Məhkəmə qərarları › İş №2(104)-1911/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1911/2024

22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1911/2024 22.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-522/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və “Gəncə Şəhər Birləşmiş Xəstəxanasına” qarşı vurulmuş zərərin əvəzində pul tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-522/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü l tarixli, 2(104)- 1620/2024 saylı qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 522/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-522/2024 saylı qərardadı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-522/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, İddiaçı tərəfindən həmin qətnamədən yenidən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-522/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin:

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, аpellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. İş materiallarından görünür ki, İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-522/2024 saylı qətnaməsini xx.xx.2024-cü il tarixdə əldə etmiş və bu barədə verdiyi apellyasiya şikaytətində qeyd etmişdir.( iş vərəqə 261 və 290). Hazırkı apellyasiya şikayəti isə xx.xx.2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, imzalanmışdır. Göründüyü kimi, İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüş, prosessual müddətin bərpasına dair vəsatət isə verilməmişdir. Birinci instansiya məhkəməsi isə, apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan, mülki işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunla qətnamədən apellyasiya şikayəti verilməsi müddəti dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli Qərarında göstərmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsinin məqsədəmüvafiqliyi isə, şikayət verən şəxsin həmin müddətin üzürlü sayılması üçün vəsatət verməsinin zəruriliyin ehtiva edir. İddiaçı isə, yuxarıda qeyd edildiyi kimi, apellyasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etsə də, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüş və prosessual müddətin bərpasına dair vəsatət isə verməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-522/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gəncə şəhər Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-522/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar