Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2036/2025 10.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Tovuz regional “ASAN Xidmət” mərkəzində notariat ofisi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli 2(062)-1825/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Tovuz regional “ASAN Xidmət” mərkəzində notariat ofisi, X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 24 fevral 2023-cü il tarixdə reyestrdə 2V-163 və 2V-162 nömrə ilə Tovuz regional “ASAN Xidmət” mərkəzində notariat ofisində qeydə alınmış vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və atası X1 və anası X2 miras qalmış pay torpaq sahəsindən payların müəyyən olunması barədə qatnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli 2(062)-1825/2025 nömrəli qətnaməsi ilə (hakim Süleyman Hacıyev) iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı İddiaçı məhkəmə kollegiyasına apellyasiya şikayətindən imtina barədə ərizə ünvanlayaraq, cavabdehlərlə öz aralarında razılığa gəldiklərini və məsələnin həll edildiyini qeyd etmiş, apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsini müdafiə etdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının Tovuz Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli 2(062)-1825/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmalı və bu əsasa görə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-264, 369 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Tovuz Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli 2(062)-1825/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu əsasa görə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2036/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2036/2025
10.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver