Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-212/2024 10.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi (vəkil) X6, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və cavabdeh tərəfdə üçüncü şəxs Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2225/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkil) X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2225/2023 saylı qətnaməsi ilə (hakim E.Bayramov) iddianın təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh1 aralarında Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 131.7 kv.metr mənzil, həmin mərtəbədə yerləşən 115.4 kv.metr olan mənzil, həmin mərtəbədə yerləşən 117.5 kv.metr mənzil, həmin mərtəbədə yerləşən 84.2 kv.metr mənzil və həmin mərtəbədə yerləşən 112.3 kv.metr sahəsi olan mənzillərlə bağlı aparılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi (vəkil) X9 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin əvvəlki təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən 04 avqust 2021-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmiş, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı Binanın yaxınlığında tikiləcək Yaşayış Binasında 12-ci mərtəbədə yerləşən 131.7 kvadrat metr olan mənzilin 4 saylı alqısatqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 115.4 kvadrat metr sahəsi olan mənzilin 2 saylı alqı-satqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 117.5 kvadrat metr olan mənzilin 03 saylı alqı-satqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 84.2 kvadrat metr olan mənzilin 05 saylı alqı-satqı müqaviləsinin və həmin mərtəbədə yerləşən 112.3 kvadrat metr sahəsi olan mənzilin 06 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh3 uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Bakı şəhəri Xətai rayonu ərazisində hündürmərtəbəli, coxmənzilli binaların tikintisini həyata keçirmişdir. Bu məqsədlə Cavabdeh3 "xxxx" MMC-ni təsis etmiş, ********** saylı VÖEN almış və qanuni təmsilçi olmuş, hüquqları xx.xx.2005-ci il tarixdə qeydə alınmış hüquqi şəxsin qeydiyyatı Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2018-ci il tarixli, **********978800 saylı Şəhadətnaməsi ilə tanınmış, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli, **********071900 saylı Qeydiyyat Şəhadətnaməsi ilə yenidən rəsmiləşdirilmişdir. Cavabdeh3 Bakı şəhəri Xətai rayonu ərazisində bir çox binaların tikintisini həyata keçirmiş, konkret olaraq Xətai rayonu İ.Zülfüqarov küçəsində hündürmərtəbəli, çoxmənzilli binalardan ibarət şəhərcik salmışdır. Son illərdə Cavabdeh3 sahibkarlıq fəaliyyətini dayandırdığından "xxxx" MMC-nin təsisçilik hüququnu özgəninkiləşdirmiş və qanuni təmsilçilikdən çıxmışdır. Aralarında 12 fevral 2022-ci il tarixli, 3 M-122 saylı müqavilə tərtib olunmuş, Bakı şəhəri 21 saylı Notariat Kontoru tərəfindən bu müqavilə təsdiq edilmişdir. Təsisçilik hüququnu Cavabdeh3 almaqla məqsədi "xxxx" MMC-nin inşası üçün razılıq əldə etdiyi, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı Binanın yaxınlığında tikiləcək yaşayış binasında inşa işlərinə başlamaqla tikinti aparmaq olmuşdur. İşlərə sıfırdan başlamışlar, iddia ərizəsi verilərkən inşaat işləri aparılmaqda idi. Alqı-satqıdan sonrakı zamanlarda Cavabdeh3 özünün dediklərindən onlara məlum olmuşdur ki, o, tikinti işlərinin görülməsi üçün şəxsi pul resurslarından, bank kreditlərindən və ayrı-ayrı şəxslərdən götürdüyü pul vəsaitlərindən istifadə etmişdir. Götürülmüş pulların qarşılığında o, inşa etdiyi binalardan etibarlılıq üçün formal olaraq müəyyən mənzillər yazaraq pul götürdüyü şəxslərə vermişdir. İllərdir ki, belə borc pullar götürərək qarşılıqlı anlaşma şəraitində işlədiyi fiziki şəxslərdən biri də Ağdam rayonunun qeydiyyatında olan, faktiki olaraq isə Bakı şəhərində yaşayan və maşın alış-verişi ilə məşğul olan Cavabdeh2 olmuşdur. Bu yaxınlarda müəyyən etmişlər ki, Cavabdeh3 "xxxx" MMC-ni onlara satmamışdan əvvəl özünün işləri ilə əlaqədar olaraq Cavabdeh2 borca pul götürmüş və həmin borcun təminatı olaraq hazırda inşa etdirdikləri binanın mənzillərindən bir neçəsinə dair formal müqavilə tərtib edərək İsmayılın oğlu Cavabdeh1 adına müqavilələr vermişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh3 hələ 2014-cü ildə Cavabdeh2 400.000 manat borca pul götürmüş, müəyyən müddət ərzində 150.000 manat qaytarmış, yerdə qalan 250.000 manat məbləğ üçün yeni inşa olunan binanın 12-ci mərtəbəsində yerləşən bütün mənzilləri onun oğlu Yaşarın adına rəsmiləşdirmiş, 04 avqust 2021-ci il tarixdə isə "xxxx" MMC ilə Cavabdeh1 aralarında formal müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələrə əsasən MMC tərəfindən Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı Binanın yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 131.7 kv.metr olan mənzil 119.945 manata, həmin mərtəbədə yerləşən 115.4 kv.metr sahəsi olan mənzil 98.090 manata, həmin mərtəbədə yerləşən 117.5 kv.metr olan mənzil 99.875 manata, həmin mərtəbədə yerləşən 84.2 kv.metr olan mənzil 71.570 manata və həmin mərtəbədə yerləşən 112.3 kv.metr sahəsi olan mənzil 95.455 manata Cavabdeh1 satılması rəsmiləşdirilmişdir. Halbuki oğul Cavabdeh1 və atası Cavabdeh2 bilirdilər ki, onlar MMCdən mənzil almamışlar, formal alqı-satqılar isə pulun qaytarılmasına təminat qismində aparılmışdır. Bu işlə əlaqədar olaraq Cavabdeh2 Cavabdeh3 qarşı şikayəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılmış, müəyyən edilmişdir ki, onların aralarında olan borc öhdəliyi icra edilmiş, aralarında öhdəlik münasibəti qalmamışdır. Lakin qarşı tərəf cığallıq edərək sənədləri geri qaytarmamış, tamahlanaraq Əbildən əlavə pullar tələb etmişlər. Araşdırmalar ilə Cavabdeh3 haqlı olması müəyyən edilmiş, Baş İstintaq və Təhqiqat İdarəsinin 28 mart 2022-ci il tarixli Qərarı ilə Cavabdeh3 əməlində cinayət tərkibinin olmaması müəyyən edilmişdir. Həmin Qərardan da görünür ki, Cavabdeh3 Cavabdeh2lə aralarında borc münasibətləri olduğundan İsmayılın oğlu Yaşarın adına müqavilələr formal olaraq yazılmışdır. Cavabdeh3 tərəfindən borc alınan pullar qaytarılmış, lakin Cavabdeh1 və atası Cavabdeh2 razılaşmanın şərtlərinə əməl etməyərək sənədləri geri qaytarmamışlar. Mülki qanunvericiliyə görə müqavilənin bağlanması üçün 2 tərəfin iradə ifadəsi zəruridir. Bağlanmış müqavilələrin tarixlərinə nəzər saldıqda faktiki tikilməmiş, hətta tikintisinə başlanmamış binada mənzilə dair sənəd üzərində olan müqavilə verməklə olmayan əmlaka bağlanan müqavilənin heç bir əhəmiyyəti olmamışdır. Araşdırmalardan görünür ki, bağlanmış müqavilələr alqı-satqı üçün yox, borc pullarla bağlı bağlanmışdır. Cavabdeh3 ona məxsus MMC-nin tikməyə hazırlaşdığı binadakı mənzilləri satmaqla əlaqədar heç bir iradə və istəyi olmamış, yalnız yuxarıda qeyd edildiyi kimi borcverən şəxslə aralarında olan borc öhdəliyini qarant etmişlər. Həmin vaxt alqı-satqı müqaviləsi barədə başqa niyyət nəzərdə tutulduğundan bir əqdi digər əqdlə pərdələmə məqsədi ilə tərtib olunan əqd əhəmiyyətsiz və etibarsız əqddir. Mövcud mübahisəli işdə borc öhdəliyinin təminatı olaraq faktiki tikilməyən, mövcud olmayan və hələ tikintisi başlamamış əmlaka dair sənəd tərtib edilmişdir. Ona görə də MMC ilə bağlı özü ilə Cavabdeh3 arasında notariat qaydada aparılmış alqı-satqı müqavilələrinin tarixinə qədər, yəni xx.xx.2022-ci il tarixə qədər "xxxx" MMC-nin təsisçi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı binanın yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 131,7 kv.m, 115,4 kv.m, 117,5 kv.m, 84.2 kv.m və 112.3 kv.m sahəsi olan mənzillərlə bağlı 02, 03, 04, 05 və 06 saylı alqı-satqı müqavilələri etibarsız hesab olunmalıdır. İş üzrə yuxraıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual hüquq normalarını pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materialında olan Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını öz bildiyi kimi yozmuş və mülki prossesual qanunuverciliyin preyudisiallıq normasını pozmuşdur. İddiaçının formal mülahizəsinə əsasən və iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrinə istinad edərək iş üzrə qətnamə çıxarmışdır. Məhkəmə iş materialında olan müqavilələri, ödəniş qəbzlərini, maliyyə arayışlarını araşdırmamış, ümumi sözlərlə bu barədə qətnamə qeyd aparmışdır. Məhkəmə qeyd edilən sənədlərə düzgün qiymət vermiş olsaydı mübahisəni ədalət prinsipinə uyğun həll edərdi. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətdə göstərilənlərə uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, 2014-cü ildə Cavabdeh3lə atası Cavabdeh2 aralarında borc sövdələşməsi olmuş, Cavabdeh3 atası İsmayıldan 290.000 ABŞ dolları bina tikintisi üçün borc almış, bunun əvəzində onlara maya dəyərinə mənzillər verəcəyini bildirmiş, həmin mənzilləri satıb pul qazanacaqları barədə razılaşmışlar. Cavabdeh3 sahibi olduğu MMC-nin adından bu barədə qəbz yazıb vermiş, qəbzi MMC-nin möhürü ilə təsdiq etmişdir. Həmin məbləği Cavabdeh3 vermişlər. 2021-ci ilə kimi Əbil heç bir iş görməmiş, pulları qaytarmamış, müxtəlif bəhanələr etmişdir. 2021-ci ildə atası İsmayılla Əbilin yanına getmişlər, pullarını istəmişlər. Əbilin onlara olan borcunu 500.000 manat dəyərləndirmişlər, Əbil həmin məbləğin əvəzinə onlara 5 ədəd mənzil verəcəyini bildirmiş, bundan sonra isə Əbil onun adına 5 mənzili müqavilə ilə sənədləşdirmişdir. Lakin bir müddət keçmiş Əbil atası İsmayıla demişdir ki, binanı tikə bilmir, özünə məxsus MMC-ni bütün inventarı ilə, o cümlədən tikəcəyi bina ilə birlikdə satır. Bundan sonra Əbil oğlu Yaqub vasitəsi ilə 200.000 manat atası İsmayılın pulunu vermiş, həmçinin bildirmişdir ki, 300.000 manatını verəndə müqavilələri geri alarlar, bu barədə razılaşmışlar. Lakin Əbil "xxxx"nı satdığına görə 200.000 manat vermiş, həmin 300.000 manatı verməmişdir. O, mənzilləri qanunvericiliyə uyğun olaraq almışdır. Ona görə də qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş edir. Onlara Əbilin verdiyi yuyucu məntəqəsi, qeyri-yaşayış sahəsi, “Mercedes Benz” markalı avtomobil və s. isə Əbilin əvvəlki borclarına görə verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək və iddianı qəbul edərək bildirdi ki, İsmayıldan 400.000 manat pulu götürərək işə başlamışdır. İsmayıl şəxsən özü həmin məbləği ona hissə-hissə, 160.000 manat bir dəfə, 100.000 manat bir dəfə, 40.000 manat bir dəfə və 100.000 bir dəfə, 2014-cü ilin aprel ayında vermişdir. İsmayıl bundan sonra Almaniyaya getmiş, 56.700 manat da ondan borc alıb getmişdir, həmin məbləğin təxminən 53.000 manatını İsmayılın oğlu Yaşara şəxsən özü vermiş, təxminən 3.300 manatını isə İsmayılın başqa Gündüz adlı oğluna vermişdir. İsmayılla bəri başdan razılaşmışlar ki, ondan götürülən pulu, məsələn 100.000 manat pul 150.000 manat kimi hesablanacaq, yəni bəri başdan İsmayıla xeyir vermək məqsədlərini ifadə etmişlər, razılaşmışlar. Həmin vaxtlar İsmayıl bir dəfə də ona 85.000 ABŞ dolları pul vermiş, həmin pula görə İsmayıla 2000, 2500, 3000 manat və s. məbləğlərdə, təxminən 30.000 manat pul vermişdir. İsmayıldan aldığı pulları tikinti üçün torpaq sahəsinin ayrılması və digər işlərə xərcləmiş olsa da, tikintinin başlanmasına icazə ala bilməmişdir. Bunları İsmayıl özü də bilmişdir. Nəhayət 2018-ci ildə İsmayıl onun yanına gələrək ona verdiyi 400.000 manat pulun 240.000 manat hissəsinin Elçin adlı şərikinə aid olmasını bildirmiş, həmin pulun Elçinə qaytarılmasını istəmişdir. Elçini İsmayılla birlikdə Babək prospektində onların maşın alveri ilə məşğul olduqları ofislərində görmüşdür. Elçin də sonra onun yanına gəlmiş, onda pullarının olmasını bildirib pullarını tələb etmişdir. Elçindən pul almadığı üçün onu tanımadığını Elçinə bildirmiş, İsmayıla zəng edib bu barədə məlumat vermiş, İsmayıl isə bildirmişdir ki, Elçin pis adamdır, onun 240.000 manat pullarını vermək lazımdır ki, onlardan əl çəksin. İsmayıla pulunun olmadığını bildirmiş, İsmayıl isə ona demişdir ki, özü heç nə istəmir, Elçinin pullarını versin, təki Elçin onlardan əl çəksin, yəni Elçini yola versinlər. İsmayılın təkidindən sonra yenə də çətinliklə ordanburdan pul taparaq və obyektlərini sataraq Elçinin pulunu vermişdir. Elçin 240.000 manatı alandan sonra ondan əlavə yenə də 260.000 manat pul tələb etmiş, dolların kursunun 78dən 170-ə qalxmasını əsas gətirmişdir. Yenə də İsmayıla zəng edib vəziyyəti danışmış, ondan dollarla pul almadığını bildirib etiraz etmiş, İsmayıl isə ona bildirmişdir ki, “mənim səndə olan pullarımı da ver Elçinə ki, Elçin bizdən əl çəksin, eybi yoxdur, iş görmüşük, bu dəfə də elə bilərik qazanc olmayıb, qoy canımız Elçindən qurtarsın”. Bundan sonra Elçinə 101.000 manatlıq 3 otaqlı ev, həm də nəğd pullar, yəni özünün obyektlərini satıb pullarını vermişdir. Yəni öz hesabı ilə Elçinə ümumilikdə 240.000 manatın əvəzinə 517.000 manat pul vermişdir. Beləliklə də arada bir müddət sakitçilik yaranmışdır. Elçin özü də Daxili İşlər Nazirliyində araşdırma zamanı qismən etiraf edib ki, Əbildən 498.000, yəni dolların kursu ilə 293.000 ABŞ Dolları pul alıb. X11 izahatı var. Bu pulları Elçinə versə də İsmayılda olan borc kağızını ondan almamış, həmin kağızı almağı belə ağlına gətirməmişdir, çünki İsmayılla aralarında inam-etibarları olmuşdur. Elçinin pulun verəndən 1 həftə keçmiş İsmayılın anası onun yanına gəlmiş, İsmayılın səhhətinin pis olduğunu, onun pullarının qaytarılmasını tələb etmişdir. İsmayılın anasına İsmayıla borcunun olmadığını, İsmayılın pullarını onun sözü ilə Elçinə verdiyini demişdir. Lakin anasının və İsmayılın ondan əl çəkməyəcəklərini, şikayət edə biləcəklərini görüb məcburiyyət qarşısında qalıb özünə məxsus və sair şəxslərə məxsus obyektləri razılıqla sataraq pullarını İsmayıla verməyi qərara almışdır. İsmayıla bildirmişdir ki, avtoyuma məntəqəsi var, 62.000 manata istəyən var, yəni məntəqənin yarı qiymətinə maşın verirlər, yarı qiymətinə də pul verirlər. İsmayıl maşın alverçisi olduğu, maşından başı çıxdığı üçün ona demişdir ki, avtoyuma məntəqəsinə görə verilən maşını onun yanına göndərir, baxsın maşına qiymət qoysun, maşını istəyirsə pul əvəzinə götürsün. İsmayıl maşına baxmış, maşının tam yararsız olmasını ona bildirmiş, sonra isə avtoyuma məntəqəsini Türkiyədən gələn və işsiz olan Anar adlı oğluna istəmiş və 55.000 manat qiymət qoymuşdur. İsmayılın təklifini nəzərə alıb avtoyuma məntəqəsini 55.000 manat əvəzi olaraq İsmayılın oğlu Anara vermişdir. Bu arada Elçin yenə də gəlib ondan 55.000 manat pul tələb etməyə başlamış və demişdir ki, həmin pulu İsmayıl ondan götürüb, ona görə də sən verməlisən. lakin Elçin ondan əl çəkməmiş, İsmayıl da Elçinə qoşulmuş, həmin pulu birlikdə tələb etməyə başlamışlar. Vəziyyəti belə görüb Sabir adlı qonşusundan kömək istəmiş, Sabirə İsmayılın onu sıxdığını demiş, Sabir isə MERSEDES markalı maşınlarından birini onun sözü ilə 61.000 manat əvəzi olaraq İsmayılın Gündüz adlı oğluna vermişdir. Həmçinin Elçin mütəmadi olaraq İsmayılla ondan pul tələb etdiyi üçün Naidə adlı tanıdığı qadına məxsus qeyriyaşayış obyektini də 80.000 manata qiymətləndirib almış, çarəsizlikdən 60.000 manata sataraq 55.400 manat pulu da Elçinə vermişdir. İsmayılın pul tələbləri qarşısında yaşadıqları binada olan 200 kv.metrlik idman zalını da kvadratı 1.000 manatdan olmaqla 200.000 manat əvəzi İsmayıla təklif etmiş, İsmayıl isə yaranmış vəziyyətdən sui-istifadə edərək zalı 100.000 manat əvəzi olaraq qəbul edəcəyini ona bildirmiş, çarəsiz qalıb İsmayıla “yaxşı, 100.000 əvəzi olaraq idman zalını da sənə verirəm, məndən əl çək” demiş, həmin obyekti də İsmayılın adına sənədləşdirmişdir. Bütün İsmayıla verilən obyektlərə və pullara baxmayaraq İsmayıl ondan pullar tələb etməkdə davam etmiş, yeni tikiləcək binadan evlər tələb etməyə, müqavilə bağlamağı tələb etmişdir. İsmayıla bildirmişdir ki, hələ bina tikintisinə icazə verməyiblər, olmayan binadan ona ev verə bilməz, lakin İsmayıl tələb etmişdir ki, evlərin müqavilələrini yazıb ona verməlidir. Oturub İsmaylla hesablaşmışlar, İsmayıla təxminən 200.000 manat civarında borcunun olmasını müəyyənləşdirmişlər. İsmayıl tələb etmişdir ki, həmin məbləğin əvəzinə bir mərtəbədə nə qədər mənzil varsa onun oğlunun adına müqavilə yazsın, pulu qaytaranda və ya evləri satıb pula çevirəndə müqavilələri də ona qaytaracaq. Əlində görüləcək işlərinin olmasını, İsmayılın onu mütəmadi olaraq narahat etməsini nəzərə alaraq gələcəkdə tikiləcək, bünövrəsi hələ qoyulmamış binadan hər kvadrat metri 1400 manata satılası olan 5 mənzili hər kvadrat metri 800 manatdan olmaqla İsmayılın oğlu Yaşarın adına müqavilələr yazmışdır. Binanı tikməyə başlamış, 400.000 manat binanın tikintisinə dövlət rüsumu hesablanmış, həmin məbləği ödəmiş, tikinti işləri zamanı isə binanın bünövrə yerindən 2 ədəd 700 atmosferli “AZƏRSU”-ya məxsus borular çıxmış, əlavə 150.000 manat da onların yerlərinin dəyişdirilməsinə xərci çıxmışdır. Pul ehtiyatı tükəndiyi və binanı tikə bilməyəcəyini görüb təsis etdiyi MMC-ni bina ilə birlikdə satmaq qərarına gəlmişdir. İlkin olaraq bu barədə İsmayıla zəng etmişdir ki, görüşsünlər, İsmayıl Yaşarla gəlmiş, lakin Yaşarı söhbətlərinə buraxmamışdır. İsmayıla bildirmişdir ki, binanı satacaq, ona olan borcunu da ödəyəcək. İsmayıl bildirmişdir ki, ona 250.000 manat verməlidir. İsmayıla demişdir ki, MMC-ni satıb pulunu verəcək, razılaşmışlar. Özünün 4.000.000 manat civarında borcları olduğundan MMC-ni 3.800.000 manata satmışdır. İsmayılı çağırmış, bildirmişdir ki, 150.000 manat hazırda ona verir, 50.000 manatı 3 günə verəcək, 50.000 manatı isə 3-4 aya verəcək, ona imkan versin. İsmayıl razılaşmamış, 200.000 manatı dərhal tələb etmişdir. 1-2 saat ərzində həmin pulu düzəltmiş, oğlu Yaqub ilə göndərmiş, Yaqub həmin pulu İsmayılın oğlu Yaşara şəxsən vermişdir, Yaşar da hazırda həmin məbləği aldığını etiraf edir. Yaqub Yaşara pul verəndə müqavilələri geri istəmiş, Yaşar Yaqubu evlərinə aparmışdır ki, müqavilələr evdədir, narahat olmasın. Lakin onlar sonra müqavilələri Yaquba verməyiblər, İsmayıl ona zəng edib bildirib ki, müqavilələr etibarlı yerdədir, guya 3 günə göndərəcək. Bundan sonra İsmayıl ondan yenə də pul tələb etməyə başlamış, əks halda onu polisə verəcəyi ilə hədələmişdir. Bütün pulları verməsinə, borclarını artıqlaması ilə ödəməsinə baxmayaraq İsmayıl onu şərləməyə başlamış, polisə verərək 300.000 manat əlavə pul tələb etməyə başlamışdır. Həqiqətən də 3-4 gün sonra Daxili İşlər Nazirliyindən zəng edib onu nazirliyə istintaq idarəsinə çağırmışlar, nazirliyə getmiş, onu orada sanki dələduz kimi qarşılamışlar. Müstəntiq ona İsmayılın 200.000 manatını verdiyini, 300.000 manatı isə vermədiyini bildirmişdir. Müstəntiqlə bu səbəbdən də mübahisələri olmuşdur. Lakin aparılan araşdırmalardan sonra onun haqlı olduğu üzə çıxmış, polisin 28 mart 2022-ci il tarixli Qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin Qərardan da göründüyü kimi İsmayıl ilə aralarında borc münasibətləri olmuş, İsmayılın oğlu Yaşarın adına formal alqı-satqı müqavilələri yazmış, pulun ödənildiyi təqdirdə həmin müqavilələrin ləğv edilməsi razılaşdırılmışdır. Çarəsizlikdən faktiki tikilməmiş və sənəd üzərində olan mənzilə dair razılaşma etməklə heç bir əhəmiyyəti olmayan müqavilələr yazmışdır. Yəni müqavilə bağlananda heç bir bina olmamış, binanın çəpəri belə olmamışdır, binanın tikintisinə müqavilələr bağlanandan 1 il sonra, 2022-ci ilin yayında başlanılmışdır. Sonra imkansızlıqdan "xxxx" MMC-ni bütün inventarı ilə başqa şəxsə satmış, alqı-satqıya qədər olan tələb hüququ və borc öhdəliyini isə özündə saxlamışdır. Əslində isə Cavabdeh1lə alqı-satqı deyil, onun atası Cavabdeh2lə aralarında olan borc məsələlərini tənzim etmək üçün iradələrindən kənar, formal, başqa əqdi pərdələyən alqı-satqı müqavilələri yazmışdır. Tikməyə hazırlaşdığı binadakı mənzilləri satmaqla əlaqədar heç bir iradə və istəyi olmamış, yalnız pul öhdəliyini qarant etmiş, alqı-satqı müqaviləsi barədə aralarında tamam başqa niyyət nəzərdə tutulmuşdur, bu əqdləri digər əqdləri pərdələmə məqsədilə tərtib etmişlər. Həmçinin həmin müqavilələr əlavə dəyər vergisi göstərilmədən yazılıb ki, bu da onların formal xarakterli olmasını bir daha sübüt edir. Nəhayət polis araşdırmaları ilə də müəyyən edilmişdir ki, İsmayılın şikayəti əsassızdır, cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin həmin qərarda Elçin ondan 498.000 manat aldığını da etiraf etmiş, İsmayıl isə 200.000 manat aldığını, yəni Elçin və İsmayılın etiraflarına görə ondan təxminən 700.000 manat pul aldıqlarını etiraf etmişlər, üstəlik də Elçin və İsmayıla yuxarıda qeyd etdikləri obyektlərini vermiş, yaxud obyektlərini satıb pullarını onlara vermişdir. Qeyd etdiyi kimi əslində İsmayıl və Elçindən götürdüyü cəmi 400.000 manat pulun əvəzinə onlara hələ özlərinin etiraf etdikləri kimi 700.000 manat civarında pul vermiş, əlavə olaraq da Elçinə 100.000 manat civarında ev vermiş, avtoyuma məntəqəsini İsmayılın arvadı Avzərin adına sənədləşdirmiş, idman zalını 75.000 manata İsmayıla vermiş, maşınını 61.000 manata İsmayılın oğlu Gündüzə vermiş, 56.700 manat İsmayıl özü ondan borc alaraq müalicəyə getmiş, 12.000 manat İsmayılın oğlu Anara vermiş və s. bu kimi İsmayıl və Elçinə müxtəlif məbləğlərdə pullar vermişdir. Beləliklə Elçin və İsmayıl ondan təxminən 1.000.000 manat civarında pullar almışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi (vəkil) X12 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, cavabdehlərin qeyd etdikləri borc onların özləri arasında olan münasibətlərdən əmələ gəlir və bununla bağlı "xxxx" MMC heç bir öhdəlik daşımır. Müqasvilələrin bağlandığı tarixdə MMC-nin qeyd olunan ünvanda yaşayış binası olmamışdır, MMC-nin hesabına da mənzil alqı-satqısı ilə bağlı pul vəsaiti mədaxil edilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi, və cavabdeh tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi məhkəmə mahiyyətcə düzgün nəticəyə gəlmiş olsa da, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarını isə pozmuşdur. Azərbaycan Respubilkasının MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Belə ki, Azərbaycan Respubilkasının MPM-in 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in istinad olunan normalarından da göründüyü kimi prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilir. İddiaçı özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, cavabdeh isə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərdir. Hazırkı işdə iddia ərizəsindən göründüyü kimi "xxxx" MMC iddiaçı, Cavabdeh3 və Cavabdeh1 cavabdeh, Cavabdeh2 isə cavabdeh tərəfdə üçüncü şəxsdir. İddia ərizəsindən, həmçinin mübahisələndirilən qətnamədən görünür ki, Cavabdeh3 işdə tələbin yönəldiyi şəxs, yəni cavabdeh olduğu halda, həm də iddiaçının etibarnamə üzrə nümayəndəsi kimi iştirak etmişdir (i.v.55), bu isə prosessual qanunvericiliyin istinad olunan normalarının pozulmasıdır, yəni prosesdə iddiaçının həm də cavabdehin nümayəndəsi və ya da tərsinə cavabdehin həm də iddiaçının nümayəndəsi kimi iştirak etməsi tərəflər arasında mübahisənin olmamasını göstərir. İşdən görünür ki, "xxxx" X5 Hüquqi şəxslərin dövlət qeydiyatı idarəsində xx.xx.2005ci il tarixdə qeydiyyata alınmışdır, təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 589 nömrəli sərəncamının surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 58 saylı müraciəti nəzərə alınaraq Xətai rayonu, M.Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında yerləşən torpaq sahəsində (icarə əssında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" X4 icazə verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2, 3, 4, 5 və 6 saylı alqı-satqı müqavilələrinin surətlərindən görünür ki, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında, "xxxx" MMC tərəfindən tikiləcək, müvafiq olaraq 16 mərtəbəli Yaşayış Binasının 12-ci mərtəbəsində 115.4 kv.metr olan 3 otaqlı, 51 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 98.090 manata, 117.5 kv.metr olan 3 otaqlı, 52 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 99.875 manata, 131.7 kv.metr olan 3 otaqlı 53 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 111.945 manata, 84.2 kv.metr olan 2 otaqlı 54 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 71.570 manata və 112.3 kv.metr olan 3 otaqlı 55 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 95.455 manata Cavabdeh1 tam təmirsiz halda verməyi üzərinə götürmüş, Cavabdeh1 göstərilən 5 mənzilə görə ümumilikdə 476.935 manat məbləği ödəməyi öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 "xxxx" X3 nizamnamə kapitalındakı 100 faiz payını X1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, "xxxx" X3 əvvəlki təsisçisi və qanuni təmsilçisi Cavabdeh3, hazırkı təsisçisi X16, hazırkı qanuni təmsilçisi X13r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Cövdət İsgəndərovun 28 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Cavabdeh1 pulunun X19 tərəfindən ələ keçirilməsinə dair müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin rəhbəri Cavabdeh3 tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında yerləşən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsus binanın 12-ci mərtəbəsində ümumi sahəsi 131.7 kv.metr olan 53 saylı mənzilin pay dəyəri 111.945 manat təşkil edir. Payçı Cavabdeh1 Firmaya 111.945 manat məbləği tam ödəmiş, payçının Firmaya borcu yoxdur. İş materiallarında olan "xxxx" MMC-nin rəhbəri Cavabdeh3 tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında yerləşən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsusdur, binanın 12-ci mərtəbəsində ümumi sahəsi 84.2 kv.metr olan 54 saylı mənzilin pay dəyəri 71.570 manat təşkil edir. Payçı Nəbiyev X8 71.570 manat məbləği tam ödəmiş, payçının Firmaya borcu yoxdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 39 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 208 kv.metr qeyri yaşayış sahəsi hər kvadrat metrinin dəyəri 480,77 manat olmaqla 100.000 manata Cavabdeh2 satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə X14 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 30 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 120 kv.metr tam təmirli qeyri yaşayış sahəsi hər kvadrat metrinin dəyəri 458,33 manat olmaqla 55000 manata A.T.Nəbiyevaya satılmışdır. İş materiallarında olan "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 55 kv.metr tam təmirli qeyri yaşayış sahəsi hər kvadrat metrinin dəyəri 1007,27 manat olmaqla 55400 manata E.H.Şahverdiyevə satılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(104)-369/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X15 Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1804/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmişdir ona görə ki, iş üzrə Cavabdeh3 Cavabdeh1 qarşı iddia qaldırmaq hüququ olmamışdır, çünki iddiaçı Cavabdeh3 mübahisələndirilən müqavilələr üzrə tərəf olmamış, yəni onun subyektiv hüququ olmamışdır, iddia MMC tərəfindən qaldırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(102)-2716/2023 saylı Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının yuxarıda qeyd edilən 31 yanvar 2023-cü il tarixli Qətnaməsi dəyişdirilməmişdir Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdehlərdən Cavabdeh3 sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Bakı şəhəri ərazisində hündürmərtəbəli, coxmənzilli binaların tikintisini həyata keçirmiş, xx.xx.2005-ci il tarixdə isə "xxxx" MMC-ni təsis etmişdir. O, tikinti işlərinin görülməsi üçün şəxsi pul resurslarından, bank kreditlərindən və ayrı-ayrı şəxslərdən, o cümlədən Əli adlı tanışından götürdüyü borc pul vəsaitlərindən istifadə etmişdir. Sonralar Əli onu həmin vaxtlar avtomobil alqı-satqısı ilə məşğul olan Cavabdeh2 ilə tanış etmiş, sonuncunun faizlə borca pul verdiyini ona demişdir. 2003-cü ildən 2012-ci ilədək İsmayıldan dəfələrlə pul götürmüş, hər dəfə pul götürəndə İsmayıl pulun qaytarılmasının təminatı kimi ya özünün, ya arvadının, ya da oğlunun adına tikiləcək binalardan mənzil alqı-satqısı ilə bağlı müqavilələr bağlamış, pul qaytarılanda isə həmin müqavilələr özünə, yəni Cavabdeh3 qaytarılmışdır. 2012-ci ildən 2014-cü ilədək onların aralarında pul haqq hesabı olmamışdır. 2014-cü ildə İsmayıl ona müəyyən miqdarda pulunun olduğunu və borc verə biləcəyini demiş, ona bir neçı dəfəyə ümumilikdə 400 000 manat pul vermiş, o, aldığı pulları torpaq sahəsinin ayrılmasına xərcləmiş, lakin Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı Binanın yaxınlığında çoxmənzilli yaşayış binasının layihələndirilməsi üçün icazə verilsə də, tikintiyə icazə ala bilməmiş, Cavabdeh2 isə pulunun qaytarılmasını tələb etmıəyə, pulun bir hissəsinin digər şəxsə məxsus olduğunu, sonuncunun öz pulunu tələb etdiyini bildirmiş və pulun qaytarılmasının təminatı kimi tikintisi layihələndirilən binanın bir mərtəbəsinin mənzillərinə dair müqavilə bağlanmasını ona təklif etmişdir. Cavabdeh3 öz növbəsində Cavabdeh2lə razılaşmış və Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında, "xxxx" MMC tərəfindən tikiləcək, 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində 476.935 manat dəyərində beş mənzili verməyi üzərinə götürmüş və Cavabdeh2 oğlu Cavabdeh1 adına mənzil alqı-satqısına dair müqavilələr bağlanmışdır. Bundan sonra Cavabdeh3 Cavabdeh2 ev tikintisinə başlaya bilmədiyini, ona görə də firmasını satacağını, borcunun qalan hissəsini qaytaracağını bildirmiş, xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsi ilə "xxxx" MMC-dəki təsisçilik payını X2, beləliklə də "xxxx" MMC-nin təssisçisi və qanuni təmsilçisi dəyişmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hər hansı bir alqı-satqı niyyətləri olmamış, MMC-nin rəhbəri qismində Cavabdeh3 və alıcı qismində Cavabdeh1 göstərilən müqavilələri başqa əqdi, konkret olaraq Cavabdeh1 atası Cavabdeh2 Cavabdeh3 bina tikintisi ilə əlaqədar verdiyi borc pullarla bağlı məsələləri pərdələmək məqsədi ilə bağlamışlar. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Müstəntiqinin xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Cavabdeh1 Cavabdeh3 barədə onlara məxsus pullarını dələduzluq yolu ilə ələ keçirməsi ilə əlaqədar müraciəti əsasında araşdırma aparılmış, şikayət üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin Qərardan da görünür ki, Cavabdeh3 tanışı Cavabdeh2 borclu olduğu pulun müqabilində, özünün rəhbərlik etdiyi "xxxx" MMCnin gələcəkdə inşa edəcəyi və hazırda ümumiyyətlə mövcud olmayan binadan 5 ədəd mənzili İsmayılın oğlu Cavabdeh1 alqı-satqı etmiş, Cavabdeh3 maddi imkansızlıqdan sonradan tikinti işlərini həyata keçirə bilməmiş, bu səbəbdən də MMC-ni bütövlükdə Kamal Quliyev adlı şəxsə satmışdır. Həmin Qərarda həmçinin Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, atası Cavabdeh2 2014-cü ildə Cavabdeh3 290.000 ABŞ dolları borc vermiş, sonuncu isə həmin pulları qaytarmamışdır, sonra isə Cavabdeh2 Cavabdeh3 pul verərək yenidən bir neçə qeyri-yaşayış sahəsi almış, atası İsmayıl uzun müddət alverlə məşğul olmuş, bir neçə il əvvəl atası "xxxx" MMC-nin rəhbəri Cavabdeh3lə tanış olmuş, atası İsmayıl Cavabdeh3 bina tikintisi üçün borc pullar vermiş, bunun müqavilində bir neçə dəfə Cavabdeh3 mənzillər alaraq satmışlar. İşin bütövlükdə hallarından və cavabdehlərdən Cavabdeh3 yuxarıda qeyd edilən izahatlarından da məhkəmə belə bir nəticə hasil edir ki, iddiaçı MMC ilə Cavabdeh1 arasında hər hansı real bir alqı-satqı niyyəti olmamış, MMC-nin rəhbəri olaraq Cavabdeh3 cavabdehin atası Cavabdeh2 ona verdiyi pula görə öhdəliyin icrasını təmin etmək məqsədi ilə 5 ədəd mənzilin alqı-satqısı barədə formal olaraq müqavilə bağlamışlar. Həmçinin məhkəmə bir məsələni də qeyd edir ki, məhkəmə tərəfindən aparılan araşdırma zamanı müxtəlif ziddiyyətli məqamlara rast olundu, xüsusən də Cavabdeh1, onun dəvət etdiyi şahid X18 Tağıyevdən götürülən pulların məbləği ilə bağlı ziddiyyətli izahatlarına aydınlıq gətirilməsi mümkün olmadı. Cavabdeh1 məhkəməyə təqdim etdiyi, Cavabdeh3 tərəfindən borc götürdüyü pullarla bağlı təsdiq edilmiş məktubdan görünür ki, o, Cavabdeh2 290.000 ABŞ dolları pul borc götürmüşdür. Lakin işin materiallrında olan çoxsaylı sənədlərdən, tərəflərin izzahatlarından, həmçinin polis araşdırması ilə bağlı qəbul edilmiş qərardan belə görünür ki, tərəflər aralarında 400.000 manatla bağlı mübahisələr yaranmışdır. Həmçinin işdən o da görünür ki, Cavabdeh2 Cavabdeh3 200.000 manat almasını, Elçin Şahverdiyev isə Cavabdeh3 498.000 manat, yəni ümumilikdə 700.000 manat civarında məbləği nəğd pul qaydasında almalarını etiraf etmişlər, həmçinin həmin məbləğdən başqa da Cavabdeh3 İsmayıl və Elçinə təxminən 2000.000-300.000 manat civarında pullar, yaxud pul əvəzi obyektlər, maşın və s., yəni 1.000.000 manat civarında pullar vermişdir. "xxxx" MMC-nin rəhbəri kimi Cavabdeh3 Bakı şəhəri Xətai Rayon M.Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 5 ədəd mənzilləri Cavabdeh1 mülkiyyətinə həqiqətdə verməmiş, ümumiyyətlə mənzillər onlarla bağlı notariat orqanından kənar müqavilələr bağlanarkən də mövcud olmamış, həmin mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsi ilə bağlı qanunvericiliyin mütləq şərti kimi nəzərdə tutulan hər hansı notariat əməliyyatı da aparılmamışdır. Həmçinin istintaq orqanının yuxarıda qeyd olunan qərarındakı hazırkı tərəflərin izahatlarında da özlərinin qeyd etdikləri kimi həmin müqavilələr Cavabdeh3 Cavabdeh2 olan pul öhdəliklərinin təminatı formasında, başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır ki, bu da iddia tələblərinin təmin edilməsi üçün məhkəməyə əsas verir. İddiaçı "xxxx"nın təsisçisi olmuş Cavabdeh3lə Cavabdeh1 arasında Bakı şəhəri Xətai rayon M.Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasında 12ci mərtəbədə yerləşən 5 mənzilin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilələrin bağlandığı işin mübahisəsiz hallarıdır. Mübahisələndirilən hal həmin müqavilələrin etibarlı müqavilə olub-olmamasıdır. Kollegiya qeyd edir ki, mübahisənin obyektiv həlli üçün mülki qanunvericiliyin bir sıra normaları nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Həmin Məcəllənin 144-1.2-ci maddəsinə əsasən mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. Həmin Məcəllənin 144-1.3-ci maddəsinə əsasən mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. Həmin Məcəllənin 144-1.4-cü maddəsinə əsasən bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. Həmin Məcəllənin 144-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. İşin hallarından göründüyü kimi iddiaçı "xxxx" MMC-yə Bakı şəhəri Xətai rayon M.Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasının layihələndirilməsinə icazə verilmiş olsa da, tikintisinə belə icazə alınmamış, "xxxx" MMCnin adından Cavabdeh1 ilə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasının 12-ci mərtəbəsindəki sahəsi 131.7 kv.metr, həmin mərtəbədə yerləşən sahəsi 115.4 kv.metr, həmin mərtəbədə yerləşən sahəsi 117.5 kv.metr, həmin mərtəbədə yerləşən sahəsi 84.2 kv.metr və həmin mərtəbədə yerləşən sahəsi 112.3 kv.metr olan mənzillərə dair müqavilələr notariat qaydasında təsdiqlənməmişdir. Bundan başqa həmin mənzillərin üzərində iddiaçı "xxxx" MMC-nin mülkiyyət hüququ da olmamışdır, yəni həmin müqavilələr etibarsız müqavilələrdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya "xxxx" MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasının 12-ci mərtəbəsində yerləşən beş mənzilin alqı-satqısına dair 04 avqust 2021-ci il tarixli alqısatqı müqavilələri bağlananda Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə real olaraq hər hansı məbləğdə pul ödənilmədiyi müəyyən olunduğuna görə həmin alqı-satqı müqavilələrində göstərilən pul məbləğlərinin iddiaçıdan alınınıb Cavabdeh1 qaytarılmasını da mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddsəinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 6.2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qətnamənin əsaslandırcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Azərbaycan Respubilkasının MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 nümayəndəsi (vəkil) X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2225/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətmamə çıxarılsın. İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasının 12-ci mərtəbəsində yerləşən sahəsi 115.4 kv.metr olan mənzilə dair 02 saylı, həmin mərtəbədə yerləşən sahəsi 117.5 kv.metr olan mənzilə dair 03 saylı, həmin mərtəbədə yerləşən sahəsi 131.7 kv.metr olan mənzilə dair 04 saylı, həmin mərtəbədə yerləşən sahəsi 84.2 kv.metr olan mənzilə dair 05 saylı və həmin mərtəbədə yerləşən sahəsi 112.3 kv.metr olan mənzilə dair 06 saylı 04 avqust 2021-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-212/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-212/2024
10.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver