Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2036/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızının və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-548/2023 saylı qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızı məhkəmədə iddia qaldıraraq, 01 yanvar 2006-cı ildə vəfat etmiş, mərhum anası X1 miras qalmış, ünvan 1 ünvanda yerləşən, cəmi 802,0 kvm torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin miras əmlaka vərəsəliyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-548/2023 saylı qətnaməsi ilə (sədrlik edən N.Musayev) iddia təmin edilmiş, 01 yanvar 2006-cı ildə vəfat etmiş, mərhum X1 miras qalmış, ünvan 1 ünvanda yerləşən, cəmi 802,0 kvm torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan olan fərdi yaşayış evindən ibarət mirasın Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızı tərəfindən qəbul edilməsi faktının müəyyən edilsin. 01 yanvar 2006-cı ildə vəfat etmiş, anası mərhum X1 miras qalmış, ünvan 1 ünvanda yerləşən, cəmi 802,0 kvm torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan olan fərdi yaşayış evinə Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızının vərəsəliyinin müəyyən edilməsi qət edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi həmin qətnamədən şikayət verərək, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-548/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət qeydiyyatında keçməmiş daşınmaz əmlakın miras əmlak kimi qəbul edilərək paylara bölünməsi qanunsuzdur. Daşınmaz əmlaka dair müvafiq sənədləşmə aparılmadığından həmin daşınmaz əmlak miras kütləsinə aid edilə bilməz. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları ilə bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Cavabdehlər Qocayeva (Mehdiyeva) Zöhrə Bayram qızı, Cavabdeh2 və X3 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onların heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızı apellyasiya şikayətinə yazılı etirazı kollegiyaya ünvanlamışdır. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-548/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-548/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməli, Qazax Rayon Məhkəməsinin 02 may 2023cü il tarixli, 2(023)-548/2023 saylı qətnaməsi ləğv edilməli, iddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızının 01 yanvar 2006-cı ildə vəfat etmiş, mərhum anası X1 miras qalmış, ünvan 1 ünvanda yerləşən, cəmi 802,0 kvm torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin miras əmlaka vərəsəliyinin müəyyən edilməsi barədə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızının 01 yanvar 2006-cı ildə vəfat etmiş, mərhum anası X1 miras qalmış, ünvan 1 ünvanda yerləşən, cəmi 802,0 kvm torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin miras əmlaka vərəsəliyinin müəyyən edilməsi barədə ərizəsi Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-548/2023 saylı qətnaməsi ilə təmin edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsihəmin qətnamədən verdiyi apellyasiya şikayətində göstərmişdir ki, dövlət qeydiyyatında keçməmiş daşınmaz əmlakın miras əmlak kimi qəbul edilərək paylara bölünməsi qanunsuzdur. Daşınmaz əmlaka dair müvafiq sənədləşmə aparılmadığından həmin daşınmaz əmlak miras kütləsinə aid edilə bilməz.Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları ilə bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. İşin 8-ci səhifəsində olan Qazax Rayon XDS-nin xx.xx.1991-ci il tarixli iclas protokolundan çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən, cəmi 802,0 kvm torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan fərdi yaşayış evinin X2 adına sənədləşdirilməsi qərara alınmışdır. Lakin həmin fərdi yaşayış evi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsində heç bir qeydiyyat və digər məlumat yoxdur. Belə olan halda, həmin əmlakla bağlı vərəsəliyin müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.1-ci maddələrinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisənin məhkəmədən kənar həll edilməsi qaydasına əməl edilməmişdir. Belə ki, qeyd edilən əmlakın dövlət qeydiyyatına alınması üçün müvafiq Əİ-nə müraciət edilməli, həmin əmlak dövlət qeydiyyatına alındıqdan sonra, mirasla bağlı vərəsələr arasında mübahisə olmadığı üçün müvafiq Notariat Ofisinə müraciət edilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməli, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-548/2023 saylı qətnaməsi ləğv edilməli, iddiaçı Qaybalıyeva (Mehdiyeva) Minarə Bayram qızının 01 yanvar 2006-cı ildə vəfat etmiş, mərhum anası X1 miras qalmış, ünvan 1 ünvanda yerləşən, cəmi 802,0 kvm torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 147,1 kvm, yaşayış sahəsi 74,9 kvm və köməkçi sahəsi 72,2 kvm olan fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin miras əmlaka vərəsəliyinin müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 391, 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-548/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizə baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2036/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2036/2023
05.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver