Məhkəmə qərarları › İş №2(104)-2052/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2052/2023

05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2052/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ərizəçi X3 nümayəndəsi X4, vəkili X6 və qəbul olunmuş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(042)-753/2022 saylı qətnaməsindən qəbul olunmuş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənəd olan Gədəbəy Rayon Aqrar islahat komissiyasının xx.xx.2002- ci il tarixli, 20 saylı qərarı ilə verilmiş AN-087923 “Torpaq sahəsinin plan və ölçü” sənədinin ona məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(042)-753/2022 saylı qətnaməsi ilə (sədrlik edən F.Mirzəquliyev) ərizə təmin edilmiş, xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş AN-087923 “Torpaq sahəsinin plan və ölçü” sənədinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Qəbul olunmuş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 həmin qətnamədən şikayət verərək, Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(042)-753/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Aqrar islahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 nömrəli qərarı ilə Gədəbəy rayonu Yenikənd kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 999.24 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə onun adına keçmiş AR DT və XK tərəfindən 087923 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin subyekt siyahısında ailə üzvləri kimi X7, X8, X9, Bayraməliyev vüsal Əli oğlu və X11 qeyd olunmuşdur. Həmin torpaq sahəsi islahat aparılmamışdan əvvəl ona məxsus olmuş, bu fakt Gədəbəy rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli, 163 nömrəli arxiv arayışı ilə də təsdiq olunur. Lakin Torpaq sahəsinin planı və ölçüsü sənədində “X1” əvəzinə texniki səhv olaraq “X2” kimi göstərilmişdir. Həmin sənəddə onun cinsinin səhv yazılması ilə bağlı arayışlar verilmişdir. Qeyd olunanlara baxmayaraq Gədəbəy rayonu, Yenikənd kənd sakini Ərizəçi Gədəbəy rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək keçmiş AR DT və XK tərəfindən onun adına tərtib edilmiş 087923 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin hüquq müəyyən edici sənəd kimi guya ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmiş, işə baxan məhkəmə isə heç bir əsas olmadan ərizəni təmin etmişdir. Ərizəçi məhkəmə kollegiyasına yazılı etiraz ünvanlamışdır. Ərizəçi nümayəndəsi X10 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(042)-753/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Qəbul olunmuş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisəli torpaq sahəsi onun olmuşdur. Hesab edir ki, 087923 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin Maraqlı şəxs2 Əhməd qızına heç bir aidiyyəti olmamasına baxmayaraq məhkəmə həmin sənədin ona məxsus olması faktını müəyyən etməklə onun mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, qəbul olunmuş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(042)-753/2022 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi hüquqmüəyyənedici sənəd olan Gədəbəy Rayon Aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş AN-087923 “Torpaq sahəsinin plan və ölçü” sənədinin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, ərizəçi Maraqlı şəxs2 Əhməd qızının hüquqmüəyyənedici sənəd olan Gədəbəy Rayon Aqrar İslahat komissiyasının xx.xx.2002ci il tarixli, 20 saylı qərarı ilə verilmiş AN-087923 “Torpaq sahəsinin plan və ölçü” sənədinin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi Qazax Rayon Məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qəbul olunmuş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 həmin qətnamədən verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Gədəbəy rayon Aqrar islahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 nömrəli qərarı ilə Gədəbəy rayonu Yenikənd kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 999.24 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə onun adına keçmiş AR DT və XK tərəfindən 087923 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin subyekt siyahısında ailə üzvləri kimi X7, X8, X9, Bayraməliyev vüsal Əli oğlu və X11 qeyd olunmuşdur. Məhkəmənin 087923 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin ərizəçi Maraqlı şəxs2 Əhməd qızına məxsus olmaası barədə gəldiyi mövqe düzgün deyildir, bu da onun həmin sənədlə yaranan mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən də, bu cür faktın məhkəmə tərəfindən müəyyən edilməsi mümkün deyildir və burada ətraflı araşdırma aparılmasına ehtiyac vardır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0 və 259.0.10-cu maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Ərizəçi ərizəsinə xüsusi icraat qaydasında baxılmışdır ki, iş üzrə məhkəməyə aid hüquq haqqında mübahisə vardır. Belə ki, mülkiprosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərə mübahisəsiz müəyyən edilməli olan faktlar kateqoriyasına aid etdiyindən, hazırkı iş üzrə isə mübahisə olduğundan, şikayətdə qeyd olunan xüsusatlar araşdırılması olduğundan ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, qəbul olunmuş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(042)-753/2022 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi hüquqmüəyyənedici sənəd olan Gədəbəy Rayon Aqrar islahat komissiyasının xx.xx.2002- ci il tarixli, 20 saylı qərarı ilə verilmiş AN-087923 “Torpaq sahəsinin plan və ölçü” sənədinin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Qəbul olunmuş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(042)-753/2022 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqmüəyyənedici sənəd olan Gədəbəy Rayon Aqrar islahat komissiyasının xx.xx.2002- ci il tarixli, 20 saylı qərarı ilə verilmiş AN-087923 “Torpaq sahəsinin plan və ölçü” sənədinin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar