Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1945/2025 30.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı mobil telefona görə ilkin ödənişin qaytarılması tələbinə dаir mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli 2(066)-60/2025 nömrəli qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən imei kod **********76742 Samsung Galaxy A24 markalı telefon, Samsung Charger üçün 440.04 (dörd yüz qırx manat dörd qəpik) manat ödənilməmiş hissə, 44.96 (qırx dörd manat doxsan altı qəpik) manat cərimə olmaqla, ümumilikdə, 485 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da İddiaçı MMC-yə qarşılıqlı iddia ərizəsi verərək, cavabdeh "xxxx" MMCyə ödədiyi 150 manat məbləğində ilkin ödənişin alınıb ona qaytarılması, ödədiyi 30 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtibinə görə “Hüquqi Xidmət Mərkəzinə” ödədiyi 70 manat xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(066)-60/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddianın təmin edilməsi, Cavabdeh 440.04 (dörd yüz qırx manat dörd qəpik) manat əsas borcdan ödənilməmiş hissə, 44.96 (qırx dörd manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 485 (dörd yüz səksən beş manat) manat borc məbləği və məhkəmə xərci 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “geri qaytarılmış mobil telefona görə ilkin ödənişin qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 2(104)-1362/2025 saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-60/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellaysiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra Göygöl Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 2(066)-60/2025 saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-60/2025 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti gerinin qaytarılması və X2 qətnamədən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllədə müəyyən olunmuş müddətdə və qaydada tərtib edilmiş apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermək hüququnun olması izah olunmaqla, qeyd edilən çatışmazlığın aradan qaldırılması üçün 10 gün müddət verilməsi qərara alınmış və həmin qərardad xx.xx.2025- ci il tarixdə onun şəxsi kabinetinə yerləşdirilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetə yerləşdirmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1362/2025 saylı qərardadına əsasən apellyasiya şikayətinin forma məzmununa riayət edilməməsi əsas gətirilərək apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Hazırda qeyd olunan çatışmazlıq aradan qaldırılmış, lakin özündən asılı olmayan səbəbdən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötmüşdür. Göygöl Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli 2(066)-60/2025 nömrəli qərardadı ilə (hakim Rəşad Mustafayev) ərizənin təmin edilməməsi; İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-60/2025 saylı qətnaməsindən apellyasiya şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsindən imtina edilməsi; İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1362/2025 saylı qərardadına əsasən apellyasiya şikayətinin forma məzmununa riayət edilməməsi əsas gətirilərək apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Qeyd olunan çatışmamazlıqlar aradan qaldırılmış və eyni zamanda da buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Göygöl Rayon Məhkməsinin xx.xx.2025-ci il tarixli 2(06xx-xx/2025 saylı qərardadına əsasən ərizəsi təmin edilməmişdir. Gədəbəy Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(042)-464/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək 7 gün müddətində işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göygöl Rayon Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli 2(066)-60/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, Göygöl Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2(066)-60/2025 nömrəli qətnaməsinin surəti müşayiətedici məktubla poçt vasitəsilə qarşılıqlı iddiaçı Cavabdeh yaşadığı ünvana göndərilmiş və 24 aprel 2025-ci il tarixdə sonuncu tərəfindən poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilərək qətnamənin surəti rəsmi qaydada qəbul edilmişdir. Bundan sonra qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 iyun 2025ci il tarixli 2(104)-1362/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilmişdir. Daha sonra Göygöl Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli 2(066)- 60/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardadın nəticə hissəsində qarşılıqlı iddiaçı Cavabdeh diqqətinə çatdırılmışdır ki, o, qərardadı rəsmi qaydada qəbul etdiyi vaxtdan 10 (on) gün ərzində apellyasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər. Bundan sonra həmin qərardadın surəti 31 iyul 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış qarşılıqlı iddiaçı Cavabdeh kabinetinə yerləşdirilmişdir. Apellyasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaq üçün müəyyən edilmiş müddət 10 avqust 2025-ci il tarixdə başa çatmışdır. Lakin, qarşılıqlı iddiaçı Cavabdeh həmin müddədək (xx.xx.2025 - xx.xx.2025 aralığında) apellyasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı aradan qaldırmaqla yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh hazırkı apellyasiya şikayəti və şikayət verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Bununla belə, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı). Şərh edilənlərin yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 128-130, 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli 2(066)-60/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1945/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1945/2025
30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver