Məhkəmə qərarları › İş №2(104)-2141/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2141/2024

19.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2141/2024 19.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi; miras əmlakda payların müəyyən edilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X38, X24 və X15 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, X38, X25, X26, X24, X32, X27, X28) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi, həmçinin miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 26 iyul 2024-cü il tarixli 2(125)-1718/2024 nömrəli qətnaməsindən Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə məhkəmə kollegiyası 19 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İ-ИE seriyalı, 110020 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X33 ilə X43 nikahı xx.xx.1954-cü il tarixdə Gədəbəy rayonunda 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Allahverdiyev”, arvada “Allahverdiyeva” soyadı verilmişdir;

2. AЭ seriyalı, 275358 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.1957-ci ildə Gədəbəy rayonunda doğulmuşdur, atası “X34” və anası X35 olmuşdur;

3. ИЕ seriyalı, 681949 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1952-ci ildə Gədəbəy rayonu, Novoqorolovsk kəndində doğulmuşdur, atası “X33” və anası X36 olmuşdur;

4. AЭ seriyalı, 275359 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1948-ci ildə Gədəbəy rayonunda doğulmuşdur, atası “X34” və anası X35 olmuşdur;

5. Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/09İS/164607-23 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X16 (X30) dair bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən arvadı X35 (xx.xx.2009-cu ildə vəfat edib), oğlanları X24, X32, Cavabdeh1, Cavabdeh2, X29 (xx.xx.2022-ci ildə vəfat edib), X25, X26, X31 (xx.xx.2020-ci ildə vəfat edib), X39 müəyyən edilmişdir;

6. xx.xx.1997-ci il tarixli və xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X27 xx.xx.1996-cı il tarixdə doğulmuş, atası X31, anası X8r və X23 xx.xx.2021-ci il tarixdə doğulmuş, atası X31, anası X8r;

7. İ-ЖК seriyalı, 503983 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X29 ilə İddiaçı nikahı xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində 130 nömrə ilə qeyd edilmişdir; Nikah bağlandıqdan sonra ərə “Allahverdiyev”, arvada “Ənnağıyeva” soyadı verilmişdir;

8. İV-ЖГ seriyalı, 462386 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X30 xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində “kəskin ürəkdamar çatmazlığı” səbəbindən ölmüşdür;

9. 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 283646 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində “qaraciyərin ikincili bədxassəli yenitörəməsi” səbəbindən ölmüşdür;

10. Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 226463 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində “ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə” səbəbindən ölmüşdür;

11. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR X7 Bürosu tərəfindən verilmiş 3387 nömrəli, xx.xx.1987-ci il tarixli “qeydiyyat vəsiqəsi”ndən və “fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu”ndan görünür ki, həmin qeydiyyat vəsiqəsi və texniki pasport X17 adına verilmişdir;

12. Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********649 nömrə ilə 2 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən bildirmişdir ki, xx.xx.1997-ci il tarixdə vəfat edən atası X3 miras əmlak qalmışdır, miras qoyana məxsus ölüm haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə və əmlakın sənədində fərqlilik var. Bununla əlaqədar işi məhkəmədə həll etmək üçün ona məktub verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 224 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçinin müraciətinə baxılmış və miras qoyanın sənədlərindəki adlarda uyğunsuzluq olduğundan vərəsəlik haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı, bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2755/2023 nömrəli, 03 may 2025-cü il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kirovabad İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 3387 nömrəli, 25 may 1987-ci il tarixli qeydiyyat vəsiqəsinin X18 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir;

13. Cavabdeh1, X24, X26 və Cavabdeh2 dair “Elektron notariat” informasiya sistemi vasitəsilə “vətəndaşlıq vəziyyətləri aktları” AQİS-dən çıxarışlar əlavə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, **********96-10301 reyestr nömrəli, qeydiyyat tarixli xx.xx.2023-cü il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda xüsusi mülkiyyətdə olan 0,0765 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 205,4 kv.metr olan fərdi yaşayış evi X9 xüsusi mülkiyyətindədir;

14. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hüquq sahibinin adı X30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü ildir, məhdudiyyət (yüklülük) haqqında xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb;

15. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestrdə 2V-227 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1997-ci il tarixdə vəfat etmiş X9 vərəsələri oğlu Cavabdeh1 və oğlu Cavabdeh2 tanınmış və onların X18 məxsus ünvan 2 ünvanında yerləşən mülkiyyətdə olan 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən bərabər hissədə irs almaq hüquqları müəyyən edilmişdir.

16. İş materiallarına mübahisəli əmlaka dair kommunal xərclərin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən qəbzlər əlavə edilmişdir;

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlakın ½ hissəsinə Cavabdeh1 və ½ hissəsinə Cavabdeh2 xüsusi (paylı) mülkiyyət hüququna dair xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir;

18. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi 31 avqust 2023- cü il tarixli, 4Ə-849 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlakda ½ hissə payını Cavabdeh1 bağışlamışdır;

19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********96- 10301 reyestr nömrəli, qeydiyyat tarixli xx.xx.2023-cü il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlak Cavabdeh1 xüsusi mülkiyyətindədir;

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-4984/2024 nömrəli cavab məktubundan görünür ki, Kirovabad şəhər Gəncə rayon X53 İcraiyyə Komitəsinin 24 noyabr 1989-cu il tarixli qərarının 18 nömrəli protokoluna əsasən Kirovabad şəhəri, ünvan 3 ünvanında müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili “A”-da 21.4 kv.m, 24.0 kvm, 20.9 kv.m üç yaşayış otaqları, 24.6 kv.m mətbəx-dəhliz, 39.0 kv.m açıq eyvan, 20.0 kv.m, 20.5 kv.m, 29.0 kv.m zirzəmilərdən ibarət yaşayış evinin və 400.0 kvm torpaq sahəsinin qanunlaşdırılması haqqında rəy təsdiq edilmişdir və bu fərdi yaşayış evinə X17 adına hüquqverici sənədlərin verilməsi barədə qərar verilmişdir. X17 adına hazırda ünvanı ünvan 4kabr 1989-cu il tarixli 3387 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonrakı illərdə bu mülkdə müvafiq icazə sənədləri olmadan tikili “A” yaşayış evində 19.5 kv.m, 23.2 kv.m yaşayış otaqları, 40.0 kv.m xidməti otaq, 31.7 kv.m açıq eyvan, 4.2 kv.m tambur, 59.5 kv.m çardaq, 16.1 kvm, 21.1 kv.m, 10.8 kv.m, 22.1 kv.m yarım zirzəmi, tikili “B”-də 33.1 kv.m əl damı, tikili “V”-də 22.5 kv.m hamam-çardaq tikilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli, 2(044)- 1736/2012 saylı icra vərəqəsi və qətnaməsinə əsasən tikili “A” yaşayış evindəki 19.5 kv.m, 23.2 kv.m iki yaşayış otağından, 40.0 kv.m xidməti otaqdan, 31.7 kv.m açıq eyvandan, 8.5 kv.m və 59.5 kv.m çardaqdan, 16.1 kv.m, 21.1 kv.m, 22.5 kv.m, 10.8 kv.m, 22.1 kv.m, 29.0 kv.m yarımzirzəmidən, tikili “B”-də əl damından, tikili “V”-də hamamdan ibarət tikililərə X17 mülkiyyət hüququ tanınmış və ümumi əmlakın bu tikililərdən ibarət hissəsini ünvanı İbrahim Eminbəyli küçəsi, 7A olmaqla onun vərəsəsi Cavabdeh1 adına qeydə alınmasına qərar verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2013-cü il tarixli, 2(104)- 207/2013 saylı qətnaməsinə əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1736/2012 saylı qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2013-cü il tarixli, 2(102)-2205/2013 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-207/2013 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2013-cü il tarixli 2(104)-1211/2013 saylı qərardadına əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1736/2012 saylı qətnaməsi ləğv edilmişdir, Cavabdeh1 vərəsə kimi tanınma və miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(125)-2755/2023 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR Kirovabad İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 3387 nömrəli, 25 may 1987-ci il tarixli qeydiyyat vəsiqəsinin X18 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Qeyd edilən qeydiyyat vəsiqəsi və qətnaməyə əsasən X18 xx.xx.2023- cü il tarixli, **********96-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 14 avqust 2023-cü il tarixli, 2V-227 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh1 (1/2 hissə) və Cavabdeh2 (1/2 hissə) payları göstərilməklə adlarına 28 avqust 2023-cü il tarixli, **********96-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 30 avqust 2023-cü il tarixli, 4Ə-849 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 öz payını Cavabdeh1 bağışlamış, sonuncunun adına 14 sentyabr 2023-cü il tarixli, **********96-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(125)-1718/2024 bildirişinə əsasən əmlak üzərinə qadağa qoyulmuşdur;

21. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli, 3-38-2/33-1867/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X10 xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: çıxış - xx.xx.2010-ci il tarix, giriş – xx.xx.2011-ci il tarix, çıxış – xx.xx.2011-ci il tarix, giriş – xx.xx.2017-ci il tarix, çıxış – xx.xx.2017-ci il tarix, giriş – xx.xx.2022-ci il tarix.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 2V-227 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında Gəncə şəhəri, Nizami küçəsi 9-cu dalan, ev 7 üzərində cavabdehlərin ½ hissə payların tanınması və cavabdehlərin adlarına xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə verilmiş çıxarışın ləğv edilməsi, 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli, 4Ə-849 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, mərhum qayınatası X18 məxsus ünvan 5 ünvanda yerləşən miras əmlak üzərində qanun üzrə vərəsə kimi cavabdehlərin və mərhum əri X19 düşən pay üzərində bərabər payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami küçəsi 9-cu döngə, ev 7 mərhum qaynatası X18 məxsus olmuşdur. Qaynatası xx.xx.2009-cu ildə rəhmətə getmişdir. Qaynatası rəhmətə gedəndən sonra onun adına olan miras əmlakı qanun üzrə vərəsə kimi cavabdehlər və onun yoldaşı Vidadi faktiki qəbul edib idarə ediblər. 2022-ci ildə yoldaşı Vidadi rəhmətə getdikdən sonra miras mülkdə o yaşamışdır. Hazırda da yaşayır. Evin kommunal xərclərini də o, ödəyir. xx.xx.2023-cü ildə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin 2V-227 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən 1/2 hissə ilə cavabdehlərin miras əmlak üzərində payları tanınmışdır. xx.xx.2023-cü ildə cavabdehlərin adlarına paylarına uyğun olaraq çıxarış verilmiş, xx.xx.2023-cü ildə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin notariat ofisində Cavabdeh2 ½ hissə payını digər Cavabdeh1 bağışlamış, xx.xx.2023-cü ildə Cavabdeh1 adına mülkə dair çıxarış verilmişdir. Miras əmlakı cavbadehlərlə bərabər onun yoldaşı qəbul edib faktiki idarə etsə də, vərəsəlik şəhadətnaməsi verilərkən yoldaşı tamamilə əsassız olaraq kənarda qalmaqla miras əmlak üzərində hüququ tanınmamışdır. Ona görə də miras mülk əvvəlki vəziyyətinə qaytarılmalı, miras əmlak üzərində bərabər paylarla cavabdehlərin və mərhum yoldaşı X10 qanun üzrə vərəsə kimi payları müəyyən edilməlidir.

24. Məhkəmə gedişi ərəfəsində X38, X25, X26, X24, X32, X27 və X28 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.

25. Cavabdeh1 nümayəndəsi və vəkili məhkəməyə mülahizə ünvanlayaraq bildirmişdir ki, mülki iş üzrə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X11 nümayəndəsi Nümayəndə3 (həmçinin hər iki şəxsin nənəsidir) məhkəmə iclasında nəvələrinin, yəni üçüncü şəxslər İlahə və Həsənin atalarından miras qalmış miras əmlaka faktiki idarə və sahibliyi həyata keçirə bilməmələrinin səbəbi kimi onların hər ikisinin tələbə olmasını göstərmişdir. Həmin arqumentə əsaslanılmaqla qeyd edilməlidir ki, ataları X31 dünyasını dəyişdiyi xx.xx.2020-ci il tarixdə hər iki övlad tələbə olmuş və bununla əlaqədar atalarının dəfn mərasiminə gələ bilməmiş, həmçinin tələbə olduqları üçün miras kütləsini qəbul edə bilməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X11 ataları X31 dünyasını dəyişdiyi xx.xx.2020-ci il tarixdə tələbə olmaları barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, yalnız şifahi məlumatlar verilmişdir. Əgər müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X11 xx.xx.2020-ci il tarixdə xarici dövlətdə tələbə olmalarını sübut edən hər hansı bir sənəd varsa, təqdim edilməsi təklif edilmişdir. Bundan başqa, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X11 etibarnamə üzrə nümayəndələri Nümayəndə3 məhkəmə iclasında bildirmişdir ki, nəvələri, nə ataları dünyasını dəyişəndə gəlmiş, nə də ki, ataları dünyasını dəyişdikdən sonra həmin fərdi yaşayış evində yaşamışdır. Dəfnə gəlməmə, həmçinin həmin evdə yaşamamanın səbəbi kimi nəvələrinin tələbə olmasını, həmçinin pandemiyanın olmasını bildirmişdir. Bundan başqa, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X11 anaları Sevinc xanım 2007-ci il tarixdə X5 boşanaraq övladlarını da götürərək özlərinə yaşayış üçün başqa yer seçmişdir. İşin bu halını məhkəmənin bütün tərəfləri də təsdiq etmişdir.

26. Mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X12 vəkili Nümayəndə4 yuxarıda qeyd edilən mülahizəyə münasibət barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh1 nümayəndəsi və vəkilinin verdiyi mülahizə əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X11 etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 X11 atasının ölümündən əvvəl və sonra Türkiyə Respublikasında tələbə olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. Məhkəmə hazırlıq iclasları və məhkəmə baxış iclası zamanı müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər Həsən Allahhverdiyev və İlahə Allahverdiyevin ataları vəfat etməmişdən öncə və sonra da tələbə olmalarını izahatları ilə təsdiq etdiklərindən İlahə Allahevrdiyevanın tələbə olması ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdilər. Hazırda cavabdeh tərəf qeyd olunan məsələni mübahisələndirdiyi üçün bununla bağlı olan sənədlərini məhkəməyə təqdim etmişdir. Ümumiyyətlə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X12 atalarının vəfatından sonra 6 aylıq müddətdə mrias əmlakı qəbul etməmələrinin digər üzrlü səbəbi pandemiya olmuşdur. Hamıya bəllidir ki, 2020-ci ilin əvvəlindən başlayaraq bütün dünyada pandemiya elan olunmuş və kəskin karantin rejimi tətbiq edilmişdir. Həmin vaxt Xanlar Allahverdiyev vəfat edərkən və ondan 6 ay sonrakı müddətdə Azərbaycan Respublikasına daxil olmaq üçün ciddi qaydalar müəyyən edilmişdir. Qeyd olunan xüsusat miras əmlakla bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddətin ötürülməsinin üzrlü olmasını təsdiq edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, miras əmlak X31 tərəfindən qəbul edilmişdir. X13 birinci növbə vərəsələri X27 və X20r. İddiaçı, cavabdehlər və müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər qardaşları X5 irs ala bilməzlər. Ona görə də miras əmlak kütləsinə daxil olan Gəncə şəhəri, 9-cu döngə, ev 7-dən X21 çatası payın birinci növbə vərəsələri X27 və X22 bərabər şəkildə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Gəncə Şəhər Məhkəməsinin 26 iyul 2024-cü il tarixli 2(125)-1718/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlaka dair 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestrdə 2V-227 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 31 avqust 2023-cü il tarixli, 4Ə-849 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh1 (paylı mülkiyyət üzrə 1/2 hissə) və Cavabdeh2 (paylı mülkiyyət üzrə 1/2 hissə) mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən Cavabdeh1 (1/2 hissə) və Cavabdeh2 (1/2 hissə) adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən Cavabdeh1 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; X6 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlakın 2/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə X10 və 1/4 hissəsinə X13 payının müəyyən edilməsi; İddianın qalan hissədə təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

28. Məhkəmə həmin nəticəyə gələrkən xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2, 245, 1133.1 və 1274-cü maddələrinə, Azərbaycan SSR-nin xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 532 və 552-ci maddələrinə, həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 59-cu maddələrinə, eləcə də Torpaq Məcəlləsinin 3.2, 3.3, 48.3, 49.4, 86.4, 88 və 88.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

29. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 da apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını və miras əmlakdan onun da vərəsəlik payının müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mərhum qardaşı Vidadi Allahverdiyevin miras açıldıqdan 3 ay müddətində nə notariusa müraciət etməklə, nə də ki, mirası faktiki qəbul etməsi ilə bağlı hər-hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Mərhum qardaşı Vidadi Allahverdiyev hələ atasının sağlığında daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüş, onun ailəsi də orada yaşamışdır. Miras açılan zaman da mərhum qardaşı Vidadi Allahverdiyev ölkə hüdudlarından kənarda olmuşdur. Bir sözlə, mərhum qardaşı Vidadi miras əmlakı qəbul etməmişdir. Qardaşı Vidadi ölməmişdən əvvəl Quşqara kəndində inşa edilmiş evi tam hazır olmadığından ata evinə gətirilmiş, 1-2 ay orada qalandan sonra isə həmin evdə vəfat etmişdir. 2022-ci ildə qardaşı Vidadi vəfat edəndən sonra onun arvadı həmin evdə qalmışdır. Məhkəmənin də istinad etdiyi kommunal xərclər də məhz həmin dövrə aiddir. Bundan başqa, miras qalmış evin faktiki olaraq 3 yerə bölünməsi və həmin evlərdən birinin Vidadiyə aid olması barədə məhkəmənin gəlmiş olduğu nəticə əsassızdır. Belə ki, iddiaçının Vidadiyə aid olmasını iddia etdiyi otaqlarda sağlığında mərhum anası Dunay Allahverdiyeva yaşamışdır və tərəflər arasında iddiaçının dediyi kimi formal olsa belə evin bölgüsü olmamışdır. İddiaçı isə əri öləndən sonra yəni 2022-ci ildə həmin otaqlara yiyələnmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh belə bölgünün olmaması barədə məhkəməyə hec bir sübut təqdim edə bilməmişdir. Hesab edir ki, bu yanaşma da yanlışdır. Çünki, MPM-nin tələblərinə görə iddiaçı iddia etdiyi məsələləri sübut etməlidir. İddiaçı isə bölgünün olması ilə bağlı hec bir sübut təqdim edə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Xanlar özü miras əmlakı qəbul etsə belə o 2020-ci ildə öləndən sonra onun vərəsələri mirası qəbul etməmişlər. Belə ki, Xanlar atası öləndən sonra uzun müddət həmin evdə tək yaşamış, lakin miras əmlakla bağlı heç bir iddiası olmamışdır. Xanlarla həyat yoldaşı 2007-ci ildə boşanmışlar, Xanların həmin evə dair vərəsəlik hüququ tanınsa belə, uşaqları Həsən və İlahə həmin evə gəlib-getmədiklərindən, hətta atalarının dəfnində iştirak etmədiklərindən uşaqları həmin miras əmlakı qəbul etməmişlər. Həmçinin, Həsən və İlahənin ataları ölən zaman tələbə olmalarını təsdiq edən heç bir sənəd yoxdur. Hazırki mübahisədə də onlar heç bir iddia irəli sürməmişlər. Bundan başqa məhkəmə digər varəsələrin də paylarınımüəyyən etməmişdir.

32. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, miras əmlakda vərəsələrdən Xəqani və Xanlar yaşamışlar. Vidadi hələ miras açılmamışdan xeyli əvvəl daimi olaraq Rusiya Federasiyasına köçmüş, ailəsi orada yaşamış, miras açılan vaxtda orada olmuşdur. Bir sözlə, mərhum qardaşı Vidadi Allahverdiyev mirası qəbul etməmişdir. Qardaşı Vidadi ölməmişdən əvvəl Quşqara kəndində inşa edilmiş evi tam hazır olmadığından ata evinə gətirilmiş, 1-2 ay orada qalandan sonra isə həmin evdə vəfat etmişdir. Digər vərəsə Xanlar isə özü miras əmlakı qəbul etsə belə, o, 2020-ci ildə öləndən sonra onun vərəsələri mirası qəbul etməmişlər. Belə ki, Xanlar atası öləndən sonra uzun müddət həmin evdə tək yaşamış, lakin miras əmlakla bağlı heç bir iddiası olmamışdır. Xanlarla həyat yoldaşı 2007-ci ildə boşanmışlar, Xanların həmin evə dair vərəsəlik hüququ tanınsa belə, uşaqları Həsən və İlahə həmin evə gəlib-getmədiklərindən, hətta atalarının dəfnində iştirak etmədiklərindən uşaqları həmin miras əmlakı qəbul etməmişlər. Lakin, məhkəmə onların hər ikisini vərəsə kimi qəbul etmişdir. Yəni, məhkəmə onların ara-bir həmin evə gedib-gəlməsini mirası qəbul etməsi kimi qiymətləndirmişdir. Belə olan halda onun və digər qanun üzrə vərəsələrin də miras əmlaka vərəsəlik hüququ tanınaraq mirasda payları müəyyən edilməlidir.

c) Apellyasiya şikayətlinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum atası 1997-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra miras qalmış evdə o, anası və qardaşı Xanlar yaşamışlar. Mərhum qardaşı Vidadi də Rusiya Federasiyasında yaşamış, ildə bir dəfə ölkəyə qayıdan zaman da gəlib ata yurdunda qalmışdır. Mərhum qardaşı Vidadinin arvadı İddiaçı miras əmlaka 2- 3 ildən bir qonaq kimi gəlmiş və 3-5 gün orada qalıb getmişdir. Qardaşı Nizami ata mülkündən 1975-ci ildə başqa evə köçərək getmişdir. Həmin vaxtdan qardaşı Nizami Gəncə şəhərində Yeni Gəncə qəsəbəsində yaşayır. Qardaşı Nazim və bacısı Xurma hələ atasının sağlığında ailə qurduqdan sonra miras qalmış evi tərk edib getmişlər. X59 atasının vəfatından sonra miras qalmış evdə yaşamamış, sadəcə arabir oraya gedibgəlmiş, habelə mərhum anasının xəstə olduğu zamanlarda gəlib anasına baxmışdır. O, qanuni əsaslarla mirası tam şəkildə qəbul etmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, Xanlar boşanmışdı, ölənə qədər o evdə yaşayıb, lakin onun vəfatından sonra uşaqları mülkdə yaşamayıb, həmin vaxtı Türkiyə Cümhuriyyətində təhsil almışlar. Həmçinin suala cavab olaraq İddiaçı cehizlərin həmin evdə olduğunu və Rusiya Federasiyasından Gəncə şəhərinə gələn zaman qardaşı Vidadi və arvadı Ulduzun mülkdə yaşadıqlarını bildirmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə5 apellyasiya şikayətinin dəlillərini müdafiə qeyd edib məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, O da 50 il bundan əvvəl ailə qurub atasına məxsus evi tərk etmişdir. Buna baxmayaraq hər zaman atası evinə gedib gəlmiş, onların sağlığında onlara tez-tez baş çəkmişdir. Mərhum atası vəfat etdikdən sonra miras qalmış evdə anası və qardaşı Xanlar yaşamışlar. Rusiyada yaşayan qardaşı Vidadi isə miras qalmış evə gəlibgetmişlər. Anası da rəhmətə gedəndən sonra daimi olaraq orada ancaq qardaşı Xanlar yaşamışdır. Sədrlik edənin suallarına cavab olaraq Nizami Allahverdiyev bildirmişdir ki, qardaşı Vidadi Rusiya Federasiyasından Gəncə şəhərinə gələndə ailəsi ilə birlikdə orada yaşamışdır. Üçüncü şəxs X1 məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını və miras əmlakdan onun da vərəsəlik payının müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X32 izahatında bildirmişdir ki, miras qalmış evin bütün vərəsələr arasında paylara bölünməsini istəyir. O, mərhum atasının sağlığında miras qalmış evi tərk etmişdir. Buna baxmayaraq mülkə hər zaman gəlib gəlmişdir. Miras qalmış evin həyəti iki hissəyə bölünmüşdür, yarısında qardaşı Xəqani, digər hissədə isə mərhum anası ilə qardaşı Xanlar yaşamışlar. Sədrlik edənin suallarına cavab olaraq Nazim Allahverdiyev bildirmişdir ki, mərhum atası vəfat etdikdən sonra miras qalmış evdə anası və qardaşı Xanlar yaşamışlar. İddiaçı cehizi də miras qalmış evdədir. İddiaçı və onun mərhum əri atasının sağlığında, habelə vəfatından sonra miras qalmış evdə yaşamışlar, belə ki, mərhum qardaşı Vidadi Allahverdiyevin Azərbaycanda başqa evi olmamışdır, Vidadi ailəsi ilə birlikdə yayda Gəncəyə gələndə orada yaşamışlar, qışda isə yenə çıxıb getmişlər. Vidadi Rusiyada yaşasa da Gəncə şəhərinə tez-tez gəlib-gedirdi. Mərhum atası vəfat edən zaman qardaşı Vidadi gəlmiş, dəfn mərasimini keçirtmişdir. Sədrlik edənin suallarına cavab olaraq Nazim Allahverdiyev bildirmişdir ki, evlər arakəsmə ilə bir-birindən təcrid edilmişdir. Miras qoyan Hasan Allahverdiyevin vəfatından sonra miras mülkdə mövcud olan üç evdə vərəsələrdən anası Dunay Allahverdiyeva, qardaşları Cavabdeh1, Xanlar Allahverdiyev və Vidadi Allahverdiyev yaşamışlar. Həmçinin bildirmişdir ki, mərhum atası vəfat etdikdən sonra miras qalmış evdə anası və qardaşı Xanlar yaşamış, digər qardaşı Vidadi isə Rusiyada işlədiyindən daimi yaşamasada tez-tez gələrək mülkdə yaşamışdır. İddiaçı cehizi miras qalmış evdədir. Üçüncü şəxs X2 məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X38 izahatında bildirmişdir ki, mərhum atası vəfat edəndən sonra miras qalmış evdə yaşamamışdır. Hələ mərhum atasının sağlığında ailə qurub ata ocağından köçmüşdür. Ancaq, atasına məxsus evə gedib-gəlmiş və xəstələnəndə gedib valideynlərinə baxmışdır. Hesab edir ki, miras əmlakda onun da payı müəyyən edilməlidir. İki qardaşı Rusiya Federasiyasında yaşamış, ata mülkünə arxayn olub özlərinə ev tikməmişlər. Qardaşları oradan pul göndəriblər, o da həmin pulla ataanasına baxmışdır. Sədrlik edənin suallarına cavab olaraq Xurma Allahyarova bildirmişdir ki, ata-anası öləndə pul yığılmış, dəfn xərcləri də onunla qarşılanmışdır. Mərhum atası vəfat edəndən sonra miras qalmış evdə anası və qardaşı Xanlar yaşamışdır. Digər qardaşı Vidadi isə Rusiya Federasiyasında yaşamış, buraya gəldikdə isə miras qalmış evdə yaşamışdır. İddiaçı da miras qalmış evə gəlin gəlmiş və cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Həmin əşyalar hazırda da sözügedən evdədir.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərini qəbul etməyərək izahatında bildirmişdir ki, 1992-ci ilin aprel ayında mərhum əri Vidadi Allahverdiyevlə toy mərasimləri olmuş və həmin zaman mübahisəsi gedən evə gəlin köçmüşdür. Cehiz əşyaları da oraya yerləşdirilmişdir. Bundan 3-4 ay sonra isə əri Rusiya Federasiyasında olduğuna oraya getmişdir. Ölkə hüdudlarından kənarda yaşamış olsalar da, lakin miras əmlakla əlqələrini kəsməmişlər, öəkəyə qayıtdıqda həmin evdə yaşamışlar. Həmin evin açarlarıda daima onda olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, qaynatası vəfat edəndən sonra miras qalmış evdə qayınları Xəqani, Xanlar və qaynanası yaşamışlar. Mərhum əri Vidadi Allahvediyevlə aralarındakı nikah 2002-ci ildə bağlanmışdır. 2022-ci ildə Vidadi ağır vəziyyətdə olduğundan Azərbaycana qayıtmışlar və bir daha Rusiya Federasiyasına getməmişlər. Miras qalmış evin açarı onda olmuşdur, hər dəfə gələndə isə qapının qıfılının qırıldığını görmüşdür. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

40. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi

41. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

42. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

43. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

44. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

45. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər.

xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

46. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

47. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

48. Maddə 666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

49. Maddə 9. Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

50. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

57. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

58. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. Apellyasiya şikayəti üzrə baxılan mübahisə predmetinin bölünməz olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X30 ilə X60 nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından X24, X32, Cavabdeh1, Cavabdeh2, X29, X25, X26, X31 və X39 adlı uşaqları anadan olmuşdur. ünvan 1 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evi də X9 mülkiyyətində olmuşdur. X30 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - arvadı X35, həmçinin uşaqları X24, X32, Cavabdeh1, Cavabdeh2, X29, X25, X26, X31 və X39 olmuşdur. X37 miras qalan əmlak isə ünvan 1 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evi olmuşdur. Daha sonra miras qoyanın arvadı X35 xx.xx.2009-cu il tarixdə, uşaqları X29 xx.xx.2022-ci il tarixdə, X31 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vəfat etmiş vərəsələrdən mərhum Dunay Allahverdiyevanın qanun üzrə birinci növbəli vərəsələri yuxarıda adları qeyd olunan uşaqları, mərhum vərəsə X10 qanun üzrə birinci növbəli vərəsələri arvadı İddiaçı və oğlu Allahverdi Allahverdiyev, mərhum vərəsə X13 qanun üzrə birinci növbəli vərəsələri isə uşaqları Həsən Allahverdiyev və İlahə Allahverdiyeva olmuşlar. Bununla yanaşı müəyyən olunur ki, miras qoyan Hasan Allahverdiyevin vərəsələrindən Cavabdeh1 və Cavabdeh2 miras əmlakın qəbuluna dair ərizə ilə notariat ofisinə müraciət etmişlər və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 14 avqust 2023-cü il tarixli, 2V-227 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh1 və Cavabdeh2 hər birinin miras əmlaka ½ vərəsəlik payları müəyyən edilmiş, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında da miras əmlaka dair onların adına 28 avqust 2023-cü il tarixli, **********96- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra isə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 30 avqust 2023-cü il tarixli, 4Ə-849 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 miras əmlakdakı ½ hissə payını digər vərəsə (qardaşı) Cavabdeh1 bağışlamışdır. Sözügedən bağışlama müqaviləsi əsasında 14 sentyabr 2023-cü il tarixli, **********96-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla miras əmlak sayılan ünvan 1 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evi tam həcmdə Cavabdeh1 adına qeydə alınmışdır. Miras qoyan Hasan Allahverdiyevin mərhum oğlu Vidadi Allahverdiyevin qanun üzrə birinci növbəli vərəsəsi İddiaçı miras əmlakın mərhum əri Vidadi Allahverdiyev tərəfindən faktiki qəbul edildiyini əsas gətirərərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

63. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi miras qoyan X30 xx.xx.1997-ci il tarixdə ölmüşdür və iddia tələbində həmin miras qoyanın miras əmlakının vərəsələr arasında paylara bölünməsi xahiş edilmişdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

64. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan X30 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - arvadı X35, həmçinin uşaqları X24, X32, Cavabdeh1, Cavabdeh2, X29, X25, X26, X31 və X39 olmuşdur. X37 miras qalan əmlak isə ünvan 1 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət olmuşdur.

65. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliyin açılması faktı və mirasın kütləsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir.

66. Miras qoyan X9 mirası açılan zaman (xx.xx.1997-ci il) qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun.

67. Qeyd edilməlidir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

68. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan X6 qalmış mirası onun qanun üzrə birinci növbəli vərəsələri olan arvadı Dunay Allahverdiyeva, uşaqları Cavabdeh1, X29 və X31 faktiki qəbul etmişlər. Qeyd olunan hal birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı tərəflərin verdiyi izahatla öz təsdiqini tapmışdır.

69. Belə ki, Cavabdeh1 birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında mərhum atasının vəfatından sonra özü və qardaşı Xanlar Allahverdiyevin daima miras əmlakda yaşadığını, digər qardaşı Vidadi Allahverdiyevin isə Rusiya Federasiyasına gedib ailəsi ilə birlikdə orada yaşadığını, həmin qardaşının il ərzində cəmi bir neçə gün gəlib miras əmlakda qaldığını, miras əmlakda yerləşən evlərin arakəsmə ilə bir-birindən təcrid edildiyini, hazırda miras mülkdə İddiaçı və onun yaşadığını, ünvanda faktiki olaraq onun mərhum qardaşları Vidadi və Xanların evi olduğunu bildirmişdir (bax İ cild səhifə 254 məhkəmə iclas protokolu).

70. Cavabdeh2 də birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında mərhum atasının vəfatından sonra miras mülkdə qardaşları Xəqani, Xanlar və Vidadinin ailələri ilə birlikdə yaşadığını və hazırda da onların orada ayrıca istifadədə olan evləri olduğunu, mərhum qardaşı Vidadinin miras mülkə gəlib-getdiyini, lakin onun arvadı İddiaçı miras mülkdə yaşamış olduğunu bildirmişdir (bax İ cild səhifə 254 məhkəmə iclas protokolu).

71. Bundan başqa, üçüncü şəxs Nazim Allahverdiyev də birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında miras mülkdə qardaşları Vidadi, Xəqani və Xanların ayrıca mülkləri olduğunu, iddiaçının da həmin evdə yaşadığını bildirmiş. Həmçinin digər üçüncü şəxs Nizami Allahverdiyev də verdiyi izahatında İddiaçı daima miras mülkə gəlib-getdiyini bildirmişdir. (bax İ cild səhifə 254 məhkəmə iclas protokolu).

72. Göstərilənlərin davamı olaraq qeyd edilir ki, apellyasiya baxışı zamanı da Cavabdeh1 özü və qardaşı Xanlar Allahverdiyevin miras mülkdə yaşadığını, iddaçı İddiaçı cehiz əşyalarının hələ atasının sağlığında miras mülkə yerləşdirildiyini və hazırda da həmin əşyaların miras mülkdə qaldığını bildirmişdir. Üçüncü şəxs Nizami Allahverdiyev də apellyasiya baxışı zamanı verdiyi izahatında mərhum atasının vəfatından sonra miras mülkdə o, anası və qardaşı Xanların yaşadığını, qardaşı Vidadi Allahverdiyevin isə ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığını, lakin ölkəyə qayıtdıqda ailəsi ilə birlikdə miras mülkdə yaşadığını bildirmişdir. Üçüncü şəxs Nazim Allahverdiyev də apellyasiya baxışı zamanı verdiyi izahatında mərhum atasının vəfatından sonra miras mülkdə anası və qardaşı Xanların yaşadığını, İddiaçı cehiz əşyalarının hazırda da miras mülkdə yerləşdiyini, iddiaçı və mərhum qardaşı Vidadinin ölkəyə qayıdan zaman miras mülkdə yaşadıqlarını bildirmişdir. Digər üçüncü şəxs Xurma Allahyarova isə apellyasiya baxışı zamanı verdiyi izahatında mərhum atasının vəfatından sonra miras mülkdə anası və qardaşı Xanların yaşadığını, digər qardaşı Vidadinin isə Rusiya Federasiyasında yaşadığını, lakin buraya qayıtdıqda miras mülkdə yaşadığını bildirmişdir (bax bu qətnamənin 34-38-ci bəndləri).

74. Beləliklə, tərəflərin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi izahatların sistemli tədqiqi nəticəsində müəyyən olunur ki, miras əmlakda yerləşən evlər arakəsmə ilə bir-birindən təcrid edilmişdir. Miras qoyan Hasan Allahverdiyevin vəfatından sonra miras mülkdə mövcud olan üç evdə vərəsələrdən Dunay Allahverdiyeva, Cavabdeh1, Xanlar Allahverdiyev və Vidadi Allahverdiyev öz ailələri ilə birlikdə yaşamışlar. İddiaçı da X42lə ailə quran zaman özünə məxsus cehiz əşyalarını hələ miras qoyanın sağlığında sözügedən fərdi yaşayış evinə yerləşdirmişdir. Həmin zamandan hazırkı müddətədək də iddiaçıya məxsus cehiz əşyaları miras mülkdə qalmışdır. X42 sağlığında Rusiya Federasiyasında yaşamış olsa da, lakin atasından miras qalmış mülkə marağını itirməmişdir. Əksinə, o, ölkəyə qayıdan zaman ailəsi ilə birlikdə gəlib məhz atasından qalan miras mülkdə yaşamışdır. Beləliklə də, miras əmlaka sahib çıxaraq miras əmlakı faktiki qəbul etdiyini şəksiz formada nümayiş etdirmişdir. Bununla belə kollegiya qeyd edir ki, mərhum vərəsə Vidadi Allahverdiyevin başqa ölkəyə gedib-gəlməsi nəticəsində miras əmlakla əlaqələrinin müvəqqəti kəsilməsi həmin şəxsin mülkiyyət hüququnun itirilməsinə əsas deyildir.

75. İşin yuxarıda sadalanan hallarının yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, miras qoyan Hasan Allahverdiyevin ölümündən sonra ondan miras qalmış əmlakı qanun üzrə birinci növbəli vərəsələrdən arvadı Dunay Allahverdiyeva, uşaqları Cavabdeh1, X29 və X31 faktiki qəbul etmişlər. Həmçinin, miras qoyan Hasan Allahverdiyevin vərəsələrindən Cavabdeh1 və Cavabdeh2 miras əmlakın qəbuluna dair notariat ofisinə ərizə verməklə mirası qəbul etmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mərhum vərəsə Xanlar Allahverdiyevin atasından miras qalmış əmlakı faktiki qəbul etdiyi işin faktiki halları ilə müəyyən edildiyindən onun övladlarının onun əmlakını faktiki qəbul edib-etməməsi, habelə üçüncü şəxslər İlahə və Həsən Allaverdiyevlərin sözügedən mirasa paylarının tanınması hazırkı mübahisə üzrə araşdırmanın predmeti olmadığından kollegiya bu xüsusatlarla bağlı hüquqi dəyərləndirmə aparmağı zəruri hesab etmir.

76. Digər tərəfdən miras qoyan Hasan Allahverdiyevin digər vərəsələri Nizami, Nazim, Nəsimi və Bəylər Allahverdiyev, habelə Xurma Allahyarova isə nə rəsmi qaydada notariat ofisinə ərizə verməklə, nə də ki, miras əmlakı faktiki idarə etməklə mirası qəbul etməmişlər. Ümumiyyətlə, adları qeyd olunan vərəsələr miras qoyan Hasan Allahverdiyevdən miras qalmış əmlakın saxlanması və normal təsərrüfatın aparılmasına yönələn hərəkətlər də etməmişlər. Belə ki, tərəflərin izahatları, habelə işdəki sənədlərlə bu hal öz təsdiqni tapmamışdır. Üçüncü şəxslər Nizami Allahverdiyev, Nazim Allahverdiyev və Xurma Allahyarova apellyasiya baxışı zamanı verdikləri izahatında mərhum atalarının vəfatından sonra miras mülkdə yaşamadıqlarını bildirmişlər (bax qətnamənin 36-38-ci bəndləri).

77. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, miras qoyan Hasan Allahverdiyevin mirasını qəbul etmiş vərəsə (arvadı) Dunay Allahverdiyeva vəfat etmiş olsa da, lakin adı qeyd olunan vərəsənin də qanun üzrə birinci növəli vərəsələri məhz mərhum Hasan Allahverdiyevlə birgə nikahlarından anadan olmuş uşaqlarıdır. Bununla belə işin faktiki halları ilə müəyyən olunur ki, Dunay Allahverdiyevanın vəfatından sonra da miras mülkdə yaşayan vərəsələr məhz Cavabdeh1, X29 və X31 olmuşlar. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası mərhum vərəsə Dunay Allahverdiyevanın miras əmlakda payının müəyyən olunaraq yenidən yuxarıda adları qeyd olunan qanun üzrə vərəslər arasında bölünməsini zəruri hesab etmir.

78. Bununla belə iş materiallarından aydın olur ki, miras qoyan Hasan Allahverdiyevdən qalmış miras əmlaka dair cavabdehlərin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın digər vərəsələrinin mirası qəbul etmiş olması nəzərə alınmadan sadəcə cavabdehlərin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin vərəsələr hər biri miras əmlakdan ½ olmaqla ümumilikdə əmlakdan tam həcmdə pay almışlar. Lakin, notariat kontoru tərəfindən vərəsəlik işi açılarkən digər vərəsələrin axtarılması üçün hər hansı tədbir görülməmiş, onların miras əmlaka münasibətləri bu və ya digər formada öyrənilməmiş və bununla da hüquqları məhdudlaşdırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin xx.xx.2023cü il tarixdə verilmiş reyestrdə 2V-227 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmçinin, miras əmlaka dair cavabdehlərin adına verilmiş hüquqların dövlət qeydiyyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub yuxarıda göstəriən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında tərtib edilmişdir. Hazırkı vəziyyətdə cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edildiyindən həmin şəhadətnamə əsasında miras əmlaka dair cavabdehlərin adına qeydə alınmış çıxarış da ləğv edilməsi qanuni əsaslara söykənir.

79. Bundan başqa, həmin vərəsəlik işinin daxilində miras payının bağışlanması barədə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqavilə faktiki olaraq Cavabdeh2 qanunsuz olaraq verilmiş miras payı (həcminə dair hissədə) barəsində bağlandığından birinci instansiya məhkəməsi haqlı olaraq bağışlama müqaviləsini qismən etibarsız saymışdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası Cavabdeh2 müqavilə bağlayarkən ifadə etdiyi iradəsini nəzərə alır və qeyd edir ki, hədiyyə verən Cavabdeh2 sərbəst iradə ifadəsi əsasında öz payını qardaşı Cavabdeh1 bağışlamışdır. Cavabdeh2 iradə zədələnməsi nəticəsində müqavilə bağlaması qənaətinə gəlməyə əsas verən hal müəyyən olunmur. Cavabdeh2 notariat ofisində könüllü şəkildə sərəncam verərək miras əmlakdakı payının qardaşı Cavabdeh1 bağışlanması barədə müqavilə bağlamış və onun nəticələrini görərək bunu arzu etmişdir. Bir sözlə bağışlama müqaviləsi Cavabdeh2 iradə ifadəsini əks etdirmişdir.

80. Gəldiyi bu qənaətə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi miras kütləsinin həcmini və vərəsələrin dairəsini nəzərə alaraq X6 miras qalmış ünvan 6 ünvanında yerləşən 0,0765 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 205,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********96-10301 reyestr nömrəli daşınmaz əmlakın 2/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə X29 və 1/4 hissəsinə X13 payını müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.

81. İşin yuxarıda qeyd olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 26 iyul 2024-cü il tarixli 2(125)-1718/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar