Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2039/2023 11.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhraman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(015)-472/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və X1 qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4885 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun cavadbehlərdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-472/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-472/2021 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verməklə yanaşı, apellyasiya şikayəti verə bilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Cavabdeh1 prosessual müddətin bərpa edilməsinə dair ərizəsində qeyd etmişdir ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-472/2021 saylı qətnaməsini poçtla vaxtında almış, lakin xəstə olduğu üçün vaxtında apellyasiya şikayəti verməmişdir. Vəziyyətinin nəzərə alınaraq ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-472/2021 saylı qərardadı ilə Cavabdeh1 ərizəsi təmin olunmamışdır. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-472/2021 saylı qərardadından narazı qalan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 şikayətini onunla əsaslandımışdır ki, o, qətnaməni rəsmən əldə etdiyi vaxtdan qanunvericiliklə müəyyən edilmiş müddət ərzində şikayət vermişdir. Buraxılmış müddət onun günahı olmadan keçmiş və üzrlü hesab edilə bilər. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-472/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-472/2021 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, 2(015)-472/2021 saylı qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozaraq, ilk dəfə apellyasiya şikayəti verilərkən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, yəni Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada verilmədiyini qeyd etsə də, prosessual müddətin bərpasına dair ərizəni icraata götürərək baxmışdır. Halbuki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, yəni Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada verilmədiyi təqdirdə prosessual müddətin bərpasına dair ərizə ilə birlikdə geri qaytarılmalı idi. Cavabdeh isə qərardaddan şikayət verməklə yanaşı, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmaqla, yəni Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-472/2021 saylı qərardadının qanuniliyi prossesual müddətin bərpasından imtina edilməsi ilə əlaqədar yoxlanılmışdır. Məhkəmə kollegiyası prossesual müddətin bərpasında imtina edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə münasibətdə qeyd edir ki, iş materiallarının 184-cü səhifəsində olan poçt zərfindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-472/2021 saylı qətnaməsi Cavabdeh1 göndərildiyi ünvanda yaşamaması qeydi ilə geri qaytarılmışdır. Lakin, sonradan həmin zərf açılaraq içindəki qətnamə çıxarılmışdır. Cavabdehin ilk dəfə verdiyi apellyasiya şikayətinə qətnamənin və onu müşayiət edən 27 aprel 2021-ci il tarixli məktub əlavə edilmişdir ki (səhifə 206-210), belə olduğu təqdirdə qətnamənin məhz zərfdən çıxarılaraq Cavabdeh1 sonradan təqdim edilməsi müəyyən olunmaqdadır. Lakin, iş materiallarında qətnamənin sonradan Cavabdeh1 verilməsinə dair poçt sənədi və ya məhkəmə qəbzinin olması müəyyən edilməməkdədir. Birinci instansiya məhkəməsi isə qətnamənin cavabdehə nə vaxt verilməsini araşdırmadan, bununla da cavadbehin ümumiyyətlə prossesual müddəti ötürüb-ötürməsini müəyyən etmədən prossesual müddətin bərpasına dair ərizəni, daha sonra isə şikayəti təmin etməmişdir. Buna görə də şikayət qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-472/2021 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, 2(015)-472/2021 saylı qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin prosessual müddətin bərpasına dair ərizəsində qətnamənin alınması ilə bağlı göstərdiyi dəlillə, qərardaddan verdiyi şikayətdə göstərdiyi dəlil ziddiyyət təşkil etməkdədir. İş materilarında olan cavadbehin prosessual müddətin bərpasına dair ərizəsində və ilk dəfə verdiyi apellyasiya şikayətində olan imzalarla, cavadbehin qərardadın verilməsi ilə bağlı sonrakı ərizəsində və şikayətlərində olan imzaların fərqliliyi diqqəti cəlb etməkdədir ki, prosessual müddətin bərpasına dair ərizədə və ilk dəfə verilmiş apellyasiya şikayətində olan imzanın məhz cavabdeh tərəfindən imzalanmasının müəyyən edilməsi də qeyd olunan ziddiyyətin aydınlaşdırılması üçün əhəmiyyət kəsb etməkdədir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin prosessual müddətin bərpasına dair ərizəsinə baxan birinci instansiya məhkəməsi, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırmaqla, məhkəmə iclasında onun iştirakının təmin edilməsinə çalışmalı, iş materiallarının 184-cü səhifəsində olan poçt zərfindən çıxarılmış qətnamənin Cavabdeh1 nə vaxt təqdim edilməsini, bununla da cavabdehin ümumiyyətlə prossesual müddəti ötürüb-ötürməsini müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ağstafa Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(015)-472/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-472/2021 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, 2(015)-472/2021 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması Ağstafa Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2039/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2039/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver