Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-208/2025 19.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Qazax rayon Notariat Ofisinə qarşı vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-471/2024 saylı qətnaməsindən İddiaçı2 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-471/2024 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddianın qismən təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin X5 miras qalmış hissəsinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 payının müəyyən edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən X9 miras qalmış ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 oğlunun payının müəyyən edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli **********, **********, ********** qeydiyyat nömrəli Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.75051, 0.2, 2.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X10 payına düşən hissəsinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 oğlunun payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı2 apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(023)-471/2024 nömrəli qətnaməsini iddianın ona münasibətdə təmin edilməmiş hissəsində ləğv edərək, iddianın tam olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-471/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Qazax rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, anaları X5 miras qalmış Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsində və Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payına vərəsəliyin müəyyən edilməklə miras paylarının bölünməsi, ataları X9 miras qalmış Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 83.7 kv.m fərdi yaşayış evinə vərəsəliyin müəyyən edilməklə miras payın bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, 22 avqust 1993-cü il tarixdə vəfat etmiş mərhum ataları X9 və 06 iyul 2010-cu il tarixdə vəfat etmiş mərhum anaları X5 Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən yerləşən 83.7 kv.m fərdi yaşayış evi miras qalmışdır. Fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tam olaraq atalarının adına qeydiyata alınmışdır. Həyətyanı torpaq sahəsi isə iddiaçılardan İddiaçı1 ilə mərhum anaları X7 ümumi birgə mülkiyyətlərindədir. Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qazax rayonu, Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payları miras qalmışdır. Valideyinlərinin sağlığında, eləcədə vəfatından sonra bu əmlakı onlar idarə etmişlər və bu əmlaklar onların sahibliyi və istifadəsindədir. Əmlakı varis olaraq onlar idarə və istifadə edərək sahiblənmişlər və bununla da miras əmlakı qəbul etmişlər. Cavabdeh isə notarial qaydada mirasın bölünməsinə getmir. Onlar Qazax rayon Notariat Ofisinə müraciət etməklə ərizə vermişlər. Qazax rayon Notariat Ofisindən 29 yanvar 2024-cü il tarixli məktubla cavabdehlə mübahisə olduğu üçün məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hansı ki, mirası onlar qəbul etmişlər. Bu miras əmlaklardan da tam olaraq miras payı almalıdırlar. Cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddia tam əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, iddiada istinad olunan torpaq sahəsi və fərdi yaşayış evi mülkiyət hüququ əsasında anası X6 məxsus olmuş və anası sağlığında verdiyi xx.xx.20007-ci ildə verdiyi vəsiyyətnamə ilə özünə məxsus olan əmlakını və yaşayış evini ona (Cavabdeh2) vəsiyyət etmişdir. Eyni zamanda anası ondan əvvəl İddiaçı2 verdiyi vəsiyyətnaməni etibarsız saymışdır. Ona görə ki, İddiaçı2 Qaymaqlı kəndində fərdi yaşayış evi və torpaq sahəsi vardır. O, özünə məxsus evi və torpaq sahəsini məhkəmədə mübahisələndirmək əvəzinə, anasından miras qalmış fərdi yaşayış evindən və torpaq sahəsindən pay istəyir. Fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçisi olan anası xx.xx.2010-cu ildə vəfat etməsinə baxmayaraq, hazırkı iş üzrə iddiaçılar miras əmlakı qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddəti buraxmışlar və Mülki Məcəllənin tələblərini pozaraq 13 ildən sonra miras əmlakdan pay istəyirlər. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində açıqca göstərilib ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı1 isə nəinki anasının vəfat etdiyi gündən 6 ay sonra miras əmlakı qəbul etmək üçün müraciət etməmişdir, həm də o Bakı şəhəri Binə qəsəbəsində ailə üzvləri ilə yaşamış və hazırda da orada yaşayır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Belə ki, Qazax rayon Məhkəməsi iddianı qismən təmin edərək yanız bacısının iddiasını təmin etmişdir. Ona münasibətdə isə iddianı təmin etməmişdir. Bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur. O, ata və anasının ölümündən sonra mirası faktiki olaraq qəbul edərək idarə edir. Bununla bağlı kənd icra nümayəndəliyindən arayışlarını məhkəməyə təqdim etmişdir. Bundan başqa hal-hazırda da miras qalmış evdə yaşayır və miras qalmış həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edir. Miras qalmış evin kommunal xərcləri də abonent olaraq onun adına gəlir. Buna baxmayaraq məhkəmə onun iddiasını əsassız olaraq təmin etməmişdir. Onun başqa yaşayış yeri yoxdur və ailəsilə miras qalmış bu evdə yaşayır və miras qalmış torpaq sahələrindən istifadə edir. Məhkəmə isə onun təqdim etdiyi heç bir sübutu nəzərə almamış və hətta cavabdeh də məhkəməyə verdiyi ifadələrində dolayı ilə onun mirası qəbul etdiyini etiraf etmişdir. O, mirasdan payını tələb edir. Məhkəmə iclaslarının video yazılarına baxılsa bu hallar tam olaraq sübut olunmuş olar. Birinci instansiya məhkəməsi mülki prossesual qanunvericiliyin tələblərini pozmaqla, işin hərtərəfli araşdırılmasında maraqlı olmamış, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Mübahisə edilən qətnamədən də görünür ki, məhkəmə qətnaməni qanunvericiliyin normalarına uyğun əsaslandırmamışdır. Cavabdeh2 apellyasiya şikayətini onunla əsalandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi mirasın qəbul edilməsi faktı kimi vərəsələrin notariusa imtina barədə ərizə verməmələrini göstərmişdir. Məhkəmə araşdırımasının predmeti miras əmlak kütləsinə daxil olan əmlakların vərəsələrdən kim tərəfindən faktiki sahiblik və idarə etməklə yiyələnməsinin araşdırılmasıdır. Mülki iş materiallarından görünür ki, iddiaçıların mirasın faktiki qəbulu ilə bağlı hər hansı sənəd yoxdur. İcra nümayəndəliyinin verdiyi arayışa məhkəmə tənqidi yanaşsa, müəyyən olunardı ki, təsərrüfatda adının olması şəxsin mirası qəbul etməsi anlamına gəlmir. Mülki iş materiallarında miras qoyan adından vəsiyyətnamə vardır. İddiaçı tərəf qeyd olunan vəsiyyətnamənin mötəbərliyini şübhə altına almır. Miras faktiki cəhətdən qəbul etməyən şəxsə bərabər hissədə pay verilməsi ədalətsizlikdir. Birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamışdır. Apellyasiya şikayətləri üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən İddiaçı2 nümayəndə vasitəsi ilə təmsil olunsa da, digər İddiaçı1 Tapdıq qızı və cavabdeh Qazax rayon dövlət notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil1 iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, Cavabdeh2 anası X18 öləndə bacısı Sultan ərə getmişdi, orada yaşamırdı. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak tərəflərin izahatlarını dinləyərək hesab edir ki, hər iki apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-471/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir. Kollegiya qeyd edir ki, mübahisənin predmetini valideynlərinin ölümündən sonra miras qalmış atalarının adına qeydə alınmış fərdi yaşayış evi, həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsindən analarının ½ hissədə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki 1/5 hissədə payından ibarət əmlaklarda vərəsə kimi paylarının müəyyən edilməsindən ibarətdir. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh verdiyi apellyasiya şikayəti ilə qətnamənin tam ləğv edilərək iddianın rədd edilməsini xahiş etdiyinə görə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş Qazax rayon Notariat Ofisinin İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli, 94 saylı məktubdan görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X9 qalmış miras əmlakların bölüşdürülməsinə dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Qazax rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X23 ilə X19 xx.xx.1957-ci ildə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə “Kərimov”, arvada “Kərimova” soyadı verilmişdir. İş materiallarındakı doğum haqqında şəhadətnamələrin surətlərindən və tərəflərin izahatlarından görünür ki, X23 ilə X7 birgə nikahlarından Xəzangül, Sultan, Tapdıq, Manaf, Fatma, Şahniyar, Fatma və Pənah adında 8 övladları doğulmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ verdiyi çıxarışın surətindən görünür ki, Qazax rayonu Qaymaqlı kəndində ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evi tam X14, 0,08 ha torpaq sahəsi ümumi birgə X11 və İddiaçı1 adına qeydə alınmışdır. İş materiallarında olan Fərdi yaşayış evinin Texniki pasportun surətindən görünür ki, Qazax rayonu Qaymaqlı kəndində yerləşən fərdi yaşayış evi X14 adına qeydə alınmışdır. Həmin fərdi yaşayış evi 1967-ci ildə inşa edilmişdir. İş materiallarında olan JN–339D 50100048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-cı il tarixli 12 nömrəli qərarı ilə Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi X11 və İddiaçı1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN–342 KOD 50100048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3,00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11, X24, İddiaçı1, X25 və X8 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X23 22 avqust 1993-cü ildə, X18 isə 06 iyul 2010-cu ildə ölmüşdür İş materiallarında olan Qazax RİHB-nın Qaymaqlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X23 və X7 vərəsələri Alıyeva (Kərimova) Fatma Kərim qızı, İddiaçı2, Abdıyeva (Kərimova) Şahniyar Kərim qızı, X26,Cavabdeh2, Qaravəliyeva (Kərimova) Xəzəngül Kərim qızı və İddiaçı1 Kəqim qızıdır. İş materiallarında olan Qazax RİHB-nın Qaymaqlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı1 anadan olduğu gündən atası X23 22 avqust 1993-cü il tarixdə vəfat edən günədək atası ilə birgə yaşamış, daha sonra anası X18 xx.xx.2010-cu il tarixdə vəfat edən günədək anası ilə birgə həmin təsərrüfatda yaşamışdır. O dövrdən hal-hazırki günə qədər həmin təsərrüfatda yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Qazax RİHB-nın Qaymaqlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı2 22 avqust 1993-cü il tarixdə vəfat etmiş atası X14 təsərrüfatında yaşayır. İş materiallarında olan Qazax RİHB-nın Qaymaqlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qaymaqlı kənd sakini Kərimov X1 01 nömrəli təsərrüfatbaşına kitabın 184-cü səhifəsində ayrı təsərrüfat olaraq qeyd olunmuşdur. Lakin həmin təsərrüfatın yerləşdiyi həyətyanı torpaq sahəsi 6 nömrəli təsərrüfatbaşına kitabın 48-ci səhifəsində qardaşı Cavabdeh2 təsərrüfatında qeydə alınmışdır. İş materiallarında olan 05 avqust 2003-cü il tarixli başlığında “Vəsiyyətnamə” yazısı qeyd edilmiş sənəddən görünür ki, X18 vəfat edən günədək ona məxsus olan yaşayış evini və əşyalarını öz oğlu İddiaçı2 vəsiyyət etmişdir. İş materiallarında olan 16 fevral 2007-ci il tarixli başlığında “Vəsiyyətnamə” yazısı qeyd edilmiş sənəddən görünür ki, X18 vəfat edən günədək ona məxsus olan yaşayış evini və əşyalarını öz oğlu X20 vəsiyyət etmişdir. xx.xx.2003-cü ildə öz oğlu İddiaçı2 etdiyi vəsiyyətnamə bu tarixdən etibarsız sayılsın. Başlığında “vəsiyyətnamə” qeyd edilmiş hər iki sənəddən görünür ki, notarius həmin sənədləri vəsiyyətnamə kimi yox, etibarnamə kimi təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qazax rayon İcra Hakimiyyəti başçısının Qaymaqlı kənd icra nümayəndəliyində təsdiq edilmiş vəsiyyətnamələr arxivə təhvil verilməmişdir. Qazax rayon İcra Hakimiyyəti başçısının Qaymaqlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilir ki, xx.xx.2010-cu ildə vəfat etmiş və Qaymaqlı kəndində yaşamış X18 xx.xx.2003-cü il tarixdə ona məxsus evini və əşyalarını oğlu İddiaçı2 vəsiyyət etmişdir. xx.xx.2007-ci il tarixdə həmin vəsiyyətnaməni ləğv etdirərək digər oğlu X20 vəsiyyət etmişdir. Əlavə olaraq bildirir ki, göstərilən məlumatlar X15 əlində olan vəsiyyətnamə əsasında qeyd olunmuşdur. Qaymaqlı kənd İƏD-si üzrə nümayəndəliyin arxivində bu barədə əlavə məlumat yoxdur. Qazax rayon İcra Hakimiyyəti başçısının Qaymaqlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli 5-58-19-12-21/2- 114/2025 saylı arayışda göstərilir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş və Qaymaqlı kəndində yaşamış mərhum anan X18 ona məxsus evini və əşyalarını xx.xx.2007-ci il tarixdə 01 nömrəli vəsiyyətnamə ilə sizə - Cavabdeh2 vəsiyyət etmişdir. əlavə olaraq bildirmək istəyirəm ki, göstərilən məlumatlar Sizin əlinizdə olan vəsiyyətnamə əsasında qeyd olunmuşdur və Qazax RİHB-nin Qaymaqlı kənd İƏD üzrə nümayəndəliyin arxivində 2007-ci ilə aid “Notariat hərəkətlərinin uçotu kitabı” yoxdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, miras qalmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz, elektrik enerjisi və rabitə xidmətinə görə abunəçi kimi İddiaçı2 adına qeydə alınmışdır. Məhkəmə kollegiyasının sorğusu əsasında Dövlət Notariat Arxivindən alınmış Qazax rayon dövlət notariat ofisində açılmış xx.xx.2012-ci il tarilxi 2v-06-2634 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işində olan xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 22 avqust 1993-cü ildə vəfat etmiş X14 vərəsələri aşağıdakılardır: Qazax rayonu Qaymaqlı kəndində yaşayan oğlu X26, Qazax rayonu Qaymaqlı kəndində yaşayan oğlu Cavabdeh2, Qazax rayonu Qaymaqlı kəndində yaşayan oğlu İddiaçı2, Qazax rayonu Qaymaqlı kəndində yaşayan qızı İddiaçı1, Qazax rayonu Aslanbəyli kəndində yaşayan qızı X3, Qazax rayonu Qaymaqlı kəndində yaşayan qızı X12 və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak X21 məxsus Əmanət kassında 07500064, 057312, 057180, 057155, 057150 nömrəli əmanət kitabçasında olan puldan ibarətdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X23 ilə X18 xx.xx.1957ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından Xəzangül, Sultan, Tapdıq, Manaf, Fatma, Şahniyar, Rəna və Pənah adında 8 uşaqları doğulmuş, birgə nikahda olduqları müddətdə Qazax rayonu Qaymaqlı kəndində 0.08 ha torpaq sahəsində fərdi yaşayış evi tikdirmişlər. Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi X23, X18 və onların qızı İddiaçı1 birgə mülkiyyətində, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi tək X14 adına, Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X18, onun övladları - İddiaçı1 və X15, sonuncunun ailə üzvləri - X22 və X8 adlarına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. X23 xx.xx.1993-cü ildə, X18 xx.xx.2010cu ildə vəfat etmişlər. X14 adına miras əmlak kimi yuxarıda qeyd edilən fərdi yaşayış evi ilə yanaşı banka 1991-ci ildə qoyulmuş pul əmanəti də qalmışdır ki, həmin pul vəsaitləri arvadı X18 ilə birgə nikah dövründə qazanılmış əşyadır. X14 və arvadı X7 ölümündən sonra onların övladlarından (birinci növbə vərəsələrindən) Qazax rayonu Qaymaqlı kəndində yaşayan oğlu X26, Qazax rayonu Qaymaqlı kəndində yaşayan oğlu Cavabdeh2, Qazax rayonu Qaymaqlı kəndində yaşayan oğlu İddiaçı2, Qazax rayonu Qaymaqlı kəndində yaşayan qızı İddiaçı1, Qazax rayonu Aslanbəyli kəndində yaşayan qızı X3, Qazax rayonu Qaymaqlı kəndində yaşayan qızı X12 bankda (əmanət kassasında) saxlanılan pul vəsaitini almaqla mirası qəbul etmişlər. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, hazırkı iş üzrə tərəflər mərhumların qanun üzrə birinci növbə vərəsələridir. Qanunla müəyyən edilmiş müddətdə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddia qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin X5 miras qalmış hissəsinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 payı müəyyən edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən X9 miras qalmış ümumi sahəsi 83.7 kv.m olan fərdi yaşayış evinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 oğlunun payı müəyyən edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin verdiyi xx.xx.2023-cü il tarixli **********, **********, ********** qeydiyyat nömrəli Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.75051, 0.2, 2.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X10 payına düşən hissəsinə ½ hissədə İddiaçı1 və Cavabdeh2 payı müəyyən edilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların paylarının müəyyən edilməsini xahiş etdiyi mirasın bir hissəsi xx.xx.1993-cü ildə vəfat etmiş X9, digər hissəsi isə xx.xx.2010-cu ildə vəfat etmiş X5 qalmışdır. Ona görə də xx.xx.1993-cü ildə vəfat etmiş X9 qalmış əmlaka münasibətdə xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbycan Respublikasının Mülki Məcəlləsinin, xx.xx.2010-cu ildə vəfat etmiş X5 qalmış əmlaka münasibətdə isə xx.xx.2000-ci ilədən qüvvədə olan Azərbycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-ci maddəsinsə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Göründüyü kimi həm xx.xx.2000-ci ilədək qüvvədə olmuş, həm də həmin tarixdən sonra qüvvədə olan Mülki Məcəllənin normalarına görə ölənin uşaqları birinci növbədə vərəsələr sayılırlar və hər iki Məcəllənin normalarına görə vərəsələr mirası qanunla müəyyən edilmiş qaydada qəbul edə və ya da mirasın qəbulundan imtina edə bilərlər. Məhkəmə kollegiyası iş materiallarında olan və cavabdehin apellyasiya şikayətinin dəlilini təşkil edən xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə bağlı qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları vəsiyyətnamələri təsdiq edirlər. Həmin Qanunun 39-cu maddəsinə əsasən bu maddədə sadalanan sənədləri təsdiq edən vəzifəli şəxslər təsdiq etdikləri vəsiyyətnamələrin bir nüsxəsini saxlamaq üçün dərhal dövlət notariat arxivinə və ya vəsiyyətçinin daimi yaşayış yerindəki notariusa verməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı Qərarı ilə təsdiq edilmiş Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 15-ci bəndinə əsasən Notariat hərəkətləri notariat ofisində, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır. Həmin Təlimatın 29-cu bəndinə əsasən Notariusun apardığı bütün notariat hərəkətləri elektron və bu abzasın ikinci cümləsində nəzərdə tutulmuş hallarda kağız formada aparılan notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Kağız daşıyıcıda olan reyestrlər qaytanla tikilməli, onların vərəqləri nömrələnməlidir. Vərəqlərin sayı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən buna vəkil edilmiş şəxsin imzası ilə təsdiq olunmalıdır. İşçinin imzası müvafiq ədliyyə orqanının möhürü ilə təsdiq edilir. Notariuslar ayrı-ayrı notariat hərəkətləri üzrə bir neçə reyestr aparırlar və hər bir reyestrin indeksinə notariat hərəkətinin adına uyğun hərf əlavə edirlər: vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə “2-V” reyestrinə. Göründüyü kimi cavabdeh tərəfindən təqdim edilmiş və anası tərəfindən evinin və digər əmlakının ona vəsiyyət edildiyini bildirdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun “vəsiyyətnamə” kimi qəbul edilə bilməz. Ona görə ki, həmin sənədi təsdiq etmiş notarius vəsiyyətnamə yox, etibarnamədəki imzanı təsdiq etdiyini göstərmiş, həmin sənədin “2-V” reyestrində qeydiyyatı aparılmamış, bir nüsxəsi notariat orqanına və ya da notariat arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də həmin sənədin həqiqiliyinin müəyyən edilməsi mümkünsüzdür. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). İş materialları ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə yanaşı X26, X3, X12 və Cavabdeh2 da ataları X9 və anaları X5 qalmış Qazax rayonu Qaymaqlı kəndində 0.08 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, anaları X5 qalmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən, anaları X5 qalmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus 1/5 hissəsindən ibarət mirası qəbul etmişlər. Ona görə də, göstərilən miras əmlaklarda mirası qəbul etmiş vərəsələrin hər birinin payları müəyyən olunmalıdır. Miras qoyan X14 adına qeydə alınmış Qazax rayonu Qaymaqlı kəndində 0.08 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi arvadı X18 ilə birgə nikah dövründə (1967-ci ildə) inşa edildiyinə görə həmin evin kimin (ərin və ya arvadın) adına qeydə alınmasından asılı olmayaraq ər-arvadın birgə mülkiyyəti hesab edilir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnamə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalı X9 və X5 miras qalmış Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 83.7 kv.m fərdi yaşayış evinə hər birinin 1/6 hissədə olmaqla İddiaçı2, İddiaçı1, Cavabdeh2, X16, X2 və X4 payları; X5 miras qalmış Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə, yəni hər birinin payı 1/12 hissədən ibarət olmaqla İddiaçı2 (ümumi əmlakdan 1/12 pay), İddiaçı1 (ümumi əmlakdan 7/12 pay), Cavabdeh2 (ümumi əmlakdan 1/12 pay), X16 (ümumi əmlakdan 1/12 pay), X2 (ümumi əmlakdan 1/12 pay) və X4 (ümumi əmlakdan 1/12 pay) payları; X5 miras qalmış Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissədən ibarət payına hər birisinin payı 1/30 hissədən ibarət olmaqla İddiaçı2 (ümumi əmlakda 1/30 pay), İddiaçı1 (ümumi əmlakda 7/30 pay), Cavabdeh2 (ümumi əmlakda 7/30 pay), X16 (ümumi əmlakda 1/30 pay), X2 (ümumi əmlakda 1/30 pay) və X4 (ümumi əmlakda 1/30 pay) payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı2 və cavabdeh İddiaçı2 apellyasiya şikayətləri qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-471/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin, yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. X9 və X5 miras qalmış Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 83.7 kv.m fərdi yaşayış evinə hər birinin 1/6 hissədə olmaqla İddiaçı2, İddiaçı1, Cavabdeh2, X16, X2 və X4 payları; X5 miras qalmış Azərbaycan Resublikası DƏDRK PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Qazax rayonu Qaymaqlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə, yəni hər birinin payı 1/12 hissədən ibarət olmaqla İddiaçı2 (ümumi əmlakdan 1/12 pay), İddiaçı1 (ümumi əmlakdan 7/12 pay), Cavabdeh2 (ümumi əmlakdan 1/12 pay), X16 (ümumi əmlakdan 1/12 pay), X2 (ümumi əmlakdan 1/12 pay) və X4 (ümumi əmlakdan 1/12 pay) payları; X5 miras qalmış Qazax rayonu Aqrar İslahat Komissiyasının 13 sentyabr 1996-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-342 Kod 50100048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Qazax rayonu Qaymaqlı kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissədən ibarət payına hər birisinin payı 1/30 hissədən ibarət olmaqla İddiaçı2 (ümumi əmlakda 1/30 pay), İddiaçı1 (ümumi əmlakda 7/30 pay), Cavabdeh2 (ümumi əmlakda 7/30 pay), X16 (ümumi əmlakda 1/30 pay), X2 (ümumi əmlakda 1/30 pay) və X4 (ümumi əmlakda 1/30 pay) payları müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-208/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-208/2025
19.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver