Məhkəmə qərarları › İş №2(104)-2055/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2055/2024

16.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2055/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı oğunun, Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 qarşı “xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 2V-20 reyestr nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-590/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-590/2024 saylı qətnaməsi ilə (hakim F.Abdullayev) iddiaçılar İddiaçı oğunun, Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 qarşı “xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 2V- 20 reyestr nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamələrin və onların əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış əmlakın vərəsələr arasında bölünməsi” tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək X7 qanunsuz olaraq almış olduğu xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və miras qalmış ünvan 1 ünvanında 0.016 ha üzərində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evinin vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə şəhər sakinidir. X1, anası X4r. X24 xx.xx.2014-cü il tarixdə, anası Lala Mənsimova isə xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Onlar ailədə 2 bacı, 2 qardaş olmuşlar: Cavabdeh2, Cavabdeh1, X8, X16. İlham Mənsimov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ata və anası vəfat etməmişdən öncə onların ünvan 1 ünvanında 0.016 ha üzərində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evləri olmuşdur. Onlar həmin fərdi yaşayış evində yaşamış, oradan istifadə etmişlər. Fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə atasının adına olmuş və Seriya RX N0722549 saylı Çıxarış verilmişdir. Anası vəfat etdikdən sonra atası yenidən 01 aprel 1998-ci il tarixdə ailə həyatı qurmuş, lakin ailə münasibətlərini bərpa edə bilmədikləri üçün aralarında bağlanmış nikahları 14 fevral 2012-ci il tarixdə pozulmuşdur. Atası ilə X15 birgə nikah dövründə övladları olmamışdır. Atası vəfat etməmişdən öncə o, ailə üzvlərilə birlikdə bir müddət atasına məxsus olan evdə yaşamışdır. Daha sonra qardaşı onlarla yola getmədiyi üçün onları evdən qovmuş və o, atası ilə birlikdə evdən çıxaraq bir müddət başqa bir evdə yaşamışlar. Lakin bir neçə ay sonra yenidən atasına məxsus olan evə atası ilə birlikdə qayıdaraq orada yaşamağa başlamışlar. Hazırda da atasına məxsus olan fərdi yaşayış evində uzun zamandır ki, yaşayır. Hazırda o, X1na məxsus olan fərdi yaşayış evini rəsmi olaraq adına rəsmiləşdirmkək istəyir. Bununla bağlı ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etdiyi zaman ona məlum olmuşdur ki, 31 avqust 2015-ci il tarixdə 2V-302 reyestr nömrəsilə qeydiyyata alınmış Vərəsəlik hüququ haqqında Şəhadətnamə alınmışdır. Qanun üzrə vərəsəsi X16 olmuşdur. Halbuki o da atasının vərəsəsidir. X10suzluq edərək Vərəsəlik şəhadətnaməsi almışdır. İlham Mənsimov vəfat etdikdən sonra fərdi yaşayış evi onun oğlu Cavabdeh3 adına sənədləşdirilmişdir. Bunun üçün də X7 qanunsuz olaraq almış olduğu xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamənin və onun əsasında verilmiş sənədlərin etibarsız hesab olunmasını və miras qalmış əmlakın vərəsələr arasında bölünməsini istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə verərək, mülki iş üzrə iddiaçı qismində cəlb olunmalarını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia həcminin artırılması barədə ərizə verərək, xx.xx.2023-cü il tarixli, 2V-20 reyestr nömrəli Vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında verilmiş sənədlərin də etibarsız hesab edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Plenumun qərarı qəbhul edilərkən onların mübahisəli işi Bərdə Rayon Məhkəməsində icraatda idi. Ona görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən onun iddiası təmin edilməli idi. Məhkəmə həqiqətləri araşdırmadan ədalətsiz qətnamə çıxarmışdır. Ona qarşı belə bir qətnamə qəbul edilməsi ədalətsizlikdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, doğrudur valideynlərinin 1962-ci il təvəllüdlü Məhəmməd adında bir övladı da olmuşdur, lakin o, iki aya qədər yaşamış və ölmüşdür. Odur ki, atasının mirasını qəbul edəcək dörd birinci növbəli vərəsəsi olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib həmin şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçı və cvabdehin izahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-590/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İ-ИE seriyalı 911360 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. X1, anası X4r. İş materiallarına əlavə olunmuş AЭ seriyalı 386958 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. X1, anası X4r. İş materiallarına əlavə olunmuş AZ-T seriyalı 225458 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. X1, anası X4r. İş materiallarına əlavə olunmuş AZ-T seriyalı 169504 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. X1, anası X5r. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, X11 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, X14 xx.xx.2014- cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,016 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122 kv.m olan daşınmaz əmlak X6 tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X6 vərəsələri X12r. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 31 avqust 2015-ci il tarxili ********** saylı arayışına və ƏMDKY DƏDRX-nin 7 sayl ərazi idarəsinin 25 avgust 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli **********56-10301 reyestr nömrəli çıxarışına əsasən ünvan 3 ünvanda yerləşən 122 kv.m ümumi sahəsi olan 2 otaqlı yaşayış evindən ibarətdir. Qeyd: miras əmlakın 1/1 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X16 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi oğlu Cavabdeh3dur. Səhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2015 tarixdə X13 verilmiş **********56- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa asasən Bərdə şəhər Natavan küçəsində istifadəsində olan 0.016 ha torpaq sahəsində yerləşən 26 nömrəli ümumi sahəsi 122 kv.m yaşayış sahəsi 58.8 kv/m, yardımçı sahəsi 63.2 kv/m. 2 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. Qeyd: miras əmlakın tam hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,01595 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122 kv.m olan daşınmaz əmlak Cavabdeh3 tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Dövlət Arxivindən vəkil sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bərdə rayon Dövlət Arxivində 69 saylı fondda mühafizə edilən Bərdə rayon ZDSİK-nin fond sənədləri yoxlanıldı, Bərdə şəhər Natavan küçəsi ev-26-nın sakini mərhum X6 ailə tərkibi barədə heç bir məlumat əldə olunmadı. İş materiallarına əlavə olunmuş İddiaçı müraciətinə əsasən Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 2498 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında qeydiyyatda olmuş, 20 iyun 2014-cü il tarixdə vəfat etmiş atanız X6 vəfatından sonra irs qalmış miras əmlaka dair Bərdə regional “ASAN-xidmət” mərkəzində notariat ofisi tərəfindən 31 avqust 2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə almış digər vərəsə tərəfindən onun mirası faktiki idarə etməyi barədə sənəd təqdim edilmədiyindən və ya ona da onunla bərabər payda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə müraciət olunmadığından onun adının atanızın miras əmlakına dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında 0.016 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli RX Seriyali ******* saylı Çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə X9 məxsus olmuşdur. X14 ilə X2 ər-arvadlıq münasibətlərindən Cavabdeh2, Cavabdeh1, X16, İddiaçı və X8 adında beş uşaqları olmuş, lakin onlardan X8 hələ körpəliyindı – iki ayı tamam olmamış vəfat etmişdir. Mənsim Mənsimov xx.xx.2014-cü il tarixdə, Lala Mənsimova isə xx.xx.1990-cı il tarixdə, uşaqlardan İlham Mənsimov isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş üzrə Cavabdeh3 iddiaçıların mərhum qardaşları İlham Mənsimovun oğludur. İddiaçılardan İddiaçı atasından miras qalmış yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dai vərəsəlik hüququnu rəsmiləşdirmək istəyərkən notariat orqanında ona məlum olmuşdur ki, mərhum qardaşı X16 31 avqust 2015-ci il tarixdə yeganə vərəsə kimi bütövlükdə miras əmlaka 2V-302 reyestr nömrəsilə qeydiyyata alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə almış, İlham Mənsimov vəfat etdikdən sonra fərdi yaşayış evi onun oğlu Cavabdeh3 adına sənədləşdirilmişdir. Ona görə də iddiaçılar məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etmişlər. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras vərəsə tərəfindən mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə verilməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlanılmaqla qəbul edilir. Hazırki mübahisə predmeti olan miras əmlakı da X16 notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə verməklə qəbul etmişdir. X16 isə vəfat etdikdən sonra ondan qalan miras əmlakı oğlu Cavabdeh3 notariat ofisinə mirasın qəbul edilməsi barədə ərizə verməklə qəbul etmişdir. İddiaçılar isə Mülki Məcəllə ilə müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı iddia ərizəsində uzun zamandır atasına məxsus evdə yaşadığını qeyd etsə də, məhkəmə iclas zalında etiraf etdi ki, 2003-cü il tarixdən həmin evdən çıxmışdır və evin heç bir kommunal xərclərində iştirak etməmişdir. Beləlikə, məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçılar Mülki Məcəllə ilə müəyyən edilmiş müddəti ötürdüyündən idddia tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X14 xx.xx.2014-cü ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1256-ci maddəsinsə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər İş materiallarından görünür ki, mərhum X14 vəfat etdikdən sonra onun 4 uşağı (vərəsəsi) qalmış, onlardan heç biri mirasdan imtina etməmişdir. Buna baxmayaraq Bərdə regional “Asan Xidmət” mərkəzində notariat kontoru X6 ölümündən sonra qalmış vərəsələrin dairəsini müəyyənləşdirmədən X13 ünvan 1 ünvanında 0.016 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evinə dair tam payda qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. X16 vəfat etdikdən sonra həmin əmlaka dair onun oğlu Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə almış, bunun əsasında isə həmin əmlaka dair adına dövlət reyestrindən çıxarış almışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, X14 öldükdən sonra miras qalmış ünvan 1 ünvanında 0.016 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evinə dair Bərdə regional “Asan Xidmət” mərkəzində notariat kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2V-302 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 2V-20 reyestr nömrəli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”lər qanunvericiliyə uyğun verilmədiyindən həmin sənədlər və həmin sənədlər əsasında ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2015 tarixdə X7 adına verilmiş **********56-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və ƏMDK-nin yanında DƏDRX-nin Bardə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına verilmiş **********56-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə X14 vəfat etdiyindən və qanun üzrə birinci növbə vərəsələrdən heç birisi mirasdan imtina etmədiyinə görə ünvan 5 ünvanında 0.016 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evindən onun birinci növbə vərəsələri olan övladları - İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X7 hər birinə ¼ pay müəyyən edilməlidir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilərək X3 miras qalmış ünvan 1 ünvanında 0.016 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evindən qanun üzrə vərəsələrə çatan paylar yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-590/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin, yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. X6 xx.xx.2014-cü il tarixdə ölməsi ilə miras qalmış ünvan 5 ünvanında 0.016 ha torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evinə dair Bərdə regional “Asan Xidmət” mərkəzində notariat kontoru tərəfindən verilmiş xx.xx.2015ci il tarixli, 2V-302 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 2V-20 reyestr nömrəli “Vərəsəlik hüququ haqqında şəhadətnamə”lər və həmin sənədlər əsasında ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2015 tarixdə X7 adına verilmiş **********56-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və ƏMDK-nin yanında DƏDRX-nin Bardə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh3 adına verilmiş **********56-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. xx.xx.2014-cü il tarixdə ölmüş X3 miras qalmış ünvan 5 ünvanında 0.016 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 122 kv.m olan fərdi yaşayış evindən ibarət əmlaka onun uşaqları - İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X7 hər birinin payı 1/4 hissədə müəyyən olunsun. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar