Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2050/2025 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X1” MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı “X1” MMC-nin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
2. “X1” MMC tərəfindən verilmiş arayışının surətindən görünür ki, Cavabdeh 1095 manat ödənilməmiş borcu qaalmışdır.
3. “X1” MMC tərəfindən cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, Cavabdeh “X1” MMC-yə olan borcu ödəmək təklif olunmuşdur.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2022-ci il tarixli müqavilə üzrə “X1” MMC “Drop Plus” markalı sutəmizləyici filtiri Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə malı qəbul edib dəyərini pul şəklində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə göstərilən mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu isə bu malları qəbul etmişdir. Müqaviləyə * saylı Əlavəyə əsasən satılan malın cəmi dəyəri 1195 manat təşkil etmişdir. Müqavilənin 1.1, 3.12 və 4.2-ci bəndlərinə əsasən alıcı müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini pul şəklində hissə-hissə və ya tam ödəməlidir. Alıcı tərəfindən alınan mallara görə 100 manat ödəniş edilsə də, lakin 1095 manat qalıq borc ödənilməmişdir. Dəfələrlə şifahi formada cabvabdehə müraciət edilməsinə baxmayaraq sonuncu qalıq borcu ödəməmişdir. Müqavilənin 4.6-cı maddəsinə əsasən hər gecikdirilmiş gün üçün malın qalıq məbləğinin 1% miqdarında penya ödənilməsi nəzərdə tutulmuşdur və buna görə də cavabdehdən əlavə olaraq penya şəklində 100 manat tələb olunur.
6. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim X.Səfərli) ilə iddia qismən təmin edilərək, Cavabdeh ## ###### 2022-ci il tarixli müqaviləyə əsasən 1095 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumilikdə 1100 (min yüz) manat pul və 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462, 467, 600.1, 600.4-cü maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı ilə heç bir müqavilə bağlamamış və iddiaçıdan su təmizləyici götürməmişdir.
10. Birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayətə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir.
12. Yaranmış zərurətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, onunla iddiaçı təşkilatarasında ## ###### 2022-ci il tarixli müqavilə bağlansada, lakin müqavilədə göstərilən su təmizləyici qurğu ona təhvil verilməmişdir. ## ###### 2022-ci il tarixli * saylı əlavədə “malı tam komplektə təhvil aldım” sözlərinin qarşısında da imza etməmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı “X1” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 567. Alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
30. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasslar 385.1. 1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı “X1” MMC ilə Cavabdeh arasında ## ###### 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmşdır. Müqavilə şərtinə görə satıcı ümumi dəyəri 1195 manat olan su təmizləyici qurğunu alıcıya təhvil verməyi, alıcı isə bunun müqabilində 50 manat ilkin ödəniş etməyi, qalan məbləği isə 23 ay müddətində hissəhissə, yəni hər ay 50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Iddiaçı (satıcı) tərəf müqavilədə nəzərdə tutulan öhdəliyi yerinə yetirdiyini, lakin cavabdeh tərəf (alıcı) öhdəliyi yerinə yetirmədiyini və bu səbəbdən də 1095 manat əsas, 100 manat penya olmaqla 1195 manat borc qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
37. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir.
38. Ilkin olaraq qeyd olunmalıdır ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Hazırkı iş üzrə tərəflər arasında ## ###### 2022-ci il tarixdə müqavilə bağlanması işin mübahisəsiz halıdır. Iddiaçı “X1” MMC ## ###### 2022-ci il tarixli müqavilə üzrə “Drop Plus” markalı su təmizləyici qurğunu cavabdeh Cavabdeh təhvil verdiyini, cavabdeh tərəf isə müqavilə bağlanmasına baxmayaraq qeyd olunan su təmizləyici qurğunun iddiaçı tərəfindən ona təhvil verilmədiyini, hətda müqaviləyə * saylı əlavədə “malı tam komplektə təhvil aldım” sözlərinin qarşısında imza etmədiyini iddia edir.
40. Işə əlavə olunmuş * saylı əlavədəndə (kserosurət) görünür ki, tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli müqavilədə nəzərdə tutulan “Drop Plus” markalı su təmizləyici qurğunun alıcıya təhvil verilməsi təsdiq olunmur. Belə ki, əlavədə həmin malın müqavilə şərtinə uyğun olaraq alıcı Cavabdeh təhvil verilməsi göstərilsədə, lakin “malı tam komplektə təhvil aldım” sözlərinin qarşısında, malin kim tərəfindən qəbul edilməsi, eləcədə malın təhvil alinmasının sübutu olaraq malı alan şəxsin imzası həmin əlavədə aşkar olunmur.
41. Işin hərtərəfli və obyektiv araşdırılması məqsədilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. ## ###### 2022-ci il tarixli * saylı əlavənin, yəni cavabdehin əşyanı təhvil alması ilə bağlı müqavilənin əslinin ekspertə təqdim olunmaması səbəbindən iş üzrə rəy verilməsindən imtina olunmuşdur.
42. Təyin edilmiş məhkəmə-xətşunaslıq ekspertizasının icrasını təmin etmək məqsədilə ## ###### 2022-ci il tarixli * saylı əlavənin əslinin məhkəməyə təqdim olunması iddiaçı “X1” MMC-dən istənilsədə, lakin sonuncunun məhkəməyə ünvanladığı ## ###### 2026-cı il tarixli məktubdan müəyyən olunmuşdur ki, Cavabdeh aid müqavilə sənədlərinin əsli axtarış zamanı şirkətin arxivində tapılmadığından müqavilənin əsllərinin məhkəməyə təqdim edilməsi imkan xarcindədir. ## ###### 2026-cı il tarixdə iş üzrə icraat təzələnmişdir.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. MPM-in 89-cu maddəsinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
46. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
47. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
48. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
49. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı “X1” MMC ## ###### 2022-ci il tarixli müqavilə üzrə ümumi dəyəri 1195 manat olan “Drop Plus” markalı su təmizləyici qurğunun Cavabdeh təhvil verməsi barədə hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə isə tərəflər arasında bağlanmış həmin müqavilə əsas götürülməklə malın dəyərinin cavabdehdən tələb olunmasına heç bir hüquqi əsas yaranmır.
50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin olunmamalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
51. Işdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv olunsun. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı “X1” MMC-nin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı “X1” MMC-yə aid edilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.