Məhkəmə qərarları › İş №2(104)-1993/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1993/2025

12.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1993/2025 12.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və əmladka tam payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli 2(125)-2652/2025 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka tam payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalmış ünvan 1 ünvanlı əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlak üzərində onun tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2025-ci il tarixli 2(125)-2652/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, mərhum X3 miras qalmış “Mercedes C180” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı və “Vaz 2107” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşınlar üzərində və mərhum X1 miras qalmış ünvan 2 ünvanda yerləşən, 0,0395 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 126,8 kvadratmetr olan fərdi yaşayış evindən ibarət miras əmlak üzərində ölənlərin qanun üzrə vərəsəsi İddiaçı tam payının müəyyən olunması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişlər. Gəncə Şəhər Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli 2(125)-2652/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka tam payının müəyyən edilməsi tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)- 2652/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-2652/2025 saylı qətnaməsini qəbul edərək kobud qanun pozuntusuna yol vermişdir və məhkəmənin apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə öz-özlüyündə heç bir prosessual normaya əsaslanmamışdır. Birmənalı şəkildə apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinə uyğun tərtib edilmiş və forma, məzmuna riayət edilmişdir. Belə ki, apellyasiya şikayətinin mətnindən də göründüyü kimi apellyasiya şikayətində apellyatorların həm ev ünvanları, həmdə telefon nömrələri göstərilmişdir. Eyni zamanda apellyasiya şikayəti gedən məhkəmənin adı, apellyasiya göndəriləcək məhkəmənin adı və həmçinin vəkilin rekvizitləri, vəkilin ünvanı, vəkilin telefon nömrəsi, vəkilin iki ədəd orderi və həmçinin apellyatorlar tərəfindən keçirilən hər birinə aid dövlət rüsumları apellyasiya şikayətinə əlavə edilmişdir. Digər tərəfdən apelyasiya şikayətinin məzmununda apellyasiya şikayətinin dəlliləri və arqumentləri də açıq şəkildə göstərilmiş və birinci istansiya məhkəməsinin qətnaməsinin qanunsuzluğu və əsassızlığı barəsində dəlillər və eyni zamanda apellyasiya şikayəti verən şəxslərin bu işdə haqlı olmaqlarına dair dəlillər apellyasiya şikayətində bənd-bənd, abzas-abzas göstərilmişdir Gəncə Şəhər Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli 2(125)-2652/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2025-ci il tarixli 2(125)-2652/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən şikayət verilmiş, birinci instansiya məhkəməsi də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş forma məzmununa uyğun olmaması əsası ilə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (MPM maddə 363.1.1-1). Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Cavabdeh N.Mahmudova tərəfindən verilmiş şikayətə nəzər saldıqda müəyyən olunur ki, şikayət MPM-ə 2 saylı əlavədə müəyyən edilmiş formada tərtib edilməmişdir ki, bu hal da apellyasiya şikayətinin geri qaytarılması üçün qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli 2(125)-2652/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar