Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1960/2023 31.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Ağstafa Rayon Məhkəməsinin 2(015)-16/2023 saylı mülki iş üzrə 17 may 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 1971-ci il tarixdə vəfat etmiş mərhum atası X2 və 16 iyun 1971-ci il tarixdə vəfat etmiş mərhum anası X1 dəfn edildiyi Ağstafa şəhər qəbiristanlığında onların qəbirüstü abidələrinin yerləşdiyi sahəyə daxil olmaq üçün daimi və ümumi istifadədə olan giriş-çıxış yolunun üzərində sonradan qanunsuz inşa edilmiş torların cavabdehlərin hesabına sökülərək yolun açılması və sahənin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-16/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı Ağstafa Rayon Məhkəməsinin 2(015)- 16/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2(015)-16/2023 saylı iş üzrə 17 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən qeyd edilən qətnamənin 27 fevral 2023-cü il tarixdə ona göndərilməsini göstərsə də, həmin qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. Bundan sonra Ağstafa Rayon Məhkəməsinin 2(015)-16/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsinin surətini ərizə ilə məhkəməyə müraciət etdikdən sonra 13 aprel 2023-cü il tarixdə almış və 13 may 2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmış, əsas olaraq isə apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmilş müddətin ötürüldüyü qeyd edilmişdir. Halbuki, o, apellyasiya şikayətini 13 may 2023-cü il tarixdə poçt vasitəsilə Ağstafa Rayon Məhkəməsinə göndərmişdir. Qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-16/2023 saylı mülki iş üzrə 23 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tədqiq edib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-16/2023 saylı mülki iş üzrə 17 may 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 23 iyun 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə Ağstafa Rayon Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün iş Ağstafa Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qəradadında göstərmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-16/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti 27 fevral 2023-cü il tarixdə rəsmi qaydada iddiaçıya göndərilmiş, iddiaçının müraciətinə əsasən Ağstafa Rayon Məhkəməsinin 2(015)-16/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti təkrar olaraq 27 mart 2023-cü il tarixdə iddiaçıya göndərilmiş, o, 13 aprel 2023-cü il tarixdə qəbul etmiş, apellyasiya şikayəti isə 17 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Lakin, apellyasiya şikayətinə şikayət vermə müddətinin üzürlü səbəbdən buraxılmasını təsdiq edən rəsmi sənədlər və müddətin bərpası barədə ərizə əlavə edilməmişdir. Ona görə də məhkəmə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. 128.3-cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.3-cü maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 362-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikasıнын Konstitusiya Məhkəməsinin Plenumu Q.Hüseynovun şikayəti üzrə 29 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir. Yuxarıda qeyd edilmiş hüquq normalarının məzmunundan görünür ki, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnaməsindən həmin qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarından göründüyü kimi sözügedən qətnamə 27 mart 2023-cü il tarixdə iş üzrə İddiaçı təkrarən göndərilsə də, qətnamənin iddiaçı tərəfindən rəsmi qaydada qəbul edilməsi ilə bağlı iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Buna baxmayaraq iddiaçı qətnamənin surətini 13 aprel 2023-cü il tarixdə qəbul etdiyini bildirmişdir. Göründüyü kimi, qətnamənin iddiaçı tərəfindən 13 aprel 2023-cü il tarixdə rəsmi qaydada qəbul edilməsi işin mübahisəsiz halıdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qəbzim surətindən görünür ki, iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətini həmin tarixdə məhkəməyə çatdırılması üçün poçta vermişdir. Bundan əlavə apellyasiya şikayətinə əlavə edilmiş ödəniş qəbzinin surətindən də görünür ki, İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumu xx.xx.2023-cü il tarixdə bank vasitəsilə ödənilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən qətnamədən verilən apellyasiya şikayətinin 13 aprel 2023-cü il tarixdə rəsmi qaydada "xxxx" MMC-yə verildiyi öz təsdiqini tapdığı halda müəyyən olunur ki, iddiaçı qətnamədən apellyasiya şikayəti verilmə üçün nəzərdə tutulmuş müddəti ötürməmiş, qətnaməni rəsmi qaydada aldığı gündən 1 ay müddətində apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçı məhkəmənin iş üzrə 17 may 2023-cü il tarixli qərardadından verdiyi şikayətində apellyasiya şikayətini 13 may 2023-cü il tarixdə poçt vasitəsilə Ağstafa Rayon Məhkəməsinə göndərdiyini göstərməsinə və "xxxx" MMC-nin 13 may 2023-cü il tarixli qəbzini şikayətinə əlavə etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının şikayətinin bu dəlilinə heç bir münasibət bildirmədən şikayəti təmin etməyərək, şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)- 16/2023 saylı mülki iş üzrə 17 may 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 23 iyun 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə Ağstafa Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilib-edilməməsi məsələsinə yenidən baxılması üçün iş Ağstafa Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasıнын MPM-in 264, 396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-16/2023 saylı mülki iş üzrə 17 may 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 23 iyun 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-16/2023 saylı mülki iş üzrə 25 yanvar 2023cü il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün mülki iş Ağstafa Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı gündən qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1960/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1960/2023
31.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver