Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-211/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X8 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-898/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1990-cı ildə Bərdə şəhərində anadan olmuşdur. Ağdam rayonu, Qiyaslı kəndində yaşayır.
2. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1988-ci ildə doğulmuşdur.
3. DİN BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır.
4. xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir.
5. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2405/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar X4 və İddiaçı2 cavabdehlər Cavabdeh və Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı iddiası təmin edilərək Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-230 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-232 reyestr nömrəli və 27 fevral 2022-ci il tarixli 2V-251 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr ləğv edilmiş və X5 mülkiyyətində olmuş fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinə X4, ¼ hissəsinə İddiaçı2, ¼ hissəsində Cavabdeh, ¼ hissəsinə X2 vərəsəlik hüquqları tanınmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 1173/2024 saylı qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilməyərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1536/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2- 25/2024 nömrəli məlumatın təqdim edilməsi barədə sənəddən görünür ki, sorğuda qeyd olunan Bərdə şəhəri, ünvan 2 fərdi yaşayış evi 3 nəfər ailə üzvlü ilə birlikdə Cavabdeh (paylı mülkiyyət 5/8 hissə) adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2- 1156/2024 nömrəli məlumatın təqdim edilməsi barədə sənəddən görünür ki, sorğuda qeyd olunan Bərdə şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 3 nəfər ailə üzvü ilə birlikdə (paylı mülkiyyət) xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə hazırda Cavabdeh, X6 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və bununla bağlı hüquqmüəyyənedici sənədlərin surəti təqdim edilmişdir. Əmlakın özgəninkiləşdirilməsi barədə məlumat idarədə aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh adına DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşəm ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107,1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi mərhum X1na valideynlərindən vərəsəliklə keçmişdir və atalarının mülkiyyətində olmuşdur. Qeyd edir ki, onlar həmin evdə doğulmuşlar və mərhum X1 analarından boşanan günədək, yəni xx.xx.2002-ci ilədək həmin evdə yaşamışdır. Valideynləri ayrıldıqdan sonra onlar analarının himayəsində yaşamışlar. Valideynləri ayrıldıqdan sonra ataları hazırki iş üzrə Cavabdeh ilə ailə qurmuş və onların birgə nikahından uşaqları olmamışdır. Sonradan Şəlalə adlı uşağı övladlığa götürmüşlər. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra qanun üzrə birinci növbə vərəsə kim Bərdə Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə onların qeydə alınması barədə müraciət etmişlər və oradan onlara bildirmişlər ki, vərəsəlik 6 aydan sonra verilir. xx.xx.2022-ci ildə Bərdə Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə gələrək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edərkən, onlara məlum olmuşdur ki, atalarının ikinci arvadı Cavabdeh və övladlığa götürdüyü X6 vərəsə kimi özlərini qeydə aldıraraq xx.xx.2022-ci il tarixdə miras əmlakın 6/8 hissəsini qəbul etmələri barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. X6 yetkinlik yaşına çatmamışdır və hazırda anası Cavabdeh ilə birlikdə yaşayır. Bundan sonra onlar vərəsəlik şəhadətnaməsinin ləğvinə dair iddia qaldırmışlar və Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2405/2022 saylı qətnaməsi ilə iddiaları təmin edilərək müvafiq şəhadətnamələr ləğv edilmiş və paylar müəyyən edilmişdir. Onlar məhkəmədə iddia qaldırdıqları bir vaxtda Cavabdeh sözügedən əmlak üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququnu qeydə aldırmışdır. Çıxarışın verilməsinə əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edildiyindən çıxarış da, ləğv edilməlidir.
11. Bərdə Rayon Məhkəməsinin 2(021)-898/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Babaşov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və X3 qarşı “xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh adına DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış etibarsız hesab edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın başlığında çıxarışın etibarsızlığı qeyd edilsə də, “xahiş etdi” hissəsində çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə hesab etmişdir ki, çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hüquqların nəticəsi olmaqla daha çox mülki münasibətlərin nəticəsi olduğundan və inzibati akt hesab edilmədiyindən, hazırki mübahisə isə mülki hüquq xarakerli münasibətlərdən yarandığından məhkəmə iddia tələbini çıxarışın etibarsız hesab edilməsi tələbi kimi qəbul etməklə həmin tələbə hüquqi qiymət verib iddianın təmin edilməli olması qənaətinə gəlir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Bərdə Rayon Məhkəməsinin 2(021)-898/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya maddəsi ilə təsbit edilmişdir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Lakin Bərdə rayon məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(021)-898/2024 nömrəli qətnaməsi onun, həmçinin də, övladı X2 mülkiyyət hüququnu birbaşa məhdudlaşdırmağa, bununla da onun və övladının konstitusion hüququ olan mülkiyyət hüququnu pozmağa yönəlmişdir. Çünki, ünvan 4 ünvanında yerləşən 177,1 m2 ümumi sahəli fərdi yaşayış evi üzərində tikildiyi 0,06 ha torpaq sahəsi ilə birlikdə qanuni sənədlərlə - reyestr Çıxarışı və Texniki pasportu ilə onun və övladı Şəlalə İbrahimovanın 5/8 hissəsi xüsusi mülkiyyətdədir, mərhum əri Yaşar İbrahimovdan onlara qanun üzrə vərəsələri kimi keçmişdir, onlara həmin daşınmaz əmlaklara dair reyestr çıxarışı və texniki pasport isə dövlətin tam səlahiyyətli orqanları tərəfindən verilmişdir. Maddi hüquq normalarına əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə uyğun olaraq ədalətlə aparılmalıdır. Məhkəmə isə qətiyyən nəzərə almamışdır ki, iddiaçılar Fəridə Cəfərovanın və İddiaçı2 2002-ci ildən sonra nə X1 ilə, nə də hazırki mübahisənin premdeti olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaqla heç bir əlaqələri olmamış, 2002-ci ildən etibarən Mingəçevir şəhərində analarının yanında və himayəsində yaşamışlar. O isə, 2004-cü ildən Yaşar İbrahimovla rəsmi nikah münasibətində olmaqla onun arvadı kimi həmin evdə daimi yaşamış, torpağını daima əkibbecərmiş və mühafizə olunmasını təmin etmişdir. Belə olan halda evdə və torpaqda heç bir əməyi-zəhməti olmayan iddiaçılar Fəridə Cəfərovanın və İddiaçı2 mirasdan onunla və qızı Şəlalə ilə bərabər pay almaları ədalətsizlik və qanunsuzluqdur. Məhkəmə həmin miras əmlaklara onun zəhmətini, o cümlədən də, miras qoyana bağlılığını, həyatının sonuna kimi onun qayğısına təkbaşına qalmağını, dəfnini və yas mərasinini onun həyata keçirməyini nəzərə alaraq bu miras əmlaklarda onun üstün pay hüququnu müəyyən etməli idi. Təəsüf ki, məhkəmə bunu da, etməməklə, Mülki Məcəllənin 1291 və 1299-cu maddələrinin tələblərini də pozmuşdur. Həmçinin, maddi hüquq normasına əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu hüquq normasının mənasına görə subyekt hər hansı bir əmlaka (əşyaya) iddia edərkən birinci növbədə həmin əmlakın (əşyanın) mülkiyyət hüququ ilə məhz ona məxsus olmasını təsdiq edən rəsmi sənədlərə sahib olmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı Bərdə rayon məhkəsində qaldırqıları iddia, həmin iddia ərizəsi əsasında qəbul edilən xx.xx.2024-cü il tarixli, 2(021)-898/2024 nömrəli qətnamə yuxarıda qeyd etdiyi normaya düzgün qiymət verilməmişdir. Prosessual hüquq normasına əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin məhkəmə iddiaçılardan onların 2002-ci ildən sonra həmin miras əmlaklara, o cümlədən də miras qoyan mərhum atalarına bağlılıqlarını təsdiq edən hər hansı bir sübut təqdim etmələrini tələb etməmişdir, nə də iddiaçılar öz təşəbbüsləri ilə belə sübutlar təqdim etməmişlər. Prossesual hüquq normasına əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə sübutların qiymətləndirilməsində qeyriobyektivliyə yol verərək rəsmi mülkiyyət sənədləri ilə birgə nikah dövründə (2007-ci ildə) mərhum həyat yoldaşım Yaşar İbrahimovun əldə etdiyi hazırkı mübahisənin predmeti olan evi və onun yerləşdiyi torpaq sahəsini nikahdan əvvəl əldə edilmiş əmlaklar kimi qiymətləndirmişdir. Bundan başqa, məhkəmə iddiaçıların hər ikisinin 2002-ci ildən etibarən hal-hazıradək Mingəçevir şəhərində daimi yaşamaqla iddia etdikləri miras əmlaklarla heç bir bağlılıqlarının olmamasına dair sübutlara və məhkəməyə izahatında bildirdiklərinə düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq bu faktı nəzərə almadan bərabər pay bölgüsü aparmışdır.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəməyə gəlməmişlər. İddiaçı1 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, məhkəmə iclasına səhhəti ilə əlaqədar gələ bilmədiyini bildirsə də, səhhətinin vəziyyəti ilə bağlı heç bir sənəd təqdim etməmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq bir neçə dəfə təxirə salınmış məhkəmə iclaslarının heç birində iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 14.3 Dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır.
19. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
20. Maddə 139.2 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
21. Maddə 140. Reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
22. Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun
23. Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
31. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-898/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işin məhkəmədə müəyyən edilən halları ondan ibarətdir ki, mərhum X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun ünvan 4 ünvanda yerləşəm ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107,1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi mülkiyyətində olmuşdur. Onun ilk nikahından hazırki iş üzrə iddiaçılar, İddiaçı1 və İddiaçı2 doğulmuşlar. xx.xx.2002-ci ildə mərhum Yaşar İbrahimov ilk ailəsindən boşanmışdır. Valideynləri ayrıldıqdan sonra uşaqlar analarının himayəsində yaşamışlar. Sonra mərhum Yaşar İbrahimov hazırki iş üzrə Cavabdeh ilə ailə qurmuş və onların birgə nikahından uşaqları olmamışdır. Sonradan Şəlalə adlı uşağı övladlığa götürmüşlər. İddiaçılar qanun üzrə birinci növbə vərəsə kimi Bərdə Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə müraciət edərkən müəyyən etmişlər ki, atalarının ikinci arvadı Cavabdeh və övladlığa götürdüyü X6 vərəsə kimi özlərini qeydə aldıraraq xx.xx.2022-ci il tarixdə miras əmlakın 6/8 hissəsini qəbul etmələri barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2405/2022 saylı qətnaməsi ilə iddiaçılar X4 və İddiaçı2 cavabdehlər Cavabdeh və Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı iddiası təmin edilərək Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-230 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-232 reyestr nömrəli və 27 fevral 2022-ci il tarixli 2V-251 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr ləğv edilmiş və X5 mülkiyyətində olmuş fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinə X4, ¼ hissəsinə İddiaçı2, ¼ hissəsində Cavabdeh, ¼ hissəsinə X2 vərəsəlik hüquqları tanınmışdır.
38. Kollegiya qeyd edir ki, iddiaçılar Cavabdeh qarşı DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etsələr də, Cavabdeh həmin tələbə cavab verməli olan şəxs deyildir. Belə ki, DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququna dair qeyd Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən arparıldığından çıxarışın ləğvi tələbi də, həmin orqana qarşı verilə bilərdi. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıların Cavabdeh qarşı DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir.
39. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-898/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi :
Bərdə Rayon Məhkəməsinin 2(021)-898/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-898/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.