Məhkəmə qərarları › İş №2(104)-2120/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2120/2025

13.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2120/2025 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Birinci iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs); Ikinci ş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: yalançı əqd; dürüstlük; hüquqdan sui-istifadə Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X5 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə4 və birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə1 iştirakı ilə, Birinci iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh (üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi, ikinci iş üzrə Cavabdeh cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaların çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ## ###### 2024-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin özünə məxsus ½ hissəsini 25000 manata alıcı Cavabdeh satmışdır;

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 200013005315-***** reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 6 döngə ünvanında yerləşən, * nömrəli fərdi yaşayış evinin və torpaq sahəsinin ½ hissəsi Cavabdeh mülkiyyətindədir;

3. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**- *-**/*-****/**** nömrəli məktubdan görünür ki, Gəncə rayon Xalq Məhkəməsinin ## ###### 1989-cu il tarixli, *-*** nömrəli qətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi babayeva Zəhə Məşədiəli qızının vərəsələri X1 (½ hissə) və X2 (½ hissə) adlarıa keçmiş, onlara ## ######## 2001-ci il tarixli, *** reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri * saylı notariat kontorunun ## ###### 2008-ci il tarixli, 4Ə-3-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X1 ona məxsus hissəsi İddiaçı bağışlamış, İddiaçı (½ hissə) və X2 (½ hissə) adlarına ## ###### 2009-cu il tarixli, 201013001989-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Əmlaka dair X2 (½ hissə, ## #### 20**-cü il tarixli, ********** qeydiyyat nömrəli) və İddiaçı (½ hissə, ## ###### 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli) adlarına 201013001989-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri * saylı notariat ofisinin ## ###### 2024-cü il tarixli, 2V-** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X2 payı X21, X21 (½ hissə, ## ###### 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli) və İddiaçı (½ hissə, ## ###### 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli) adlarına 201013001989-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri * saylı notariat ofisinin ## ###### 2024-cü il tarixli, 4Ə-** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ona məxsus hissəni Cavabdeh, Gəncə şəhəri * saylı notariat ofisinin ## ###### 2024-cü il tarixli, 4Ə-** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X21 ona məxsus hissəni X13, X13 (½ hissə, ## ###### 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli) və Cavabdeh (½ hissə, ## ###### 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli) adlarına 200013005315-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri * saylı notariat ofisinin ## ###### 2025-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X13 payı X22 satılmış, X24 (½ hissə, ## ###### 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli) və Cavabdeh (½ hissə, ## ###### 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli) adlarına 200013005315-***** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir;

4. “xxxx” MMC tərəfindən verilmiş ## #### 2025-ci il tarixli LP***/**** nömrəli qiymətləndirmə ekspertizasına əsasən verilən rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin 2024-cü ilin yanvar ayına bazar qiyməti 86.000 manat, likvid qiyməti 77.000 manat, hazırki bazar qiyməti 95.000 manat, likvid qiyməti 86.000 manat təşkil edir;

5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş audio-video qeydlərdən müəyyən olunmuşdur ki, video yazılardan biri tərəflərin münasibətləri yaranmağa başladığı vaxtda iddiaçı İddiaçı anası Elmira Yaqubova ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında qeydə alınmışdır (bütün danışıqlarda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «Təranə» deyilir). Həmin video yazının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, X18 Yaqubov və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasındakı razılaşmanın şərtlərini dəqiqləşdirir. Elmira Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ismayılova «bağlanacaq müqavilədə borc ödənildikdən sonra evin qaytarılacağı barədə şərt nəzərdə tutulacaqmı» deyə sual ünvanlayır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə buna cavab olaraq bildirir ki, «xeyr, mənim pulum üç il ərzində qaytarılsa, mən də evi qaytaracam, yox qaytarılmasa pulum, mən də evi qaytarmayacam». Daha sonra Elmira Yaqubova «indi biz bugün Sevincdən 25000 manatı götürürükmü» deyə sual verir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə cavab olaraq «Sevinc adəcə alıcıdır, siz sözünüzü mənlə danışın o (Sevinc nəzərdə tutulur) sizlə heç nə danışası deyil. Pul alqı satqı zamanı bankın hesabına keçiriləcəkdir». Digər danışıq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə İddiaçı arasında qeydə alınmışdır. Danışıqda İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borcunu ödəməməsi nəticəsində yaranan problemlərdən bəhs edilir və İddiaçı evini sataraq borcunu ödəyəcəyini bildirir. Belə ki, İddiaçı «evi mən satıram onsuzda Sevinc xala gəlib qolunu çəkib pulunu götürüb gedəcək» deyə bildirir, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da bununla razılaşmaqla bildirir ki, «soruçan olsa denən evi o vaxt xalamın adına aformut eləmişik, ev xalamın adınadır, denən ki, behi ona verin». Digər audio yazı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə iddiaçı İddiaçı anası Elmira Yaqubova arasında qeydə alınmışdır. Həmin danışıqda da İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs götürdüyü borcu ödəməməsi nəticəsində yaranan problemlərdən bəhs edilir. X6 Ismayılovaya «Sərxan evi satılığa qoyub, onsuzda evin sənədi də sizin əlinizdədir evi sataq, borcu ödəyəcəyik» deyə bildirir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da buna hər hansı etiraz bildirmir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. Birinci iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh (üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri * saylı notariat ofisində ##.##.2024-cü il tarixdə, 4Ə-** reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evin əvvəlki vəziyyətinə qaytarılması, ünvan 6 döngədə yerləşən * nömrəli mənzilə dair cavabdeh Cavabdeh adına verilmiş çıxarışın ləğvi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ötən il 25000 manat sələmə pul istəmiş, sonuncu evi girov qoymaq şərtilə 25000 manat pul verəcəyini bildirmişdir. O da razılaşmış və cavabdeh olan bacısının adına evi girov qoymaq üçün notariat ofisinə getmişlər. Notariat ofisində cavabdehlə evin alqı-satqısı müqaviləsi bağlanmış və bankdan cavabdeh tərəfindən depozitə qoyulmuş 25000 manat pulu götürmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə olan razılaşmaya görə ona 3 il ərzində hər ay 1200 manat pul ödəməli idi. Bir il ərzində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona göndərdiyi kart hesablarına hər ay 1200 manat göndərirdi. Bir ildən sonra razılaşdıqları pulu ödəyə bilmədiyindən evi satmaq qərarına gəlmiş və bu barədə Tərlan xanıma bildirmişdir. Sonuncu isə ona evi satmağa qoymadı və hələ 25000 manat borcu olduğunu bildirdi. O isə borcunu yalnız ev satıldıqdan sonra ödəyə biləcəyini söyləmiş və nəticədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs onu və ailə üzvlərini hədələməyə başlayaraq, təhqiramiz sözlər işlətmişdir. Sonda o artıq aldanıldığını başa düşərək, hazırkı iddianı qaldırmağa məcbur olmuşdur. Hesab edir ki, onunla cavabdeh arasında ## ###### 2024-cü il tarixdə, bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi uydurma bir müqavilədir. Belə ki, onun evi satmaq niyyəti olmayıb. Yalnız 25000 manat müqabilində evi girov qoymaq istəmiş, çünki reallıqda əgər evi satmış olsaydı niyə cavabdeh və onun bacısına hər ay 1200 manat pul ödəsin. Məhkəməyə təqdim etdiyi bank çıxarışları, səs və video yazışmaları, həmçinin Whatsapp yazışmalarından, məhkəməyə dəvət edəcəyi şahidlər şahid1, X21, X8, X3 mənim həqiqətən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sələmə borc fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

8. Ikinci iş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ailə üzvləri ilə birlikdə ona məxsus Gəncə şəhəri, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsində yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və onlara məxsus əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayon, ünvan 9 savl ünvanda yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən ½ hissəsini əldə etmişdir. Həmin ½ hissənin ayrıca giriş-çıxışı və kommunal xətləri mövcuddur. Mülkə dair hüquqları dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2024-cü il tarixli ********** saylı çıxarış verilmişdir. Ona məxsus mülkün ½ hissəsində hal-hazırda cavabdeh İddiaçı ailə üzvüləri ilə birlikdə bu günə kimi yaşamaqda davam edir. Cavabdehi və onun ailə üzvlərini uzun illərdir ki, keçmiş qonşuluq münasibətlərinə görə yaxından tanıyır. Bu səbəbdən ona məxsus Gəncə şəhəri, Nizami rayon, ünvan 9 saylı ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsində heç bir təmənnası olmadan yaşamalarına şərait yaratmışdır. Lakin bu ilin fevral ayından ona məxsus mülkü boşaltmalarını tələb etsə də, onun xahişi və tələblərinə heç bir əhəmiyyət verməməklə süründürməçiliyə məruz qoymuşlar. Cavabdeh və onun ailə üzvləri öncədən düşünülmüş formada qurduqları oyunları ilə ona məxsus mülk üzərində qanunvericiliyin tələblərinə uyğun sərancam verməyini və qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını məhdudlaşdırır. Ona görə də hesab edir ki, mülki iş üzrə cavabdeh İddiaçı və onun ailə üzvləri ona məxsus Gəncə şəhəri, Nizami rayon, ünvan 1* saylı ünvanda yerləşən fərdi yaşayış evinin ½ hisəsindən istifadə hüququna xitam verilməli və əşyaları ilə birlikdə çıxarılmalıdırlar.

10. Gəncə Şəhər Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Cavabdeh İddiaçı qarşı “istifadə hüququna xitam verilməsi və cavabdehə məxsus əşyaların evdən çıxarılması” tələbinə dair hazırki mülki iş Gəncə Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair *(***)-****/**** nömrəli mülki işlə birlikdə bir icraatda baxılması üçün həmin mülki işə birləşdirilməsi və həmin mülki işə 2(125)-2205/2025 statik nömrəsi təyin edilməsi qərara alınmışdır.

11. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sələm olaraq 25000 manat istəmiş, sonuncu evini girov qoyduğu təqdirdə ona sözügedən pul vəsaitini borc verə biləcəyini bildirmişdir. O isə məcburiyyət qarşısında qalaraq Gəncə şəhəri * saylı notariat ofisində ##.##.2024-cü il tarixdə təsdiqlənmiş 4Ə-** reyestr nömrəli formal alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan ünvan 6 döngə ünvanında yerləşən, * nömrəli fərdi yaşayış evini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhərində olmadığı üçün sonuncunun bacısı Cavabdeh satmış, həmin fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə keçmişdir. Onlar arasında olan şifahi razılıq əsasında o, 25000 manat pul müqabilində 3 il ərzində hər ay 1200 manat vəsaiti Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödəmişdir. Bir il ərzində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hər ay 1200 manat, cəmi **400 manat ödəsə də, lakin sonradan maddi imkanı pisləşdiyi üçün ödənişləri həyata keçirə bilməmişdir. Buna görə də girov təminatı olaraq formal alqı-satqı müqaviləsi əsasında satdığı Gəncə şəhəri Nizami rayonu ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini satmaq qərarına gəlmişdir. Lakin, Cavabdeh və bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs buna icazə verməmiş, həmin evin artıq Cavabdeh mülkiyyətində olduğunu bildirmişlər. O, bunun tamamilə əsassız olduğunu düşünür. Belə ki, ünvan 1 döngə ünvanında yerləşən * nömrəli fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı müqaviləsi uydurma əqddir və sadəcə 25000 manat vəsaitə görə həmin evi girov təminatı olaraq Cavabdeh adına rəsmiləşdirmişdir. Bununla bağlı Cavabdeh ilə aralarında razılıq əldə edə bilmirlər. Cəmi **400 manat vəsaiti Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödəmişdir. Buna baxmayaraq, sonuncu ondan 27400 manat pulu geri ödəməsini tələb etmişdir. Ona görə də hazıkı iddia ərizəsi ilə məhkəməyə müraiət etmişdir. Hazırda o, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə aralarındakı razılaşmaya uyğun olaraq, mənzili geri qaytarmaq şərti ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əlavələrlə birlikdə cəmi 15000 manat məbləğində ödəniş etməyə razıdır.

12. Məhkəmə iclasında ikinci iş üzrə iddiaçı Cavabdeh iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs onun bacısıdır. O, bacısı ilə ötən 20 il müddətində münaqişəli vəziyyətdə olmuş və yalnız 15-## ###### 2023-cü tarixdə barışmışlar. 2023-cü ilin dekabr ayında isə o, qızının gələcəyini təmin etmək məqsədi ilə bankdan kredit əldə edərək, hazırda mübahisə predmeti olan mənzili almışdır. Həmin mənzili alanadək isə o, mənzilin alınması ilə əlaqədar hər hansı axtarış aparmamış və əmlak alqı-satqısı ilə məşğul olan hər hansı vasitəçi ilə məsləhətləşməmişdir. İddiaçı mülkiyyətində olan mənzilini satdığını da ona bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs demişdir. O, ünvan 6 döngədə yerləşən * nömrəli mənzilə baxarkən bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə görüntülü zəng etmiş və mənzili ona göstərmişdir. ünvan 6 döngədə yerləşən * nömrəli mənzilin alınmasının Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs aidiyyəti olmamış və həmin mənzili o, şəxsi vəsaiti hesabına əldə etmişdir. Qeyd olunan mənzili aldıqdan hazırkı tarixədək ötən müddət ərzində İddiaçı xahişi əsasında o, İddiaçı və ailə üzvlərinin həmin mənzildə yaşamalarına şərait yaratmış və buna görə kirayə haqqı almamışdır. O, özü heç vaxt həmin mənzildə yaşamamış və oradan istifadə etməmiş, yalnız həmin mənzilin alınmasına gələcəyə maddi ehtiyat kimi qiymətləndirmişdir. Sözügedən ev hal-hazırda hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında onun xüsusi mülkiyyətindədir. 2025-ci ilin fevral ayından İddiaçı ailəsi ilə birgə onun mülkiyyətində olan evin ½ hissəsindən çıxmalarını tələb etsə də, sonuncu bundan yayınır. Bir mülkiyyətçi olaraq İddiaçı onun razılığı olmadan ailə üzvləri ilə birgə mülkiyyətində olan əmlakda yaşamaları, həmin əmlakdan istifadə etmələri onun mülkiyyət hüquqlarını pozur.

13. Məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən evi onun qaynatası, İddiaçı babası X1 bağışlamışdır. Əvvəllər Cavabdeh onların qonşuluğundakı binada yaşadığını və sələmə borc verdiyini bilmişdir. İddiaçı evinin borca görə girov qoyulması ilə əlaqədar mübahisəli ünvana getmiş, evi girov qoyacaq adamların tanışlarının Cavabdeh olduğunu bilmiş, buna sevinmişdir. Hətta notariat orqanına da getmişdir. Daha sonra Cavabdeh ilə əlaqə saxlayan zaman sonuncu bu məsələnin onunla aidiyyatı olmadığını bildirmişdir. İddiaçı sələmə götürdüyü pulun müqabilində 36 ay ərzində hər ay 1200 manat ödəniş etməli idi. İddiaçı 12 ay ərzində hər ay 1200 manat məbləğində ödəniş etmişdir. **. Məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, o, ünvan 7 ünvanında yaşayır və İddiaçı ilə qonşudur. Onun bacısı X4 Sərxan Arzu oğlunun xahişi ilə girovla pul əldə etmək üçün Tərlan xanımla tanış olmuşdur. Onun bacısı 2011-ci ildən Rusiya Federasiyasında yaşayır. O, şəxsən özü İddiaçı ev məsələsində iştirak etməmişdir. Lakin İddiaçı 25000 manat borc pul götürdüyünü bilmişdir. O,danışıqlar barədə müzakirələrdə iştirak etməsə də bacısı X4 baş verənlər haqqında məlumatlandırılmışdır. İddiaçı hər ay 1200 manat ödəniş etmişdir. O, ödənişlər də iştirak etməsə də bu haqda eşitmişdir.

15. Məhkəmə iclasında İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, o, ünvan 7 ünvanında yaşayır. İddiaçı 12 yaşlı övladı xəstə olduğu üçün evini girov qoyub, borc pul almağa çalışmış, bu barədə ona demişdir. O da Tərlan adlı şəxsdən borc almağı tövsiyə etmişdir. Lakin, Tərlan adlı şəxsi ona kimin tövsiyyə etdiyini xatırlamır. İddiaçı bir il ərzində hər ay 200 manat məbləğində ödəniş etmiş və ödənişə dair qəbzləri də ona göstərmişdir. Belə ki, İddiaçı 2024-cü ilin mart ayında sələmə borc pul almışdır. Lakin o, pulun alınması ilə bağlı, həmçinin evin rəsmiləşdirilməsi ilə bağlı olan danışıqlarda birbaşa iştirak etməmişdir.

16. Məhkəmə iclasında Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X** ifadəsində bildirmişdir ki, o, Cavabdeh ilə rəfiqədir. Cavabdeh özünə yeni qızıl-zinət əşyası, geyim əşyası aldığı zaman onla məsləhətləşib ona göstərsə də, ev alan zaman ona deməmişdir. O, Sevincə məxsus evin nə özünü , nə də fotolarını görməmişdir. X9rın yaşadıqları Avtozavod qəsəbəsində almaq üçün evə və torpaq sahəsinə baxmışdır.

17. Məhkəmə iclasında Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, Cavabdeh Ismayıl qızı onun anasıdır. O, İddiaçı Cavabdeh vasitəsi ilə tanımışdır. O, bir bir il yarım ərzində İddiaçı mülkiyyətində olan evdən çıxarılmasını tələb etməmişdir. Bu isə onun məsuliyyətsizliyi ilə əlaqədar olmuşdur. O, banka faiz ödəmiş, qarşılığında isə evi kirayəyə vermək istəmiş, lakin İddiaçı buna imkan verməmişdir. Evi almamışdan əvvəl evə bir dəfə baxmışdır. Lakin otaqların yerləşdiyi yeri və təmirini görməmişdir.

18. Məhkəmə iclasında Cavabdeh vəsatəti ilə şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yaşayır və Cavabdeh ilə qonşudur. Cavabdeh ona ev almaq istədiyini demiş, sonradan evi aldığını bildirmişdir. Evi neçəyə aldığını bilməmiş, evin qiyməti ilə maraqlanmamışdır. Cavabdeh qızı Sevda evlənmiş və Türklər qəsəbəsində yaşamışdır.

19. Gəncə Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edillməsi» tələbinə dair iddiasının təmin edilməməsi; Cavabdeh İddiaçı qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaların çıxarılması» tələbinə dair iddiasının qismən təmin edilməsi; İddiaçı məxsus əşyalar Gəncə şəhəri, Nizami rayonu, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsindən çıxarılması; Cavabdeh iddiasının qalan hissədə təmin edilməməsi; İddiaçı iş üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.4, 158.1, 158.3, 228.1, 228.2, 324.1, 324.2, 324.5, 329.1, 337, 340.2, 351.4, 560.1 və 560.3.4-cü maddələrinə, ##.##.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 29.2, 30.1 və 30.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin **.2, 77.1, 78.1, 184.2, 217.4, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

21. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, birinci iş üzrə iddianın təmin edilməsi, ikinci iş üzrə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onunla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında borc öhdəliyi yaranan gündən Tərlan Ismayılovun ona atdığı kartlara ödəniş etmişdir və həmin qəbzləri sübut kimi özündə saxlamışdır. Bu normal haldır və onun öhdəliyinin icrasını gələcəkdə sübut etmək və yarana biləcək uyğuzsuluğun qarşını almaq məqsədi güdmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs səsini 1 ildən sonra yazmağa başlamış, öhdəliyi icra edə bilmədiyindən evi satdıqdan sonra icra edəcəyini bildirmiş və sonuncunun ondan əlavə pul tələb etdiyindən sonra hazırkı mübahisə yaranmışdır. O, öhdəliyini 1 ildən sonra lazımınca icra edə bilmədiyi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə arasında mübahisə yarandığı üçün evini ucuz qiymətə qarşı tərəfə satmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh ikinci iş üzrə iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətinə etirazı məhkəməyə daxil olmuşdur.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2024-cü ilin yanvar ayında borc axtarmağa başlamış, bu barədə qohumuna müraciət etmiş, qohumu da onu Tərlan xanımla tanış etmiş, o da evinin girov qoyulması şərti ilə sonuncudan 25000 manat borc götürmüşdür. Aralarındakı razılaşmaya görə 36 ay ərzində hər ay 1200 manat ödədikdən sonra ev ona qayıtmalıydı. Aldığı borcdan hazırkı vaxtadək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəmi **400 manat ödəmişdir. Maddi imkanı olmadığından razılaşdırılmış qalan məbləği ödəyə bilməmişdir. Evin satılmasını və satışdan əldə olunan pulla qalan borcu ödəməyi təklif etsədə, lakin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bununla razılaşmamışdır. Əslində aralarında olan müqavilə formal bağlanmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə4 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

26. Əvvəlki məhkəmə iclasında birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, İddiaçıla onun bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında əvvəllər qızıl alveri olub. Sərxanın evini almaq istədikləri üçün bankdan kredit götürmüşlər. Hazırkı vaxtadək Sərxanın evdən çıxmasını tələb etməməsinə səbəb isə ona 1 il vaxt verməsi olmuşdur.

27. Məhkəmə iclasında birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə1 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

28. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

30. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

31. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

32. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

33. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

34. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

35. Maddə 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir.

36. Maddə 273. Girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır.

37. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

38. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

39. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

40. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

41. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

44. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə **.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

51. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi 3-cü döngədə yerləşən * nömrəli fərdi yaşayış evinin ½ hissəsi ##.##.2008-ci il tarixdən ##.##.2024-cü il tarixədək İddiaçı mülkiyyətində olmuşdur. ##.##.2024-cü il tarixdə İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında 25000 manat vəsaitin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən İddiaçı borc verilməsinə dair razılıq əldə olunmuş və həmin razılığa uyğun olaraq, 25000 manat Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən İddiaçı borc verilməli, İddiaçı isə həmin borc və ona hesablanmış əlavələri 3 il müddətində hər ay 1200 manat olmaqla, ümumilikdə 43200 manat hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin razılaşma üzrə 12 ay müddətində hər ay 1200 manat, cəmi **.400 manat Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödəsə də 2025-ci ilin yanvar ayının sonları, fevral ayının əvvəllərindən etibarən ödənişləri dayandırmışdır. Bununla yanaşı müəyyən edilir ki, ## ###### 2024-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin özünə məxsus ½ hissəsini 25000 manata alıcı Cavabdeh satmışdır. Həmin müqavilə əsasında da əmlaka dair Cavabdeh adına müvafiq çıxarış verilmişdir. Iddiaçı İddiaçı sözügedən evin Cavabdeh satılmadığını, əslində həmin evin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ona borc qismində verilmiş 25000 manatın təminatı müqabilində girov qoyulduğunu, sadəcə girov müqaviləsinin alqı-satqı müqaviləsi ilə pərdələndiyini əsas göstərərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh da öz növbəsində mülkiyyətində olan yaşayış sahəsindən İddiaçı çıxarılması barədə iddia vermişdir. Məhkəmə tərəfindən hər iki iş bir icraatda birləşdirilmişdir. Birinci iş üzrə iddia təmin edilməmiş, ikinci iş üzrə iddia qismən təmin edilmişdir. Qətnamədən birinci iş üzrə iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

57. Birinci iş üzrə baxılan iddia tələbi - alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ikinci iş üzrə iddia tələbi isə - yaşayış sahəsindən çıxarılma barədədir.

58. Kollegiyanın qənaətinə görə, iddia tələbləri üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalı və ilk növbədə birinci iş üzrə baxılan iddiaya hüquqi qiymət verilməlidir. Belə ki, əqdin etibarlılığı, bununla da arzu olunan hüquqi nəticəyə səbəb olması barədə hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq əqdin subyekt tərkibinə, məzmununa, iradə sərbəstliyinə və formasına dair şərtlərə əməl edilməsi zəruridir. Əks təqdirdə, yəni Mülki Məcəllənin müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

59. Baxılan işdə iddiaçı İddiaçı mülkiyyətində olan evi Cavabdeh satmadığını, əslində həmin evin sonuncunun bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ona borc verilmiş 25000 manatın təminatı qismində girov qoyduğunu, girov müqaviləsinin alqı-satqı müqaviləsi ilə pərdələndiyini əsas göstərərək alqı-satqı müqaviləsinin etibarsız əqd olduğunu iddia etmiş; cavabdeh Cavabdeh isə buna etiraz edərək, əmlakın hansısa öhdəliyin təminatı olmadığını, həmin evi dəyərini ödəyərək qanuni əsaslarla satın aldığını bildirmişdir.

60. Bir sözlə, iddiaçı İddiaçı mübahisələndirilən alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını iddia edir. Bu əsasla əqdin mübahisələndirilməsi imkanı Mülki Məcəllənin 340.2-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

61. Normanın məzmunundan da göründüyü kimi, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir.

62. Apellyasiya icraatı zamanı birinci iş üzrə iddiaçı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş audio-video qeydlər tərəflərin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, video yazılardan biri tərəflərin münasibətləri yaranmağa başladığı vaxtda iddiaçı İddiaçı anası Elmira Yaqubova ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında aparılan danışıqdır (bütün danışıqlarda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «Təranə» deyilir). Həmin video yazının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, X18 Yaqubov və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasındakı razılaşmanın şərtlərini dəqiqləşdirir. Elmira Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ismayılovaya «bağlanacaq müqavilədə borc ödənildikdən sonra evin qaytarılacağı barədə şərt nəzərdə tutulacaqmı» deyə sual ünvanlayır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə buna cavab olaraq bildirir ki, «xeyr, mənim pulum üç il ərzində qaytarılsa, mən də evi qaytaracam, yox qaytarılmasa pulum, mən də evi qaytarmayacam». Daha sonra Elmira Yaqubova «indi biz bugün Sevincdən 25000 manatı götürürükmü» deyə sual verir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə cavab olaraq «Sevinc sadəcə alıcıdır, siz sözünüzü mənlə danışın o (Sevinc nəzərdə tutulur) sizlə heç nə danışası deyil. Pul alqı satqı zamanı bankın hesabına keçiriləcəkdir». Digər danışıq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə İddiaçı arasında qeydə alınmışdır. Danışıqda İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borcunu ödəməməsi nəticəsində yaranan problemlərdən bəhs edilir və İddiaçı evini sataraq borcunu ödəyəcəyini bildirir. Belə ki, İddiaçı «evi mən satıram onsuzda Sevinc xala gəlib qolunu çəkib pulunu götürüb gedəcək» deyə bildirir, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da bununla razılaşmaqla bildirir ki, «soruçan olsa denən evi o vaxt xalamın adına aformut eləmişik, ev xalamın adınadır, denən ki, behi ona verin». Digər audio yazı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə iddiaçı İddiaçı anası Elmira Yaqubova arasında qeydə alınmışdır. Həmin danışıqda da İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs götürdüyü borcu ödəməməsi nəticəsində yaranan problemlərdən bəhs edilir. X6 Ismayılovaya «Sərxan evi satılığa qoyub, onsuzda evin sənədi də sizin əlinizdədir evi sataq, borcu ödəyəcəyik» deyə bildirir.

63. Kollegiya işin bu hallarını ağlabatan mühakimə əsasında tədqiq edərək iddiaçı İddiaçı səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş audio-video qeydlərlə iddianın əsaslandırıldığı faktiki hallar, yəni mübahisələndirilən alqısatqı müqaviləsinin başqa əqdi (ipoteka müqaviləsi) pərdələmək məqsədi ilə bağlandığı öz təsdiqini tapır.

64. Artıq, mübahisənin obyektiv həlli baxımından növbəti araşdırılmalı məsələ - əqdin etibarsızlığından sui-istifadə hallarının olub-olmamasıdır. Belə ki, Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» ##.##.2021-ci il tarixli qərarında vurğulamışdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

65. Eynilə, «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» ##.##.2025-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsini, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilən hal kimi qiymətləndirmişdir.

66. Bu kontekstdə kollegiya nəzərə alır ki, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə iddiaçı İddiaçı mülkiyyətində olan evi Cavabdeh satmamış, əslində iddiaçının bildirdiyi kimi həmin ev Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ona borca verilmiş 25000 manat vəsaitin təminatı qismində ipoteka qoyulmuşdur. Düzdür, qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.

67. Mülki Məcəllənin 16.1-ci maddəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

68. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

69. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

70. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. **. Bu mənada qeyd edilməlidir ki, işin hallarından göründüyü kimi iddiaçı İddiaçıla üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında borc verilməsinə dair razılıq əldə olunmuş, bu razılaşma çərçivəsində 25000 manat vəsait Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən İddiaçı borc verilmiş, sonuncu da həmin borc və ona hesablanmış əlavələri 3 il müddətində hər ay 1200 manat olmaqla, ümumilikdə 43200 manat vəsaiti hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. Hətta apellyasiya məhkəməsində icraat zamanı da iddiaçı İddiaçı qalıq borc məbləğinin ödənilməsi məqsədilə işə baxılmasının təxirə salınmasını xahiş etmişdir ki, (həmçinin birinci instansiya məhkəməsinə borcun qaytarılmasına dair təkliflərini açıqlamışdır) onun bu hərəkəti də öz-özlüyündə əhəmiyyətsiz əqdi sonradan təsdiq etdiyi qənaətinə gəlməyə əsas verir.

72. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin əhəmiyyətsizliyi təsdiq olunsa belə, lakin vicdanlılıq prinsipinin tələbləri baxımından hazırkı vəziyyətdə alqı-satqı müqaviləsinin etibarsızlığı tələbinin irəli sürülməsi dürüstlük qaydasına uyğun gəlmir. Ona görə ki, apellyasiya məhkəməsinin iclasında tədqiq edilmiş audio-video qeydlərdən məlum olduğu kimi İddiaçı hələ üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə borc münasibətləri yaranmağa başladığı ilk vaxtdan bağladığı əqdin etibarsız olduğundan məlumatlı olmuş, lakin buna hər hansı etiraz bildirməyərək etibarsız əqdin nəticələrindən faydalanmağa (pul vəsaiti əldə etməyə) çalışmış və nəticə etibarilə də buna nail olmuşdur.

73. Apellyasiya icraatı zamanıda 25000 manat borc məbləğinin üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qaytarılıb-qaytarılmaması məsələsi iddiaçı İddiaçıla müzakirə edilmiş və o, sədrlik edənin suallarına cavab olaraq hazırkı vaxtadək Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəmi **400 manat ödədiyini bildirmişdir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı İddiaçı qalıq borc məbləğinin ödənilməsi məqsədilə işə baxılmasının təxirə salınmasını xahiş etmiş, buna şərait yaradılsa da, lakin İddiaçı borcun ödənilməsinə laqeyd münasibət göstərmişdir.

74. Şərh edilənlərin məcmusunu nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı İddiaçı qanunvericiliyin müəyyən etdiyi formaya (şəkil) riayət edilməməsi əsası ilə əqdin etibarsızlığı tələbini irəli sürməsi Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir. Bu halda, mübahisələndirilən əqdin etibarsızlığı kimi bir qənaətə gəlmək ədalətli deyildir. Mübahisəyə bu növ yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır.

75. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, alqı-satqı müqavilələsinin etibarsızlığından irəli gələn digər tələb üzrə (çıxarışın ləğvi) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki alqı-satqı müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələbin dispozitiv şərtlərini istisna edir.

76. Əşyaların evdən çıxarılması barədə Cavabdeh iddiası ilə bağlı kollegiya vurğulayır ki, mövcud vəziyyətdə mübahisəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir və evə dair onun adına olan çıxarış, habelə çıxarışın verilməsinə əsas olan alqı-satqı müqaviləsi hüquqi qüvvəsini saxlayır və iddiaçı mülkiyyət hüququnun ona tanıdığı imkanlardan istifadə edərək mülkiyyətinə yaradılan manenin aradan qaldırılmasını tələb etmək hüququna malikdir. Belə ki, cavabdeh İddiaçı həmin evdə mülkiyyətçinin iradəsi əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadəsi və evdən çıxmaqdan imtina etməsi sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Ona görə ki, cavabdehin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur.

77. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, birinci iş üzrə iddianı təmin etməməkdə, ikinci iş üzrə isə iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər formal mülahizə olmaqla, qətnamənin ləğvi üçün əsas sayıla bilməz.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372.1, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar