Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1991/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh1, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: mənzildən çıxarılma; mənzildən istifadə hüququ. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı azyaşlı uşaqları ilə birgə cehiz əşyaları ilə mənzildən çıxarılma, eləcə də mənzilə köçürülmə tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli 2(125)-1401/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 09 aprel 1993-cü il tarixli 186 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 47,31 kv.metr olan mənzil, orderdə X2 ailə üzvləri kimi həyat yoldaşı 1960cı il təvəllüdlü Xalidə, qızı 1986-cı il təvəllüdlü Aynur, oğlu 1987-ci il təvəllüdlü Elnur göstərilməklə 86 nömrəli order əsasında 09 aprel 1993-cü il tarixdə X2 istifadəsinə verilmişdir;
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi Gəncə rayon Mənzil-İstismar hissəsinin rəisi Anar Əlibəyov tərəfindən təsdiqlənmiş və İddiaçı ünvanlanmış 1234 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, X2 vəfatı ilə əlaqədar olaraq, mərhumun adına olan, ünvan 2 ünvanında yerləşən 3 nömrəli evin maliyyə şəxsi hesab vərəqəsinin mərhumun həyat yoldaşı İddiaçı adına dəyişdirilmişdir;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 ünvandakı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə verərək, Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilib cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin onların övladları X3 və X1 ona məxsus olan ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması, həmçinin onlara məxsus əşyaların həmin mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 oğlu Cavabdeh2 həyat yoldaşıdır. Onlar 2019-cu ildə evləniblər. Hazırda Cavabdeh1 ona məxsus ünvan 1 ünvandakı mənzili tamamilə öz əlinə keçirib və onu öz evinə buraxmır, özü isə qanunsuz olaraq ona məxsus evdə qalmaqdadır. Cavabdeh1 onu məhz döyərək evdən çıxarıb. Bu barədə polisdə araşdırma da aparılıb və ekspertizanın rəyi var. Cavabdeh1 onun ailə üzvü deyil, bu mənzildə də onun istifadə hüququ yoxdur. Hətta oğlu Elnur da burada qeydiyyatda deyil. Cavabdeh1 tələb etməsinə baxmayaraq o, yenə də onun əmlak hüquqlarını pozur. Dəfələrlə polisə də müraciət etmişdir. Onun bu mənzildə qalması heç bir qanuna uyğun deyil. Odur ki, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Halbuki, bu mənzil xüsusi təyinatlı mənzildir və mərhum həyat yoldaşı hərbçi olduğu üçün ona verilmişdir. Yoldaşı 1998-ci ildə öldükdən sonra bu mənzili o idarə etmişdir və mənzil onun adına verilmişdir. Cavabdeh1 isə orderdə və ya hər hansı bir sənəddə adı yoxdur. Cavabdeh1 burada qeydiyyatda deyil, o ünvan 4 ünvanda qeydiyyatdadır.
6. Cavabdeh1 da İddiaçı qarşılıqlı iddia ərizəsi, sonradan qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək Cavabdeh1 uşaqları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1-ə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə İddiaçı oğlu Cavabdeh2 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Ailə qurandan sonra Cavabdeh1 Dövlət mənzil fonduna aid olan və sosial kirayə müqaviləsi əsasında X4 verilmiş ünvan 5 ünvana gəlin köçmüşdür və həmin evə onun cehiz əşyaları yerləşdirilmişdir. Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahından xx.xx.2020-ci il tarixdə X3 və xx.xx.2022-ci il tarixdə X5 adlı iki övladı doğulmuşdur. Beləliklə, iddiaçı Cavabdeh1 xx.xx.2019-cu il tarixdən Gəncə şəhəri, D08S-84, ev 5, mənzil 3-ə köçürülməklə, həmin mənzildə yaşamaqla cavabdeh və onun oğlu ilə birgə təsərrüfat aparmışdır. Buna görə də qarşılıqlı iddia üzrə iddiaçının ünvan 5-ə istifadə hüququ yaranmışdır.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı ilə 30 ildir qonşudur, Cavabdeh1 isə Cavabdeh2la evləndikləri vaxtdan bəri, yəni 6- 7 ildir ki, tanıyır. İddiaçı gəlini Cavabdeh1 evə gəlin köçəndən bəri qaynanası İddiaçı yola vermir, daim mübahisələr edir, qapını çırpır, təhqiramiz ifadələr işlədir. Məhz Cavabdeh1 hərəkətlərinə görə evindən çıxıb qonşu blokda yaşamağa başlamışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İddiaçı ilə 32 ildir qonşudur, barıları yanbayandır, Cavabdeh1 isə 4-5 ildir ki, tanıyır, dəfələrlə İddiaçı gəlini Cavabdeh1 həyat yoldaşı Cavabdeh2la mübahisələr etmiş, televizoru qırmış, hətta Cavabdeh2 başını yarmışdır. Cavabdeh1 daim təhqiramiz ifadələrdən, söyüşlərdən istifadə edir. Hətta Ayişə onun nəvəsini də söymüşdür. İddiaçı mübahisəli evə keçən ildən bəri gəlmir, lakin Cavabdeh1 istədiyi vaxt evə gəlir-gedir.
10. Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli 2(125)-1401/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) ilk iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 özlərinə məxsus əşyaları ilə birlikdə Gəncə şəhəri, Dos 84, 5 nömrəli evin 3 nömrəli mənzilindən çıxarılmaları və İddiaçı Gəncə şəhəri, Dos 84, 5 nömrəli evin 3 nömrəli mənzilinə köçürülməsi; Cavabdeh1 İddiaçı qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi; Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə xərcinin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə, həmçinin 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1, 30.2, 68.1 və 68.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin “İddiaçı ünvan 1 ünvandakı mənzilə köçürülməsi və Cavabdeh2 həmin mənzildən çıxarılması hissəsi xaric olmaqla, qətnamənin qalan hissəsədə ləğv edilməsi, həmin hissə də ilk iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, maddi hüquq normasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə aid olan şəxslərin siyahısı göstərilmişdir, onlar : kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Hazırkı işin halı odur ki, Cavabdeh2 ilə Cavabdeh1 nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirməklə ailə qurmuş, sonuncu mübahisəli mənzilə gəlin gəlmiş, əşyalarını da həmin mənzilə yerləşdirmişdir. Onların birgə nikahlarından iki uşaq – xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Beləliklə, Cavabdeh1 mübahisəli mənzilə köçürülməklə və orada təsərrüfat aparmaqla sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü hesab edilir və bununla da o, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisi ilə bərabər hüquq və vəzifələrə malikdir. Sadalanan maddi hüquq normalarına əsasən də ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 həmin mənzilə istifadə hüququ vardır. Mübahsilə ilə bağlı Mənzil Məcəlləsinin 17.2.2, 68.1, 68.2-ci maddələrinin tətbiq edilməsini qeyd edən məhkəmə sonradan həmin mübahisə ilə bağlı Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci madələrinin tətbiq edilyini qeyd etmişdir. Halbuki, Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələri tətbiq edilmişdir. ünvan 5 ünvana yerləşən əmlak Dövlət mənzil fonduna aid olan mənzildir. Lakin, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri "Özəl mənzil fonduna", yalnız mülkiyyətçiyə məxsus olan yaşayış sahələrinə aid olan münasibətləri tənzimləyir. İddiaçının mənzilə mülkiyyət hüququna dair qanuni gözləntisi olması mənzili onun şəxsi mülkiyətinə çevirmir və məhkəmə tərəfindən tətbiq edilən Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri mübahisəni tənzimləyən normalar deyildir. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri digər qohumlar o halda hesab edilirlər ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Bundan başqa, bir məsələni tənzimləyən maddi hüquq norma olduğu halda digər maddi hüququ normasının tətbiqi yolverilməzdir. Bundan əlavə, nikahın pozulması Cavabdeh1 hazırkı vəziyyətdə İddiaçı ailə üzvü sayılmaması anlamına gəlmir. Çünki, Cavabdeh1 kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülməsi və onunla birgə təsərrüfat aparması əsasında kirayəçinin ailə üzvü hesab edilmişdir. Bu halda isə kirayəçinin oğlu ilə gəlinin nikahının pozulubpozulmamasından asılı olmayaraq Cavabdeh1 kirayəçinin ailə üzvü hesab edilir. Digər tərəfindən kirayəçinin nəvələri də həmin evdə yaşamaqla kirayəçinin ailə üzvləri sayılırlar.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan mənzildən başqa yaşayış yeri yoxdur. İlkin iddiaçı ilə aralarında yaranmış problemlərə görə müvəqqəti olaraq qardaşına məxsus evdə yaşayır. Mübahisəli mənzilə köçdükdə qaynanası, əri, baldızı və.s də orada yaşamışlar. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, 2024-cü ilin yanvar ayında mübahisəli mənzili tərk etmək məcburiyyətində qalmışdır. Qaynatası vəfat edəndən sonra mübahisəli mənzilə gəlin köçmüşdür. Hazırda həmin mənzildə heç kim yaşamır. İlkin iddiaçının oğlu Cavabdeh2la ailə qurub mübahisəli mənzilə köçdükdən sonra baldızı və onun əri ilə aralarında mübahisələr yaranmışdır. Daha sonra isə mənzilə aid kommunal sayğacların kartını onun əlindən almışlar. Cavabdeh2la aralarındakı nikah hələ pozulmamışdır, məhkəmə prosesi davam edir. Ailədaxili münaqişələr səbəbindən məcbur qalıb mübahisəli mənzili tərk etmişdir. Ancaq, özünə və uşaqlarına məxsus əşyalar həmin mənzildə qaldığından oraya gedib-gəlir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da apellyasiya şikayətini müdafiə edərək nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Çünki, mübahisəli mənzil xüsusi təyinatlıdır və qapalı hərbi şəhərcikdə yerləşdiyindən mənzilin özəlləşdirilməsi mümkün deyildir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, o 2023-cü ilin avqust ayında mübahisəli mənzili tərk etmişdir. Cavabdeh Ayisə Ruşanova isə 2024-cü ilin yanvar ayında mənzili tərk edib getmişdir. Lakin, sonuncuya məxsus cehiz əşyaları həmin mənzildə qalmışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, gəlini Ayisə Ruşanova 2019-cu ildə onun razılığı ilə mübahisəli mənzilə gəlin köçmüş və orada yaşamışdır. Gəlini ilə aralarındakı ailə münaqişələri maddiyyat məsələlərindən yaranmışdır. Özü 1993-cü ildən mübahisəli mənzildə yaşamışdır. Hazırda isə orada yaşamır, çünki gəlini Cavabdeh1 məxsus cehiz əşyaları həmin mənzildədir. İki ilə yaxındır ki, bacısına məxsus evdə yaşayır. Cavabdeh1 ilə aralarında münaqişələr baş verdiyindən yaşadığı mənzili tərk etmişdir. Nəvələrinin də mübahisəli mülkdə yaşamasını istəmir, çünki anaları gəlib onun evində ona hökmranlıq edir. Gəlini Cavabdeh1 ilə birgə yaşadıqları zamanlarda mənzili tərk edib başqa yerə gedəndə də gəlinin mübahisələri dayanmamışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 mübahisəli mənzildə yaşamışdır. Hazırda da arabir həmin mənzilə baş çəkir. Hazırda ilkin iddiaçının oğlu Cavabdeh2la qarşılıqlı iddiaçı Cavabdeh1 arasındakı nikahın pozulması barədə iddia məhkəmənin icraatındadır. Bundan əlavə, Cavabdeh1 ilkin iddiaçının oğlu Cavabdeh2 qarşı aliment, atanın razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması və.s iddiaları olmuşdur ki, bu hallar da onların ailə münasibətlərinin pozulmuş olduğunu birmənalı olaraq təsdiq edir. Qarşılıqlı iddiaçı Cavabdeh1 ilkin iddiaçının ailə üzvü hesab edilmədiyindən onun mübahisəli mənzilə köçürülməsi üçün də hər hansı hüquqi əsas yoxdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsi:
19. Maddə 66.1 və 66.1.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək hüququ vardır.
20. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
21. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
22. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
34. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 özlərinə məxsus əşyaları ilə birlikdə Gəncə şəhəri, Dos 84, 5 nömrəli evin 3 nömrəli mənzilindən çıxarılmaları, Cavabdeh1 İddiaçı qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi” hissələrdə mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 özlərinə məxsus əşyaları ilə birlikdə Gəncə şəhəri Dos 84, 5 nömrəli evin 3 nömrəli mənzilindən çıxarılmaları, Cavabdeh1 İddiaçı qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi” hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi Cavabdeh1 uşaqları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə əşyaları ilə Gəncə şəhəri, Dos 84, bina 5-də yerləşən 3 nömrəli mənzildən çıxarılması hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Gəncə şəhəri Dos 84, bina 5-də yerləşən 3 nömrəli mənzilə istifadə hüququ tanınmalı və o, uşaqları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə Gəncə şəhəri Dos 84, bina 5-də yerləşən 3 nömrəli mənzilə köçürülməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, 09 aprel 1993-cü il tarixli 186 saylı order əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 47,31 kv.metr olan mənzil, X2 ailə üzvləri kimi həyat yoldaşı 1960-cı il təvəllüdlü Xalidə, qızı 1986-cı il təvəllüdlü Aynur, oğlu 1987-ci il təvəllüdlü Elnur göstərilməklə 86 nömrəli order əsasında 09 aprel 1993-cü il tarixdə X2 istifadəsinə verilmişdir. X6 1998-ci ildə vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar ünvan 6 ünvanında yerləşən 3 nömrəli mənzilin maliyyə şəxsi hesab vərəqəsi mərhumun həyat yoldaşı İddiaçı adına dəyişdirilmişdir və beləliklə sonuncu mənzilin kirayəçisi hesab edilmişdir. Mübahisəli mənzil hazırda da dövlət mənzil fonduna aid olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin balansındadır. Bununla yanaşı müəyyən olunur ki, İddiaçı oğlu Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Həmin zaman da Cavabdeh1 qaynanası İddiaçı razılığı ilə ünvan 6 ünvanında yerləşən 3 nömrəli mənzilə gəlin köçmüş və öz cehiz əşyalarını da oraya yerləşdirmişdir. Cavabdeh2la Cavabdeh1 birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Surxay və xx.xx.2022-ci il təvəllüdlü Sunay adlı uşaqları doğulmuşdur. Kirayəçi İddiaçı, onun oğlu Cavabdeh2 və sonuncunun ailə üzvləri olan arvadı Cavabdeh1 və azyaşlı uşaqları sözügedən mənzildə yaşamaqla birgə təsərrüfat idarə etmişlər. 2024-cü ildə kirayəçi İddiaçı ilə gəlini Cavabdeh1 arasında ailədaxili mübahisələr yarandığından sonuncu daimi yaşadığı mənzili tərk etmək məcburiyyətində qalmışdır. Kirayəçi İddiaçı gəlini Cavabdeh1 azyaşlı uşaqları ilə birgə cehiz əşyaları ilə mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmış, Cavabdeh1 da mübahisəli mənzildən istifadə hüququ tanınmaqla oraya köçürülməsi barədə qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir.
37. Bu qətnamənin 34-cü bənində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 özlərinə məxsus əşyaları ilə birlikdə Gəncə şəhəri, Dos 84, 5 nömrəli evin 3 nömrəli mənzilindən çıxarılmaları, Cavabdeh1 İddiaçı qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi” hissələrdə yoxlanılır.
38. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
39. İlk növbədə qeyd edilməlidir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 2019-cu ildə ilkin iddiaçının oğlu Cavabdeh2la nikaha daxil olaraq mübahisəli mənzilə köçdüyündən tərəflər arasında yaranmış hazırkı mübahisə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Çünki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Mənzil Məcəlləsinin 17.2.1-ci maddəsinə görə, “Özəl mənzil fondu” dedikdə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələri, 17.3.1-ci maddəsində və 59-cu maddəsində isə sosial təyinatlı mənzil fondu dedikdə, dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu başa düşülmüşdür. Buna uyğun olaraq yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində yalnız mülkiyyətçiyə məxsus olan yaşayış sahələrindən, yəni özəl mənzil fonduna aid mənzillərdən, Vİİİ fəslində (59-90-cı maddələr) isə dövlət və bələdiyyə mənzil fonduna aid mənzillərin sosial kirayə müqaviləsi əsasında fiziki və hüquqi şəxslərin istifadəsində verilməsindən bəhs edilir.
41. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.
42. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.
43. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.
44. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.
45. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.
46. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yerin statusu məsələsidir.
47. Bu baxımdan ilk öncə nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri nöqteyi-nəzərindən mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.1 və 12.5-ci maddələri).
48. Mənzil Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan şərtlər yaşayış sahəsinin fiziki baxımdan mövcudluğunu təsdiq edir. Bu növ iddiaların həllində həm də mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidir.
49. Hazırkı işdə mübahisə predmeti olan ünvan 6 ünvanında yerləşən 3 nömrəli mənzil dövlət mənzil fonduna aid olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin balansındadır. Mənzilin kirayəçisi isə ilkin İddiaçıdır.
50. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
51. Həmin Məcəllənin 68.2-ci maddəsində isə təsbit olunmuşdur ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
52. Qeyd olunan maddi hüquq normaların mənasından aydın olur ki, yaşayış sahəsinin kirayəçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız əri (arvadı), habelə onun uşaqları və valideynləri yaşayış sahəsindən kirayəçi ilə bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə onların yaşayış sahəsinin kirayəçisi tərəfindən yaşayış sahəsinə köçürülmələri və yaşayış sahəsinin kirayəçisi ilə birgə təsərrüfat aparmaları tələb olunur.
53. Hazırkı işin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi İddiaçı oğlu Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Cavabdeh1 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Həmin zaman da Cavabdeh1 qaynanası İddiaçı razılığı ilə ünvan 6 ünvanında yerləşən 3 nömrəli mənzilə gəlin köçmüş və öz cehiz əşyalarını da oraya yerləşdirmişdir. Qeyd olunan hal ilkin İddiaçı apellyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır (bax qətnamənin 17-ci bəndi).
54. Həmçinin, işin mübahisəsiz halıdır ki, Cavabdeh2la Cavabdeh1 2019-cu ildə nikaha daxil olduqdan nın birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Surxay və xx.xx.2022-ci il təvəllüdlü Sunay adlı uşaqları doğulmuşdur. Kirayəçi İddiaçı, onun oğlu Cavabdeh2 və sonuncunun ailə üzvləri olan arvadı Cavabdeh1 və azyaşlı uşaqları sözügedən mənzildə yaşamaqla birgə təsərrüfat idarə etmişlər.
55. Göründüyü kimi, qarşılıqlı iddiaçı Cavabdeh1 mübahisəli mənzilə qaynanası olan ilkin İddiaçı tərəfindən razılıq əsasında köçürülmüş, onunla birgə təsərrüfat aparmışdır. Beləliklə də, qarşılıqlı iddiaçı mübahisəli mənzilin kirayəçisinin ailə üzvü hesab edilməklə mənzilə dair kirayəçi ilə bərabər hüquq və vəzifələr əldə etmişdir.
56. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbinin təmin olunması üçün qanuni əsaslar vardır.
57. İlkin iddiaçının qarşılıqlı iddianın təmin olunmasına etiraz olaraq istinad etdiyi dəlillər isə əsassız olduğundan həmin dəlillər qarşılıqlı iddianın təmin olunmasına mane yaradacaq hal kimi qiymətləndirilə bilməz.
58. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh1 ilkin iddiaçının oğlu Cavabdeh2la nikahları pozularaq ailə münasibətlərinə xitam verildiyi təqdirdə belə, bu hal özlüyündə qarşılıqlı iddiaçının mübahisəli mənzilə olan istifadə hüququna xələl gətirə bilməz. Çünki, o, mənzil kirayəçisi olan ilkin iddiaçının razılığı ilə mənzilə köçürülmüş və onunla birgə yaşayıb ümumi təsərrüfat aparmışdır. Mənzil Məcəlləsinin yuxarıda istinad olunan maddələrinə əsasən isə belə olan halda onun mübahisəli mənzilə istifadə hüququ yaranıb və qarşılıqlı iddiaçının öz əri (ilkin iddiaçının oğlu) ilə ailə hüquq münasibətlərinə xitam verilməsi mənzilə yaranmış istifadə hüququnun xitamına səbəb olmur.
59. Ona görə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsindən fərqli olaraq adıçəkilən Məcəllənin 68-ci maddəsində ailə münasibətlərinə xitam verilməsi özlüyündə mənzildən istifadə hüququna xitam verilməsinin əsası kimi nəzərdə tutulmamışdır. Həmçinin, tərəflər arasındakı münasibətlərin gərgin olması və bununla bağlı iddiaçının istinad etdiyi digər halların isə mübahisənin həllinə heç bir təsiri yoxdur və həmin hallar da cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi əsası kimi çıxış edə bilməz.
60. Kollegiya həm də onu nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni qarşılıqlı iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda qaynanası onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Kollegiya hesab edir ki, mübahisəli mənzilə qarşılıqlı iddiaçı Cavabdeh1 mənzil kirayəçisinin razılığı əsasında köçməsi və orada kirayəçi ilə birgə təsərrüfat idarə etməsi qarşılıqlı iddiaçının mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir; o isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.
61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ olduğundan və o, həmin mənzilə köçürüldüyündən onun azyaşlı uşaqlarının da həmin mənzildə yaşaması üçün qanuni əsaslar vardır.
62. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.
63. Gəldiyi bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 cehiz əşyaları ilə birgə mübahisəli mənzildən çıxarılması hissədə ilkin iddia tələbi əsassızdır.
64. Birinci instansiya məhkəməsi isə yoxlanılan hissədə yuxarıda göstərilən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli 2(125)-1401/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X1 özlərinə məxsus əşyaları ilə birlikdə Gəncə şəhəri Dos 84, 5 nömrəli evin 3 nömrəli mənzilindən çıxarılmaları, Cavabdeh1 İddiaçı qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi” hissələrdə ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi Cavabdeh1 uşaqları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə əşyaları ilə Gəncə şəhəri, Dos 84, bina 5-də yerləşən 3 nömrəli mənzildən çıxarılması hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Gəncə şəhəri Dos 84, bina 5-də yerləşən 3 nömrəli mənzilə istifadə hüququ tanınsın və o, uşaqları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 ilə birlikdə Gəncə şəhəri Dos 84, bina 5-də yerləşən 3 nömrəli mənzilə köçürülsün. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.