Məhkəmə qərarları › İş №2(104)-1962/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1962/2024

12.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1962/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi, Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X8, X26 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə) qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X12 nümayəndəsi X36 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 16.*7.2*24-cü il tarixli, 2(125)-14*/2*24 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 dekabr 2*24-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: AZ-İV seriyalı, 889577 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1963-cü il tarixdə doğulmuşdur. Atası: X17, anası: X18r. AZ-T seriyalı, *83764 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 17 yanvar 1968-ci il tarixdə doğulmuşdur. Atası: X17, anası: X18r. AZ seriyalı, 17524*9 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3* 16 iyun 197*-ci il tarixdə doğulmuşdur. Atası: X17, anası: X18r. AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 *6 iyun 1966-cı il tarixdə doğulmuşdur. Atası: X17, anası: X18r. 21 avqust 2*23-cü il tarixli, *5/*9İS/148223-23 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “X25” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid 21.*8.2*23-cü ilədək daxil edilmiş bütün X25 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: atası: X17 (1*.*1.1932) (3*.*5.2*2* vəfat edib) anası: X27 (*1.*1.1935) (12.*2.2**4 vəfat edib) bacısı: X26 (18.*4.1958) qardaşı: X8 (*3.1*.1959) bacısı: X16 (xx.xx.1961) qardaşı: X13 (*6.*6.1966) (1*.*4.1994 vəfat edib) qardaşı: Cavabdeh1 (17.*1.1968) qardaşı: X3* (16.*6.197*) oğlu: X31 (11.*1.1985) Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının X49 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 51 nömrəli, 21 sentyabr 2*23-cü il tarixli arayışdan görünür ki, İddiaçı mərhum qardaşı X3* 1979-cu ildə Goranboy rayon X49ində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *2 iyul 2*24-cü il tarixli, *5/*9/S/*56372-24 nömrəli arayışdan görünür ki, “X25” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 aid *2.*7.2*24-cü ilədək daxil edilmiş bütün X25 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: atası: X17 anası: X27. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 may 2*23-cü il tarixli, 3-21-3-46/2-2211/2*23 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh1 adına olan ünvan 1ində yerləşən 4,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi *8.12.2*2*-ci il tarixli, 2V-97*,971 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1*.12.2*2*-ci il tarixli, 182**1791* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 adına olan Goranboy rayonu, X49ində yerləşən fərdi yaşayış evi *2.*3.2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən *6.*4.2*22-ci il tarixli, 1822**72** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının X49 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 nömrəli, *1 iyun 2*23-cü il tarixli arayışdan görünür ki, İddiaçı 2***-ci ildən atası mərhum X7 evində yaşamış və o, ölən günədək mərhuma qulluq etmişdir. Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti Başçısının X49 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 nömrəli, *1 iyun 2*23-cü il tarixli arayışdan görünür ki, İddiaçı mərhum anası X28 12 fevral 2**4-cü il tarixdə və atası mərhum X17 3* may 2*2*-ci il tarixdə vəfat etmişlər. Ölən günədək Goranboy rayon X49ində qeydiyyatda olmuşlar və orada yaşamışdırlar. Onların aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1. X26, 2. X8, 3. X16, 4. X13 (vəfat edib), 5. Cavabdeh1, 6. X3* (vəfat edib). Mərhumlar ölən günədək qızı İddiaçı ilə birgə yaşamışdır. Mərhumların valideynlərindən sağ qalanı yoxdur. *3 mart 2*17-ci il tarixli vəsiyyətnamədən görünür ki, X17 ölən günədək özünə məxsus bütün daşınmaz və daşınar əmlakını oğlu Cavabdeh1 vəsiyyət etmişdir. *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 3*.*5.2*2*-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi: Xabarovsk diyarı, Xabarovsk şəhəri, Bolşaya küçəsi, ev 12, mənzil 67 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh1 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 7 saylı Ərazi İdarəsinin *8.12.2*2*-ci il tarixli, 5629 nömrəli arayışa və Bərdə DTXK tərəfindən 25.*1.2**2-ci il tarixdə verilmiş seriya nömrəsi JN: *211, KOD: 5*9*7*28 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 4,23 ha olan torpaq sahəsindən miras qoyan X9 məxsus torpaq sahəsindən ibarətdir. *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.*2.2**4-cü il tarixdə vəfat etmiş X14 vərəsəsi: Xabarovsk diyarı, Xabarovsk şəhəri, Bolşaya küçəsi, ev12, mənzil 67 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh1 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 7 saylı Ərazi İdarəsinin *8.12.2*2*-ci il tarixli, 5629 nömrəli arayışa və Bərdə DTXK tərəfindən 25.*1.2**2-ci il tarixdə verilmiş seriya nömrəsi JN: *211, KOD: 5*9*7*28 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 4,23 ha olan torpaq sahəsindən miras qoyan X19 məxsus torpaq sahəsindən ibarətdir. *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 3*.*5.2*2*-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi: Xabarovsk diyarı, Xabarovsk şəhəri, Bolşaya küçəsi, ev 12, mənzil 67 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh1 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 28.*2.2*22-ci il tarixdə verilmiş 5*9*13*847*2-1*3*1 reyestr nömrəli, 1822**632* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Goranboy rayonu, X49i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evindən və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsinin miras qoyan X9 məxsus hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş *2.*3.2*22 tarixli qeydiyyat nömrəsi 22*2*31236LH331*4 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Goranboy rayonu, X49i ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 12.*2.2**4-cü il tarixdə vəfat etmiş X14 vərəsəsi: Xabarovsk diyarı, Xabarovsk şəhəri, Bolşaya küçəsi, ev 12, mənzil 67 ünvanında qeydiyyatda olan oğlu – Cavabdeh1 və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 28.*2.2*22-ci il tarixdə verilmiş 5*9*13*847*2-1*3*1 reyestr nömrəli, 1822**632* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Goranboy rayonu, X49i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evindən və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsinin miras qoyan X19 məxsus hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş *2.*3.2*22 tarixli qeydiyyat nömrəsi 22*2*31236LH331*4 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Goranboy rayonu, X49i ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. JN-*211 seriyalı, KOD 5*9*7*28 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının *4 sentyabr 2***-ci il tarixli 4* saylı qərarı ilə 4,23 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X17, X27 və Cavabdeh1 verilmişdir. Dövlət aktı qeydiyyat kitabında *8975 nömrə ilə qeydiyyata alınmışdır. 28.*2.2*22-ci il tarixli, 1822**632* qeydiyyat nömrəli, 5*9*13*847*2-1*3*1 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Yəhərçi, Qazaxlar kəndində yerləşən ümumi sahəsi *,49 ha olan torpaq sahəsi X7, X14, Cavabdeh1, X23 və X2* ümumi birgə, həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi isə X7 tam mülkiyyətindədir. *3 dekabr 2*2*-ci il tarixli, 55*3812 nömrəli, Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, X17 və X37 arasında nikah Goranboy rayonu Fəxralı İN-də 26 oktyabr 1956-cı il tarixdə bağlanmışdır. Bu barədə 26 oktyabr 1956-cı il tarixdə *8 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Daşdəmirov,” arvada “Daşdəmirova” soyadı verilmişdir. AZ-İ seriyalı, *43879 nömrəli, 13 fevral 2**4-cü il tarixli, Goranboy rayonu, Yəhərçi Qazaxlar İcra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 12 fevral 2**4-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 fevral 2**4-cü il tarixdə *3 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi: diabetik koma, şəkərli diabetdir. AZ-İİ seriyalı, *83427 nömrəli, 15 iyul 2*2*-ci il tarixli, Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 3* may 2*2*-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 iyul 2*2*-ci il tarixdə 75* nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi: kəskin miokard infarktdır. Goranboy Rayon Məhkəməsinin 2(*45)-37/2*23 nömrəli, *3 mart 2*23-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 tərəfindən 5*** (beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə cavabdehin iddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan Goranboy rayonu, X49ində *,49 ha torpaq sahəsi üzərində yerləşən 1*2,7 kvadratmetrdən ibarət olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməsi və həmin evdən çıxarılması, pul kompensasiyasının ödənilməsi ilə cavabdeh İddiaçı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi, Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X8, X26 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən Cavabdeh1 adına *8 dekabr 2*2*-ci il tarixdə Reyestrdə 2 V-97*, 2 V-971 və *2 mart 2*22-ci il tarixdə 2 V-212, 2 V-213 nömrə ilə qeydə alınmış Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamələrin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına 1* dekabr 2*2*-ci il tarixli, 182**1791* saylı və *6 aprel 2*22-ci il tarixli, 1822**72** saylı Çıxarışların ləğv edilməsi, atası X9 və X4na məxsus Goranboy rayon X49ində yerləşən ümumibirgə mülkiyyətdə olan *,49 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 1*2,7 kv,m-dən ibarət olan fərdi yaşayış evinə və atası X9, X4na mülkiyyət hüququ üzrə məxsus olan 4,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onun qanun üzrə vərəsə kimi hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun doğma qardaşıdır. Rusiya Federasiyası vətəndaşı olmaqla, Xabarovski şəhəri, Bolşaya küçəsi, ev 12, mənzil 67 ünvanda qeydiyyatda olmaqla yaşayır. 199*-cı illərin ortalarından başlayaraq əri Mobil Məmmədovla ailə münasibətlərinə xitam verərək valideynlərinin evində yaşamağa başlamışdır. X4 12 fevral 2**4-cü il tarixdə, atası X17 3* may 2*2*-ci il tarixdə vəfat etmişlər. Valideynləri vəfat edən günədək onlara o, xidmət etmişdir. Cavabdeh Rusiya Federasiyasında yaşadığı üçün təsərrüfatı o, idarə etmişdir. Cavabdeh1 yalnız valideynlərinin dəfn mərasimində iştirak etmişdir. Ancaq onun və digər qanun üzrə vərəsələrin xəbəri olmadan Cavabdeh1 ünvan 3 ünvanda yaşayan X4* etibarnamə verərək valideynlərinə mülkiyyət hüququ üzrə məxsus olan daşınmaz əmlaklara dair hüquqi əhəmiyyətli əməliyyatları aparmasını və Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamələrin alınması barədə tapşırıq vermişdir. Gəncə Regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən *8 dekabr 2*2*-ci il tarixdə Reyestrdə 2 V-97*, 2 V-971, *2 mart 2*22-ci il tarixdə isə 2 V-212 nömrə ilə qeyd edilmiş Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamələr Cavabdeh1 adına verilmişdir. Qanun üzrə Vərəsəlik hüququ haqqında *8 dekabr 2*2*-ci il tarixli 2 V-97*, 971 reyestr nömrələri Şəhadətnamələrə əsasən 1* dekabr 2*2*-ci il tarixli, 182**1791* saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin *2 mart 2*22-ci il tarixli, 2 V212, 2 V-213 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən *6 aprel 2*22-ci il tarixli, 1822**72** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bu zaman digər bərabər pay hüquqlu vərəsələrin mövcudluğu gizlədilmiş və bununla da onun vərəsəlik hüququ pozulmuşdur. Qanunun da tələbindən göründüyü kimi o, bərabər pay hüquqlu birinci növbədə vərəsə sayılır. Hesab edir ki, Cavabdeh1 adına verilmiş Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilməli və onun da valideynlərindən miras qalmış əmlaka dair Qanun üzrə vərəsəlik hüququ bərpa olunmalıdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-14*/2*24 nömrəli, 16 iyul 2*24-cü il tarixli qətnaməsi ilə (hakim Z.İmanov) iddia qismən təmin edilmiş, Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli, *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən etibarsız hesab edilmiş, Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh1 JN: *211, KOD: 5*9*7*28 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 4,23 ha olan torpaq sahəsi üzərində tam hissədə payının müəyyən edilməsinə dair 1*.12.2*2*-ci il tarixli, 182**1791* qeydiyyat nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh1 Goranboy rayonu, X49i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsi üzərində tam hissədə payının müəyyən edilməsinə dair *6.*4.2*22-ci il tarixli, 1822**72** qeydiyyat nömrəli Çıxarışlar qismən ləğv edilmiş, JN: *211, KOD: 5*9*7*28 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 4,23 ha olan torpaq sahəsinin 2/3 hissəsinin 1/6 hissəsinə, Goranboy rayonu, X49i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evinin 1/6 hissəsinə və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsinin 2/5 hissəsinin 1/6 hissəsinə İddiaçı, Cavabdeh1, X16, X8, X26 və X21 hər birinin ayrı-ayrılıqda miras payların müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mərhum X17 və X1* miras qalmış mübahisə predmeti olan ümumi birgə mülkiyyətdə olan JN-*211 seriyalı, KOD 5*9*7*28 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının *4 sentyabr 2***-ci il tarixli 4* saylı qərarı ilə verilmiş 4,23 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi və Goranboy rayonu, X49i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsinə dair Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli, *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilən zaman vərəsələrin dairəsi tam müəyyən edilməmiş, miras qoyanların qanun üzrə birinci növbəli vərəsələri iddiaçı olan qızı İddiaçı və digər övladları müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X8, X26 və X24 məlumat verilməmiş, başqa sözlə İddiaçı və övladları müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16, X8, X26 və X21 mərhum İsrayıl Daşdəmirov və Şura Daşdəmirovanın vərəsələri olmaları halı, onların miras əmlakdan imtina edib-etməmələri barədə fikirləri öyrənilməmiş və qeyd edilən xüsusatlar nəzərə alınmadan, əsassız olaraq miras əmlaka dair yalnız miras qoyanın övladı hazırki iş üzrə Cavabdeh1 miras əmlakdan tam hissədə pay almaq hüququ göstərilməklə, ona *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli, *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamələr və müvafiq olaraq, Çıxarışlar almışdır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mərhum X17 və X1* miras qalmış mübahisə predmeti olan ümumi birgə mülkiyyətdə olan JN-*211 seriyalı, KOD 5*9*7*28 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının *4 sentyabr 2***-ci il tarixli 4* saylı qərarı ilə verilmiş 4,23 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi və Goranboy rayonu, X49i ünvanında yerləşən ümumi sahəsi 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi və evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan *,49 ha olan torpaq sahəsinə dair Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli, *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V-213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ şəhadətnamələr qanuvericiliyin müəyyənləşdirilmiş şərtlərini pozmaqla verildiyindən və sözügedən miras əmlaklardan JN-*211 seriyalı, KOD 5*9*7*28 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Goranboy rayon Aqrar İslahat Komissiyasının *4 sentyabr 2***-ci il tarixli 4* saylı qərarı ilə 4,23 hektar kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi mərhum X17 və X27 ilə yanaşı Cavabdeh1 və Goranboy rayonu, Yəhərçi, Qazaxlar kəndində yerləşən ümumi sahəsi *,49 ha olan torpaq sahəsi X7, X14, Cavabdeh1, X23 və X2* ümumi birgə, həmin torpaq sahəsinin üzərində inşa ediilmiş 1*2,7 kvadratmetr olan fərdi yaşayış evi isə miras qoyan mərhum X7 tam mülkiyyətində olmaqla, miras əmlaklar bir neçə paydan ibarət olduğundan qismən etibarsız hesab olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 157.8, 324.1, 324.2, 324.4, 324.4, 337.3, 337.4, 354.1, 354.2, 372.1 və 372.2-ci maddələrinə, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 16.*7.2*24-cü il tarixli, 2(125)-14*/2*24 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsə Əvəz Daşdəmirov miras qoyandan əvvəl vafat etməsinə baxmayaraq, məhkəmə bu şəxin ölüm faktının müəyyən edilmədiyini əsas gətirərək, vəfat etmiş şəxsi vərəsə olaraq tanımaqla ona miras pay müəyən etməsi əsassızdır. Halbu ki, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir ki, bu şəxs vəfat edib və hazırda məhkəmənin çağrışlarına da gəlmir. Ancaq məhkəmə vəfat etmiş şəxsin adına 1 pay saxlamaqla mübaisənin gələcəkdə də davam edəcəyinə zəmin yaratmış olur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsində ona qarşı evdən çıxarılma tələbinə dair iddiasında, nə də onun cavabdehə qarşı Gəncə Şəhər Məhkəməsində iddia tələbi ilə əlaqədar araşdırma aparılarkən cavabdeh vəsiyyətnamə üzrə mirası qəbul etməsi barədə sənəd təqdim etməməklə yanaşı, eyni zamanda hansısa vərəsənin öz payından cavabdehin xeyrinə imtina etməsi barədə sənəd təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş notariat işində cavabdehin istinad etdiyi sənədlər mövcud deyildir. Şəxsən o öz payından imtina etməyi barədə heç bir sənədə imza atmamışdır. Ona görə də hesab edir ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisəli vərəsəlik münasibətlərinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2*23-cü il tarixli Qərarının müddəaları tətbiq edilməli deyil və bu baxımdan miras əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə əsaslar yoxdur. Bununla belə, qanun üzrə vərəslərdən Xaləddin və Əvəz mirasqoyandan əvvəl vəfat etmiş və onların heç bir vərəsəsi yoxdur. Hazırda cəmi 5 nəfər qanun üzrə birinci növbə vərəsə vardır və mirasqoyan X15 əmlaklarını Fikrətə vəsiyyət etmişdir ki, məhkəmə həmin halı da, nəzərə almamışdır. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 16.*7.2*24-cü il tarixli, 2(125)-14*/2*24 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Əvəz qardaşlarıdır. 3 yaşı olanda rəhmətə getmişdir. Vərəsəsi yoxdur. Eyni zamanda digər qardaşı Xaləddinin də vərəsəsi yoxdur. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 16.*7.2*24-cü il tarixli, 2(125)-14*/2*24 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 göstərdi ki, mərhum atası İsrayıl Daşdəmirova iddiaçı olan bacısı İddiaçı baxmış və onun əziyyətini çəkmişdir. Atası vəfat edən zaman o da getmişdir. Lakin, mərhum valideynləri İsrayıl Daşdəmirov və Şura Daşdəmirovadan miras qalmış əmlaklar bölüşdürülən zaman onlara xəbər verilməmiş, cavabdeh olan qardaşı Cavabdeh1 miras əmlakları onlardan xəbərsiz öz adına rəsmiləşdirmişdir. O, ata və anasından qalmış miras əmlakdan pay istəyir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 nümayəndəsi olan oğlu X47 göstərdi ki, Cavabdeh1 mübahisə predmeti olan miras əmlakları rəsmiləşdirmək üçün ona etibarnamə vermiş və cavabdeh olan dayısının adından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri dayısının nümayəndəsi olaraq o, almışdır. Ondan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alan zaman notariusda digər vərəsələrin olub-olmaması soruşulmuş, o da Cavabdeh1 başqa vərəsələrin də olması barədə məlumat vermişdir. İddiaçı 2**2-ci il tarixdən Goranboy rayonu, X49ində *,49 ha torpaq sahəsi üzərində yerləşən 1*2,7 kvadratmetrdən ibarət olan fərdi yaşayış evində yaşamağa başlamışdır. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Digər cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 7 saylı Bərdə Ərazi İdarəsinə, X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193.Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2*23-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 16.*7.2*24-cü il tarixli, 2(125)-14*/2*24 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdiyindən, qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 16.*7.2*24-cü il tarixli, 2(125)-14*/2*24 nömrəli qətnaməsi ləğv edilməli yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli, *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, həmin şəhadətnamələr əssında Cavabdeh1 adına 1*.12.2*2*-ci il tarixli, 182**1791* qeydiyyat nömrəli və *6.*4.2*22-ci il tarixli, 1822**72** qeydiyyat nömrəli Çıxarışlar və onların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatları ləğv edilməli, X3 miras qalmış Goranboy rayon X49ində yerləşən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş 1*2,7 kv,m-dən ibarət olan fərdi yaşayış evinin 6/1* hissəsinə Cavabdeh1, 1/1* hissəsinə İddiaçı, 1/1* hissəsinə hissəsinə X5 və 1/1* hissəsinə X1, 1/1* hissəsinə X12 vərəsəlik payları müəyyən edilməli, Goranboy rayon X49ində yerləşən 1*2,7 kv,m-dən ibarət olan fərdi yaşayış evinin yerləşdiyi *,49 ha həyətyanı torpaq sahəsi üzərində 18/5* hissəsinə Cavabdeh1, 1*/5* hissəsinə X2*, 1*/5* hissəsinə X11, 3/5* hissəsinə İddiaçı, 3/5* hissəsinə hissəsinə X5, 3/5* hissəsinə X1, 3/5* hissəsinə X12 payları müəyyən edilməli, 4,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 18/3* hissəsinə Cavabdeh1, 3/3* hissəsinə İddiaçı, 3/3* hissəsinə hissəsinə X5, 3/3* hissəsinə X1, 3/3* hissəsinə X12 payları müəyyən edilməliidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2*23-cü il tarixli Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqim mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 13*1-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, miras qoyanlar X27 12 fevral 2**4-cü il tarixdə, atası X17 3* may 2*2*-ci il tarixdə vəfat etmiş və onların vəfatından sonra, X9 və X4na məxsus Goranboy rayon X49ində yerləşən ümumi birgə mülkiyyətdə olan *,49 ha torpaq sahəsinin hər birinə aid 1/5 hissəsi, həmin torpaq sahəsində inşa edilmiş X9 aid 1*2,7 kv,m-dən ibarət olan fərdi yaşayış evi və 4,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7 və X14 hər birinə aid olan 1/3 hissəsi miras qalmışdır. Miras qoyanların birinci növbə vərəsələri - uşaqları İddiaçı, Cavabdeh1, X16, X8, X22r. Digər birinci növbə vərəsələrdən X13 1*.*4.1994-cü il tarixdə, Daşdəmirov Əvəzİsrayıl oğlu isə 1979-cu il tarixdə uşaq ikən vəfat etmişlər. Məhkəmə kollegiyasında həmçinin müəyyən edildi ki, mərhum X17 ölən günədək ona məxsus bütün daşınar və daşınmaz əmlakını oğlu Cavabdeh1 vəsiyyət etmişdir. Qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə verilmiş vəsiyyətnamə qüvvədədir, tərəflər bunu mübahisələndirməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, 3* may 2*2*-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Goranboy rayon X49ində yerləşən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş 1*2,7 kv,m-dən ibarət olan fərdi yaşayış evi ilə bağlı mərhum X17 tərəfindən Cavabdeh1 qoyulmuş vəsiyyətnamə və digər vərəsələrin məcburi payı nəzərə alınmaqla, həmin fərdi yaşayış evinin 6/1* hissəsinə Cavabdeh1, 1/1* hissəsinə İddiaçı, 1/1* hissəsinə hissəsinə X5 və 1/1* hissəsinə X1, 1/1* hissəsinə X12 vərəsəlik payları müəyyən edilməlidir. Goranboy rayon X49ində yerləşən 1*2,7 kv,m-dən ibarət olan fərdi yaşayış evinin yerləşdiyi *,49 ha həyətyanı torpaq sahəsi 5 nəfərin, yəni miras qoyanlar X14, X7, həmçinin Cavabdeh1, X2* və X11 ümumi birgə mülkiyyətdədir. Ona görə də, fərdi yaşayış evinin yerləşdiyi *,49 ha həyətyanı torpaq sahəsnin miras qoyanların hər birinin 1/5 payı mirasın predmetini təşkil edir. Miras qoyan X14 payına münasibətdə vəsiyyətnamə olmadığından, 5 vərəsənin hər birinin, yəni birinci növbə vərəsələri - uşaqları İddiaçı, Cavabdeh1, X16, X8, X12 1/5:5=1/25 hissədə vərəsəlik payı vardır. Həmin torpaq sahəsinin X3 miras qalmış 1/5 hissədə payına münasibətdə isə, mərhum tərəfindən Cavabdeh1 qoyulmuş vəsiyyətnamə və digər vərəsələrin məcburi payı nəzərə alınmaqla, 6/5* hissəsinə Cavabdeh1, 1/5* hissəsinə İddiaçı, 1/5* hissəsinə hissəsinə X5 və 1/5* hissəsinə X1, 1/5* hissəsinə X12 vərəsəlik payları müəyyən edilməlidir. Həmin miras paylar toplandıqda isə, 8/5* hissəsinə Cavabdeh1, 3/5* hissəsinə İddiaçı, 3/5* hissəsinə hissəsinə X5, 3/5* hissəsinə X1, 3/5* hissəsinə X12 vərəsəlik payları müəyyən edilir. Bundan başqa, Cavabdeh1 1/5 hissədə mülkiyyət payı nəzərə alınmaqla, *,49 ha həyətyanı torpaq sahəsi üzərində cəmi payı 18/5* hissədə müəyyən edilir. Digər mülkiyyətçilər olan X2* və X11 isə ümumi birgə mülkiyyətdə hər birinin 1/5, ümumi məxrəcə münasibətdə isə 1*/5* mülkiyyət payları vardır. Ona görə də, miras qoyanlardan vərəsəlik üzrə əldə edilən paylar və qeyd edilən şəxslərin ümumi əşyada mülkiyyət payları nəzərə almaqla, Goranboy rayon X49ində yerləşən 1*2,7 kv,m-dən ibarət olan fərdi yaşayış evinin yerləşdiyi *,49 ha həyətyanı torpaq sahəsi üzərində 18/5* hissəsinə Cavabdeh1, 1*/5* hissəsinə X2*, 1*/5* hissəsinə X11, 3/5* hissəsinə İddiaçı, 3/5* hissəsinə hissəsinə X5, 3/5* hissəsinə X1, 3/5* hissəsinə X12 payları müəyyən edilir. 4,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X17, X27 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olmaqla, hər birinin 1/3 hissədə payı vardır. Ona görə, mirasqoyanlar X17 və X19 münasibətdə hər birinin 1/3 hissədə payı miras qalmışdır. Miras qoyan X14 payına münasibətdə vəsiyyətnamə olmadığından, 5 vərəsənin hər birinin, yəni birinci növbə vərəsələri - uşaqları İddiaçı, Cavabdeh1, X16, X8, X12 (1/3:5=1/15) 2/1* hissədə hisədə miras payı vardır. Həmin torpaq sahəsinin X3 miras qalmış 1/3 hissədə payına münasibətdə isə, mərhum tərəfindən Cavabdeh1 qoyulmuş vəsiyyətnamə və digər vərəsələrin məcburi payı nəzərə alınmaqla, 6/1* hissəsinə Cavabdeh1, 1/1* hissəsinə İddiaçı, 1/1* hissəsinə hissəsinə X5, 1/1* hissəsinə X1, 1/1* hissəsinə X12 miras payları müəyyən edilməlidir. 4,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh1 mülkiyyəti olduğundan, onun həmin mülkiyyət payı da nəzərə alınmaqla, 4,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 18/3* hissəsinə Cavabdeh1, 3/3* hissəsinə İddiaçı, 3/3* hissəsinə hissəsinə X5, 3/3* hissəsinə X1, 3/3* hissəsinə X12 payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 16.*7.2*24-cü il tarixli, 2(125)-14*/2*24 nömrəli qətnaməsi ləğv edilməli yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 4*2-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apllyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 28.*7.2*22-ci il tarixli, 2(125)-81*/2*22 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Gəncə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *8 dekabr 2*2*-ci il tarixli, 2V-97* reyestr nömrəli, *8 dekabr 2*2*-ci il tarixli, 2V-971 reyestr nömrəli, *2 mart 2*22-ci il tarixli, 2V-212 reyestr nömrəli və *2 mart 2*22-ci il tarixli, 2V213 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Həmin şəhadətnamələr əssında Cavabdeh1 adına 1*.12.2*2*-ci il tarixli, 182**1791* qeydiyyat nömrəli və *6.*4.2*22-ci il tarixli, 1822**72** qeydiyyat nömrəli Çıxarışlar və onların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatları ləğv edilsin. X3 miras qalmış Goranboy rayon X49ində yerləşən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş 1*2,7 kv,m-dən ibarət olan fərdi yaşayış evinin 6/1* hissəsinə Cavabdeh1, 1/1* hissəsinə İddiaçı, 1/1* hissəsinə hissəsinə X5 və 1/1* hissəsinə X1, 1/1* hissəsinə X12 vərəsəlik payları müəyyən edilsin. Goranboy rayon X49ində yerləşən 1*2,7 kv,m-dən ibarət olan fərdi yaşayış evinin yerləşdiyi *,49 ha həyətyanı torpaq sahəsi üzərində 18/5* hissəsinə Cavabdeh1, 1*/5* hissəsinə X2*, 1*/5* hissəsinə X11, 3/5* hissəsinə İddiaçı, 3/5* hissəsinə hissəsinə X5, 3/5* hissəsinə X1, 3/5* hissəsinə X12 payları müəyyən edilsin. 4,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 18/3* hissəsinə Cavabdeh1, 3/3* hissəsinə İddiaçı, 3/3* hissəsinə hissəsinə X5, 3/3* hissəsinə X1, 3/3* hissəsinə X12 payları müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar