Məhkəmə qərarları › İş №2(104)-2007/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2007/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2007/2024 03.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1188/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9800.76 manat məbləgində verilmiş sıgorta ödənişinin, ödənilmiş 118.01 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 9919.17 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-731/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh Ağdam Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1188/2024 saylı 23 iyul 2024-cü il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1188/2024 saylı 23 iyul 2024-cü il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin geri qaytarılması əsası kimi qanunvericilikdə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş forma tələbinə riayət olunmaması qeyd olunsa da, tərəfindən yüklənmiş apellyasiya şikayətində forma tələbinə hansı hissədə riayət olunmaması qeyd olunmamışdır. Apellyasiya şikayətinin forma və məzmununa nəzər yetirdikdə, AR Mülki Prosesual Məcəlləsində ehtiva olunan forma və məzmun tələblərinə tam formada riayət olunduğu aydın olur. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun formada və məzmunda tərtib olunmuş apellyasiya şikayətimin geri qaytarılması barədə tam qanunsuz və əsassız qərardad qəbul etmişdir. Hesab edir ki, birinci instansiya tərəfindən qəbul edilmiş qərardad ləğv olunmalıdır. Ağdam Rayon Məhkməsinin xx.xx.2025-cü il tarixli,2(013)-1188/2023 saylı qərardadı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş Ağdam Rayon Məhkəməsinin 2(013)-1188/2024 saylı 23 iyul 2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə Cavabdeh şikayəti əsassız olduğundan təmin edilməmiş və mülki işin baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə icra icraatının tərəflərinə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1188/2024 saylı 23 iyul 2024 tarixli qərardadı tam, onunla bağlı Ağdam Rayon Məhkəməsinin 2(013)-1188/2024 saylı 02 sentyabr 2024 tarixli qərardadı isə qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, yeni qərardad qəbul edilməli, Cavabdeh Ağdam Rayon Məhkəməsinin 2(013)- 731/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh Ağdam Rayon Məhkəməsinin 2(013)-731/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş MPM-si ilə ilə müəyyən edilmiş formada verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Cavabdeh Ağdam Rayon Məhkəməsinin 2(013)-731/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş MPM-si ilə ilə müəyyən edilmiş formada tərtib edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi apellyasiya şikayətini istinad etdiyi əsasla geri qaytarda haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də, şikayət təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1188/2024 saylı 23 iyul 2024 tarixli qərardadı tam, onunla bağlı Ağdam Rayon Məhkəməsinin 2(013)-1188/2024 saylı 02 sentyabr 2024 tarixli qərardadı isə qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, yeni qərardad qəbul edilməli, Cavabdeh Ağdam Rayon Məhkəməsinin 2(013)-731/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 264, 357, 398, 400 - 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1188/2024 saylı 23 iyul 2024 tarixli qərardadı tam, onunla bağlı Ağdam Rayon Məhkəməsinin 2(013)-1188/2024 saylı 02 sentyabr 2024 tarixli qərardadı isə qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin və yeni qərardad qəbul edilsin. Cavabdeh Ağdam Rayon Məhkəməsinin 2(013)-731/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar