Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1964/2025 12.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakın qanun üzrə vərəsələr arasında bərabər paylara bölünməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X5 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakın qanun üzrə vərəsələr arasında bərabər paylara bölünməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 2(076)-1914/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-505F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 saylı qərarı ilə Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi X8, X9, X2, Cavabdeh və X6 ümumi birgə mülkiyyətinə verilmişdir.
2. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 1113 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 243.16 kv.m-dən ibarət yaşayış evi mülkiyyət hüququ əsasında X8 adına qeydə alınmışdır.
3. 02 may 2002-ci il tarixli, 4Ə-84 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama (bəxşeyş) müqaviləsinin surətindən görünür ki, X1 rayon Çinarlı qəsəbəsi, Nizami küçəsi 14 saylı ünvanda yerləşən, 1971-ci ildə tikilmiş, 7 otaqlı, köməkçi sahəsi 23.20 kv.m, yaşayış sahəsi 219.96 kv.m olmaqla, ümumi sahəsi 243.16 kv.m olan tikili, Bhamam sahəsi 15 kv.m-dən ibarət yaşayış evini nəvəsi Cavabdeh bağışlamışdır.
4. 10 yanvar 1950-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X21 10 yanvar 1950-ci ildə nikahlarını qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir.
5. AZ-İ № 118136 nömrəli, 01 may 2002-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 06 noyabr 1957-ci ildə doğulmuşdur, atası X13, anası isə X15r.
6. 23 yanvar 1982-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1981-ci ildə doğulmuşdur, atası X14, anası isə X4.
7. Notariat işinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1983-cü ildə doğulmuşdur, atası X14, anası isə X4.
8. AZ-İİ № 387525 nömrəli, 18 iyun 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 05 mart 1993-cü ildə vəfat etmişdir.
9. AZ-İİ № 387519 nömrəli, 11 iyun 2024-cü il tarixli ölüm haqqında şəhadətmənin surətindən görünür ki, X13 28 avqust 2013-cü ildə ölmüşdür.
10. 13 sentyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********30-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.1236 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 0.026 ha hissəsi X6, 0.026 ha hissəsi X9, 0.026 ha hissəsi X2, 0.026 ha hissəsi X8 və 0.0196 ha hissəsi, tam olaraq Cavabdeh mülkiyyətinə verilmişdir.
11. 14 oktyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********30-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.1236 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 0.026 ha hissəsi X6, 0.026 ha hissəsi X9, 0.026 ha hissəsi X2, 0.026 ha hissəsi X8 və 0.0196 ha hissəsi və ev tam olaraq (********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış) Cavabdeh mülkiyyətinə verilmişdir.
12. **********30-10301 reyestr nömrəli Fərdi yaşayış evinə dair Texniki Pasportun surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeyd edilmişdir.
13. Şəmir rayon 1 saylı Notariat ofisinin № 01 saylı məktubdan görünür ki, Şəmir rayon 1 saylı Notariat ofisində mərhum X12 adına vərəsəlik işi açılmamışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakın qanun üzrə vərəsələr arasında bərabər paylara bölünməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon 2 saylı Notariat Kontorunun 02 may 2002-ci il tarixli, 4Ə-84 nömrəli bəxşeyiş müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında mərhum babasına aid ünvan 6 ünvanla Çinarlı qəsəbəsi, Nizami ünvan 7dilməsi və babasına məxsus mülkün, yəni evin qanun üzrə vərəsələr arasında bərabər paylarla bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami Gəncəvi küçəsi 19cu girişdə yerləşən mülk mərhum babası X8 adına olmuşdur. 2002-ci ildə babası xəstə olduğuna və halı özündə olmadığı halda cavabdeh olan qardaşı Cavabdeh babasını notariusa aparıb, guya pensiya ilə bağlı hansısa sənədə qol çəkdirmək adı ilə mülkə dair bağışlama müqaviləsi bağlamışdır. Bu müqavilə bağlanarkən müqavilədə mülkün Cavabdeh satılması göstərilsə də, müqavilənin baş hissəsində əl ilə bəxşeyiş müqaviləsi yazılmışdır. Qeyd edilənlərdən başqa müqavilə bağlanan zaman mülkdə qeydiyyatda olan şəxslərin heç birinin razılıq ərizəsi alınmamışdır. Bu onu sübut edir ki, müqavilə bağlanarkən notariat haqqında təlimatın tələbləri kobud şəkildə pozulmuşdur. Müqavilənin mövcudluğundan bu günlərdə məlumat əldə etmişdir. Türkiyə Respublikasında yaşadığı üçün bundan vaxtında məlumat əldə edə bilməmişdir. Müqavilə bağlayan notariusun evdə qeydiyyatda olanlar barədə qəsəbə İƏD nümayəndəsinin arayışında da onların babasına məxsus mülkdə qeydiyyatda olduqları məlum olsa da, notarius evdə olan şəxslərin evə dair özgəninkiləşdirilməsi əməliyyatı apararkən onların razılığını almamışdır. Ona görə də 02 may 2002-ci il tarixdə Şəmkir rayon Notariat Kontorunda bağlanmış müqavilə etibarsız hesab edilməli və cavabdehin adına mülkə dair verilmiş çıxarış ləğv edilməli, babasının adına olan miras mülk qanun üzrə vərəsələr arasında bərabər paylara bölünlməlidir.
16. Şəmkir Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli 2(076)-1964/2025 nömrəli (hakim N.Heydərova) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və miras mülkün qanun üzrə vərəsələr arasında bərabər paylara bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1, 397.2, 347.6, 404.1, 405, 666.1, 668.1.1, 670.1 maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220, 357-360-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami Gəncəvi küçəsi 19-cu girişdə yerləşən mülk mərhum babası X8 adına olmuşdur. 2002-ci ildə babası xəstə olduğu vaxt özündə olmamış, qardaşı Cavabdeh babasını notariusa aparıb pensiya adı ilə müqaviləyə imza etdirmişdir. Müqavilədə mülkün cavabdehə satılması göstərilsədə müqavilənin baş hissəsində əl ilə bəxşeyiş müqaviləsi yazılmışdır. Müqavilə bağlanılan zaman qeydiyyata olan şəxslərin heç birinin razılığı alınmamışdır. Cavabdehə bağışlanan mülk nənəsi Şura Qurbanova ilə babasının birgə yaşadığı zaman tikilib. Bu mübahisəli mülk ümumi əmlak olmuşdur. Nənəsi rəhmətə getdikdən sonra mirasın hissəsini onlar qəbul etmişlər. Babası mirasın özünə aid hissəsinə sərəncam verə bilərdi. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
21. Əvvəlki və hazırkı məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mübahisəli mülkün torpaq sahəsi paylı mülkiyyətdir. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi Kamil və Şuranın olub. Onlar 10 yanvar 1950-ci ildə nikaha daxil olublar. Şura vəfat etdikdən sonra vərəsəlik işi açılıb. Ev 1971-ci ildə tikilmişdir. Bağışlanma isə 2002-ci ildə olmuşdur. Çıxarış 2024-cü ildə alınmışdır. Bağışlanma olarkən qeydiyyatda olanların razılığı alınmamışdır.İddiaçı Natella Türkiyədən gəldikdən sonra bu prosessdən xəbəri olub. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Əvvəlki və hazırkı məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı bağışlama müqaviləsini mübahisələndirsə də, əslində mərhum Kamil nəvəsi Vahidə evi bağışlayanda Natella həmin dövrdə elə həmin evdə yaşayırdı. Birinci instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs qismində işə cəlb olunmuş X7 izahatında bildirmişdir ki, atası əmlakını nəvəsi Vahidə bağışlayan vaxt ailə üzvlərinin hamısını yanına çagıraraq bu barədə onlara məlumat vermişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
27. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
28. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
29. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
30. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
33. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
34. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
45. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən 243.16 kv.m-dən ibarət fərdi yaşayış evi X8 mülkiyyətində olmuşdur. X13 mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 243.16 kv.m olan fərdi yaşayış evini 02 may 2002-ci il tarixli bağışlama müqaviləsi əsasında nəvəsi Cavabdeh bağışlamışdır. Hədiyyə verən Kamil Qurbanov 28 avqust 2013-cü ildə ölmüşdür. Sonuncunun ölümündən sonra iddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakın qanun üzrə vərəsələr arasında bərabər paylara bölünməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.
48. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
49. Belə ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).
50. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
51. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı iddia ərizəsində, eləcədə apellyasiya şikayətində bağışlama müqaviləsinin etibarsızlığını onunla əsaslandırmışdır ki, babası X13 xəstə olduğundan halı özündə olmamışdır. Qardaşı Cavabdehda bundan istifadə edərək başqa sənədə imza etdirmək adı ilə babasını notariusa aparmış və onu aldadaraq mülkə dair bağışlama müqaviləsinə imza etdirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsassızdır, işin faktiki halları, habelə hər hansı mötəbər sübutlarla təsdiq olunmur.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 346.1-ci maddəsi fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Beləliklə, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər.
53. İddiaçı babasının yuxarıda göstərilən əsasslarla aldadılaraq müqaviləni imzalamasını qeyd etsədə, lakin bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Deməli iddiaçı bu barədə yalnız özünün irəli sürdüyü formal mülahizələrdən çıxış etmişdir. Çünki, birinci instansiya məhkəməsində icraat zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş X11 izahatında bildirmişdir ki, atası fərdi yaşayış evini nəvəsi Vahidə bağışlayan zaman ailə üzvlərinin hamısına bu barədə məlumat vermişdir. İddiaçı həmin vaxt həmin evdə yaşamışdır. Sonuncu 2017-ci ildən sonra evdən getmiş və sonradan onunla əlaqələri olmamışdır. Digər tərəfdən Kamil Qurbanov mülkiyyətində olan fərdi yaşayış evini bağışladığı gündən, ölən günədək, yəni 2013-cü ilədək həmin evdə yaşamışdır. 11 il müddət ərzində də bağışlama müqaviləsi Kamil Qurbanov tərəfindən mübahisələndirilməmiş, eləcədə fərdi yaşayış evinin nəvəsi Cavabdeh tərəfindən idarə olunmasına, faktiki sahibliyi isə öz istəyinə uyğun həyata keçirməsinə onun tərəfindən maneə törədilməmişdir.
54. Apellyasiya şikayətində “müqavilə bağlanarkən müqavilədə mülkün Cavabdeh satılması göstərilsə də, müqavilənin baş hissəsində əl ilə bəxşeyiş müqaviləsi yazılması” dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, 02 may 2002-ci il tarixli müqavilə heçdə iddiaçının dediyi kimi alğı-satqı müqaviləsi kimi dəyərləndirilə bilməz. Çünki, həmin müqavilənin 2-ci bəndində satılan mənzilə görə alıcının hansı məbləğdə pulu ödəməsi, satıcınında hansı məbləğdə pul alması qeyd olunmamışdır. Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alğı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
55. Apellyasiya şikayətinin “bağışlama müqaviləsi bağlanılarkən evdə yaşayan digər şəxslərin razılığının alınmaması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, şikayətin bu dəlilidə əqdin etibarsızlığı üçün əsas sayıla bilməz. Belə ki, Mülki qanunvericilik bağışlama müqaviləsinin etibarsızlığına gətirib çıxaran halları təsbit etmişdir və iddiaçının bu dəlili həmin əsasslar sırasına aid deyildir. Çünki, mülkiyyətçinin öz əmlakı barədə qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan sərəncam hüququ vardır və bu hüququn həyata keçirilməsi mülkiyyətçinin sərbəst iradəsi daxilindədir.
56. Apellyasiya şikayətinin “cavabdehə bağışlanan mülk nənəsi Şura Qurbanova ilə babasının birgə yaşadığı zaman tikilmişdir” dəlilinidə kollegiya əsassız sayır. Belə ki, bağışlama müqaviləsi bağlanılarkən mübahisəli mülk daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mərhum X8 mülkiyyətində olmuşdur. Əmlaka dair onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da hüquqi qüvvəsini saxlamışdır. Bu halda isə, əmlakın başqa bir şəxsə, məxsusluğundan söhbət gedə bilməz.
57. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).
58. Ümumiyyətlə qeyd olunmalıdır ki, əqdlərin etibarlılıq şərtləri və əqdin etibarsızlığına səbəb olan hallar qanunvericilikdə kifayət qədər aydın göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324-4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
59. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 668.1.1-ci maddələri).
60. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri).
61. Qeyd edilməlidir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
62. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).
63. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, eləcədə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Mübahisələndirilən bağışlama müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir. Çünki bundan əvvəldə qeyd olunduğu kimi əqdin etibarsızlığına dəlalət edən hər hansı bir hüquqi əsas tapılmır.
64. Həçmçinin qeyd olunmalıdır ki, iddiaçının nənəsi Şura Qurbanova 1993-cü ildə, atası Rasim Qurbanov isə 2015-ci ildə ölmüşdür. Sorğu əsasında Şəmkir rayon 1 saylı Notariat Ofisindən alınmış cavabdan da müəyyən olunmuşdur ki, X12 ölümündən sonra vərəsəlik işi açılmamışdır. Göründüyü kimi Şura Qurbanovanın qanun üzrə birinci növbəli vərəsəsi sayılan oğlu (iddiaçının atası) Rasim Qurbanov özü sağlığında mərhum anasından miras qalması iddia olunan əmlak barədə mübahisə açmamış və mübahisəli mülk üzərində onun vərəsəlik payıda müəyyən olunmamışdır.
65. Odur ki, mövcud vəziyyətdə iddiaçının mərhum nənəsindən miras qalmasi iddia olunan əmlaka hətda subyektiv hüququ belə yaranmır.
66. Ona görədə kollegiya qeyd edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarıyla düzgün olmuşdur.
67. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 2(076)-1914/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.