Məhkəmə qərarları › İş №2(104)-204/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-204/2025

23.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-204/2025 23.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Cavabdeh3 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-46/2024 saylı qətnaməsindən İddiaçı1 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə və X1 xidmət mərkəzinin Notarit ofisinə qarşı «qanun üzrə vərəsəlik şəhadətnamənin ləğv edilməsi, miras mülklərdən payların vərəsələr arasında bərabər bölünməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, mərhum Fazil Məmmədova məxsus olan Land Rover minik markalı, 90EL414 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində aparılan alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin daşınar əmlakdan, "xxxx" MMC-nın adına **********1 qeydiyyat nömrəli xx.xx.2011- ci il tarixli Tovuz rayonu Abulbəyli kəndində qeyri-yaşayış binasından və Cavabdeh3yla ümumi birgə adına qeydə alınmış ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixli Tovuz rayonu Yuxarı Üysüzlü kəndində 0,1086 ha həyatyanı torpaq sahəsindən, **********40 reyestr nömrəli xx.xx.2018-ci il tarixli 0,65 kənd təsərüfatı təyinatlı torpaq sahəsindən miras mülklərdən payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-46/2024 saylı qətnaməsi ilə (sədrlik edən Zaur Hünmətov) iddia təmin edilməmişdir İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(062)-46/2024 saylı qətnaməsi tamamilə ləğv edilərək, iddianı təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün tətbiq edilmədən qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçı avtomobilin alqı-satqısına dair müqaviləni məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, mükli işin materiallarında 20 dekabr 2029-cu il tarixli vərəsəlik hüququna dair şəhadətnamə mövcuddur və mübahisənin predmeti alqı-satqı müqaviləsi deyil vərəsəlik hüququna dair şəhadətnamədir. Bundan əlavə, Tovuz Rayon Məhkəməsi mülki işə baxarkən məhkəmənin müvafiq qərardadı ilə mülki işin icraatı Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun müvafiq qərarı qəbul edilənədək dayandırılmışdır. Həmin qərar qəbul edildikdən sonra mülki işin icraatı təzələnsə də məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının tələblərini pozmuş və həmin qanunun tələbləri qətnaməyə tətbiq edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, lakin onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına ünvanladığı ərizədən də görünür ki, iddiaçılar cavabdehlər ilə aralarında barışığa gəldikləri üçün, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 46/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Həmçinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 notarial qaydasında təsdiq edilmiş ərizə göndərərək, cavabdehlə razılığa gəlmələrini, heç bir şikayət, tələb və mirasdan tələbləri olmayacağını bildirmişlər. Cavabdeh3 məhkəmə kollegiyasının iclasında göstərdi ki, iddiaçılarla razılığa gəlmiş və onların şikayətdən imtinası ilə razılaşır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-46/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin: 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına ünvanladığı ərizədən də görünür ki, iddiaçılar cavabdehlər ilə aralarında barışıqa gəldikləri üçün, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 46/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Həmçinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 notarial qaydasında təsdiq edilmiş ərizə göndərərək, cavabdehlə razılığa gəlmələrini, heç bir şikayət, tələb və mirasdan tələbləri olmayacağını bildirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-46/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası MPM-nin 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-46/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və onun apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar