Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-200/2023 11.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (oğlu) X12, Cavabdeh1 və onun nümayəndəsi, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X5 etibarnamə üzrə nümayəndəsi (vəkil) Tağıyev Şahlar Tahir oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş çıxarışların ləğvi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(058)-392/2021 nömrəli qətnaməsindən Cavabdeh1, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X5 etibarnamə üzrə nümayəndəsi (vəkil) Tağıyev Şahlar Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi və maraqlı şəxs Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Samux rayon Qarayeri qəsəbəsindəki 0.15 ha torpaq sahəsinə və onun üzərində yerələn ümumi sahəsi 130 kv.m olan fərdi yaşayış evinə dair 16 yanvar 2016-cı il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.35 ha pay torpaq sahəsinə dair 30 mart 2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməklə əvvəlki vəziyyətlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Samux rayon Qarayeri qəsəbəsindəki 0.15 ha torpaq sahəsinə və onun üzərində yerələn ümumi sahəsi 130 kv.m olan fərdi yaşayış evinə dair 16 yanvar 2016-cı il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.35 ha pay torpaq sahəsinə dair 30 mart 2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməklə mülkin əvvəlki vəziyyətlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(058)-392/2021 nömrəli (hakim N.Hümbətov) qətnaməsi ilə iddia təmin edilərək, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 130 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2016-cı il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi və bu müqavilə əsasında cavabdehlərdən Cavabdeh1 adına verilmiş Seriya RX № ******* saylı xx.xx.2016-cı il tarixli mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi; Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.35 ha pay torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi, bu müqavilə əsasında cavabdehlərdən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarışın, habelə Cavabdeh1 ilə bu torpaq sahəsinə dair X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi və bu müqaviləyə əsasən Cavabdeh1 adına verilmiş 0,05 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli və X6 adına verilmiş 0.3 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarışların ləğv edilməsi; Mübahisəli fərdi yaşayış evi və torpaq sahələrinin əvvəlki vəziyyətinə yəni, 0,15 ha torpaq sahəsi və ümumi sahəsi 130 kv.m olan fərdi yaşayış evinin mərhum X3, 0,35 ha pay torpaq sahəsinin isə mərhum X3 və İddiaçı paylı mülkiyyətlərinə qaytarılması qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh1, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X5 etibarnamə üzrə nümayəndəsi (vəkil) Tağıyev Şahlar Tahir oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2021-ci il tarixli 2(104)- 3982/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Samux Rayon Məhkəməsinin 2(058)-392/2021 saylı mülki iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş - Samux rayon Qarayeri qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 130 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2016-cı il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi və bu müqavilə əsasında cavabdehlərdən Cavabdeh1 adına verilmiş Seriya RX № ******* saylı xx.xx.2016-cı il tarixli mülkiyyət hüququ haqqında Çıxarışın ləğv edilməsi və həmin əmlakın əvvəlki vəziyyətə qaytarılması hissələrində ləğv edilməsi; Həmin hissələrdə yeni qətnamə çıxarılaraq, irəli sürülən iddia X3 mülkiyyətində olmuş Samux rayon Qarayeri qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 130 kvm olan fərdi yaşayış evinə dair X8 ilə Cavabdeh1 arasında 16 yanvar 2016-cı il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında DƏDRX-dən verilmiş Seriya RX №0806520 saylı Çıxarışın ləğv edilməsi və həmin əmlakın əvvəlki vəziyyətə qaytarılması tələbləri hissədə təmin edilməməsi; İddianın təmin edilmiş - Samux rayon Qarayeri qəsəbəsində yerləşən 0.35 ha pay torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi, bu müqavilə əsasında cavabdehlərdən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarışın, habelə Cavabdeh1 ilə bu torpaq sahəsinə dair X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin və bu müqaviləyə əsasən Cavabdeh1 adına verilmiş 0,05 ha torpaq sahəsinə dair xx.xx.2019cu il tarixli və X6 adına verilmiş 0.3 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli mülkiyyət hüququ haqqında Çıxarışların ləğv edilməsi və 0,35 ha pay torpaq sahəsinin isə mərhum X3 və İddiaçı paylı mülkiyyətlərinə qaytarılmaları hissələrində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və vəkili X17 oğlu kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin həmin qətnamədən narazı qalan Cavabdeh1 və vəkili Tağıyev Şahlar Tahir oğlu kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2022-ci il tarixli 2(102)-3515/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(104)-3982/2021 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2(104)-3982/2021 nömrəli qətnaməsinin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 fevral 1962-ci ildə mərhum X8 ilə nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından altı nəfər övladları anadan olmuşdur. Mərhum əri X3 adına Samux rayonu Qarayeri qəsəbəsində 0.15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi olmuşdur. Eləcə də Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə Samux rayonu Şəmşəddin kəndi ərazisində ona və mərhum əri X4 0,35 ha pay torpaq sahəsi verilmişdir. Mərhum əri X2 “ASAN Xidmət” Mərkəzində faəliyyət göstərən notariat ofisində bağlanmış 16 yanvar 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən mülkiyyətində olmuş Samux rayonu Qarayeri qəsəbəsindəki 0.15 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 130 kv.m olan fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. Bundan əlavə ona və mərhum əri X4 məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha pay torpaq sahəsini də Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış 30 mart 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlanılmışdır. Lakin həmin bağışlama müqaviləsi Cavabdeh2 ilə digər Cavabdeh1 arasında bağlanmışdır. Belə ki, mərhum əri X8 09 mart 2019-cu il tarixdə Cavabdeh2 etibarnamə vermiş, sonuncu da həmin etibarnamə əssında mərhum ərinin adından mübahisəli bağışlama müqaviləsini bağlamışdır. Halbuki mərhum əri X8 25 mart 2019-cu il tarixdə ölmüşdür, yəni Cavabdeh2 (mərhum ərinin nümayəndəsi qismində) ilə digər Cavabdeh1 arasında Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində 30 mart 2019-cu il tarixli bağışlama müqaviləsi bağlanarkən əri X8 artıq ölmüş idi. Mərhum əri vəfat etməmişdən əvvəl Cavabdeh1 təkidi ilə və aldadılaraq o və mərhum əri tərəfindən Cavabdeh1 tanıdığı şəxs olan digər Cavabdeh2 09 mart 2019-cu il tarixdə etibarnamə vermişlər. Etibarnamə verildikdən sonra oğlu Cavabdeh1 ilə aralarında olan münasibətlər pisləşmişdir. Oğlu Cavabdeh1 ilə aralarında olan münasibətlərin sonradan pisləşmiş, oğlu və onun arvadı arasında dəfələrlə mübahisə baş vermiş və bununla bağlı polisdə bir neçə dəfə araşdırma aparılmışdır. Buna görə Cavabdeh2 bildirmişdir ki, ona verdikləri etibarnaməni ləğv edəcəklər və onların adından hər hansı sənədi imzalamasın. Lakin mərhum həyat yoldaşı X1 problemlər olduğuna görə etibarnamənin ləğv edilməsi üçün notariat ofisinə gedə bilməmişlər. 25 mart 2019-cu il tarixdə əri X8 vəfat etdiyindən başı dəfn mərasiminə qarışmış və etibarnaməni ləğv etdirməyi unutmuşdur. 2020-ci ilin avqust ayında ona məlum olmuşdur ki, etibarnamə verdikləri şəxs Cavabdeh2 ilə Cavabdeh1 arasında həmin etibarnamə əsasında mərhum əri ilə onun mülkiyyətində olan 0,35 ha həyətyanı torpaq sahəsinə dair bağışlama müqaviləsi bağlanılmışdır. Bütün bu hadisələr gizli şəkildə baş vermiş və olanlardan məlumatı olmamışdır. Hazırda hər iki bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsini istəyir. Belə ki, onunla Cavabdeh1 və onun arvadı arasında dəfələrlə mübahisə baş vermiş və mübahisə nəticəsində onu döymüşlər. Bununla bağlı polisə müraciət etmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Mülki iş materiallarında olan: 190149 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə İddiaçı arasında 07 fevral 1962-ci il tarixdə 21 nömrə ilə rəsmi