Məhkəmə qərarları › İş №2(104)-1940/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1940/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1940/2024 17.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibаrət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(015)-518/2023 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(015)-518/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh 5.000 (beş min) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi; İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən bir neçə dəfə apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmənin müvafiq qərardadlarına əsasən geri qaytarılmışdır. Sonuncu dəfə Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Əliyev X1 Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(015)-518/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(015)-518/2023 nömrəli qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Muşaviq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi və apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün apellyasiya şikayəti ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı "xxxx" ASC şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli 2(015)-518/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(015)-518/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 08 avqust 2024-cü il tarixli 2(015)-518/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, Ağstafa Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(015)-518/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə Müşafiq oğlu tərəfindən vеrilmiş ərizəyə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən olunur ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Əliyev X1 Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(015)- 518/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin müddəti buraxılmış zəruri prosessual hərəkəti, yəni apellyasiya şikayətinin tərtibini həyata keçirtməmişdir. Birinci instansiya məhkəməsi isə ərizəyə baxaraq apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Buraxılmış prosessual müddətin bərpası məsələsinə işdə iştirak edən şəxsin ərizəsi əsasında baxılır. Buraxılmış prosessual müddət konkret prosessual hüququn həyata keçirilməsinə imkan yaratmaq məqsədilə bərpa edilir. Məhz bu səbəbdən də MPM-nin 133.3-cü maddəsi tələb edir ki, müddətin bərpası haqqında ərizənin verilməsi ilə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət də edilməlidir. Məhkəmənin müvafiq prosessual müddəti bərpa etməsi qanunla müəyyən edilmiş müddətə hər hansı müddətin əlavə edilməsi yox, bu müddət ərzində edilməli olan, lakin üzrlü səbəblərdən vaxtında edilməmiş prosessual hərəkətin mümkünlüyünün tanınması deməkdir. MPM-nin 133.2-ci maddəsində prosessual hərəkətlərin edilməli olduğu məhkəmə dedikdə, müraciət etmiş şəxsin edilməsi üçün müddətin bərpasını xahiş etdiyi hərəkəti etməli olduğu məhkəmə orqanı başa düşülür. Ona görə də ərizənin hansı məhkəməyə verilməli olduğu edilməsi üçün müddətin bərpası xahiş olunan prosessual hərəkətdən asılıdır. Bu kontekstdə araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəni verməkdə məqsədi nümayəndəsi olduğu şəxsin pozulmuş hesab etdiyi hüquqlarının və ya qanunla qorunan mənafelərinin yuxarı instansiya məhkəməsində müdafiə etmək olmuşdur. Lakin, cavabdehin pozulmuş hesab etdiyi hüquqlarının yuxarı instansiya məhkəməsində müdafiə edilməsi üçün zəruri prosessual hərəkət olan apellyasiya şikayətinin tərtibi həyata keçirilməmişdir ki, bu halda buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması istisna təşkil edir. Birinci instansiya məhkəməsi isə qeyd olunan hallara düzgün hüquqi qiymət vermədən prosessual müddətin bərpası barədə ərizəni icraata qəbul edərək baxmışdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə Müşafiq oğlunun apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılıb müvafiq hüquqi qiymət verilməlidir. MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və MPM-nin 372, 398.0.2, 399 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(015)-518/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 08 avqust 2024-cü il tarixli 2(015)-518/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Ağstafa Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(015)-518/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə Müşafiq oğlu tərəfindən vеrilmiş ərizəyə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş Ağstafa Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar