Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2101/2025 28.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Bakı Şəhər 6 Saylı Dövlət Notariat Kontoruna, üçüncü şəxslər - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri" X19 7 saylı Bərdə Ərazi İdarəsinə və X8 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əqd; etibarlı əqd; reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası; vicdanlı alıcı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X5 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, onun nümayəndələri (vəkilləri) Vəkil1 və Vəkil3, Cavabdeh1 nümayəndəsi X13, üçüncü şəxs X7 nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı Şəhər 6 Saylı Dövlət Notariat Kontoruna, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri" X19 7 saylı Bərdə Ərazi İdarəsinə və X8 qarşı alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(021)-594/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə 28 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır.
2. 13 fevral 2009-cu il tarixli, notarial qaydada təsdiq edilmiş Daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə rayon Ərazi İdarəsinin 11 fevral 2009-cu il tarixli 875 saylı arayışına və 11 fevral 2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********88 olan dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan və Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Özgəninkiləşdirilən daşınmaz əmlakı tərəflər 10000 (on min) manata qiymətləndirmişlər. Bu müqavilə rəsmiləşdirilərkən göstərilən daşınmaz əmlak ipoteka (girov) qoyulmamış, üzərində məhkəmə mübahisəsi yoxdur.
3. 09 noyabr 2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı - Cavabdeh1 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsini alıcı - X8 10000 (on min) manata satmışdır.
4. Satılan daşınmaz əmlak aşağıdakı hüquq müəyyənedici sənədə əsasən satıcı Cavabdeh1 məxsusdur: -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 verilmiş **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,08 ha. -Daşınmaz əmlakın alqı-satqı müqaviləsi alıcı - X10 ilə satıcı - Cavabdeh1 nümayəndəsi Şahid arasında bağlanmışdır.
5. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, alqı-satqı müqaviləsi üzrə X10 tərəfindən xx.xx.2024-cü il tarixli x-2346 nömrəli məktuba əsasən 10000 (on min) manat pul alqı-satqı üzrə 410400G**********107 nömrəli hesaba mədaxil edilmişdir.
6. 09 noyabr 2024-cü il tarixli KB24 № ******* olan qəbzin kötüyündən görünür ki, 9880 manat pulu xx.xx.2024-cü il tarixdə Şahid qəbul etmişdir.
7. 09 noyabr 2024-cü il tarixli 0D1 nömrəli ödəniş tapşırığından görünür ki, Şahid xx.xx.2024-cü il tarixli, 4E 1539 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Milli Gəlirlər Departamentinə 120 manat rüsum ödəmişdir.
8. “Elektron notariat” X1 çıxarışdan görünür ki, etibar edən Cavabdeh1, etibar edilən Şahid harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınmaz əmlakı üzərində sərəncam verməyi, eləcə də adına daşınmaz əmlak almağı və hədiyyə qəbul etməyi, bununla bağlı istənilən müqaviləni bağlamağı, müqavilədə imza etməyi, həmin müqavilənin bağlanılmasınadək və bundan sonra irəli gələn hüquq və vəzifələrinin icrası ilə əlaqədar onu bütün aidiyyəti orqanlarda təmsil etməyi, sənədləri almağı, təqdim etməyi, dəyişdirməyi və digər zəruri hərəkətləri icra etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixədək etibarlıdır.
9. “Elektron notariat” X1 çıxarışdan görünür ki, imzası təsdiq edilən şəxs - X13 birgə nikah dövründə əldə edilmiş qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********88 olan çıxarışa əsasən əri Cavabdeh1 məxsus olan, ünvan 1i ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin satılmasına etiraz etmir.
10. “Elektron notariat” X4 vasitəsilə “X6” AQİS-dən xx.xx.2024-cü ildə çap edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 ilə X14 arasında nikah xx.xx.1994-cü ildə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra qadına Ağayeva soyadı verilmişdir.
11. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2024-cü ildə Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu X11 tərəfindən çap edilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır.
12. “Elektron notariat” X1 xx.xx.2024-cü ildə çap edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 Bərdə Regional "ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2024cü il tarixdə Ağcabədi Regional "ASAN xidmət” mərkəzində notariat ofisində ünvan 2i ünvanında qeydiyyatda olan Şahid verilmiş və reyestrdə 7E-15587 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə ərizə vermişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 tərəfindən ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsinə dair notarial qaydada bağlanmış alqısatqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə və Cavabdeh1 məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun mərhum atası X9 doğma dayısı oğludur. Atası Qürbət uzun illər Bərdə kökəltmə birliyinin müdiri vəzifəsində işləmiş və Ələsgər isə ona yaxın adam olaraq mərhum atası Qürbətin avtomobilini idarə etmişdir. Mərhum atası 1999-cu ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra Ələsgər dəfələrlə ona bildirmişdir ki, onun adına ünvan 1ində olan torpaq sahəsini mərhum Qürbət almışdır və həmin vaxtlarda rəhbər vəzifədə olduğundan Ələsgərin adına rəsmiləşdirmişdir. Cavabdeh Ələsgər bununla bağlı dəfələrlə ona müraciət etmiş və nəhayət 2009-cu ilin fevral ayının 13-də həmin sənədləri gətirib Bərdə 1 saylı notariat ofisində ona bağışlama müqaviləsi vermişdir. Bundan sonra qohum olduğundan Ələsgərə heç bir söz deməmiş və sənədlər Ələsgərdə qalmışdır. Yaxın günlərdə Ələsgər ona zəng edərək bildirmişdir ki, həmin torpağa görə onu Bərdə Rayon Prokurorluğuna çağırmışlar və bildirmişlər ki, torpağı başqa adama verməlidir. O, bundan sonra Ələsgərlə söhbət etmiş və məsələnin nədən ibarət olduğunu soruşmuşdur. Ələsgər ona bildirmişdir ki, onunla məcburi olaraq alqısatqı müqaviləsi bağlayıb yeri başqa adama verirlər. Həmin torpaq onun atasından miras qalmışdır və Ələsgər yaxın qohum olduğundan və mərhum atasına yaxın etibarlı adam olduğundan həmin torpağa mülkiyyət sənədləri almamışdır. Belə ki, qanunvericiliyə əsasən həmin torpaq sahəsi ona bağışlandığından fikirləşmişdir ki, nə vaxt olarsa həmin torpaq sahəsini öz adına rəsmiləşdirə bilər. Bir həftədir ona məlumat vermişlər ki, həmin torpaq sahəsinin Ələsgərlə saxta alqı-satqı müqaviləsi bağlanaraq başqasının adına rəsmiləşdirilməsi mövcuddur. Ələsgərdən sənədləri tələb edərkən o sənədləri Yaqub adlı şəxslə alqı-satqı müqaviləsi bağlandığından ona təqdim etdiyini bildirmişdir. Həmin sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. Ona görə də həmin sənədlər ləğv edilməlidir. Bu gün Ələsgər məhkəmədə qorxusundan alqı-satqı müqaviləsinin onun tərəfindən verilmədiyini və yaxud mərhum atası Qürbət tərəfindən alınmadığını bildirəcək. Amma həqiqət budur ki, Ələsgər hansı səbəbdən həmin torpağa dair ona bağışlama müqaviləsi verdiyini izah edə bilməyəcək.
15. Bundan sonra İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə verərək, Cavabdeh1 tərəfindən ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsinə dair notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli, AN1 ******* nömrəli alqı-satqı müqaviləsinin və onun doğruduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə və Cavabdeh1 məhkəmə üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Bərdə Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(021)-594/2025 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) iddianın təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu madddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarına, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 148.2, 152.1, 182.1, 337.1, 337.2, 337.3, 337.4 və 337.5-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 284-6.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(021)-594/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş üzrə cavabdeh olan Bakı şəhəri 6 saylı Notariat ofisi Notariat haqqında AR qanunun, Notariat əməliyyatlarının aparılmasına dair Təlimatın və “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamənin qaydalarını kobud şəkildə pozaraq, hüquqlarını müdafiə etdiyi İddiaçı qanuni hüquq və mənafeyinə zidd olan hərəkətlərə yol vermişdir. Qeyd edir ki, elektron notariat sistemi 2007-ci ildən ölkədə tətbiq edilir. Bağışlanma müqaviləsinin tarixi isə 13 fevral 2009-cu ildir. Beləliklə, notariat orqanı cavabdeh tərəfindən aparılan alqı-satqı əməliyyatı zamanı qüvvədə olan, notariat hərəkəti olan bağışlanma müqaviləsini görmüş, ancaq buna əhəmiyyət verməyərək notariat orqanı 3-cü şəxs Yaqub Məmmədovun xeyrinə alqı-satqı əməliyyatını reallaşdırmışdır. Həmçinin, aşağıdakı halların heç biri iş üzrə mövcüd olmamışdır. Alqı-satqı müqaviləsi özlüyündə hədiyyə müqaviləsini ləğv edə bilməz, çünki bunlar iki müstəqil mülki hüquqi müqavilələrdir. Bununla belə, alqısatqının hədiyyəyə təsir göstərə biləcəyi və ya onu şübhə altına alacağı hallar var. Bundan başqa, Məhkəmənin Yaqub Məmmədovu “vicdanlı alıcı” olaraq göstərməsi isə tamamilə absurddur, çünki Yaqub hələ əvvəlcədən bilirdi ki, onun Cavabdeh1lə aralarında bağışlanma müqaviləsi vardır və Yaqub məhkəmədə şahid qismində ifadə verən Şirin Ağayevin vasitəsi ilə cavabdeh Ələsgərə qarşı təzyiq göstərilməklə vicdansızcasına davranaraq, alqı-satqı müaviləsi əldə etmişdir. Belə ki, Yaqub Məmmədov Cavabdeh1 qarşı Şirin Ağayevlə qabaqcadan əlbir olmaqla hiylə işlədərək, sənədləri onun əlindən icra nümayəndəsi vasitəsi ilə alaraq, onun bağışlanma yolu ilə Ələsgərdən aldığı torpağı ələ keçirməyə niyyətli olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, 1988-ci ildə torpaq islahatı gedəndə atası Qürbət oradan 0.08 ha torpaq sahəsini alaraq öz mülkiyyətinə rəsmiləşdirmiş, digər 0.08 ha torpaq sahəsini aldıqda isə, hazırkı Cavabdeh1 razılığı ilə onun adına rəsmiləşdirmişdir. Bağışlama müqaviləsi şəxsən onun iştirakı ilə bağlanmışdır. Həmin torpaqda neçə illərdir bağ salmış, lakin ev tikməmişdir. Sözügedən mübahisəli torpaq sahəsində ağacların əkilməsi, bağın salınması onun təşəbbüsü ilə olmuş, ağacların pulunu o, vermişdir. Həmin torpaq sahəsinin hasarlanması, o cümlədən, orada olan bağın salınması onun qardaşı Müİddiaçı tərəfindən aparılmışdır. Qeyd edilən torpaq sahəsində Yaqub Məmmədovun evi olmamışdır. Cavabdehin adından qardaşı oğlu Şahid etibarnamə alaraq, Cavabdeh1 əvəzinə alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdehə təzyiqlər edərək həmin torpaqla bağlı onu Bərdə Rayon Prokurorluğuna və Bərdə RPŞ-nə çağırmışlar. Müəyyən şəxslər var ki, həmin torpağı onun əlindən almaq istəyirlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı qeyd etdiyi kimi onun atası mərhum Qürbət Əhmədovdan miras qalan ünvan 1ində 0.08 ha torpaq sahəsi bağışlanma müqaviləsi əsasında 2009-cu ildə Cavabdeh1 tərəfindən ona bağışlanmışdır. Lakin mülkiyyət hüquqi verən sənəd alınmamışdır. Son dövrdə isə Cavabdeh1 təzyiqlər göstərilib və Cavabdeh1 adından etibarnamə alınmaqla, alınmış etibarnamə əsasında həmin torpaq alqı-satqı müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə X7 adına rəsmiləşdirilmişdir. 2009-cu ildə ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsi müqavilə əsasında bağışlandığı halda yenidən həmin torpaq 2024-cü ildə alqı-satqı müqaviləsi əsasında X2. Notariat kontorunda vahid reyestr və vahid elektron sistem olduğu halda bir əmlaka həm bağışlanma müqaviləsi, həm də alqı-satqı müqaviləsi bağlanmışdır. Bütün olan hadisələr, həmin torpağa mülkiyyət hüququ verən çıxarışın alınması, sonradan xx.xx.2024-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsi Cavabdeh1 olunan təzyiqlər əsasında baş vermişdir. Belə ki, Cavabdeh1 onun qardaşı Şirin və onun oğlu Şahid tərəfindən Ələsgər Səmədovun evinə dövlət notariusu gətirilərək ondan etibarnamə almış və Cavabdeh1 əvəzindən alqı-satqı müqaviləsi bağlayaraq qeyd olunan ünvan 1ində yerləşən 0.08 ha torpaq sahəsini X3. Bunlar qeyri-qanuni aparılmış əməliyyatlardır, qeyri-qanuni bağlanmış müqavilədir və bununla da İddiaçı hüquqları pozulmuşdur. Alqı-satqı müqaviləsindəki imza ilə həmin qəbzdə olan imza eynilik təşkil etmir, fərqli-fərqli oxşar imzalardır. “Elektron Notariat” İnformasiya sistemi haqqında əsasnamə mövcuddur.12 oktyabr 2021-ci ildə təsdiq olunmuşdur. Notarius müqavilədə qeyd edir ki, həmin əsasnaməyə əsasən qısa vaxt rejimi ərzində “Elektron Notariat” İnformasiya sistemindən məlumat götürüldü, yəni arayış və məktub. Notariat Kontoru notariat hərəkətlərini həyata keçirərkən qısa vaxt rejimində “Elektron Notariat” İnformasiya sesteminə inteqrasiya olunaraq oradan daşınmaz əmlak haqqında bütün məlumatları götürür. Yaqub Məmmədov tərəfindən edilən təsir səbəbilə alqı-satqını reallaşdırmışlar. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş məhkəmədən xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, iddiaçı və iddiaçının digər nümayəndəsinin izahatları ilə oxşar məzmunda izahat verərək, sonda apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (arvadı) X13 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(021)-594/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, izahatında göstərmişdir ki, X10 tam qanuni əsaslarla alqı-satqı müqaviləsi bağlamışdır. Qanuni qaydada notariat ofisində alqı-satqı etmiş və hazırki mübahisədən heç bir məlumatı olmamışdır. Həmin torpaq sahəsini öz həyətyani sahəsini genişləndirmək məqsədi ilə almışdır. Torpaq sahələri, yəni Yaqub Məmmədovun özünə məxsus torpaq sahəsi və alqı-satqı əsasında aldığı sözügedən mübahisəli torpaq sahəsi bir hasarın içində yerləşir. 3-cü şəxs X7 özünə məxsus torpaq sahəsində evi var. Lakin, Yaqub Məmmədov daimi orada yaşamır. Belə ki, daimi yaşayış yeri Bakı şəhəridir. Mütəmadi olaraq Bərdə şəhərinə gələrkən həmin evə gedib-gəlir. X10 hansı tarixdə ünvan 1ində yerləşən evi aldığını deyə bilmir. Cavabdeh1 mübahisəli torpaqla əlaqədar Bərdə RPŞnə və ya Bərdə Rayon Prokurorluğuna çağırılmasından onun heç bir məlumatı yoxdur. Mübahisəli 0.08 ha torpaq sahəsində ağacları X15 əkmişdir. Əgər Ələsgərə hədəqorxu olunmuşdursa o, səhəri gün hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, lakin etməmişdir. Bundan əlavə Ələsgər etibarnamə verərkən arvadı da yanında olmuş və öz razılığını ifadə etmişdir. Hansı ki, əgər orada hansısa təsir və təzyiq olsaydı, cavabdehin arvadı ən azından öz etirazını bildirmiş olardı. X10 həmin torpaq sahəsini qanuni əsaslarla almış və vicdanlı alıcıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. İş üzrə digər cavabdehlər - Cavabdeh1, Bakı Şəhər 6 Saylı Dövlət Notariat Kontorunun nümayəndəsi və digər üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri" X19 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh1 nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
27. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
30. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
31. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
32. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
33. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
34. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
35. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
36. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
39. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
40. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
41. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.
43. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
44. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
45. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
46. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur
47. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
48. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
49. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
50. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
“N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı
51. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar
52. “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. ... ... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı
53. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
54. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
55. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
56. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
57. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
64. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
65. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
66. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
67. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
68. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
70. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
72. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(021)- 594/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeyd olunan torpağa görə yeni çıxarış verilmişdir. Cavabdeh ünvan 1ində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsini 13 fevral 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlama müqaviləsi ilə İddiaçı bağışlamışdır. Torpağın iddiaçıya bağışlanması barədə müqavilə olsa da, sonuncu torpağı öz adına rəsmiləşdirməmiş, həmin torpaq sahəsini Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmamış, sözügedən torpaq sahəsi Cavabdeh1 mülkiyyətində qalmaqda davam etmişdir. Cavabdeh onu təmsil edən etibarnamə üzrə nümayəndəsi Şahid vasitəsilə ünvan 1ində yerləşən və mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsini 09 noyabr 2024-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 10000 (on min) manata qanuni əsaslarla satmışdır. Bakı şəhəri 6 saylı Notariat Ofisində alqı-satqı müqaviləsi bağlanarkən Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2024-cü ildə Bakı şəhəri 6 saylı notariat ofisinin notariusu X11 tərəfindən çap edilmiş arayışla müəyyən edilmişdir ki, xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlak üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır.
75. İddiaçı hazırkı iddia tələbi ilə 09 noyabr 2024-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsini tələb edir.
76. Kollegiya göstərir ki, iddia tələblərinə hüquqi qiymət verilərkən ilkin olaraq tələblərin bir-birini tamamlaması və sonrakı tələbə qiymət verilməsi onun əvvəlki tələbin hüquqi nəticəsindən asılı olması nəzərə alınmalıdır. Bu aspektdən çıxış etməklə ilk öncə iddiaçının mübahisələndirdiyi təmsilçi tərəfindən bağlanmış əqd olan 09 noyabr 2024-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə diqqət yetirilməlidir. Çünki, digər tələblərə hüquqi qiymət verilməsi üçün ilkin olaraq həmin alqı-satqı müqaviləsinin etibarsız olub-olmaması müəyyən edilməlidir.
77. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllədə əqdə verilmiş anlayışda əsasən, əqdin əmələ gəlməsi, bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyrimümkündür, başqa sözlə ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil, bağlanmayıb. Əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd yenə də etibarsızdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
78. Qanunun mənasına görə, alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir.
79. Bununla belə, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, əqdin təmsilçi vasitəsilə bağlanması üçün müvafiq qaydalar müəyyən edilmişdir.
80. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
81. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normada deyilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Bu Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
82. Nəzərə almaq lazımdır ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal isə - təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olmasıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarındakı hüquqi mövqe).
83. Baxılan işdə də ilk növbədə araşdırılmalı hal – alqı-satqı münasibətləri üzrə təmsil edilmiş cavabdehin daşınmaz əmlaka dair etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olmasıdır. Çünki, Cavabdeh1 birinci instansiya məhkəməsində, o cümlədən apellyasiya baxışı zamanı verdiyi izahatında əslində torpaq sahəsini satmaq niyyəti olmadığını, alqı-satqı müqaviləsinin onun həqiqi iradə ifadəsini əks etdirmədiyini bildirmişdir.
84. Bu aspektdə araşdırma aparıldıqda müəyyən edilir ki, təmsilçi Şahid vasitəsilə mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə xx.xx.2024-cü il tarixdə bağlanmış, bu müqavilə bağlanmamışdan bir gün əvvəl Ağcabədi regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisində torpağın mülkiyyətçisi Cavabdeh1 tərəfindən təmsilçi Şahid harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınmaz əmlakı üzərində sərəncam vermək, eləcə də adına daşınmaz əmlak almaq və hədiyyə qəbul etmək, bununla bağlı istənilən müqavilə bağlamaq müqaviləyə imza etmək və s. səlahiyyətlər nəzərdə tutan etibarnamə vermişdir (etibarnamə üzrə səlahiyyətlər bir il müddətinə verilmiş, həmçinin səlahiyyətin üçüncü şəxsə ötürülməsi də nəzərdə tutulmuşdur).
85. İşin qeyd edilən hallarının ağlabatan mühakimə əsasında təhlili belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh1 məhz əmlakının satılması məqsədilə Şahid etibarnamə vermişdir. Xüsusilə nəzərə almaq lazımdır ki, cavabdeh Şahid arvadı Reyhan Ağayeva da xx.xx.2024-cü il tarixdə Saatlı rayon notariat ofisində əri ilə birgə nikah dövründə əldə edilmiş mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair notariat qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir.
86. Digər tərəfdən, Cavabdeh1 ona göstərilən təzyiq altında mübahisələndirilən alqı-satqı müqaviləsini bağladığı barədə arqument irəli sürmüşdür. Bu əsasla əqdin mübahisələndirilməsi isə Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulmuşdur.
87. Həmin maddənin tələbinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
88. Kollegiya göstərir ki, Cavabdeh1 daşınmaz əmlaka dair sərəncam hüququ nəzərdə tutan notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında və notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə (arvadı R.Ağayeva da razılıq ərizəsi verməklə) əmlakı üçüncü şəxs Yaqub Məmmədova satdığı, alıcının da əmlakın razılaşdırılmış dəyərini notariat ofisinin depozit hesabına köçürtməklə satıcıya ödəməsi sübuta yetirildiyinə görə, yuxarıda qeyd olunan olunan halların mövcudluğunu sübut etmə öhdəliyi də Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən Cavabdeh1 üzərinə düşür. Lakin, o, qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
89. Bir sözlə, hazırkı işin halları yuxarıda göstərilən hüquq normaları baxımından tədqiq olunduqda görünür ki, Cavabdeh1 hədə-qorxuya məruz qoyulmaqla müqavilənin bağlanmasına məcbur edildiyi barədə nəticəyə gəlməyə əsas verən hallar mövcud deyildir. Cavabdeh1 daşınmaz əmlaka dair sərəncam hüququ nəzərdə tutan notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli təmsilçisi vasitəsilə könüllü olaraq mübahisəli əmlaka dair sərəncam vermiş və onun nəticələrini görərək bunu arzu etmişdir. Bir sözlə mübahisələndirilən alqı-satqı müqaviləsi onun iradə ifadəsini əks etdirmişdir. Beləliklə də baxılan işdə hər hansı məcburetmə (zorakılıq və ya hədələmə) istifadə olunmasından bəhs etmək mümkün deyildir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya bu barədə şahid ifadələrini də mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, Cavabdeh1 etibarnaməni təzyiq altında verməsini bildirən şahidlərdən Reyhan Ağayeva onun arvadıdır və mübahisənin ərinin xeyrinə həllində maraqlı olması istisna edilən hal deyildir ki, bu da həmin şahidin ifadəsinin mötəbərliyini şübhə altına alır. Digər şahid Ələkbər Ağayev də həmçinin Cavabdeh1 qardaşıdır, həmin şahid də ifadəsində qardaşının (cavabdehin) etibarnaməni təzyiq altında verdiyini bildirsə də, lakin sədrlik edənin sualına cavab olaraq etibarnamə verilərkən orada olmadığını bildirmişdir.
90. Bundan əlavə, Cavabdeh1 birinci instansiya məhkəməsində, o cümlədən apellyasiya baxışı zamanı məhkəməyə bildirdiyi izahatında mübahisəsi gedən torpaq sahəsini 2009-cu ildə İddiaçı bağışladığını və torpağın sonuncuya məxsus olduğunu bildirmişdir. Cavabdehin bildirdiklərindən belə nəticə hasil olur ki, sanki o torpağı iddiaçıya bağışlamış və bunun arzusunda olmuş, lakin məruz qaldığı təzyiq səbəbindən mübahisələndirilən alqı-satqı müqaviləsini bağlamağa məcbur qalmışdır.
91. Kollegiya Cavabdeh1 bu izahatını qeyri-səmimi hesab edir; belə ki, iş materiallarından göründüyü kimi cavabdeh torpaq sahəsini xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsi əsasında iddiaçıya hədiyyə etmiş, həmin zaman torpağa dair onun adına xx.xx.2009-cu il tarixli çıxarış mövcud olmuşdur. Beləliklə, 2009-cu ildə torpaq sahəsi iddiaçıya bağışlandığı və həmin vaxtdan mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanan vaxtadək 15 ildən artıq müddət keçdiyi halda, Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestri orqanına müraciəti əsasında həmin torpaq sahəsi xx.xx.2024-cü il tarixdə yenidən onun adına qeydə alınmış və torpağa dair adına ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
92. Ağlabatanlıq meyarları baxımından qeyd edilməlidir ki, əmlakını başqa bir şəxsə (iddiaçıya) bağışlayan cavabdehin bağışlama müqavilə bağlandıqdan 15 ildən artıq müddət keçdikdən sonra əmlakı mülkiyyət hüququ ilə yenidən öz adına qeydə aldırması, əslində onun əmlakı iddiaçıya bağışlamaq kimi bir hüquqi nəticə arzulamadığının və əmlaka olan marağını itirməməsinin bariz göstəricisidir. Digər tərəfdən, əgər həqiqətən də Cavabdeh1 əmlakı satması ilə bağlı müəyyən təzyiqlər göstərilirdisə və o əmlakını iddiaçıya bağışlamaqda israrlı idisə, bu təzyiqlər barədə iddiaçıya məlumat verib əmlakı bağışlama müqaviləsi əsasında öz adına rəsmiləşdirməsini tələb etməməsi də anlaşılan və məntiqli hal deyildir. Hərçənd ki, Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı bu xusüsatla bağlı sədrlik edən tərəfindən verilmiş suala cavab olaraq «yaşımla əlaqədar yadımdan çıxmışdı ki torpağı bağışlamışam İddiaçı» deyə qeyd etmişdir (bax mülki iş İ cild səhifə 121 məhkəmə iclas protokolu).
93. Torpaq sahəsinin xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsi əsasında iddiaçıya hədiyyə edilmiş olması isə öz-özlüyündə mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hal kimi qəbul edilə bilməz.
94. Belə ki, mülki hüquq münasibətlərində “vicdanlılıq prezumpsiyadır” (quivis bonus praesumitur) qaydası tətbiq olunur. Yəni, əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir.
95. Ona görə də, vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür.
96. Qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli meyarlarla yanaşır. Yəni, qanunverici “vicdanlı sahib” və “vicdansız sahib” kateqoriyalarını fərqləndirir.
97. Ona görə də əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
98. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar).
99. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərar).
100. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-ın 18/10/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərar).
101. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərindən göründüyü kimi, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.
102. Baxılan işdə mübahisəli daşınmaz əşyanın mülkiyyətini dövlət reyestrindəki qeydə əsasən mülkiyyətçi Cavabdeh1 əldə edən üçüncü şəxs Yaqub Məmmədovun vicdanlılığı ehtimal edildiyi üçün bunun əksini (iddiaçının vicdanlı olmadığını) sübut etmək vəzifəsi bu dəlili irəli sürən iddiaçının üzərinə düşür.
103. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, alqı-satqı münasibətləri üzrə satıcı Cavabdeh1 qardaşı oğlu Şahid tərəfindən təmsil edilmiş, əmlakın alıcısı Yaqub Məmmədov alqı-satqı ilə bağlı danışıqları onunla aparmış, torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri qeydi əsasında cavabdehə məxsus olmuş və alqı-satqı zamanı əmlakın yüklülüyü olmamışdır.
104. İşin obyektiv həlli baxımından diqqət yetirilməli hallardan biri də odur ki, alqısatqı müqaviləsi bağlanan zaman mübahisəsi gedən torpaq sahəsi iddiaçının sahiblik və istifadəsində olmamışdır, ümumiyyətlə bu barədə onun hər hansı arqumenti də olmamışdır. Xüsusilə nəzərə almaq lazımdır ki, İddiaçı də əmlakla bağlı cavabdehlə mübahisələri mübahisələndirilən alqı-satqı müqaviləsi bağlandıqdan sonra başlamışdır ki, bu səbəbdən də əmlakın alıcısında alqı-satqı müqaviləsi bağlanan zaman əqdin legitimli olması barədə şübhə duyulacaq bir hal (izaha ehtiyac duyulan suallar) yaranmamışdır. İş üzrə dindirilmiş şahid ifadələri əsasında üçüncü şəxs Yaqub Məmmədovun əmlakı vicdanlı əldə etməsini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir.
105. Qeyd edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, dövlət reyestrindəki məlumatlara güvənərək əşya hüququ əldə edən Yaqub Məmmədov vicdanlı alıcıdır və iddiaçı tərəfin irəli sürdüyü dəlillər vicdanlılıq prezumpsiyasını etibarlı şəkildə aradan qaldıran kifayətedici sübutlara söykənmir. Hazırkı vəziyyətdə iddiaçı tərəfin formal mülahizələrinə görə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi mübahisəsi gedən əmlakı qanuni əsaslarla əldə edən alıcının da hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnər.
106. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, alqı-satqı müqavilələsinin etibarsızlığından irəli gələn digər tələb üzrə (hüquqi nəticələrinin etibarsızlığı) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
107. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
108. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
109. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
110. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
111. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
112. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
113. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
114. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
115. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403, və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(021)-594/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.