nikah qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 03 may 1973-cü il tarixdə anadan olmuşdur, atası X8, anası İddiaçıdır; JN-0007 (kod ********) saylı Torpağa Mülkiyyət hüququna X19 surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı Qərarı ilə X8 və İddiaçı mülkiyyətinə 0,35 ha pay torpaq sahəsi verilmişdir; AR-İ seriyalı, 09 mart 2019-cu il tarixli 726053 nömrəli etibarnamənin surətindən dən görünür ki, İddiaçı və X8 tərəfindən onların paylı mülkiyyətində olan Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha pay torpaq sahəsinə dair Cavabdeh2 almaq, satmaq, bağışlamaq və sair hüquqlar daxil olmaqla 01 (bir) il müddətinə etibarnamə verilmişdir; AZ-İİ seriyalı 082468 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 25 mart 2019-cu il tarixdə ölmüşdür; 30 mart 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 mərhum X3 və İddiaçı əvəzinə Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən ümumi sahəsi 0,35 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır; 17 noyabr 2020-ci il tarixli, reyestrdə 4Ə-2004 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən, habelə 18 aprel 2019-cu il tarixli və 07 dekabr 2020-ci il tarixli Çıxarışların surətlərindən görünür ki, Cavabdeh1 mülkiyyətinə keçirtdiyi 0,35 ha torpaq sahəsinin 0,3 ha (30 sot) hissəsini 17 noyabr 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən qızı Sadıхova Ruhəngiz Elxan qızına bağışlamış və 0,05 ha hissəsini öz mülkiyyətində saxlamışdır. 0,3 ha hissə barədə Sadıхova Ruhəngiz Elxan qızının adına 07 dekabr 2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir; Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X5 etibarnamə üzrə nümayəndəsi (vəkil) Tağıyev Şahlar Tahir oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Samux rayonu Qarayeri qəsəbəsindəki 0,15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 130 kv.m olan fərdi yaşayış evi mərhum X3 mülkiyyətində olmuşdur. Sonuncu 16 yanvar 2016-cı il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzinin notariat kontorunda bağışlama müqaviləsi əsasında həmin əmlakı oğlu Cavabdeh1 bağışlamışdır və həmin müqavilə bağlanan vaxt İddiaçı razılığı alınmışdır. Həmin müqavilə əvəzsiz müqavilə olmuşdur. Eyni zamanda mərhum Zülfüqar Sadıqov və İddiaçı 09 mart 2019cu il tarixdə Samux rayon notariat kontorunda etibarnamə verərək, Cavabdeh2 mülkiyyətlərində olan Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsini idarə etməyi və ona dair sərəncam vermək səlahiyyəti vermişlər. Qeyd olunan etibarnamə əsasında Cavabdeh2 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mülkiyyətçilərin adından bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlamışdır. 25 mart 2019-cu il tarixədək mərhum Zülfüqar Sadıqov və İddiaçı Samux rayon Qarayeri qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 130 kv.m olan fərdi yaşayış evində narahatçılıq olmadan yaşamışlar. Eləcə də atası Zülfüqar Sadıqov 25 mart 2019-cu il tarixdə ölmüş və mərhumun dəfn mərasimi oğlu Cavabdeh1 tərəfindən təşkil edilmiş, habelə mərasimlə bağlı xərclər sonuncu tərəfindən çəkilmişdir. Zülfüqar Sadıqov vəfat etdikdən sonra İddiaçı hazırkı iddianı qaldırmışdır. Həmçinin işə baxan birinci instansiya məhkəməsi X5 əmlakın vicdanlı alıcısı olmasını da nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X5 etibarnamə üzrə nümayəndəsi (vəkil) Tağıyev Şahlar Tahir oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 0,35 ha torpaq sahəsi barədə Cavabdeh1 bağəşlaması üçün Cavabdeh2 etibarnamə verməmiş və həmin etibarnamədə olan imza ona məxsus deyildir. Ona görə də, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) X12 nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin nümayəndəsi, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X11, eləcə də maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2022-ci il tarixli 2(102)-3515/2022 nömrəli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2021-ci il tarixli 2(104)-3982/2021 nömrəli qətnaməsi iddianın təmin edilməsi hissəsində, yəni “Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.35 ha pay torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi, bu müqavilə əsasında cavabdehlərdən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarışın, habelə Cavabdeh1 ilə bu torpaq sahəsinə dair X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin və bu müqaviləyə əsasən Cavabdeh1 adına verilmiş 0,05 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli və X6 adına verilmiş 0.3 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli mülkiyyət hüququ haqqında Çıxarışların ləğv edilməsi və 0,35 ha pay torpaq sahəsinin isə mərhum X3 və İddiaçı paylı mülkiyyətlərinə qaytarılmaları” hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslığı yuxarıda göstərilən hissələrdə yoxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, işə təkrar apellyasiya qaydasında baxılan zaman kassasiya instansiya məhkəməsinin qərarında olan göstərişlərə əməl edilməlidir. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası qətnamə yoxlanılan hissələrdə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, yoxlanılan hissədə apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qətnamə yoxlanılan hissədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 37.1 maddələrinə, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.4, 324.5, 324.6, 666.1, 670.1, 670.3, 673.1 və 673.3 maddələrinə istinadən hesab etmişdir ki, həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə kollegiyası qətnamə yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 334-cü maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Həmin Məcəllənin 337-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365.1.7-ci maddəsinə əsasən, etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668-ci maddəsinə əsasən, bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 673-cü maddəsinə müvafiq olaraq, hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Məhkəmə kollegiyasının iclasında qətnamənin yoxlanılan hissəsi araşdırılaraq müəyyən olunur ki, İddiaçı ilə mərhum X8 07 fevral 1962-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 nömrəli qərarı ilə Samux rayonu Şəmşəddin kəndi (Qarayeri kəndi) ərazisində ona və mərhum əri X4 0,35 ha pay torpaq sahəsi verilmişdir. 09 mart 2019-cu il tarixdə İddiaçı və mərhum əri X8 həmin torpaq sahəsinə dair almaq, satmaq, bağışlamaq və sair hüquqlar daxil olmaqla 1 (bir) il müddətinə Cavabdeh2 etibarnamə vermişlər. Sonuncu da həmin etibarnamə əsasında (hədiyyə verənlərin nümayəndəsi qismində) Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış 30 mart 2019-cu il tarixli bağışlama müqaviləsi ilə həmin əmlakı Cavabdeh1 bağışlamışdır. İddiaçı oğlu Cavabdeh1 ilə aralarında olan münasibətlərin pisləşdiyini, eləcə də Cavabdeh2, ona verilmiş etibarnaməni ləğv edəcəklərini, bu səbəbdən də onun və əri Zülfüqar Sadıqovun adından hər hansı sənədi imzalamamasını bildirdiyini, lakin mərhum həyat yoldaşı X1 problemlər olduğuna görə etibarnamənin ləğv edilməsi üçün notariat kontoruna gedə bilmədiyini, 25 mart 2019-cu il tarixdə əri X8 vəfat etdiyindən başı dəfn mərasiminə qarışdığını və etibarnaməni ləğv etdirməyi unutduğunu, bağışlama müqaviləsinin ondan xəbərsiz bağlandığını, eləcə də onunla Cavabdeh1 və sonuncunun arvadı arasında dəfələrlə mübahisə baş verdiyini və bununla bağlı polisə müraciət etdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də qətnamə yoxlanılan hissədə iddia tələbini təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası qətnamə yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilkin olaraq əqdlər və onun yaranması üçün əsas rol oynayan iradə ifadəsi ilə bağlı müddəalara nəzər yetirilməsini zəruri hesab edir. Belə ki, hüquqi müstəvidə əqdin mövcudiyyətinin əmələ gələ bilməsi üçün tələb olunan təməl şərtlər əqdin qurucu ünsürləri hesab edilir. Əqdin varlığı baxımından əsas qurucu şərt heç şübhəsiz olaraq iradə ifadəsidir. Ancaq nəzərə alınmalıdır ki, iradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, həm də hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. Ümumiyyətlə “iradə” mücərrəd və subyektiv bir anlayış olsa da, lakin burada mahiyyət etibarı ilə hüquqi baxımdan şəxsin müəyyən bir məsələ barəsindəki niyyət və fikrini ifadə edir. Əqdləri əmələ gətirən əsas ünsür kimi “iradə ifadəsi” anlayışı: 1 - əqd bağlamaq barəsində fikir və niyyətin (yəni iradənin) formalaşması, 2 – bu niyyəti açıqlamaq istək və iradəsinin formalaşması, 3 - əqdi bağlamaq iradəsini açıqlayan hərəkətin icra edilməsi mərhələlərinin hamısını əhatə edir. Yəni əqdi əmələ gətirən iradə ifadələri bu üç xüsusatın üçünü də özündə ehtiva etməli olan ünsürlərdir. Nəzərə almaq lazımdır ki, şəxs (şəxslər) istədiyi üçün əqdlər hüquqi nəticə doğurur. Bu baxımdan da əqd arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsidir. Ona görə də etibarlı əqddən bəhs olunması üçün iradənin ifadə olunması (bəyan edilməsi), ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş olması, hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır. İş materiallarında olan JN-0007 (kod ********) saylı Torpağa Mülkiyyət hüququna X19 surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli 181 saylı Qərarı ilə X8 və İddiaçı mülkiyyətinə 0,35 ha pay torpaq sahəsi verilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üzərində X8 və İddiaçı payları müyyən edilməmişdir. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Göründüyü kimi, X8 və İddiaçı mübahisəli 0,35 ha pay torpaq sahəsi üzərində nəzəri olaraq payları bərabər olmaqla hər birinin 1/2 payı vardır. Mülki Məcəllənin 214.1-ci maddəsinə əsaən Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İşdən göründüyü kimi Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha pay torpaq sahəsinin Cavabdeh1 bağışlanması barədə 30 mart 2019-cu il tarixli bağışlama müqaviləsi həm İddiaçı, həm də mərhum X3 adından digər Cavabdeh2 tərəfindən (hədiyyə verənlərin nümayəndəsi qismində) bağlanmışdır. Məhkəmə kollegiyası ilkin olaraq iddia tələbinin Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış 30 mart 2019-cu il tarixli bağışlama müqaviləsinin Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha pay torpaq sahəsinin mərhum X3 mülkiyyətində olmuş ½ payının Cavabdeh1 bağışlanması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə bağışlaması müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 366.1. maddəsinə əsasən, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. İş materiallarında olan AZ-İİ seriyalı 082468 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 25 mart 2019-cu il tarixdə ölmüşdür. Göründüyü kimi iddiaçı və onun əri mərhum Zülfüqar Sadıqov tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh2 ilə digər Cavabdeh1 arasında Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində 30 mart 2019-cu il tarixdə bağışlama müqaviləsi bağlanarkən X8 (hədiyyə verən qismində təmsil edilən) artıq ölmüş idi. Məhkəmə kollegiyası iş üzrə mühüm əhəmiyyət kəsb edən bir xüsusatı qeyd qeyd edir ki, bağışlama müqaviləsi üzrə hədiyyə alan (üçüncü şəxs) Cavabdeh1 bağışlama müqaviləsi üzrə hədiyyə verən qismində təmsil edilən şəxs mərhum Zülfüqar Sadıqovun oğludur. Eləcə də Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində də qeyd edilmişdir ki, Zülfüqar Sadıqov 25 mart 2019-cu il tarixdə ölmüş və mərhumun dəfn mərasimi oğlu Cavabdeh1 tərəfindən təşkil edilmiş, habelə mərasimlə bağlı xərclər sonuncu tərəfindən çəkilmişdir. Göründüyü kimi 30 mart 2019-cu il tarixdə bağışlama müqaviləsi bağlanarkən Cavabdeh1 bağışlama müqaviləsi üzrə hədiyyə verən qismində təmsil olunan atası X3 öldüyünü, yəni etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha pay torpaq sahəsinin mərhum X3 mülkiyyətində olmuş ½ payına aid hissədə etibarnamə əsasında bağlanmış bağışlama müqaviləsi üzrə qeyd olunan hissədə əmələ gələn hüquq və vəzifələrin Cavabdeh1 üçün öz qüvvəsini saxlaması halı istisna təşkil edir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış 30 mart 2019-cu il tarixli bağışlama müqaviləsi Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin mərhum X3 mülkiyyətində olmuş ½ payına aid hissədə etibarsız hesab edilməlidir. Beləliklə bağışlama müqaviləsi Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin mərhum X3 mülkiyyətində olmuş ½ payına aid hissədə etibarsız hesab edildiyindən bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar da ½ hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-ci maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmçinin məhkəmə kollegiyası iddia tələbinin Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış 30 mart 2019-cu il tarixli bağışlama müqaviləsinin Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olmuş ½ payının Cavabdeh1 bağışlanması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, hazırkı apellyasiya icraatı zamanı İddiaçı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha pay torpaq sahəsinə dair Cavabdeh2 almaq, satmaq, bağışlamaq və sair hüquqlar verilmiş 09 mart 2019-cu il tarixli etibarnamənin onun tərəfindən imzalanmadığını bildirdiyindən məhkəmənin müvafiq qərardadına əsasən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli 4/51 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 2(104)-2567/2022 nömrəli mülki işin materiallarında olan 9 mart 2019-cu il tarixli AR-İ seriyalı 726053 saylı etibarnamənin 2-ci “İmza:” qrafasında “дунjа” yazıları və həmin yazıların qarşısındakı imza; 7E-01 reyestr nömrəli jurnalın 33-cü vərəqində 182-ci sırada “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “дунjа” yazıları və həmin yazıların üst hissəsindəki imza – İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Göründüyü kimi 09 mart 2019-cu il tarixdə İddiaçı mərhum əri X8 ilə ümumi birgə mülkiyyətlərində olmuş Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha pay torpaq sahəsinin payına düşən hissəsinə (½ hissə) dair öz iradə ifadəsinə uyğun olaraq Cavabdeh2 almaq, satmaq, bağışlamaq və sair hüquqlar daxil olmaqla 01 (bir) il müddətinə etibarnamə vermişlər, sonuncu da həmin etibarnamə əsasında (hədiyyə verənin nümayəndəsi qismində) Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış 30 mart 2019-cu il tarixli bağışlama müqaviləsi ilə həmin əmlakın İddiaçı payına düşən ½ hissəsini Cavabdeh1 bağışlamışdır. İddiaçı iddia ərizəsində Cavabdeh2 ona verilmiş etibarnaməni ləğv edəcəyini, bu səbəbdən də onun adından hər hansı sənədi imzalamamasını bildirdiyini qeyd etsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış 30 mart 2019-cu il tarixli bağışlama müqaviləsi Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha pay torpaq sahəsinin İddiaçı mülkiyyətində olmuş ½ payının Cavabdeh1 bağışlanması hissəsində qanunvericiliyin tələblərinin pozulması halı müəyyən olunmur. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı oğlu Cavabdeh1 ilə aralarında olan münasibətlərin sonradan pisləşməsi, eləcə də sonuncu və onun arvadı arasında dəfələrlə mübahisə baş verməsi və bununla bağlı polisə müraciət etməsi barədə göstərdiyi dəlillər Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış 30 mart 2019-cu il tarixli bağışlama müqaviləsi Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha pay torpaq sahəsinin İddiaçı mülkiyyətində olmuş ½ payının Cavabdeh1 bağışlanması hissəsində etibarsız hesab edilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh (hədiyyə alan) Cavabdeh1 anası (hədiyyə verən) İddiaçı münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobud pozması halları müəyyən edilmir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən, hədiyyə alanın hədiyyə verən barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin hər hansı pozuntusu deyil, yalnız kobud pozuntusu bağışlamanın ləğvi üçün əsas ola bilər. Hazırkı işdən isə göründüyü kimi Cavabdeh1 anası İddiaçı qarşısında nə müqavilədən, nə də qanundan irəli gələn hər hansı öhdəliyi olmamışdır ki, o, bu öhdəlikləri kobudcasına pozsun. İddiaçı yaşlı olsa da, maddi yardıma ehtiyacı olması, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 90-cı maddəsinin dispozisiyasına uyğun olaraq zəruri yardımı övladından almaq imkanında olmaması, bununla bağlı Cavabdeh1 müraciət etməsi və sonuncunun imtina etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyası bir xüsusatı da qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozularaq iddiadan kənara çıxılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda nəzərdə göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. İşdən göründüyü kimi İddiaçı iddia ərizəsində, habelə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmədən (qətnamə yoxlanılan hissədə) yekun tələbi “Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.35 ha pay torpaq sahəsinə dair 30 mart 2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməklə əvvəlki vəziyyətlərinə qaytarılması” olmuşdur. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi verilmiş tələbdən kənara çıxaraq, “Cavabdeh1 ilə Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.35 ha pay torpaq sahəsinə dair X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi və bu müqaviləyə əsasən X5 adına verilmiş 0.3 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarışların ləğv edilməsini” qət etmiş və tələbdən kənara çıxmanın müstəsna hal olmasını əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. Lakin işə baxan birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını nəzərə almayaraq tələbdən kənara çıxaraq Cavabdeh1 ilə X11 arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli, reyestrdə 4Ə-2004 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsini və sonuncunun adına verilmiş 07 dekabr 2020-ci il tarixli çıxarışında ləğv olunmasını qət etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin mülkin əvvəlki vəziyyətinə qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, hazırıkı iddia tələbinin bu hissəsinin maddi hüquqi əsası Mülki Məcəllənin 337.5-ci maddəsidir. Həmin normada göstərilmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli 0.35 ha pay torpaq sahəsinə dair 30 mart 2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi qətnaməyə əsasən qismən etibarsız hesab edildiyindən, həmin həmin torpaq sahəsinin X4 aid ½ hissəsi əvvəlki hüquqi vəziyyətinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı və həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmçinin həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 110 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı aid edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ : Cavabdeh1, həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X5 etibarnamə üzrə nümayəndəsi (vəkil) Tağıyev Şahlar Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(058)-392/2021 nömrəli qətnaməsi “Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0.35 ha pay torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi, bu müqavilə əsasında cavabdehlərdən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarışın, habelə Cavabdeh1 ilə bu torpaq sahəsinə dair X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi və bu müqaviləyə əsasən Cavabdeh1 adına verilmiş 0,05 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli və X6 adına verilmiş 0.3 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarışların ləğv edilməsi, eləcə də 0,35 ha pay torpaq sahəsinin mərhum X3 və İddiaçı paylı mülkiyyətlərinə qaytarılması” hissələrində ləğv edilsin. Həmin hissələrdə iddia qismən təmin edilsin. Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış 30 mart 2019-cu il tarixli 4Ə-893 reyestr nömrəli bağışlama müqaviləsi Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin mərhum X3 mülkiyyətində olmuş ½ payına aid hissədə etibarsız hesab edilsin. Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış 30 mart 2019-cu il tarixli 4Ə-893 reyestr nömrəli bağışlama müqaviləsi Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin mərhum X3 mülkiyyətində olmuş ½ payına aid etibarsız hesab edilmiş hissəsinə mütənasib olaraq, Cavabdeh1 adına qeydiyyata alınmış 18 aprel 2019-cu il tarixli **********40 reyestr nömrəli ********** qeydiyyat nömrəli və 18 aprel 2019-cu il tarixli **********61 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ½ hissədə ləğv edilsin. Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış 30 mart 2019-cu il tarixli 4Ə-893 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlanmış Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin X4 aid ½ hissəsi əvvəlki hüquqi vəziyyətinə qaytarılsın. İddia tələbi yoxlanılan qalan hissələrdə təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 110(biryüzon) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34 CTRE ********************, X7, KOD210005, VÖEN 140155071, m/h AZ 41NABZ013601**********3944 SWİFTBik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-200/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-200/2023
11.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver