Məhkəmə qərarları › İş №2(104)-2126/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2126/2024

24.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2126/2024 24.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2874/2024 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə müraciət edərək, Bərdə rayon 1 saylı dövlət notariat kontorunda 09 mart 2006-cı il tarixdə AN-İ ******* nömrə ilə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə və cavabdeh X1 Bərdə rayonu Şorəlli kəndində yerləşən onlara məxsus 1,7465 ha pay torpaq sahəsindən çıxarılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2874/2024 saylı qərardadı ilə (hakim Z.Abdullayev) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 qarşı “09 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı2 həmin qərardaddan şikayət verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2874/2024 saylı qərardadının ləğv edilməsi və iddia ərizəsinin Bərdə Rayon Məhkəməsinin icraatına qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsasdır. Belə ki, məhkəmə AR MPM-nin 39-cu maddəsinin tələblərinə əməl etməmiş, aidiyyətin müstəsnalığını nəzərə almamışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2874/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2874/2024 saylı qərardadı qismən, yəni İddiaçı2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2874/2024 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli, İddiaçı2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2874/2024 saylı qərardadından verdiyi şikayətə baxılması üçün mülki iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını onunla əsaslandırmışdır ki, cavabdeh X1 qeydiyyat ünvanı ünvan 1rına uyğun olaraq Laçın Rayon Məhkəməsində baxılmalıdır.. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır Belə ki, Azərbaycan Respublikasının MPM-nin 39.1. Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə müraciət edərək, Bərdə rayon 1 saylı dövlət notariat kontorunda 09 mart 2006-cı il tarixdə AN-İ ******* nömrə ilə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, cavabdeh X1 Bərdə rayonu Şorəlli kəndində yerləşən onlara məxsus 1,7465 ha pay torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Mülki-prosessaul qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünüdüyü kimi, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hazırkı iş üzrə cavabdehin qeydiyyat ünvanı ünvan 2lli kəndində yerləşən onlara məxsus 1,7465 ha pay torpaq sahəsindən çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi isə, prosessual hüquq normasının tətbiqində səhvə yol vermiş, şikayətin dləlillərini araşdırıb hüquqi qiymət verməmiş, şəxslərin məhkəməyə əlçatanlığı, prosessaul qənaət kimi prinsipləri nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2874/2024 saylı qərardadı qismən, yəni İddiaçı2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2874/2024 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli, İddiaçı2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2874/2024 saylı qərardadından verdiyi şikayətə baxılması üçün mülki iş Bərdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı2 şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2874/2024 saylı qərardadı qismən, yəni İddiaçı2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 2874/2024 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2874/2024 saylı qərardadından verdiyi şikayətə baxılması üçün mülki iş Bərdə Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar