Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1917/2024 05.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4463/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi “qohumluq münasibətlərinin və şəxsin ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı-xx.xx.1930-cu ildə anadan olmuş X1 xx.xx.2008-ci ildə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4463/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Ə.Məmmədov) Ərizəçi “qohumluq münasibətlərinin və şəxsin ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verildiyindən geri qaytarılması qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 4463/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı əsaslandırarkan qeyd edir ki, X2 onunla qohumluq münasibətlərini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Bununla bağlı qeyd edir ki, hər iki bacı Ermənistan Respublikasında anadan olmuş və məlum hadisələrlə bağlı Ermənistan Respublikasından gələrək Gəncə şəhərində yaşamışlar. Onlar Azərbaycan Respublikasında doğulmadıqlarından doğum haqda məlumatlar əldə etmək mümkün olmamışdır. Doğum şəhadətnamələri isə Ermənistan Respublikasında qalmışdır. Bu səbəbdən də, ərizədə bu şəxslərin qohunluq münasibətlərinin məhkəmə qaydasında müəyyən edilməsi xahiş edilmişdir. Məhkəmə ərizəni bu əsasla geri qaytarmaqda haqlı olmamışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4463/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-4463/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, barəsində ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə qaldırılmış şəxs, yəni X1, həmçinin Ərizəçi bir-birilə qohumluq münasibətinə dair sənəd (doğum haqqında şəhadətnamələri), ərizəni imzalayan Ərizəçi X3 barəsində hazırkı ərizənin verilməsinə səlahiyyətinin olmasını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququ hər bir kəsin konstitusion hüququ olsa da, şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa aid tələblər əks olunmuşdur. Qanunverici iddia ərizəsinin forması dedikdə, onun yazılı formasının tərtib edilməsini, ərizənin məzmunu dedikdə isə onun MPM-in 149.1-ci maddəsində olan məlumatı özündə əks etdirməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, barəsində ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə qaldırılmış şəxs, yəni X1, həmçinin Ərizəçi bir-birilə qohumluq münasibətinə dair sənəd (doğum haqqında şəhadətnamələri), ərizəni imzalayan Ərizəçi X3 barəsində hazırkı ərizənin verilməsinə səlahiyyətinin olmasını təsdiq edən sənəd ərizəyə əlavə edilməmiş olduğuna görə iddia ərizəsinin geri qaytarılmasına əsas verir. İddiaçı MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etməklə, iddia ərizəsini həmin maddədə müəyyən olunmuş formada verərək, ikinci dəfə məhkəməyə müraciət edə bilər. Ərizəçi Ermənistan Respublikasında anadan olması,doğum şəhadətnaməsinin isə Ermənistan Respublikasında qalması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hal hazırkı vəziyyətdə ərizənin məhkəmə icraatına qəbul edilməsinə prosessual hüquqi əsas vermir. Belə ki, ərizəçi belə olan halda, Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə uyğun olaraq, doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə mçüraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-4463/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4463/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1917/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1917/2024
05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver