Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2096/2025 31.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X7 (sədrlik edənməruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı iddiaçı2 və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 70,4 kv.metr olan Gəncə şəhəri, Atatürk prospekti, **/** nömrəli evin * nömrəli mənzil ilə ##.##.2019-cu il tarixdə 1/2 hissədə paylı mülkiyyət hüququ ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 adına qeydə alınmışdır.
2. DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, ünvan 3 ünvanda X2, X3, iddiaçı2, iddiaçı1, Cavabdeh, X14 qeydiyyatdadır.
3. “xxxx” MMC-nin xxxxnin nəticələri haqqında ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli rəyləri ilə iddiaçı2 və iddiaçı1 birgə mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən, 70.4 kv.m ümumi sahədən ibarət, bir mərtəbəli fərdi yaşayış evinin ## #### 2025-ci il tarixinə bazar dəyəri 35850 (otuz beş min səkkiz yüz əlli) manat, aylıq kirayə haqqı 100 manat təşkil edir.
4. Gəncə İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərardadı ilə (hakim E.Axundov) iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər iddiaçı2 və iddiaçı1) qarşı qeydin ləğv edilməsi və mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası mümkünsüz sayılmışdır.
5. İddiaçı iddiaçı2 tərəfindən ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, cavabdeh Cavabdeh iddiaçılara məxsus ünvan 2 ünvanında yerləşən mənzillərindən istifadə hüququna kompensasiya məbləği artırmaqla 6000 (altı min) manat kompensasiya verməklə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onlara məxsus Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, * nömrəli mənzildən istifadə hüququna 3000 (üç min) manat kompensasiya verməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11 ünvanında yerləşən * saylı mənzil Dəmir Yol İdarəsi * nömrəli mülki tikinti distansiyasının * nömrəli evlər idarəsinin ##.##.2004-cü il tarixli ** nömrəli Arxiv arayışı, Dəmir Yolu İdarəsi * nömrəli mülki tikinti distansiyasının * nömrəli evlər idarəsinin ##.##.2004-cü il tarixli, **** nömrəli Arxiv arayışı, Dəmir Yolu İdarəsi * nömrəli mülki tikinti distansiyasının * nömrəli evlər idarəsinin ##.##.2004-cü il tarixli **** nömrəli Forma 2 arayışı (qeydiyyatda olanlar Cəlilov Bəhram İbrahim oğlu, X3, iddiaçı2 (1992-ci il təvəllüdlü), iddiaçı1 (1998-ci il təvəllüdlü), Gəncə şəhəri * saylı notariat kontorunun ##.##.2004-cü il tarixli *E-*-**** saylı reyestrdə təsdiq edildiyi razılıq ərizəsinə, Gəncə şəhəri Dövlət Tİ və MHQİ-nin ##.##.2004-cü il tarixli ** nömrəli qərardadından çıxarışına əsasən atası Cəlilov Bəhram İbrahim oğlunun adına qeydiyyata alınmışdır və ona ##.##.2004-cü il tarixli, ***** reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun ##.##.2019-cu il tarixli 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mənzil atası tərəfindən hər birinə 1/2 hissə olmaqla onlara bağışlanmışdır. Onlara ##.##.2019-cu il tarixli Çıxarış verilmişdir. Hazırda da mənzil onlara məxsusdur. Cavabdeh Cavabdeh nənələridir. Nənələri əvvəllər onlarla yaşamamışdır. O, Dəmir Yol İdarəsi tərəfindən həyat yoldaşına, yəni babaları Cəlilov İbrahim Bəhram oğluna verilmiş Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, *a saylı mənzildə (əvvəllər Gəncə şəhəri, Atatürk prospekti, ev 65, mənzil 7) yaşamış, 2003-cü ildə isə həmin mənzili öz adına özəlləşdirmişdir. Xüsusi mülkiyyətində mənzili olmasına baxmayaraq, cavabdeh Cavabdeh özünə məxsus mənzildən pasport qeydiyyatından çıxaraq, ##.##.2004-cü il tarixdə həmin vaxt atasına, 2019-cu ildən etibarən isə onlara məxsus mənzilə pasport qeydiyyatına düşmüşdür. Gəncə şəhəri * saylı dövlət notariat kontorunun ##.##.2006cı il tarixli 4Ə-1Ə*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, 5 a saylı mənzili X1 adlı şəxsə satmışdır. Qeyd etdikləri kimi cavabdeh mənzilə pasport qeydiyyatına düşməsinə baxmayaraq, onların mənzilində yaşamamışdır. 2006-cı ilədək cavabdeh öz mənzilində, 2006-cı ildən, yəni mənzilini satdıqdan sonra isə qızının yanında yaşamışdır. Lakin, cavabdeh mənzilini satdıqdan sonra bəzi əşyalarını aparmağa yer olmadığı üçün onların mənzillərinə yığmışdır. 2023-cü ilin noyabr ayında cavabdeh gəlib onların evinə yerləşərək, mənzilin ona məxsus olduğunu, onların evdən çıxıb getmələrini tələb etmişdir. Onlar evdən çıxmadıqda isə 2006-cı ilədək özünə məxsus olmuş Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, *a saylı mənzilin (əvvəllər Gəncə şəhəri, Atatürk prospekti, ev 65, mənzil 7) ilkin sənədlərini onlara məxsus mənzilin sənədləri kimi qələmə verərək, mənzillərinin özəlləşdirilməsinə dair inzibati aktın, daşınmaz əmlakın dövlət reyestrində özəlləşdirmə əsasında aparılmış qeydin ləğv edilməsi və mənzilin onun adına qeydiyyata alınmasına dair iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsində məhkəmə araşdırması zamanı cavabdehin onlara məxsus mənzilə heç bir aidiyyətinin olmaması ortaya çıxmış, buna görə Gəncə İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı qərardadı ilə cavabdehin həmin iddiası mümkünsüz sayılmışdır. Bundan sonra cavabdeh evdə həyatlarını əsl cəhənnəmə çevirmişdir. Belə ki, cavabdeh efirə ictimai verilişlərə çıxaraq, aparıcıya və orada olan digər şəxslərə barələrində yalan məlumatlar verərək, onların əsassız tənqidlərə və məzəmmətlərə məruz qalmaqlarına nail olmuşdur. Bundan başqa tez-tez onların və ailə üzvlərinin barəsində polisə əsassız şikayətlər edir. Demək olar ki, həftədə bir qapılarına polis gəlir. Analarını, 36 ilin müəlliməsini hər gün ağır sözlərlə söyüb təhqir edir, ağladır. Günü-gündən cavabdehlə aralarında olan münasibətlər daha da gərginləşir və daha ağır nəticələrə gətirib çıxara bilər. Onlar bu vəziyyətdən artıq təngə gəlmişlər. Evlərində rahat yaşaya bilmirlər. Onlar artıq özlərinin və ailə üzvlərinin həyat və sağlamlığı üçün narahatdırlar. Buna görə çıxış yolunu cavabdehə kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsində görmüşlər. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Qeyd etmək istəyirlər ki, mənzil 1930-cu ildə tikilmiş mənzildir, cəmi 2 yataq otağından ibarətdir və cavabdehlə birgə evdə 6 nəfər yaşayırlar. Mənzil Dəmir Yol vağzalının yaxınlığında yerləşir. “xxxx” MMC-nin ## #### 2024-cü il tarixli “xxxxnin Nəticələri haqqında Hesabatından da göründüyü kimi mənzillərinin aylıq kirayə haqqı 100 manat təşkil edir.
8. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddianın təmin edilməsi, iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən cavabdeh Cavabdeh 4000 (dörd min) manat məbləğində kompensasiya verilməklə cavabdeh Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, **/** nömrəli evin * nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ##.##.2019- cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, * saylı mənzilin 1/2 hissəsi iddiaçı2, 1/2 hissəsi iddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı iddiaçı2 yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehə 4000 manat kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ cavabdehin Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, * nömrəli mənzilə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Cavabdeh Cavabdeh isə bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə razı deyildir. Məhkəmə ilkin olaraq iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olub-olmaması ilə bağlı qeyd edir ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 mübahisəli evin mülkiyyətçisi olduğundan, cavabdeh Cavabdeh isə mübahisəli evdə istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə subyektiv hüquqa malikdir. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehə təklif olunan kompensasiya məbləği onların birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçıların mülkiyyətində olan mənzilə köçməzdən əvvəl cavabdeh öz mülkiyyətində olan mənzilini başqa şəxsə satmışdır. Qeyd edilənləri diqqətdə saxlayan məhkəmə hesab edir ki, iddiaçı tərəfin təklif etdiyi 4000 manat kompensasiya məbləği iddianın təmin edilməsi üçün yetərli məbləğdir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə iddia təmin edilməli, iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən 4000 manat kompensasiya verilməklə cavabdeh Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, * nömrəli mənzilindən istifadə hüququna xitam verilməlidir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 228.1, 228.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin ##.##.2025 tarixli *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qət edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 1962-ci ildə həyat yoldaşı Cəlilov İbrahim Bəhrəm oğlu ilə ailə qurub (evlənib) qaynanası X4 məxsus * nömrəli mənzilə gəlin köçmüşdür. * nömrəli mənzil həyat yoldaşının bibisi X15 ailəsinə məxsus idi. Onlara çox otaqlı mənzil veriləndən sonra, həyat yoldaşı dəmir yolunda işləyib ev növbəsində olduğuna görə * nömrəli mənzil həyat yoldaşı Cəlilov İbrahim Bəhrəm oğluna verilmişdir. O, uşaqlarının dördünü də, həmçinin iddiaçıların ataları Bəhrəm Cəlilovu da * nömrəli mənzildə dünyaya gətirib, həmin mənzildə də, böyüdüb boya başa çatdırmışdır. Uşaqlar, həmçinin də iddiaçıların atası Bəhrəm Cəlilov heç vaxt * nömrəli mənzildə yaşamayıblar. Qeydiyyatları da * nömrəli mənzildə olubdur. Mənzillərin heç birinin hamamı və tualeti olmamışdır. Hamam ərazi üçün ümumi, tualet binanın park tərəfində 8 mənzilə xidmət edən ümumi olmuşdur. Dəmir yolu vağzalının ətrafında yerləşən bütün çox mənzilli binaların hamısı 1 yaşayış otağı, mətbəx və kiçik dəhlizdən ibarət, hamısının tualetləri həyətdə ümumi olmuşdur. Bu səbəbdən mənzil şəraitinin yaxşılaşdırılması dövlətə çətinlik yaratdığına görə 1970-ci illərin əvvəllərindən hər kəsə öz mənzillərinin qarşısında mənzillərin həyətyanı sahəsində öz mənzil şəraitlərini yaxşılaşdırmalarına icazə verildi. Hər kəs də, mənzillərinin qarşısında qonaq otağı, mətbəx, hamam və tualet tikdirib mənzil şəraitlərini yaxşılaşdırdılar. Onlar da, həyat yoldaşı İbrahim Cəlilovla həm * nömrəli, həm də * nömrəli mənzillərin qarşısında müvafiq tikililəri tikdirib hər iki mənzildə yaşayış şəraitini yaxşılaşılaşdırmışdırlar. 1980-ci illərin ortalarında qaynanası Xədicə Cəlilova qəflətən xəstələnmişdi. Müalicəsi uzun çəkmişdi. O, dünyasını dəyişsəydi mənzili əllərindən ala bilərdilər. Bu səbəbdən də, o, həyat yoldaşı ilə boşanmış və o, * nömrəli mənzildən qeydiyyatdan çıxıb * nömrəli mənzilə qeydiyyata düşmüşdü ki, qaynanası X.Cəlilova dünyasını dəyişsə, mənzili əllərindən ala bilməsinlər. 1990-cı ildə 20 yanvar hadisəsi baş verəndən sonra * nömrəli mənzildə yaşayan rus əsilli Lida adlı qadın və * nömrəli mənzildə yaşayan erməni əsilli Baqdasaryan Emma adlı qadın mənzillərini satışa çıxartdılar, onlar da mənzili almışlar. Həmin ilin sonunda oğlanları Bəhrəmlə Eldarın toylarını bir yerdə eləyib Bəhrəmin (iddiaçıların atalarının) yoldaşını (iddiaçıların analarını) * nömrəli mənzilə, Eldarın yoldaşını * nömrəli mənzilə gəlin gətirib yerləşdirmişlər. İddiaçılar * nömrəli mənzildə doğulub boya-başa çatıblar. Nə onlar, nə də valideynləri heç vaxt * nömrəli mənzildə yaşamayıblar. 5 və * nömrəli mənzillərin arasını açıb hər iki mənzildə qaynanası Xədicə Cəlilova, o, həyat yoldaşı İbrahim Cəlilov, qızları Xədicə və 3-cü oğlanları Elxan Cəlilov yaşamışlar. 1990-cı illərdə oğlu X11 işləmişdir. X5 1995-ci ildə ailə qurub köçmüşdür. 1996cı ildə qaynanası Xədicə Cəlilova, 2001-ci ildə də yoldaşı İbrahim Cəlilov rəhmətə getmişdir. Bundan sonra oğlanları Bəhrəmlə Eldar * nömrəli mənzili aralarında bölmüşlər. Eldar ailəsi ilə * nömrəli mənzilə köçmüşdür. Mənzillərə nəzarət edən domkom X22 yoldaşı və dost idilər. 2004-cü ilin əvvəllərində həmin domkom Vaqif Həsənov mənzillərin özəlləşdirilməsini təklif eləmişdir. Onlar da, etiraz etməyib razılaşmış və mənzillər özəlləşdirilmişdir. 2006-cı ildə Bəhrəm ailəsi ilə Rusiyada yaşayıb işləmişdir. Onun Rusiyadan ismarıcı gəlmişdir ki, o, böyük məbləğdə borca düşüb, borc qaytarılmasa onu öldürə bilərlər. Ona görə də, ona aid * nömrəli mənzili satışa çıxardıb satmışlar. Pulun bir hissəsi ilə borcu qaytarıb Azərbaycana qayıtmışlar. Evin pulunun digər hissəsi ilə sürücülük vəsiqəsini nizamlayıb avtobus almışlar və * nömrəli avtobusda işləməyə başlamışdır. 2019-cu ildə iddiaçıların atası, oğlu Bəhrəm Cəlilov xərçəng xəstəliyinə tutulmuş və rəhmətə getmişdir. 2023-cü ildən gəlin və nəvələri onun mənzildən istifadə hüquqlarını məhdudlaşdırmağa başladılar. Vəkilə müraciət etmişdirlər. O İnzibati Məhkəmədə iddia qaldırmışdır. Nəticəsinin nə olduğundan bilməmişdir. Ona demişlər ki, get yaşa, heç kim sənin hüquqlarını məhdudlaşdıra bilməz. Bu ilin qış aylarında onu bu işlə əlaqədar məhkəməyə çağıranda məcbur olub bu işi bilən qohumuna müraciət etmişdir. Onun araşdırması nəticəsində məlum olmuşdur ki, * nömrəli mənzil yoldaşı İbrahim Cəlilovun adına olduğuna görə domkom Vaqif Həsənov iddiaçılara aid * nömrəli mənzili * nömrəli mənzil kimi özəlləşdirməyə çıxardıb, özəlləşdirəndən sonra nömrəsini 5a adlandırıb. * nömrəli mənzil qaynanası Xədicə Cəlilovanın adına olmasına baxmayaraq * nömrəli mənzili qaynanasının adına saxtalaşdırıb nömrəsini də 5b adlandırmış, * nömrəli mənzili də saxtalaşdıraraq iddiaçıların atası, oğlu Bəhram Cəlilovun adına tərtib etmişdir. Onun * nömrəli evə olan pasport qeyddiyyatı ondan asılı olmadığına görə onu qeydiyyatdan çıxarda bilməmişdir. İş üzrə iddiaçıların ataları olan oğlu Cəlilov Bəhram İbrahim oğlu, onun həyat yoldaşı X3 və uşaqları * nömrəli mənzildə yaşayıb * nömrəli mənzildə qeydiyyatda olduqları halda Bəhramın dostu və sinif yoldaşı olan domkom Vaqif Həsənov saxtalaşdıraraq əsassız olaraq * nömrəli mənzilin şəxsi hesabını Bəhram Cəlilovun adına tərtib edib, həmin şəxsi hesab əsasında Bəhramı və arvad-uşaqlarını * nömrəli mənzilə pasport qeydiyyatına saldırmışdır. * nömrəli mənzilin şəxsi hesabı verildiyi 1950-ci illərdən qaynanası X4 adına olduğu halda * nömrəli mənzilin şəxsi hesabını dostu və sinif yoldaşı Bəhram Cəlilovun adına tərtib edə bilməsi üçün domkom Vaqif Həsənov əsassız olaraq * nömrəli mənzili 5b edib şəxsi hesabını da qaynanası X4 adına tərtib etmişdir. * nömrəli mənzilin şəxsi hesabını əl ilə düzəliş edərək 5a etmiş, sonra da onu * nömrəli mənzildən itirmək üçün 5a-nın şəxsi hesabını onun adına tərtib etmişdir. O, * nömrəli mənzildə pasport qeydiyyatında olduğu halda domkom Vaqif Həsənov * nömrəli mənzili özəlləşdirməyə çıxardanda forma 2 arayışında onu gizlədib təkcə Bəhramın arvad-uşaqlarını salıb özəlləşdirmişdir. İddia ərizəsindən və iddia tələbindən də, görünür ki, mənzil özəlləşdiriləndə o, mübahisəli mənzildə pasport qeydiyyatında olmuşdur. Odur ki, məhkəmə AR MM-nin 228-ci maddəsinin müddəalarını yox, AR-da mənzil fondunun özəlləşdirilməsi haqqında AR Qanununun 5-ci maddəsini tətbiq edib onun mənzilə olan hüququnu nəzərə alıb iddia tələbini təmin etməməli idi. Belə ki, Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İddiaçıların atası Bəhram Cəlilovun və onun arvad uşaqlarının * nömrəli mənzilə heç bir aidiyyatları olmayıb. * nömrəli mübahisəli mənzil 1950-ci illərdən qaynansı Xədicə Cəlilovanın adına olub. O, həmin mənzilə 1962-ci ildə gəlin köçmüşdür. Sonralar * nömrəli mənzil onlara verilmiş` və onlar yoldaşı ilə * nömrəli mənzildə yaşamışdırlar. İddiaçıların atasını o, * nömrəli mənzildə dünyaya gətirib, böyüdüb boya-başa çatdırmışdır. Ailə quranda onun yoldaşını * nömrəli mənzilə gəlin kimi gətirib yerləşdirmişdir. İddiaçıların özləri də, valideynləri də * nömrəli mənzildə qeydiyyatda olub * nömrəli mənzildə yaşayıblar. Onlar cavabdehlə birlikdə * nömrəli mənzildə yaşamış olsaydılar belə qeyd olunan hüquq normalarına əsasən o, mənzildə payçı olmalı idi. Belə ki, əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən o, da ailə üzvü idi. Odur ki, məhkəmə qeyd olunan hüquq normalarını tətbiq edib onun mənzilə hüququnu nəzərə alıb iddia tələbini təmin etməməli idi. İddiaçılar hər yerdə danışırlar ki, guya o, məhkəmədə * nömrəli mənzilin oğlu Cəlilov Bəhram İbrahim oğlunun adına özəlləşdirilməsinə razılıq verdiyini bildirmişdir. Ancaq o, heç bir yerdə, həmçinin də məhkəmədə elə bir ifadə işlətməmişdir. O, bildirmişdir ki, oğlu Bəhramın yaxın dostu və sinif yoldaşı olan və mənzillərə nəzarət və xidmət edən domkom Vaqif Həsənov onlara gəlib mənzilin özəlləşdirilməsi üçün imkan yarandığını və bunun üçün ilkin olaraq 300 ABŞ dolları tələb olunduğunu deyəndə o, * nömrəli mənzilin onun adına özəlləşdirilməsinə razılıq verdiyini və tələb olunan əvvəl 300, sonra da 700 ABŞ dolları ödədiyii demişdir. Hətta o, elə bir ifadə işlətmiş olsaydı belə, yenə də onun mənzildən çıxarılmağına əsas vermir. Qərarın qeyd olunan ifadələrindən göründüyü kimi hətta o, oğlu Bəhram Cəlilovun adına özəlləşdirilməsinə razılıq vermiş olsaydı belə, yenə də onun mənzildə olan hüququ paylı mülkiyyətdə payçının hüququndan da üstün qiymətləndirildiyinə görə məhkəmə iddia tələbini təmin etməyib onun mübahisəli mənzilə olan hüququnu tanımalı idi. Məhkəmə AİHM-nin «Marks Belçikaya qarşı» və «Sparronq və Lonnpot İsveçə qarşı» presedent hüquqlarına istinad edib iddiaçıların atasını Bəhram Cəlilovu mülkiyyətçi, onu isə oğlu Cəlilovun ailəsinə ##.##.2000-##.#.2009-cu illərdə gəlin köçən ailə üzvü kimi qiymətləndirib. Ancaq o, 1962-ci ildə mübahisəli * nömrəli mənzilin şəxsi hesab üzrə istifadəçisi qaynanası X4 oğlu Cəlilov İbrahim Bəhram oğlu ilə evlənib qaynanasının istifadəçisi olduğu mübahisəli mənzilə gəlin köçüb Xədicə Cəlilovanın ailə üzvü olmuşdur. Bir müddət * nömrəli mənzildə yaşayandan sonra * nömrəli mənzillə yanaşı olan * nömrəli mənzil boşalmış və mənzil əri İbrahim Cəlilova verilmişdir. Şəxsi hesab da onun adına yazılmışdır. Məhkəmə onun 1962-ci ildə mənzilə gəlin köçdüyünü və iddiaçıların atasını dünyaya gətirib böyütdüyünü nəzərə alıb, AİHM-nin qeyd olunan presedent hüquqlarını tətbiq edib onun mübahisəli mənzilə olan gözlənilən hüququnu, Bəhram Cəlilovu isə onun ailə üzvü kimi qiymətləndirməli idi. 1962-ci ildən gəlin köçdüyü * nömrəli mənzilə gözlənilən mülkiyyət hüququ ona aiddir, onun dünyaya gətirdiyi uşağına yox. Yuxarıda qeyd etdiyim KMP-nun qərarına əsasən indiki vəziyyətdə də onun paylı mülkiyyətdən üstün olan hüququ mülkiyyət hüququnun gözləntisi kimi sayılan hüquqdur. Daha AR MN-nin 228-ci maddəsi ilə evdən çıxarılmağı yox. Onlar həmin tikililəri tikdirəndə böyük uşaqları olan iddiaçıların atası Bəhram Cəlilov hələ ibtidai sinifdə oxuyurdu. AİHM-nin qeyd olunan presedent hüququna əsasən həmin tikililər onun həyat yoldaşı İbrahim Cəlilovla birgə nikah dövründə tikdirdirdikləri əmlaklarıdır. Odur ki, bu tikililər nə iddiaçıların atalarına, nə də dövlətə yox, cavabdehə məxsusdur. Ona görə də, * nömrəli mənzilə dair şəxsi hesab saxta olaraq yox, hüquqi olaraq iddiaçıların ataları Bəhram Cəlilovun adına olmuş olsaydı belə, mənzil özəlləşdiriləndə ancaq dövlət tərəfindən tikilən tikililər Bəhram Cəlilovun adına özəlləşdirilə bilərdi. Daha onun 1970ci illərin əvvəllərində öz şəxsi vəsaiti ilə tikdirdiyi qonaq otağı, daha bir yataq otağı, mətbəx, hamam və tualet heç bir halda Bəhram Cəlilovun adına özəlləşdirilib qeydiyyata alına bilməzdi. O, öz şəxsi vəsaiti ilə tikdirdiyinə görə bu tikililər AİHM-nin presedentləri əsasında gözlənilən mülkiyyət hüququ ilə yalnız onun adına qeydiyyata alına bilərdi. Göründüyü kimi, məhkəmə çox ciddi səhvə yol verərək onun öz şəxsi vəsaiti ilə tikdirdiyi qeyd olunan AİHMnin bərqərar olmuş presedentlərinə əsasən gözlənilən mülkiyyət hüququ ilə onun mülkiyyəti kimi tanınmalı olan tikililəri iddiaçıların atalarının mülkiyyəti kimi qiymətləndirib iddia tələbini təmin etmişdir. Ancaq AİHM-nin qeyd olunan presedentləri əsasında həmin tikililəri gözlənilən mülkiyyət hüququ ilə onun mülkiyyəti kimi qiymətləndirib iddia tələbini təmin etməməli idi. Belə ki, həmin qərar üzrə mübahisəli mənzil 1997-ci ildən R.Ağalarovun mülkiyyətində olub. Digər tərəf olan gəlin Elnarə Zeynalova 1999-cu ildə R.Ağalarovun 1997-ci ildən mülkiyyətində olan evinə gəlin köçərək R.Ağalarovun ailə üzvü olub. Həmin qərarda tətbiq olunan AR-nin Mənzil Məcəlləsi 1982-ciildən qüvvəyə minib. Ancaq mən bu iş üzrə mübahisəli mənzilə 1962-ci ildə mənzil qaynanası Xədicə Cəlilovanın mülkiyyətində yox, istifadəsində olanda gəlin köçmüşdür. 2009-cu ilə qədər qüvvədə olmuş AR Mənzil Məcəlləsi də 1982-ci ildən qüvvəyə minmişdir. Ona görə də onun gəlin köçdüyü mübahisəli mənzilə olan hüququ şəxsi hesabı adına olan Xədicə Cəlilova ilə eyni hüquqi statusa, istifadə hüququna malik olmuşdur. İddia tələbindən görünür ki, onun mübahisəli mənzildə istifadə hüquqları vardır. İstifadə hüququnu sübut edən fakt onun mənzildə pasport qeydiyyatında olmağı və mənzilə 1962-ci ildə gəlin köçməyidir. Pasport qeydiyyatının mövcudluğu 1980-ci illərin əvvəllərinə, istifadə hüququ isə mənzilə gəlin köçdüyü 1962-ci ilə təsadüf edir. Mənzildə pasport qeydiyyatında olmağını və istifadə hüququnun olduğunu iddiaçıların iddia ərizələri də sübut edir. Bu iş üzrə iddia ərizəsinin 1-ci səhifəsinin 5-ci abzasından görünür ki, mübahisəli mənzilin iddiaçıların atası Cəlilov Bəhram İbrahim oğlunun adına qeydiyyata alınaraq ##.##.2004-cü il tarixli ***** reyestr nömrəli Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş ##.##.2004-cü il tarixli **** saylı forma 2 arayışı saxtalaşdırılaraq o, qeydiyyatda olduğu halda gizlədilmişdir. Hətta iddiaçıların ataları Bəhram Cəlilov heç * nömrəli mənzildə yox, mübahisəli * nömrəli mənzildə qeydiyyatda olub yaşamış olsaydı belə məhkəmə qeyd olunan sübutları və halları hərtərəfli araşdırıb onun mübahisəli mənzilə pay hüququnun olduğunu müəyyən edib AR-da mənzil fondunun özəlləşdirilməsi haqqında AR Qanununun 5-ci maddəsini və qeyd olunan normaları tətbiq edib iddia tələbini təmin etməməli idi. İş üzrə iddia ərizəsinin 1-ci səhifəsinin 1-ci abzasından görünür ki, mübahisəli mənzil iddiaçıların ataları Bəhram Cəlilovun adına özəlləşdiriləndə əsas olmuş ##.##.2004 tarixli **** nömrəli forma 2 arayışı veriləndə o, gizlədilmişdir. Mənzil onun mənzilə olan hüququ nəzərə alınmadan özəlləşdirilib. İş üzrə iddia ərizəsinin qoşması kimi təqdim olunan Gəncə İnzibati Məhkəməsinin ##.##.2024 tarixli *-*(***)-***/**** saylı qərardadının 6-cı səhifəsinin 2-ci abzasından görünür ki, guya mənzil iddiaçıların atası Bəhram Cəlilovun adına özəlləşdiriləndə onun razılığı olub. Ancaq onun elə bir razılığı olmamışdır. İndi məlum olub ki, domkom Vaqif Həsənov iddiaçıların atası olan oğlu Bəhram Cəlilovun sinif yoldaşı və yaxın dostu olduğuna görə onun yaşlı və savadsız olmağından suiistifadə edib * nömrəli mənzili Bəhram Cəlilovun adına, * nömrəli mənzilidə * nömrəli mənzilin adı ilə cavabdehin adına özəlləşdirib nömrəsini 5a, * nömrəli mənzilin nömrəsini də 5b adlandırıb. Mənkəmə qeyd olunan sübutların və halların heç birini araşdırmadan iddia tələbini təmin etmişdir. Ancaq hərtərəfli araşdırıb qiymətləndirməli və iddia tələbini təmin etməməli idi.
13. İddiaçı iddiaçı1 etiraz verərək, Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Etirazını onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddialarının təmin edilməsi, iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən cavabdeh Cavabdeh 4000 (dörd min) manat məbləğində kompensasiya verilməklə cavabdeh Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti, **/** nömrəli evin * nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin ##.##.2025 tarixli *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qət edilməsini xahiş etmişdir. Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11 ünvanında yerləşən * saylı mənzil Dəmir Yol İdarəsi * nömrəli mülki tikinti distansiyasının * nömrəli evlər idarəsinin ##.##.2004-cü il tarixli ** nömrəli Arxiv arayışı, Dəmir Yolu İdarəsi * nömrəli mülki tikinti distansiyasının * nömrəli evlər idarəsinin ##.##.2004-cü il tarixli, **** nömrəli Arxiv arayışı, Dəmir Yolu İdarəsi * nömrəli mülki tikinti distansiyasının * nömrəli evlər idarəsinin ##.##.2004cü il tarixli **** nömrəli Forma 2 arayışı (qeydiyyatda olanlar Cəlilov Bəhram İbrahim oğlu, X3, iddiaçı2 (1992-ci il təvəllüdlü), iddiaçı1 (1998-ci il təvəllüdlü)), Gəncə şəhəri * saylı notariat kontorunun ##.##.2004-cü il tarixli *E-*-**** saylı reyestrdə təsdiq edilmiş razılıq ərizəsinə, Gəncə şəhəri Dövlət Tİ və MHQİ-nin ##.##.2004-cü il tarixli ** nömrəli qərardadından çıxarışına əsasən atası Cəlilov Bəhram İbrahim oğlunun adına qeydiyyata alınmışdır və ona ##.##.2004-cü il tarixli, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun ##.##.2019-cu il tarixli 4Ə**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mənzil ataları tərəfindən hər birinə 1/2 hissə olmaqla onlara bağışlanmışdır. İddiaçılara ##.##.2019-cu il tarixli çıxarış verilmişdir. Hazırda da, mənzil onlara məxsusdur. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, “iddiaçıların atası Bəhram Cəlilovun və onun arvad uşaqlarının * nömrəli mənzilə heç bir aidiyyatları olmayıb. * nömrəli mübahisəli mənzil 1950-ci illərdən qayınanası Xədicə Cəlilovanın adına olub. O. həmin mənzilə 1962-ci ildə gəlin köçmüşdür. Sonralar * nömrəli mənzil onlara verilmiş və onlar yoldaşı ilə * nömrəli mənzildə yaşamışlar. İddiaçıların atasını o, * nömrəli mənzildə dünyaya gətirib, böyüdüb boya-başa çatdırmışdır. Ailə quranda onun yoldaşını * nömrəli mənzilə gəlin kimi gətirib yerləşdirmişdir. İddiaçıların özləri də, valideynləri də * nömrəli mənzildə qeydiyyatda olub, * nömrəli mənzildə yaşayıblar”. Cavabdehin qeyd etdikləri tamamilə yalandır. Belə ki, onun özünün * nömrəli mənzilə heç bir aidiyyəti olmamışdlır, Cavabdeh onların nənələridir, babaları Cəlilov İbrahim Bəhram oğlunun həyat yoldaşıdır. Hələ evlənməmişdən əvvəl, o zamankı Dəmir Yol İdarəsi tərəfindən babaları Cəlilov İbrahim Bəhram oğlunun istifadəsinə ünvan 1 ünvanında yerləşən sahəsi 15,2 kvm olan mənzil verilmişdir. Cavabdeh Cavabdeh həmin * saylı mənzilə gəlin köçmüşdür, * saylı mənzilə deyil. Babaları Cəlilov İbrahim Bəhram oğlu ilə nənələri Cavabdeh birgə nikahlarından 1963-cü ildə Bəhram (ataları), 1965-ci ildə Eldar, 1968-ci ildə Elxan və 1972-ci ildə Xadicə adlı övladları doğulmuşlar. Ailə tərkibi artıqdan sonra babaları İbrahim Cəlilovun istifadəsinə verilmiş mənzilin sahəsi artırılaraq 30,0 kv.m olmuş, həmçinin mənzilin nömrəsi 7-dən 05a-ya dəyişdirilmişdir. 1990-cı ildə atası Cəlilov Bəhram İbrahim oğlu anası X3 ilə ailə qurmuş və babası İbrahim Cəlilovun istifadəsində olan, həmin vaxt Sofulu küçəsi, ev 65 mənzil 5a ünvanında olan mənzildən çıxaraq, Dəmir Yol İdarəsinə məxsus digər mənzilə, yəni Sofulu küçəsi ev 65/11, mənzil 5 ünvanına köçmüşdür. Onlar həmin mənzildə doğulmuşlar və orada boya başa çatmışlar. Atalarından sonra əmiləri Eldar və Elxan da ataları İbrahim Cəlilovun istifadəsində olan mənzildən çıxmışlar. Beləliklə mənzildə babası İbrahim Cəlilovun ailə üzvləri olaraq arvadı Cavabdeh və qızları Xədicə Cəlilova qalmışlar. Babası Cəlilov İbrahim Bəhram oğlu vəfat etdikdən sonra İbrahim Cəlilovun istifadəsində olan Sofulu küçəsi, ev 65, mənzil 5a ünvanında yerləşən mənzilin şəxsi hesab vərəqəsi Cavabdeh adına keçirilmiş və özəlləşdirilərək, 2003-cü ilin dekabr ayında sonuncunun adına qeydiyyata alınmışdır. ##.##.2006-cı il tarixli 4Ə-1-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh tərəfindən X1. Bundan başqa cavabdeh qeyd edir ki, “onlar mənimlə birlikdə * nömrəli mənzildə yaşamış olsaydılar belə qeyd olunan hüquq normalarına əsasən mən mənzildə payçı olmalı idim. Belə ki, əvvəlki Mənzil Məcəlləsinin 53cü maddəsinə əsasən o da, ailə üzvü olmuşdur”. Bununla bağlı qeyd edir ki, cavabdeh heç vaxt * saylı mənzildə onlarla bir yerdə yaşamayıb. Buna görə mənzil atalarına verilən zaman cavabdeh ailə üzvü kimi göstərilməyib. Cavabdeh 2003-cü ildə əri İbrahimdən qalmış mənzili özəlləşdirib adına qeydiyyata aldırdıqdan sonra, özünə məxsus mənzili ola-ola hazırda iddiaçılara məxsus * saylı mənzilə atası Bəhram Cəlilovun xəbəri olmadan pasport qeydiyyatına düşmüşdür. Belə ki, 2000-ci ildə atası ailəsi ilə birlikdə işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2004-cü ildə mənzilin onun adına özəlləşdirilməsi üçün cavabdehə etibarnamə vermişdir. Cavabdeh mənzili özəlləşdirməmişdən əvvəl, özünün mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxaraq, ##.##.2004-cü il tarixdə əvvəlcə mübahisəli mənzilə qeydiyyata düşmüş, təxminən 1 ay sonra isə, yəni ##.##.2004-cü ildə isə mənzili atasının adına özəlləşdirmişdir. Belə olan halda cavabdeh mənzilə hansı hüququla “payçı” ola bilər? Onu da qeyd etmişdir ki, cavabdeh 2004-cü ildə mənzilə pasport qeydiyytaına düşüb, lakin həmin mənzildə yaşamayıb, 2006-cı ildə satana kimi özünə məxsus mənzildə yaşayıb. Mənzili satıb pulunu qızına verdiyinə görə, mənzili satdıqdan sonra uzun illər qızının evində yaşamışdır. İddiaçılara məxsus mənzilə isə mənzili mübahisələndirib əllərindən alıb satmaq üçün Gəncə İnzibati Məhkəməsində “Mənzilin özəlləşdirilməsinə dair aktın ləğv edilməsi və sair” tələblə iddia qaldırmamışdan bir neçə ay əvvəl gəlib yerləşmişdir. Bundan başqa cavabdeh qeyd edir ki, “iddiaçılar hər yerdə danışırlar ki, guya o, məhkəmədə * nömrəli mənzilin oğlu Cəlilov Bəhram İbrahim oğlunun adına özəlləşdirilməsinə razılıq verdiyini bildirmişdir. Ancaq mən heç bir yerdə, həmçinin də məhkəmədə elə bir ifadə işlətməmişəm” və bununla əlaqələndirərək AR Konstitusiya Məhkəməsi Plenumunun AR-da mənzil fondunun özəlləşdirilməsi haqqında AR Qanununun 1-ci, 5-ci və 12-cimaddələrinin şərh edilməsinə dair ##.##.2012-ci il tarixli 10 səhifəlik Qərarının7-ci səhifəsinin 4-cü abzasına istinad etmişdir. Bununla bağlı qeyd etmək istəmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi İdarəsinə və iddiaçılar, 3-cü şəxslər iddiaçı2 və iddiaçı1 qarşı “Mənzilin özəlləşdirilməsinə dair aktın ləğv edilməsi və sair” tələblə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, ev 65/11, * saylı mənzilin özəlləşdirilməsinə dair qəbul edilmiş inzibati aktın, özəlləşdirmənin nəticəsi olaraq daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasının cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı qərardadı ilə (hakim E.Axundov) cavabdehin həmin iddiası mümkünsüz sayıldı. Gəncə İnzibati Məhkəməsinin həmin qərardadı qüvvədədir. Bundan başqa cavabdeh qeyd edir ki, “1962-ci ildən gəlin köçdüyüm * nömrəli mənzilə gözlənilən mülkiyyət hüququ mənə aiddir, mənim dünyaya gətirdiyim uşağıma yox. Yuxarıda qeyd etdiyi KMP-nun qərarına əsasən indiki vəziyyətdə də onun paylı mülkiyyətdən üstün olan hüququ mülkiyyət hüququnun gözləntisi kimi sayılan hüquqdur”. Yuxarıda qeyd etdiyi kimi cavabdehin * saylı mənzilə heç bir aidiyyəti olmayıb, mənzil verilən zaman cavabdeh mənzil sahibinin ailə üzvləri sırasında olmayıb. 2004-cü ildən mənzilin mülkiyyətçisi atası Cəlilov Bəhram olmuşdur, 2019-cu ildən isə mənzil iddiaçılara məxsusdur. Qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə olan halda cavabdeh hansı “gözlənilən mülkiyyət hüququ”ndan bəhs edir? Bundan başqa cavabdeh qeyd edir ki, “dövlət çatdırıb mənzil şəraitini yaxşılaşdıra bilmədiklərinə görə 1970-ci illərin əvvəllərində hər kəsin öz mənzillərinin qarşısında həyətyanı sahədə tikinti aparıb mənzil şəraitlərini yaxşılaşdırmalarına icazə verildi. Onlar həmin illərdə həm * nömrəli mənzilin, həm də * nömrəli mənzilin qarşısında həyətyanı sahədə hər mənzilə ayrılıqda bir qonaq otağı, bir mətbəx, bir hamam və bir tualet tikdirib, mənzillərin layihə üzrə mətbəxlərini də yataq otağına çevirib hər iki mənzildə yaşayış şəraitlərini yaxşılaşdırmışdılar. Sonrakı ildə * nömrəli mənzilə daha bir yataq otağı da əlavə tikdirdik. Onlar həmin tikililəri tikdirəndə böyük uşaqları olan iddiaçıların atası Bəhram Cəlilov hələ ibtidai sinifdə oxuyurdu”. Cavabdehin bununla bağlı qeyd etdikləri də tamamilə yalandır. Belə ki, həmin illərdə cavabdeh öz həyat yoldaşı ilə 7-ci mənzildə yaşayırdı, * saylı mənzil isə bundan illər sonra atası Bəhram Cəlilova verilmişdir. Cavabdehin 1970-ci illərdə əri ilə birlikdə tikdirdiyini iddia etdiyi tikililər isə 2015-2018-ci illərdə atası Bəhram Cəlilov tərəfindən inşa edilmişdir. Bundan başqa cavabdeh qeyd edir ki, “mübahisəli mənzilin iddiaçıların atası Cəlilov Bəhram İbrahim oğlunun adına qeydiyyata alınaraq ##.##.2004 tarixli ***** reyestr nömrəli Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş ##.##.2004 tarixli **** saylı forma 2 arayışı saxtalaşdırılaraq o qeydiyyatda olduğu halda gizlədilmişdir”. Əvvəla, mənzil özəlləşdrilən zaman atası Azərbaycanda olmayıb, anası (cavabdeh) Cavabdeh göndərmiş olduğu etibarnamə əsasənda özəllədirmə işlərini cavabdeh özü aparmışdır. Belə olan halda həmin arayışın tərəflərindən “saxtalaşdırması” və cavabdehin “gizlədilməsi” mümkün deyildi. Əksinə, cavabdeh özü Gəncə İnzibati Məhkəməsinə müraciət edən zaman * saylı, sonradan *a saylı mənzili * saylı mənzil kimi təqdim edib məhkəməni yanıltmağa, onlara məxsus mənzili bu yolla ələ keçirməyə çalışmışdır. İkincisi, hazırki iddia tələbi cavabdehin kompensasiya verilməklə mənzildən çıxarılması olduğu halda, cavabdeh apellyasiya şikayətində əsasən mənzilin özəlləşdirilməsindən bəhs edir. Halbuki, iş materiallarına əlavə etdikləri Gəncə İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı qərardadından da göründüyü kimi cavabdeh mənzilə dair mübahisə açmış, lakin həmin mübahisə onun üçün uğursuz başa çatmışdır və mənzil hal-hazırda onun və digər iddiaçının mülkiyyətindədir. Cavabdeh ailədə iddiaçılarla və ailə üzvləri ilə yola getmir. Barələrində tez-tez polisə şikayətlər etmişdir. Hətta efirə ictimai verilişlərə çıxaraq, aparıcıya və orada olan digər şəxslərə iddiaçılar barəsində yalan məlumatlar verərək, onların əsassız tənqidlərə və məzəmmətlərə məruz qalmaqlarına nail olmuşdur. Buna görə çıxış yolunu cavabdehə kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsində gördülər. Birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmış və iş üzrə düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Məhkəmə qətnamə çıxararkən hər hansı maddi və prosessual hüquq normalarını pozmamışdır. Buna görə cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Cavabdeh Cavabdeh tərəfindən etiraza münasibət verərək, bildirir ki, işin mahiyyəti ondan ibarətdir ki, mübahisəli * nömrəli mənzil Dəmir yoluna aid * nömrəli evlər idarəsinin ##.##.2004 tarixli ** saylı və ##.##.2004 tarixli **** saylı arxiv arayışları, ##.##.2004 tarixli **** saylı Forma 2 arayışı (qeydiyyatda olanlar iddiaçılar və onların deynləri), * saylı notariat kontorunda təsdiqlənən ##.##.2004 tarixli *E-*-**** saylı razılıq ərizəsi və Gəncə DTİ və MHOInin ##.##.2004 tarixli ** saylı qərardadından çıxarışa əsasən ataları Bəhram Cəlilovun adına qeydiyyata alınmış və ona ##.##.2004 tarixli ***** reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Ancaq elə deyil. Nə arayışları olduğu bəlli olmayan və ortada da, olmayan qeyd olunan arxiv ayışları və saxta Forma 2 arayışı əsasında * nömrəli mənzil Gəncə DTİ və MHQİnin ##.##.2004 mixli ** nömrəli qərardadı ilə iddiaçıların atalarının adına özəlləşdirilib. Mənzil özəlləşməyə dair ##.##.2004 tarixli ** saylı qərardadın əsasında qeydiyyata alınaraq qeyd olunan qeydiyyat vəsiqəsi verilib. Mənzil özəlləşdirilməsi üçün müraciət edilən anda cavabdeh mənzildə qeydiyyatda olduğu və yaşadığı halda mənzilə dair qeyd olunan Forma 2 arayışından göründüyü kimi, gizlədilmişdir. Forma 2 arayışında qeyd olunanların heç biri mübahisəli * nömrəli mənzildə nə qeydiyyatda olublar, nə də mənzildə yaşamayıblar. Bu halı DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2024 tarixli ******* nömrəli arayış da sübut edir. Arayışdan görünür ki, iddiaçı iddiaçı2 * nömrəli mənzildə ##.##.2023 tarixindən qeydiyyatdadır. Mənzilin kirayəçisi qaynanası X4 olub. Sənəd 1-dən göründüyü kimi mənzilə dair şəxsi hesab vərəqi də, qaynanası Xədicə Cəlilovanın adına olub. Xədicə Cəlilovanın tək ailə üzvü də cavabdeh olmuşdur. İşdə olan Gəncə İnzibati Məhkəməsinin ##.##.2024 tarixli *-*(***)-***/**** saylı qərardadının müəyyən etdi hissəsinin 1-ci abzasından görünür ki, onlar məhkəmədə mübahisəli * nömrəli mənzilin özəlləşdirilməsinə dair qəbul edilmiş inzibati aktın (yəni * nömrəli mənzilin özəlləşdirilməsinə dair Gəncə DTİ və MHQİ-nin ##.##.2004 tarixli ** nömrəli qərardadının) və özəlləşdirmənin hüquqi nəticəsi olaraq daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatının (yəni Gəncə DTİ və MHQİ-nin ##.##.2004 tarixli ** nömrəli qərardadı əsasında iddiaçıların atalarının adına verilmiş * nömrəli mənzilə dair ##.##.2004 tarixli ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinin) ləğv edilməsinə dair iddia qaldırmışdılar. Ancaq qərardadın 5-ci səhifəsinin 6-cı abzasından göründüyü kimi məhkəmə cavabdehin iddiaçıların adına olan ##.##.2019 tarixli ********** qeydiyyat nömrəli qeydiyyata və qərardadın 6-cı səhifəsinin 6-cı abzasından göründüyü kimi mübahisəli * nömrəli mənzilin yerləşdiyi torpaq sahəsinə dair olmayan "Torpaq sahəsinin planı və ölçüsü” sənədinə münasibətdə subyektiv hüququnun olmadığına dair qərardad çıxarılıb. Cavabdeh iddiaçıların adlarına olan qeyd olunan qeydiyyatı və mənzilin yerləşdiyi torpaq sahəsinin olmayan plan və ölçü sənədini mübahisələndirmədiyi halda mübahisələndirmədiyi aktlara subyektiv hüququnun olmadığına dair qərardad çıxardıb. Həmin məhkəmə işində faktiki olaraq vəkili ona hakim Emin Axundov da, hüquqa xəyanət edib. Buna görə mütləq cəzalarını alacaqlar. Hətta mübahisəli * nömrəli mənzilin kirayəçisi iddiaçıların ataları oğlu Bəhrəm Cəlilov 2-ci səhifəsindən görünür ki, cavbadeh Bahram Calilovun ailə üzvü kimi yazılmışdır. Belə olan halda da, yuxarıda qeyd olunan AR-da mənzil fondunun özəlləşdirilməsi haqqında AR Qanununun 5-ci maddəsinin tələbinə əsasən o, yenə də mənzilin mülkiyyətçiləri sırasında olur. Hətta mənzilin Konstitusiya Məhkəməsi Plenumunun AR-da mənzil fondunun özəlləşdirilməsi haqqında AR Bəhramın adına özəlləşdirilməsinə razılıq vermis olsaydı belə onun hüquqları AR qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair ##.##.2012 tarixli qərarına əsasən özəlləşdirilən mənzil bir şəxsin mülkiyyətinə verildikdə, həmin mülkiyyətçinin mənzillə bağlı səlahiyyətləri, paylı mülkiyyətçilərin səlahiyətlərindən daha məhdud olur. Qaldı ki, *** saylı qərardada, o qərardad mübahisələndirilib mütləq baxılacaq. İddiaçılar etirazın 1-ci səhifəsinin 31-ci sırasından başlayan ifadələrində yazırlar ki, cavabdehlə evlənməmişdən əvvəl * nömrəli mənzil əri Cəlilov İbrahim Bəhrəm oğluna verilmişdi. O, * nömrəli mənzilə yox, * nömrəli mənzilə gəlin köçmüşdür. Yazdıqlarını da heç bir sübutla asaslandırmayıblar. 1963-cü ildə atalarını dünyaya gətirməyi sübut edir ki, cavabdeh İbrahim Cəlilovla 1962-ci ildə ailə qurub köçmüşdür. O, ailə qurub köçəndə qaynanasına məxsus * nömrəli mənzillə yanaşı olan * nömrəli mənzildə baldızı öz ailəsi ilə yaşayırdı. 1963-cü ildə baldızıgilə Azərittifaqda 3 otaqlı mənzil verilmişdi. Yeni verilən mənzilə 1963-cü ildən köçsələr də mənzildə aparılan təmir-tikinti işlərini səbəb kimi göstərərək * nömrəli mənzili təhvil vermədilər ki, yoldaşı İbrahimin növbəsi çatsın. Onlar * nömrəli mənzilə 1963-cü ildən köçsələr də * nömrəli mənzilin İbrahimə verilməsi (rəsmiləşdirilməsi) 1966-cı ilə təsadüf etmişdi. * nömrəli mənzilin onlara verilməsi üçün qurulan fənd də ona görə idi ki, * nömrəli mənzildə yaşayan qaynanası X4 tək qalmasın və onlar qaynanasına qulluq edə bilsinlər. Sonra yazıblar ki, ailə tərkibi artdıqdan sonra yoldaşı İbrahim Cəlilovun istifadəsinə verilmiş * nömrəli mənzilin sahəsi artırılaraq 15,2 kv.m-dən 30,0 kv.m olmuşdur. Həmçinin mənzilin nömrəsi 7-dən 05a-ya dəyişdirilmişdir. Bu ifadəni də, sadəcə yazıblar və heç bir sübutla da əsaslandırmayıblar. Ancaq 4-cü uşaqları Cəlilova Xədicə İbrahim qızı 1972-ci ildə doğulan uşaqlarıdır. 1992-1994-cü illərə aid yoldaşı İbrahom Cəlilovun adına olan * nömrəli mənzilə dair şəxsi hesab vərəqindən (sənəd 2) görünür ki, mənzilin sahəsi 15,2 kv.m olmuşdur. Yenə yoldaşı İbrahim Cəlilovun adına olan * nömrəli mənzilə dair şəxsi hesab vərəqindən (sənəd 3) görünür ki, sadəcə kağızda müdaxilə olunaraq mənzilin nömrəsi 7-dən 5a-ya çevrilmiş (07-dən 05a-ya), yaşayış sahəsi də 15,2-dən 30,0 kv.m-ə çevrilmişdir. Naturada 5a kimi nömrələnib. Anar Məmmədova satılan və hazırda mağaza kimi istifadə olunan mənzil * nömrəli mənzil yox, qaynanası Xədicə Cəlilovanın qardaşı oğlu X6 məxsus olmuş və Nağı Mamedovun bir oğlu və Lida adlı həyat yoldaşı ilə yaşadığı * nömrəli mənzildir. * nömrəli mənzil isə hazırda 5b kimi nömrələnən, ortancıl oğlu Eldar Cəlilovun öz ailəsi ilə yaşadığı mənzildir. 20 yanvar hadisəsi baş verəndə Nağı artıq rəhmətə getmişdir. Lida oğlu ilə yaşayırdı. * nömrəli mənzildə də, Boqdasaryan Emma adlı qadın yaşayırdı. Hadisədən sonra qorxuya düşmüşdülər. Satmaq istədiklərini bildirəndə hər iki mənzili onlar yoldaşı İbrahimlə almışdılar. 1990-cı ilin sonunda iddiaçıların ataları Bəhrəmlə ortancıl oğlu Eldarın toylarını bir yerdə edib Bəhramın yoldaşını (iddiaçıların analarını) 5a kimi yazılan və Anar Məmmədova satılan * nömrəli mənzilə, Eldarın yoldaşını da, * nömrəli mənzilə köçürdülər. İbrahim 2001-ci ildə rəhmətə gedəndən sonra Bəhrəmlə Eldar * nömrəli mənzili böldülər və Eldar ailəsi ilə * nömrəli mənzilə köçdülər. * nömrəli mənzili böləndən sonra 5a kimi nömrələnən keçmiş * nömrəli mənzilin yaşayış sahəsi 30,0 kv.m olmuşdu. Yazıblar ki, ataları evlənməmişdən əvvəl 5a kimi nömrələnən mənzildən çıxıb anaları ilə evlənib Dəmir yolu idarəsinə məxsus * nömrəli mənzilə köçmüşlər və iddiaçılar guya 5 nomrəli mənzildə doğulub böyüyüblər. Hansı əsasla verildiyi yazılmayıb, sübut da yoxdur. İddiaçıların ataları heç vaxt Dəmir yolunda işləməyib, * nömrəli mənzil boş olmuş olsaydı belə, yenə də Bəhramə verilə bilməzdi. Sənəd 1-dən göründüyü kimi * nömrəli mənzilə dair şəxsi hesab vərəqi 1960-cı ildən qaynanası X4 adınadır. İş yeri kimi pensiyaçı yazılıb. Bu da o deməkdir ki, qaynanası Xədicə Cəlilova dünyasını dəyişənədək * nömrəli mənzil heç kimə verilə bilməzdi. Bundan başqa 1970-ci illərin əvvəllərində dövlət orqanlarının razılığı ilə mənzillərin yerləşdiyi binanın həyətyanı sahəsində hər kəs öz mənzilinin qarşısında əlavə tikinti işləri aparmaqla öz mənzil şəraitlərini yaxşılaşdırdılar. Onlar də * nömrəli mənzilin qarşısında bir yataq otağı, bir qonaq otağı, mətbəx, hamam və tualet tikdirib mənzil şəraitlərini yaxşılaşdılar. 1970-ci illərin sonunda da hazırda iddiaçı iddiaçı2 ailəsi ilə yaşadığı iki otağı tikdirmişdilər. Bu yeni otaqları çörək bişirib satırdılar deyə anbar kimi istifadə etmək üçün tikdirmişdilər. * nömrəli mənzilin 3 yataq otağının birində qaynanası Xədicə Cəlilova, birində qızları Xədicə və birində də onlar İbrahimlə qalırdılar. Kiçik oğlanları Elxan Cəlilov da * nömrəli mənzildə qalırdı. * nömrəli mənzil iddiaçıların atalarına heç cürə verilə bilməzdi. Cavabdehi və qaynanasını * nömrəli mənzildən kənarlaşdırmaq (itirmək) üçün saxtalaşdıraraq kağızda * nömrəli mənzili 5a-ya çevirib * nömrəli mənzilə quraşdırıb həmin mənzilin şəxsi hesab vərəqini də onun adına yazıblar (sənəd 5). * nömrəli mənzili də 5b kimi adlandırıb şəxsi hesab vərəqini (sənəd 4) də qaynanası Xədicə Cəlilovanın adına yazıblar. Məqsəd * nömrəli mənzilin şəxsi hesab vərəqini iddiaçıların ataları Bəhrəm Cəlilovun adına yaza bilmələri üçün cavabdehi və qaynanası Xədicə Cəlilovanı * nömrəli mənzildən itirmək olmuşdur. * nömrəli mənzili kiçik oğlanları Elxan Cəlilova saxlamışdılar. Saxtalaşdırılmadan sonrakı şəxsi hesab vərəqələrindən (sənəd 4, sənəd 5 və sənəd 6) görünür ki, Elxanın adı heç birində yoxdur. Artıq cavabdehdə şübhələr yaranır ki, Elxanın müəmmalı ölümü də * nömrəli mənzillə əlaqədardır. 2003-2004-cü illər olardı, domkom kimi tanıdıqları Vaqif Həsənov onlara gəldi və evin (yaşadığı * nömrəli mənzilin) özəlləşdirilməsi imkanı yarandığını deyib ilkin olaraq 300 ABŞ dolları tələb olunduğunu demişdi. Oğlu Bəhrəmin sinif yoldaşı və dostu olduğuna görə etibar edib vermişdir. Xeyli müddətdən sonra gəlib əlavə 700 ABŞ dolları da istəmişdir cavabdeh isə vermişdir. 2023-cü ilədək də cavabdeh elə bilmişdir ki, * nömrəli mənzil onun adına özəlləşib. Heç mənzillərin şəxsi hesab vərəqələri saxtalaşdırılmasaydı belə, iddiaçıların ataları Bəhrəm Cəlilovun adına yazılan * nömrəli mənzilə dair şəxsi hesab vərəqinin (sənəd 6) 2-ci səhifəsindən görünür ki, o, oğlu Bəhrəm Cəlilovun ailə üzvü kimi yazılmışdır. Həm də, onun qeydiyyatı da həmin mənzildədir. Odur ki, mənzil özəlləşdiriləndə onsuz özəlləşdirilə bilməzdi. 2019-cu ildə mənzil iddiaçıların adlarına keçiriləndə də, onun razılığı tələb olunurdu. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- ***/**** saylı qərardadına çox da, istinad etməsinlər. Artıq mübahisələndirilib, yenidən baxılacaq. Qaldı ki, iddiaçıların ataları Bəhrəm Cəlilova verdikləri sonradan 5a kimi adlandırılan * nömrəli mənzilin satılmasına, onu da, özləri satıblar. Belə ki, Bəhrəm uzun illər idi ki, ailəliklə Rusiyada yaşayırdılar. Gözlənilmədən ismarıc gəlmişdir ki, Bəhrəmin borcu yaranıb, borcu qaytarılmasa Bəhrəmi öldürə bilərlər. Müştərini də, özləri tapmış, qiymətini də, özləri müəyyən etmişlər. Pulun bir hissəsini Bəhrəmə göndərdilər, digər hissəsi də, Bəhrəmin tapşırığı ilə Bəhrəmin qaynanasına verilmişdir. İndi məlum olur ki, Bəhrəm heç də borca düşməyib, mənzil satılıb, pulun bir hissəsi də, mənzillərin sənədlərinin saxtalaşdırılmaları üçün Mənzil İstismar İdarəsinin rəisi (domkom kimi tanıdığımız) Vaqif Həsənova verilib. Qaldı ki, evin pulunun qızı Xədicəyə verilməsinə, o dəlilləri də əsassız və yalandır. İddiaçılar bilirlər ki, Xədicənin şəhərin yaxşı yerində 9 sot yarımın içində iki mərtəbəli evi olub. Maklerlər 120-150 min qiymət qoymuşdular. 100000 manata təcili satıb Bakıdan da ev aldılar. Xədicə ona verdikləri * nömrəli mənzildən də imtina eləmişdi ki, Elxan evsiz qalmasın. Qeyd olunanların araşdırılıb, qiymətləndirib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir
Məhkəmə icraatı iştirakçılarının izahatlar
16. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçının dediyinə görə iddia ərizəsi dəyişərək fərqli formada qoyulmuşdur. İddiaçının həmin evə 1962-ci ildə gəlin köçdüyünü və həmin evdə yoldaşı birlikdə təmir edib yaşadığını qeyd etmişdir. Sədrlik edənin sualına cavab olaraq hazırki dövürdə Gəncə şəhərində 100 manata kirayə evin olmadığını bildirmişdir. Əlavə olaraq iddiaçıların həmin evdə yaşamadıqlarını qeyd etmişdir.
17. Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçı iddiaçı2 izahatında kompensasiya qiymətləndirilməsinin 3000 manat dəyərləndirildiyini 1000 manatı isə əlavə vermək istədiyini qeyd etmişdir. Əlavə olaraq mütəxəssislər tərəfində evə baxış keçirildiyini və 35000 manat dəyərində qiymətləndirildiyini və oxşar evlərin kirayə haqqının isə 100 manat olduğunu bildirmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:
18. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
30. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
36. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ##.##.2019- cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, * saylı mənzilin 1/2 hissəsi iddiaçı2, 1/2 hissəsi iddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh iddiaçıların nənəsi olmaqla həmin ünvanda yaşayır. İddiaçılar cavabdeh Cavabdeh iddiaçılara məxsus ünvan 2 ünvanında yerləşən mənzillərindən istifadə hüququna 3000 manat kompensasiya verməklə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
37. Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 228-ci maddəsini və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" ## ### 2008ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ## ######## 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarlardakı hüquqi mövqelər isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir.
38. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafıə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafıəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.
39. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
40. Konstitusiya Məhkəməsi ## ######## 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edibetməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin kompensasiyanın məbləği ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli olduğu halda bunu etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına əsasən birinci instansiya məhkəməsi iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. “xxxx” MMC-nin xxxxnin nəticələri haqqında ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli rəyləri ilə iddiaçı2 və iddiaçı1 birgə mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən, 70.4 kv.m ümumi sahədən ibarət, bir mərtəbəli fərdi yaşayış evinin ## #### 2025-ci il tarixinə bazar dəyəri 35850 (otuz beş min səkkiz yüz əlli) manat, aylıq kirayə haqqının 100 manat təşkil etməsi müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası tərəfindən mübahisəli evə oxşar evlərin aylıq kirayə məbləği nəzərə alınaraq, birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş 4000 manat kompensasiya məbləği istifadə hüququna xitam veriilməsi üçün yetərli hesab edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, 6000 (altı min) manat kompensasiya məbləği cavabdehə ağlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Odur ki, məhkəmə kollegiyası kompensasiya məbləği ilə bağlı belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçıların 6000 manat kompensasiya ödəməyə razılığının olmasını nəzərə alaraq kompensasiya məbləği 6000 manat həddində müəyyən edilməldir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 1962-ci ildə mübahisəli * nömrəli mənzilin şəxsi hesab üzrə istifadəçisi qaynanası X4 oğlu Cəlilov İbrahim Bəhram oğlu ilə evlənib qaynanasının istifadəçisi olduğu mübahisəli mənzilə gəlin köçüb Xədicə Cəlilovanın ailə üzvü olması, məhkəmənin onun 1962-ci ildə mənzilə gəlin köçdüyünü və iddiaçıların atasını dünyaya gətirib böyütdüyünü nəzərə alıb, AİHM-nin qeyd olunan presedent hüquqlarını tətbiq edib onun mübahisəli mənzilə olan gözlənilən hüququnu, Bəhram Cəlilovu isə onun ailə üzvü kimi qiymətləndirməli olması, cavabdeh tərəfindən mübahisəli mənzildə əlavə tikinti işlərinin aparılması dəlili ilə bağlı qeyd edir ki, mübahisəli ev ##.##.2019-cu il tarixdə 202011004155-05101-093002 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət reyestrində Gəncə şəhəri, Atatürk prospekti, ev 65/11, * saylı mənzilin 1/2 hissəsi iddiaçı2, 1/2 hissəsi iddiaçı1 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Həmin qeyd cavabdeh tərəfindən mübahisələndirilsə də, Gəncə İnzibati Məhkəməsinin *- *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərardadı ilə (hakim E.Axundov) cavabdehin həmin iddiası mümkünsüz sayılmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, mübahisəli mənzilə dair iddiaçıların mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır və qeyd mübahisələndirilməmişdir, qeydin həqiqiliyi prizumsiyası qüvvəddir və bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassızdır.
44. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 6.000 (altı min) manat kompensasiya ödənilməklə 202011004155- 05101-093002 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə ##.##.2019-cu il tarixdə paylı mülkiyyət hüququ ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 adına qeydə alınmış ümumi sahəsi 70,4 kv.metr olan Gəncə şəhəri, Atatürk prospekti, **/** nömrəli evin * nömrəli mənzilindən istifadə hüququna xitam verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.