Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1924/2024 04.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlunun sədrliyi və məruzəsi ilə, Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Qazax rayon notariat ofisinə qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(023)-471/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Qazax rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X1 miras qalmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsində və Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payına vərəsəliyin müəyyən edilməklə miras paylarının bölünməsi, atası X2 miras qalmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 83.7 kv.m fərdi yaşayış evinə vərəsəliyin müəyyən edilməklə miras payın bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qazax Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(023)-471/2024 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia qismən təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin X1 miras qalmış hissəsinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 payının müəyyən edilməsi; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən X2 miras qalmış ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 oğlunun payının müəyyən edilməsi; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli **********, **********, ********** qeydiyyat nömrəli Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.75051, 0.2, 2.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X3 payına düşən hissəsinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 oğlunun payının müəyyən edilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qazax Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 26 avqust 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Qazax Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(023)-471/2024 nömrəli qətnaməsindən İddiaçı2 apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Qazax Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və Qazax Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(023)-471/2024 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması, habelə bundan sonra digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 364 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Qazax rayon notariat ofisinə qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(023)-471/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(104)-1924/2024 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. Qazax Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(023)-471/2024 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması, habelə bundan sonra digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Qazax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1924/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1924/2024
04.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver