Məhkəmə qərarları › İş №2(104)-2049/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2049/2024

09.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2049/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mərhum X2 adına olmuş yaşayış evi üzrə Ağstafa rayon Notariat ofisində verilmiş xx.xx.2004-cü il tarixli, 2V-03 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, xx.xx.2002-ci ildə vəfat etmiş məhrum atası X5 ilə xx.xx.1967-ci ildə vəfat etmiş mərhum anası Allahyarova (Nəbiyeva) Arus Heydər qızının 1965-ci ildə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və miras əmlakın miras sahiblərindən mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra - xx.xx.2023-cü il tarixində İddiaçı ərizə ilə Məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcmini artırmış, Ağstafa rayon Notariat Kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması barədə də qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsi ilə xx.xx.2003-cü ildə mərhum X2 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair X7 və Cavabdeh2 Əlövsət oğlunun adlarına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-02 və 2V-03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilmiş, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə X8, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/3 (üçdə bir) hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının qanun üzrə vərəsəlik hüquqları tanınmışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsinin qismən ləğv edilərək, ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə miras əmlakın atası X5 ilə anası X4 birgə nikah dövründə əldə etdiklərinin nəzərə alaraq, mərhum anası X3 miras qalan yaşayış evinin ½ hissəsi üzrə 1/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/3 hissəsinə Cavabdeh3, mərhum atası X1 miras qalan yaşayış evinin ½ hissəsi üzrə isə 1/3 hissəsinə onun, 1/3 hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/3 hissəsinə isə Cavabdeh1 olmaqla, ümumilikdə, yaşayış evi üzrə 2/6 hissəsinə onun, 2/6 hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/6 hissəsinə Cavabdeh3 və 1/6 hissəsinə Cavabdeh1 vərəsəlik hüququnun tanınması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(015)-20/2024 saylı qərardadı ilə İddiaçı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı qətnamədən apellyasiya şikayətini müddəti ötürməklə vermiş və prosessual müddətin bərpasına dair vəsatət verməmişdir. İddiaçı həmin qərardaddan şikayət və prosessual müddətin bərpasına dair ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni xx.xx.2024-cü il tarixində rəsmi qaydada alaraq, xx.xx.2024-cü il tarixdə, yəni qanunla müəyyən edilən bir ay müddətində şikayət verilmişdir. Hesab edir ki, qətnamədən apellyasiya şikayətini müddəti ötürməməklə vermişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(015)-20/2024 nömrəli qərardadı ilə şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(015)-20/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayətin mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına heç bir izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(015)-20/2024 saylı qərardadı tam, onunla bağlı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(015)-20/2024 nömrəli qərardadı isə qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, İddiaçı tərəfindən Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Ağstafa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsindən verilən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminə prosessual müddət ötürülməklə - xx.xx.2024-cü il tarixdə daxil olmuş və iddiaçı tərəfindən ötürülmüş prosessual müddətin bərpası barədə ərizə şikayətə əlavə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsinin surətinin xx.xx.2024-ci il tarixdə iş üzrə tərəflərə, o cümlədən İddiaçı Ağstafa rayonu Təcrübə tarlası ünvanına göndərilməsi barədə müşayiətedici məktub olsa da, həmin qətnamənin sonuncuya rəsmi qaydada təqdim edilməsi və onun tərəfindən qəbul edilməsi barədə sübut növü (poçt xəbərnaməsi) yoxdur. Azərbaycan Respublikası MPM-nin: 134.1. və 134.1.5.-ci maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İddiaçı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(015)-20/2024 saylı qətnaməsinin surəti xx.xx.2024-cü il tarixində rəsmi qaydada aldığını göstərmiş və xx.xx.2024-cü il tarixdə, yəni qanunla müəyyən edilən bir ay müddətində apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə Ağstafa Rayon Məhkəməsinə “Elektron Sistem” vasitəsi ilə daxil olmuşdur. Göründüyü kimi, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(015)-20/2024 saylı qətnaməsinin surəti İddiaçı qızına rəsmi qaydada xx.xx.2024-cü il tarixdə göndərildiyindən, sonuncu qanunla müəyyən edilmiş müddətdə qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müddətinin ötürülməsi əsası ilə geri qaytarmaqda haqlı olmamışdır. Belə ki, İddiaçı qanunla müəyyən edilmiş müddətdə qətnamədən apellyasiya şikayəti vermişdir ki, bu halda prosessual müddətin bərpasına dair ərizənin müzakirə edilməsinə də, zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(015)-20/2024 saylı qərardadı tam, onunla bağlı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(015)-20/2024 nömrəli qərardadı isə qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, İddiaçı tərəfindən Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(015)- 20/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 134-135, 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(015)-20/2024 saylı qərardadı tam, onunla bağlı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(015)- 20/2024 nömrəli qərardadı isə qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin və yeni qərardad qəbul edilsin. İddiaçı tərəfindən Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(015)- 20/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar