndi ərazisində 10.51 ha torpaq sahəsi verilmiş, bu barədə adlarına JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. X4 xx.xx.2001–ci ildə, anası X5 xx.xx.2003–cü ildə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra, yəni 16 iyul 2003–cü il tarixdə onların adından saxta alqı–satqı müqaviləsi tərtib edilmiş və guya valideynləri 16 iyul 2003–cü il tarixdə sağ olmadıqları halda 10.51 ha torpaq sahəsinin 21886.00 kv.m hissəsini Cavabdeh1 satmışdır. Bundan sonra həmin cavabdeh qeyd olunan saxta müqavilə əsasında xx.xx.2017–ci ildə saxta Çıxarış almışdır. Bundan sonra cavabdeh xx.xx.2017–ci il tarixli saxta Çıxarış əsasında mülkiyyətinı keçirdiyi həmin torpaq sahəsini xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsi əsasında "xxxx" MMC–yə satmış, bundan sonra sonuncunun adına xx.xx.2021–ci il tarixli Çıxarış verilmişdir. Göründüyü kimi valideynləri vəfat etdikləri halda onların adından saxta müqavilə tərtib edilmiş, bununla da onlara məxsus torpaq sahəsi saxta və qanunsuz yollarla zəbt edilmişdir. Eləcə də, cavabdehlər tərəfindən həmin torpaq sahəsində ağaclar əkilmişdir. Hesab edir ki, qeyd olunan alqı–satqı müqavilələri etibarsız hesab olunmalı, Çıxarışlar isə ləğv edilməlidir. Odur ki, mərhum X4, mərhum anası X5 və Cavabdeh1 arasında bağlanmış 16 iyul 2003– cü il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2017–ci il tarixli Çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" MMC–nin adına verilmiş xx.xx.2021–ci il tarixli Çıxarışın ləğv edilməsi, 10.51 ha torpaq sahəsinin 2.86 ha hissəsindən cavabdehlərin çıxarılması və qanunsuz olaraq əkilmiş ağacların cavabdehlərin vəsaiti hesabına çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Cavabdeh1 nümayəndəsi Cavabdeh4 məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs torpaq sahəsini qanuni əsaslarla, notarial qaydada bağlanmış müqavilə əsasında satın almışdır. Sonradan isə mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsini yenə də notarial qaydada "xxxx" MMC–yə satmışdır. Lakin qeyd olunan alqı–satqı müqaviləsi təxminən 20 il əvvəl, yəni 16 iyul 2003–cü il tarixdə bağlanmış, təmsil etdiyi şəxs isə həmin vaxt müqavilənin kimlər tərəfindən imzalanmasını xatırlamır. Həmçinin, hesab edir ki, iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı 1 illik iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1 və 354.2–ci maddələrinə əsasən müqavilənin etibarsızlığı ilə bağlı 1 il müddətində məhkəməyə müraciət edə bilərdi. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
28. Cavabdehlər "xxxx" MMC–yə, Şəmkir Rayon 1 saylı Notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.Məhkəmə işə həmin cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
29. Şəmkir Rayon Məhkəməsinin 2(076)-391/2023 saylı mülki iş üzrə 02 may 2023–cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə mərhum X10 və mərhum X5 arasında Şəmkir Rayon 2 saylı Notariat Kontorunda 16 iyul 2003–cü il tarixdə bağlanmış, 4Ə–04–355 nömrəli reyestrdə qeydə alınmış, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 21886.00 kv.m torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, iddia qalan hissədə əsassız olduğundan təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
30. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-391/2023 saylı mülki iş üzrə 02 may 2023–cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyildir, məhkəmə sübutları qiymətləndirmədən ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, iddia tələbi tam təmin olunmalı idi. Lakin məhkəmə əsassız olaraq iddianı təmin etməmişdir. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. "xxxx" dolayı yollarla Cavabdeh1 və onun övladlarına məxsusdur. Guya gələcəkdə “vicdanlı alıcı” olmaları üçün onlar öz aralarında saxta müqavilələr bağlamaqla onun torpağına yiyələniblər. Odur ki, birinci instansiya məhkəməsinin qətnmaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-391/2023 saylı mülki iş üzrə 02 may 2023–cü il tarixli qətnaməsinin ləğv edilməsi, mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq edərək iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi tam əsassızdır. Belə ki, o, qeyd olunan torpaq sahəsini qanuni əsaslarla almışdır, 2019-cu il tarixədək həmin torpaq sahəsini istifadə etmişdir. Həmin müqaviləyə kim və ya kimlər tərəfindən imza edilməsini bilmir. Lakin, həmin müqavilə notariat qaydada bağlanmış və torpağın dəyəri tam olaraq ödənilmişdir. Təxminən bir neçə il bundan əvvəl həmin torpaq sahəsini, yəni, mübahisəli torpaq sahəsini və digər torpaqlarını "xxxx" MMC-yə satmışdır. Hesab edir ki, iddiaçı iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, qanunvericiliyə əsasən iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müqavilənin etibarsızlığı ilə bağlı 1 il müddətində müraciət etmək hüququ vardır. Lakin, iddiaçı hazırki iddia tələbi ilə müqavilə bağlandıqdan 20 il sonra müraciət etmişdir. İddiaçının iddia müddətini ötürməsi barədə ərizə verilmişdir. Lakin məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün ilkin olaraq MPM-nin tələblərinə riayət etməli idi, lakin məhkəmə nə MPM-nin, nə də Azərbaycan Respuiblikası Konstitusiyasının müddəalarına əməl etməmiş, bununla da məhkəmə tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməinin qətnaməsinin ləğv edilməsi, mübahisəli hüquq münasibətinə iddia müddətini tətbiq etməklə iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun olan izahat vermiş, sonda iddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi, irəli sürdüyü iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Cavabdeh4 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəllilərinə uyğun izahat vermiş, sonda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddianın tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" MMC-nin təsisçisi Alı Alyrzaev izahat verərək bildirmişdir ki, Cavabdeh1 onun əmisidir. O, 2020-ci ildə həmin şirkəti təsis etmişdir. Əmisi Cavabdeh1 "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur. Qeyd olunan torpaq sahələrini isə 2020 və 2021-ci illərdə əmisindən alqı-satqı müqavilələrinə əsasən almış və daşınmaz əmlakın dövlət reyestrində şirkətin adına qeydə aldırmışdır. Qanuni əsaslarla torpaq sahələri əldə etmiş və iş qurmuşdur. Həmin vaxt əmisi ilə hazırki İddiaçı arasında olan mübahisədən məlumatı olmamışdır. Ümumiyyətlə Rusiya Federasiyasının vətəndaşı olmaqla uzun müddət orada yaşadığından rayonda olan torpaq mübahisələrindən bixəbər olmuşdur. Sonda iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
37. Maddə 55 - torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarından biri hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələrdir; 38.Maddə 67.1 - torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır;
39. Maddə 68 - torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
40.Maddə 139.1 - mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 41.Maddə 144.1 –daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 42.Maddə 149.2 –əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 43.Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 44.Maddə 329.1 - əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 45.Maddə 331.1 – yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 46.Maddə 337 – ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. 47.Maddə 337.2 –əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 48.Maddə 337.4 –etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
49. Maddə 354.1 - əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 50.Maddə 354.2 - bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 51.Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə.
Prosessual hüquq normaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
52 Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
53. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
54. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 58.Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 61 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
63. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 64.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
65.Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 66.Maddə 372.2 - yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 67.Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 68.Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmədə iştirak edən şəxsləri dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997–ci il tarixli 44 nömrəli qərarı ilə Şəmkir rayonu, Nərimanlı kəndi ərazisindən 10.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, bu barədə adlarına JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. X10 xx.xx.2001–ci ildə, X5 isə xx.xx.2003–cü ildə vəfat etmişlər. 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsinə əsasən X10 və X5 JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında onlara məxsus olan torpaq sahəsinin 21886.00 kv.m hissəsini 450.000 (köhnə pul vahidi ilə) manata Cavabdeh1 satmışlar. Həmin müqavilə əsasında Cavabdeh1 adına Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış verilmişdir. Bundan sonra Cavabdeh1 həmin torpaq sahəsini 27 noyabr 2021–ci il tarixli alqı–satqı müqaviləsi əsasında 7.521 manata "xxxx" MMC–yə satmışdır. Həmin müqavilə əsasında "xxxx" MMC–nin adına xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış verilmişdir. 71.Hazırda iddiaçı mərhumlar X10 və X2 övladı kimi 16 iyul 2003–cü il tarixli alqı– satqı müqaviləsini, həmin müqavilə əsasında Cavabdeh1 verilmiş Çıxarışı, 27 noyabr 2021–ci il tarixli alqı–satqı müqaviləsini və həmin müqavilə əsasında "xxxx" MMC–yə verilmiş Çıxarışı mübahisələndirir. 72.İddianı qismən təmin edən məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın alqı–satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəə– pul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salınır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir. 73.Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd etmişdir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab etmişdir ki, Şəmkir Rayon Notariat kontorunda bağlanmış 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab olunması üçün əsaslar mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi ilə bağlı 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsi bağlanarkən tərəflər (yəni X10 və X5) sağ olmadıqlarından, iradə ifadəsini ifadə etməmişlər və həmin müqavilə onların adından imza olunmaqla bağlanmışdır. İşin müəyyən edilmiş hallarının tədqiqi nəticəsində məhkəmə qənaətə gəlmişdir ki, Cavabdeh1 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsi əsasında torpaq sahəsini əldə edərkən mülki qanunvericiliyin əqdlərin bağlanması üçün nəzərdə tutulmuş tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmə, həmçinin hesab etmişdir ki, Cavabdeh1 Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsini 27 noyabr 2021–ci il tarixli alqı–satqı müqaviləsi əsasında "xxxx" MMC–yə satdığından və həmin torpaq sahəsinə dair sonuncunun adına yeni Çıxarış verildiyindən artıq 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2017–ci il tarixli Çıxarışın ləğv edilməsinə zərurət qalmamışdır. Məhkəmə iddianın “Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" MMC–nin adına verilmiş xx.xx.2021–ci il tarixli Çıxarışın ləğv edilməsi” hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə əsaslı deyildir. 74.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.
75. İş materiallarından müəyyən edilir ki, mübahisələndirilən 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsi bağlandığı vaxt X10 və X1 olmamışlar. Belə ki, X10 xx.xx.2001–ci ildə, X5 xx.xx.2003–cü ildə vəfat etmişlər. Göründüyü kimi JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında onlara məxsus olan torpaq sahəsinin 21886.00 kv.m hissəsini 450.000 (köhnə pul vahidi ilə) manata Cavabdeh1 satılması barədə müqavilə bağlanarkən mülkiyyətçilər sağ olmadıqlarından, iradə ifadəsini ifadə etməmişlər və həmin müqavilə onların adından imza olunmaqla bağlanmışdır. Bu səbəbdən Şəmkir Rayon Notariat kontorunda bağlanmış 16 iyul 2003–cü il tarixli alqı– satqı müqaviləsinin etibarsız hesab olunması üçün əsaslar mövcud olduğundan kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir.
76. Bundan əlavə kollegiya qeyd edir ki, iddiaçının xx.xx.2021–ci il tarixli Çıxarışın ləğvini, xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsinin etibarsızlığını, dolayısı ilə torpaq sahəsini geri tələb edə bilməsi üçün "xxxx" MMC–nin vicdansız əldə edən olmasını sübut etməli idi. Belə ki, qanun müəyyən edir ki, vicdanlılığı mübahisələndirən şəxs onu təkzib etməli, yəni vicdansızlığı sübut etməlidir.
77. İddiaçı şikayətində göstərmişdir ki, "xxxx" MMC dolayı yollarla Cavabdeh1 və onun övladlarına məxsusdur. Guya gələcəkdə “vicdanlı alıcı” olmaları üçün onlar öz aralarında saxta müqavilələr bağlamaqla onun torpağına yiyələnmişlər.
78. Məhkəmə kollegiyası göstərir ki, şikayətin həmin dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 79.Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Artıq yuxarıda qeyd edildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərərfindən verilən xx.xx.2021-ci il tarixli Çıxarışdan müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır, təsisçisı Ali Alyrzaevdir, nizamnamə kapitalı da 100 faiz ona məxsusdur. Beləliklə, iş materiallarında olan rəsmi sənədə əsasən, "xxxx" MMC-nin Cavabdeh1 məxsusluğu inkar olunur. Belə halda MPM-in sübutlarla bağlı tələblərinə əsasən, iddiaçının apellyasiya şikayətinin həmin dəlili əsaslı sayıla bilməz.
80. Eləcə də, Mülki Məcəllənin 140-cı və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Mülki Məcəllənin 182ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.
81. Kollegiya qeyd edir ki, iddiaçının xx.xx.2021–ci il tarixli Çıxarışın ləğvini, xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsinin etibarsızlığını, dolayısı ilə torpaq sahəsini geri tələb edə bilməsi üçün "xxxx" MMC–nin vicdansız əldə edən olmasını sübut etməli idi. Belə ki, qanun müəyyən edir ki, vicdanlılığı mübahisələndirən şəxs onu təkzib etməli, yəni vicdansızlığı sübut etməlidir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı qeyd olunan halla bağlı nə birinci instansiya, nə də apellyasiya məhkəməsinə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bir deyil, bir neçə alqı satqı müqavilələri bağlanmışdır ki, "xxxx" MMC-nin təsisçisi Ali Alyrzaev məhkəmədə izahat verərkən, bunu Azərbaycan Respublikasında iş qurması ilə əlaqələndirmişdir. Ali Alyrzaev məhkəmədə izahat verərkən, həmçinin qeyd etmişdir ki, qeyd olunan torpaq sahələrini alqı-satqı müqavilələrinə əsasən əldə edərkən torpaq sahələrini ona satan əmisi ilə hazırki iddiaçı Aliq Cədərov arasında olan mübahisədən məlumatı olmamışdır. Ümumiyyətlə Rusiya Federasiyasının vətəndaşı olmaqla uzun müddət orada yaşadığından rayonda olan torpaq mübahisələrindən bixəbər olmuşdur. Ona görə də, bütün yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdeh "xxxx" MMC mübahisə olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu vicdanlı olaraq əldə etmişdir. Belə olan halda isə iddiaçının təmin edilməmiş tələbləri əsaslı sayıla bilməz.
82. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri də əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4–cü maddəsinin tələbinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
83. Hazırki iddia tələbi də mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması ilə bağlı olduğundan iddia müddətinin tətbiq edilməsi əsaslı sayıla bilməz.
84. Beləliklə, kollegiya hesab edir ki, verilmiş hər iki apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur.
85. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və haqlı olaraq iddianı qismən təmin etmişdir.
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-391/2023 saylı mülki iş üzrə 02 may 2023–cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-391/2023 saylı mülki iş üzrə 02 may 2023–cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.