Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-214/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X28 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı və üçüncü şəxs X18 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qanun üzrə X34 şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1006/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 nümayəndəsi olan Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AA ******* seriyalı, FİN xxxxxxx kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur.
2. AA ******* seriyalı, FİN xxxxxxx kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1970-ci ildə anadan olmuşdur.
3. AZE 13198833 seriyalı, FİN 3S1ZGLF kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X33 xx.xx.1963-cü ildə anadan olmuşdur.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “ASAN XİDMƏT” X25 tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1924-cü ildə Bərdə Rayonunda anadan olmuş və xx.xx.2006-cı il tarixdə vəfat etmiş X9 barəsində Ədliyyə Nazirliyinin “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü il tarixədək yoxlama aparılmışdır. Yoxlama nəticəsində məlum olmuşdur ki, Maya Novruzovanın 1. X2 xx.xx.1964-cü ildə anadan olub və xx.xx.2018-ci ildə vəfat etmişdir. 2. X6 xx.xx.1958-ci ildə anadan olub və xx.xx.2018-ci ildə vəfat etmişdir. 3. X4 xx.xx.1957-ci ildə anadan olmuş və xx.xx.2016-cı ildə vəfat etmişdir. 4. X3 xx.xx.1950-ci ildə anadan olub və xx.xx.2020-ci ildə vəfat etmişdir. 5. Qızı İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. 6. X5 xx.xx.1953-cü ildə anadan olub və xx.xx.2022-ci ildə vəfat etmişdir.
5. 26 iyul 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, həddiyə verən tərəf Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hədiyyə alan tərəf isə Cavabdeh4dur. Həmçinin müqavilədə göstərilənlərdən məlum olur ki, hədiyyənin predmeti ünvan 1 ünvanda yerləşən 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 54.4 kv metr olan fərdi yaşyış evidir.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 54.4 kv.metr olan fərdi yaşyış evinə mülkiyyət hüququnun yaranması üçün vərəsə qisimində: 1-ci dərəcəli vərəsə Cavabdeh3 1/3 pay hissə olmaqla, 2-ci dərəcəli vərəsə Cavabdeh1 1/3 pay hissə olmaqla və 3-cü dərəcəli vərəsə Cavabdeh2 1/3 pay hissə olmaqla tanınmışlar. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına dair dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 1/3 pay hissə olmaqla, Cavabdeh1 1/3 pay hissə olmaqla və Cavabdeh2 1/3 pay hissə olmaqla mülkiyyət hüquqlarına dair xx.xx.2023-cü il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır.
7. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, notariat hərəkətinin növü X34 şəhadətnamənin verilməsidir. Çıxarışda ölmüş şəxs miras qoyan: X21, ölmüş vərəsə: X12, ölmüş vərəsənin vərəsələri: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların etibarnamə üzrə nümayəndəsi X20 göstərilmişdir.
8. DİN tərəfindən verilmiş yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh1 08 avqust 2005-ci il tarixdən ünvan 4-da qeydiyyatdadır.
9. Bərdə Regional “ASAN Xidmət” X25 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlamadan aşkar edilmişdir ki, ailə tərkibinə həyat yoldaşı X22, oğlu X10 daxildir. Həmçinin qeyd edilmişdir ki, arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərilmişdir.
10. Bərdə Regional “ASAN Xidmət” X25 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlamadan aşkar edilmişdir ki, ailə tərkibinə həyat yoldaşı X12 (vəfat etmişdir), oğlu Cavabdeh2 daxildir. Həmçinin qeyd edilmişdir ki, arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərilmişdir.
11. Bərdə Regional “ASAN Xidmət” X25 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixə vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlamadan aşkar edilmişdir ki, oğlu X1 daxildir. Həmçinin qeyd edilmişdir ki, arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərlimişdir.
12. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh3 bildirmişdir ki, ona məxsus olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan, X29, X42, X11, X37 onun ailə üzvləri deyil, şəxsən tanımır və heç bir qohumluq və digər münasibətləri yoxdur.
13. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 bildirmişdir ki, ona məxsus olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan, X29, X42, X11, X37 onun ailə üzvləri deyil, şəxsən tanımır və heç bir qohumluq və digər münasibətləri yoxdur.
14. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 bildirmişdir ki, ona məxsus olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan, X29, X42, X11, X37 onun ailə üzvləri deyil, şəxsən tanımır və heç bir qohumluq və digər münasibətləri yoxdur.
15. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh4 bildirmişdir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan, X29, X42, X11, X37 haqqında məlumatı vardır. Onların sözügedən evdə qeydiyyatda olduqları halda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə həmin evin alqı-satqı yolu ilə adına sənədləşdirilməsi ilə əlaqədar razılığa gəlmişlər.
16. Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, Bərdə şəhəri Ə.Ədilov küçəsi 19 ünvanında yerləşən fərdi yaşayış evi “Paşa Sığorta” Asc tərəfindən sığortalanmış və burada sığortalı kimi Cavabdeh4 göstərilmişdir.
17. 02 fevral 2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X30 və X33 arasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi 53000 manata satılmışdır.
18. 28 fevral 2024-cü il tarixli sorğu məktubundan görünür ki, məhkəmə tərəfindən iş üzrə Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə ünvan 5 ünvanında yerləşən 54.40 kv.m fərdi yaşayış evi və 0.039 ha torpaq sahəsinə dair vərəsəlik işinin açılıb-açılmaması, habelə hansı vərəsələrin mülkiyyətinə verilməsi ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi üçün sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq göndərilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2024- cü il tarixli cavab məktubundan görünür ki, “Elektron Notariat” İnformasiya sistemində X14 miras əmlakına dair xx.xx.2023-cü il tarixdə 912 nömrə ilə X34 şəhadətnamə verildiyi müəyyən edilmişdir.
19. 28 fevral 2024-cü il tarixli məktubdan görünür ki, məhkəmə tərəfindən iş üzrə Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat X54 küçəsi ev 19 ünvanında yerləşən 54.40 kv.m fərdi yaşayış evi və 0.039 ha torpaq sahəsinə dair vərəsəlik işinin açılıbaçılmaması habelə hansı vərəsələrin mülkiyyətinə verilməsi ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi üçün sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq göndərilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, sözügedən fərdi yaşayış evi və torpaq sahəsinə dair verilmiş 24 iyul 2023-cü il tarixli, 2V-912 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə göndərilmişdir. Sözü gedən sənədlər iş materiallarına əlavə edilmişdir.
20. 28 fevral 2024-cü il tarixli sorğu məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ilk əvvəl Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinin 1/3 hissə paylı xüsusi mülkiyyətində olmuş və sonradan 26 iyul 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinə əsasən Cavabdeh4 bağışlanmış ünvan 7 ünvanında yerləşən 54,40 kv.m fərdi yaşayış evi və 0,0390 ha torpaq sahəsinin hazırda kimin mülkiyyətində olması və əmlakın qanuni rejimi, bununla hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətinin, həmçinin həmin ilk əvvəl hansı əsasla (vərəsəlik şəhadətnaməsi və s.) Cavabdeh1, Tural və Cavabdeh3 paylı mülkiyyətlərinə keçməsi barədə hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq göndərilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 54.4 kv metr olan fərdi yaşyış evi hazırda xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə X18 adına qeydiyyata alınmışdır. Bununla bağlı hüquqmüəyyənedici sənədlərin surətləri məhkəməyə təqdim edilmiş və müvafiiq olaraq iş materiallarına əlavə edilmişdir.
21. Bərdə Rayon Məhkəməsinin 05 mart 2024-c il tarixli, 2(021)- 1006/2024 saylı qərardadından görünür ki, hazır ki iş üzrə X20 müstəqil təlləb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
22. Bərdə Rayon Məhkəməsinin 05 mart 2024-c il tarixli, 2(021)- 1006/2024 saylı qərardadından görünür ki, hazır ki iş üzrə X30 və X33 müstəqil təlləb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.
23. Gəncə Apelyyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-214/25 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı xx.xx.2023-cü il tarixli “Qanun üzrə X34” şəhadətnamənin, cavabdehlər arasında bağlanmış 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 54.4 kv.m fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair iddia tələbinin xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsinin hüquqi nəticələrinin etibarsız hesab edilməsi hissəsi baxılmamış saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
24. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə X34” şəhadətnamənin, cavabdehlər arasında bağlanmış 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 54.4 kv.m fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 54.4 kv. metr olan fərdi yaşayış evi anası X14 mülkiyyətində olmuşdur. Anası xx.xx.2006-cı ildə vəfat etmişdir. Qeyd edir ki, valideynlərinin birgə nikahından X12 xx.xx.1964-cü ildə anadan olub və xx.xx.2018-ci ildə vəfat etmişdir. X19 xx.xx.1958-ci ildə anadan olub və xx.xx.2018-ci ildə vəfat etmişdir. X16 xx.xx.1957-ci ildə anadan olmuş və xx.xx.2016-cı ildə vəfat etmişdir. X13 xx.xx.1950-ci ildə anadan olub və xx.xx.2020-ci ildə vəfat etmişdir. X17 xx.xx.1953-cü ildə anadan olub və xx.xx.2022-ci ildə vəfat etmişdir. Bildirir ki, sağ qalan yeganə vərəsə özüdür. Qeyd edir ki, o və digər bacı-qardaşları ailə qurduqdan sonra, hər biri ayrı-ayrı yerlərdə yaşamış və anası vəfat etdikdən sonra həmin ev boş qalmışdır. Ona miras əmlakın tərəfindən qəbul edilməsi üçün Bərdə Regional ASAN Xidmət Mərkəzində notairat ofisinə müraciət edərkən ona məlum olmuşdur ki, hazır ki, iş üzrə cavabdehlər ona məlumat vermədən, anasından qalmış miras əmlaka dair xx.xx.2023-cü il tarixə Bərdə Regional ASAN Xidmət Mərkəzində notariat ofisində Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışlar. xx.xx.2023-cü il tarixdə isə hər birinin payı 1/3 hissə olmaqla ev və evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını **********55 saylıq reyestrlə və ********** saylı qeydiyyat nömrəsi ilə qeydə aldıraraq çıxarış almışlar. xx.xx.2023-cü il tarixdə isə hər üçü X15 etibarnamə vermiş və həmin gün 4Ə-1465 saylı nömrə ilə Mirdadaş Novruzov da qardaşı, hazırkı iş üzrə digər Cavabdeh4 bağışlamışdır. Mirasın qəbulu, çıxarışın alınması, etibarnamənin verilməsi və miras evin bağışlanması cəmi 3 gün ərzində həyata keçirilmişdir.
26. Bərdə Rayon Məhkəməsinin 2(021)-1006/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Babaşov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “qanun üzrə X34 şəhadətnamənin, daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər X23, Cavabdeh2 və Cavabdeh3 verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə X34” Şəhadətnamə və cavabdehlər arasında bağlanmış 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 54.4 kv.m fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsi və onun bütün hüquqi nəticələrinin (ondan irəli gələn alqı-satqı müqavilələri) etibarsız hesab edilməsi və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
27. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir.
28. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 1133.1, 1134, 1151, 1225.1-ci və 1291-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
29. Bərdə Rayon Məhkəməsinin 2(021)-1006/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs X18 nümayəndəsi olan Vəkil apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə mübahisələndirilən, ünvan 8 ünvanda yerləşən torpaq sahəsi və ev daxil mülk onun tərəfindən notarial qaydada alqı-satqı edilmiş və qanunun tələblərinə uyğun olaraq Dövlət reyesterində mülkiyyət hüququna dair qeyd aparılaraq müvafiq çıxarış verilmişdir. Hazırkı iş üzrə o, məhkəmə iclasına dəvət ediləndən sonra ona bəlli olmuşdur ki, aldığı evlə bağlı əvvəllər aparılmış vərəsəlik məsəllərində mübahisə vardır. Ona görə də hesab edir ki, onun evi alana qədər olan məsələlərlə bağlı məhkəmənin qətnaməsində göstərilənlər barədə məlumatlı olmadığı üçün və həmin hissədə kimin haqlı, kimin haqsız olması barədə fikir bildirməyi doğru hesab etmir. O, evi alarkən evlə bağlı hər hansı bir mübahisənin olması barədə məlumatı olmamışdır. Eləcədə notariat qaydasında alqı-satqı müqaviləsi bağlayarkən evlə bağlı yüklülük və məhdudiyətin olmaması barədə məlumatları yoxlanılmış, alınmış mülk üzərində ona tam qanuni şəkildə çıxarış verilmişdir. Belə olan halda, məhkəmənin onun adına mübahisəli mülkə dair bağlanmış alqı-satqı müqaviləsinin, Dövlət reyesterində aparılmış qeydin və müvafiq çıxarışın etibarsız hesab edilməsi barədə gəldiyi hüquqi nəticə qanunsuz və məntiqsiz qərardır. Etibarsızlıq üçün onun sənədlərində heç bir qanunsuzluq müəyyən edilməmişdir. Məhkəmə tərəfindən qətnamədə vərəsəlik hüququnadair çoxsaylı maddi hüquq normasına, Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinad edilsə də, bu “istinadlar” fikir yığını olmaqla qətnaməni çətinləşdirmiş, ağırlaşdırmış və məhkəmə nəticəyə gələrkən əsaslandırma hissəsində olan “soz və fikiryığını” ilə əlaqəli şəkildə qiymətləndirilməmişdir. Belə ki, məhkəmənin qətnamədə istinad etdiyi KM-in Plenum qərarlarından biri də “Daşınmaz əmlakın dövlət reyeteri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1 və Azərbaycan Respublikası İnzibati prosesual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarıdır. Məhkəmə qətnamənin məzmununda bu qərara istinadən qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyesterdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyası yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRİX-in qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Məhkəmə qətnaməsində yuxarıda qeyd edilən KM-in Plenum qərarının açıq-aşkar şəkildə verdiyi izahı, şərhi “öz mülahizəsinə” görə düzgün tətbiq etməmiş və onun qanunla qorunan mülkiyyət hüququnu qanunsuz çıxardığı qətnamə ilə kobud şəkildə pozmuşdur. Məhkəmə tərəfindən onun mübahisəli əmlakı əldə edərkən mülklə bağlı hər hansı bir mübahisənin olmasını bilməyi, reyesterdə mülkü özgəninkiləşdirən şəxsə dair qeyd aparılmasında hər hansı bir pozuntunun olması barədə məlumatlı olmağı barədə əsas olmadan onun mülkiyyət hüququnu pozulması ilə nəticələnən qərar çıxarmışdır. Məhkəmənin qətnaməsində görünür ki, çoxsaylı maddi hüquq normaları və digər qərarlara istinad edilməsinə baxmayaraq yekunda məhkəmə tərəfindən 18 vərəqdən ibarət qətnamədə hüquqi düşüncə və mülahizələrini doğru formalaşdıra bilməmiş, vərəsəlik hüququ ilə başlayan istiqamət də qarşıya çıxan digər şəxslərin də hüquqlarını tapdalayaraq keçməkdən çəkinməmişdir. Məhkəmə unutmuşdurki, hərbi hüququn müdafiə dairəsi digər bir hüququn müdafiə dairəsinə qədərdir. Hüquq bərabərliyi və ədalət prinsipi istənilən hüququn əhatə dairəsini düz müəyyən etmək və digərlərinin hüquqlarının təsir dairəsini, sərhədlərini pozmamaqdan ibarətdir. Bundan başqa, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının tələblərini 2006-cı ildə açılmış vərəsəliklə bağlı düzgün tətbiq etməmişdir. Həmin qərarın tətbiqi ilə bağlı göstəriş düzgün həll edilməmişdir. Konstitusiyanın bu maddələrində mülkiyyət hüququnun qorunmasına Dövlət zəmanət verir və pozulmuş hüquqların məhkəmə müdafisinə təminat verir. Ancaq məhkəmə qətnamə çıxararkən onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə tərəfindən onun dövlət qeydiyyatına dair prezumsiyasına düzgün hüquqi qiymət verilməmiş, əsassız olaraq onun mübahisəli mülkə dair alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında dövlət reyesterində aparılmış qeydi və bu hüquqa dair çıxarışı etibarsız hesab etməkdə səhvə yol vermişdir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ancaq məhkəmə onun hüququnu qorumağa nədənsə təşəbbüs göstərməmişdir.
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiasının iclasında iştirak edən üçüncü şəxs X18 nümayəndəsi olan Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Əmlak reyestrdə yoxlanılıb, sonra alqısatqı edilib. Miras məsələsi 1990-cı illərə aid məsələdir. İddiaçı vaxtında mirası qəbul etməyib və ev boş qalıb. Digər vərəsələrdə Şəhadətnamə alıb evi satıblar. Məkhəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, əgər iddiaçı hesab edirsə ki, ona ziyan dəymişdir, digər vərəsələrə qarşı iddia qaldırmalı idi. Konstitusiya Məhkəməsinin məlum qərarı çıxdıqdan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, üçüncü şəxs X33 vicdanlı alıcıdır. Çünki əmlakı aldığı zaman heç bir məhdudiyyət olmamışdır. Qətnamə ona aid hissədə ləğv edilib, iddia rədd edilməlidir.
33. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verib bildirmişdir ki, mərhum anası 19 ildir ki, rəhmətə gedib. Mübahisəli ev ona valideynlərindən miras qalmışdır. Ondan razılıq alınmadan evi satıblar. 2006-cı ildə qardaşlarının hamısı sağ idi. Orada heç kim yaşamamışdır. Amma o, daima həmin evə baş çəkmişdir. Məkhəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, bilməmişdir ki, evi satacaqlar, ona görə mirası qəbul etmək barədə ərizə verməmişdir. Anasının yas mərasimində iştirak etmişdir. Məzuniyyətə çıxanda müxtəlif mərasimlər keçirmək üçün gəlirmiş. Anası öləndən sonra qardaşları da ölmüş, onlar öləndə də, gəlmişdir. Evi təmir etmək üçün pul göndərmişdir. Evi təmir etmək üçün pulu qardaşlarına göndərmişdir. Üçüncü şəxsin vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, birinci Mirağa sonra isə Mirxaliq vəfat etmişdir. Deyilənlərə əsasən, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
34. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
35. Məhkəmə kollegiasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən üçüncü şəxs X33 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məkhəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, əmlakı reyestrdə yoxladıb sonra alqı-satqı etmişdir. Hesab edir ki, o, vicdanlı alıcıdır. Çünki əmlakı aldığı zaman heç bir məhdudiyyət olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
36. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
37. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
38. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 39.1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
40. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
41. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
42. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
43. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
44. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
45. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
46. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
49. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
50. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
51. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
57. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
58. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
59. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
60. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
61. Hazırkı apellyasiya şikayətində üçüncü şəxs X33 tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1006/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üçüncü şəxs X24 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qənamənin ümumilikdə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 qətnamənin ümumilikdə ləğv edilməsini xahiş etsə də, iş materiallarından görünür ki, İddiaçı tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə X34” şəhadətnamənin, cavabdehlər arasında bağlanmış 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 54.4 kv.m fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsindən ibarət olmuş və Bərdə Rayon Məhkəməsinin 2(021)-1006/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Babaşov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “qanun üzrə X34 şəhadətnamənin, daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun bütün digər hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər X23, Cavabdeh2 və Cavabdeh3 verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə X34” Şəhadətnamə və cavabdehlər arasında bağlanmış 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 54.4 kv.m fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsi və onun bütün hüquqi nəticələrinin (ondan irəli gələn alqı-satqı müqavilələri) etibarsız hesab edilməsi və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Hazırkı iddia tələbi yalnız xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsinin bütün hüquqi nəticələrinin (ondan irəli gələn alqı-satqı müqavilələri) etibarsız hesab edilməsi hissəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 maraqlarına toxunmuşdur. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 vərəsəlik münasibətlərinin subyekti olmadığından iddia tələbinin mirasın qəbulu ilə, həmçinin vərəsələr tərəfindən 26 iyul 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinə əsasən Cavabdeh4 bağışlanması hissəsi X18 maraqlarına toxunmur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 şəhəri, Ə.Ədilov küçəsi, ev 19 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin 02 fevral 2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X30 tərəfindən 53000 manata ona satılmasına və özünün vicdanlı alıcı olduğuna istinad edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
64. İş materialları ilə müəyyən olunur ki, Gəncə Apelyyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-214/25 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı xx.xx.2023-cü il tarixli “Qanun üzrə X34” şəhadətnamənin, cavabdehlər arasında bağlanmış 0.039 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 54.4 kv.m fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair iddia tələbinin xx.xx.2023-cü il tarixli, 4Ə-1465 saylı bağışlama müqaviləsinin hüquqi nəticələrinin etibarsız hesab edilməsi hissəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, Bərdə Rayon Məhkəməsinin 2(021)-1006/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 maraqlarına toxunan hissədə iddia tələbi baxılmamış saxlanıldığından və qalan hissədə iddia tələbi X18 maraqlarına toxunmadığından və onun iddia tələbini həmin hissədə mübahisələndirmək üçün subyektiv hüququ olmadığından apellyasiya şikayəti təmin edilməməlidir.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi :
Bərdə Rayon Məhkəməsinin 2(021)-1006/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs X33 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1006/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.