Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2152/2024 21.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X7 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X10, X11, X8 və X2) “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasınd baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.2021-ci il tarxidə vəfatından sonra birgə nikahda əldə etdikləri ünvan 1 ünvanda 0,032 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1845 kvm olan fərdi yaşayış evi; Gəncə şəhəri, Gülüstan qəbəsi, 15 saylı binanın, 19 saylı mənzili; Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 2 saylı binanın, 13 saylı mənzili, **-BH-*** dövlət nömrə nişanlı “VAZ 2103” minik maşını; **-CD-*** dövlət nömrə nişanlı “Tofash Shahin” minik maşını, habelə 208000 manat dəyərində tibbi ləvazimatların üzərində ½ hissədə miras payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilərək, Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi; ünvan 2 ünvanında yerləşən 19 saylı mənzil; ünvan 3 13 saylı mənzil; **-BH-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2103” markalı nəqliyyat vasitəsi; **-CD-*** dövlət qeydiyyat nişanlı “Tofash Shahin” markalı nəqliyyat vasitəsi üzərində İddiaçı 1/32, X5 1/32, X6 1/32, X4 4/32, X1 4/32, Cavabdeh 21/32 hissədə payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin Gəncə şəhəri, Nizami rayonu, Qələbə küçəsində yerləşən 1 saylı fərdi yaşayış evinə İddiaçı 1/32, X5 1/32, X6 1/32, X4 4/32, X1 4/32, Cavabdeh 21/32 hissədə payların müəyyən edilməsi hissəsində dəyişdirilməsi və həmin hisssədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 361.1ci maddəsinin tələbinə riayət edilmədiyindən, apellyasiya şikayəti üçün müəyyən edilmiş formaya uyğun verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsindən şikayət vermə müddətinin ötürülməsinin üzrlü sayılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə Cavabdeh ərizəsi təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadından narazı qalan cavabdeh şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini, Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, şikayət olunan qərardad prosesessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə sadalanan prosessual hüquq normalarını pozaraq, məhkəmə qətnaməsini ona rəsmi qaydada göndərməmişdir. Qanunun tələblərinə görə, şəxs “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Göründüyü kimi, o “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan xx.xx.2024-cü il tarixdə keçmişdir. Qeydiyyatdan qətnamə çıxarıldıqdan sonra keçmişdir. Buna əsas nümayəndəsinin həmin qətnaməni ona təqdim etməməsi və qətnamənin nəticəsi barədə ona məlumat verməməsi olmuşdur. İcra məmurlarının ona etdiyi zəngdən sonra məhz qətnamənin onun ziyanına çıxarıldığını bilmişdir. Bundan sonra, öz nümayəndəsinə müraciət etmiş, sonuncu “Elektron məhkəmə” informasiya sistemindən anlayışı olmadığını bildirərək qətnamənin göndərilib-göndərilmədiyi barədə ona məlumat verə bilməmişdir. Sonradan o, məhkəməyə rəsmi ərizə ilə müraciət edərək qətnamənin ona verilməsini xahiş etmişdir. Məhkəmədən ondan qətnamənin təkrar götürülməsi üçün 11 manat dövlət rüsumunun ödənilməsi tələb edilmiş, o, qətnaməni almadığını bildirərək 11 manat rüsumunun ödənilməsinin haqsız olduğunu bildirmişdir. Bundan sonra, o, xx.xx.2024-cü il tarixdə “ASAN imza” almış və dərhal “Elektron məhkəmə” informasiya sistemində şəxsi kabinet yaratmışdır, oradan qətnaməni əldə etmişdir. Beləliklə, o qətnamə çıxarılan anda “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyinə görə məhkəmə qətnaməni ona poçt vasitəsi ilə göndərməli idi (MPM 135.1 və 135.2-ci maddələri). Bundan başqa, nümayəndə və vəkil prosesdə tərəf deyil və prosesin digər iştirakçısı hesab edilməklə məhkəmə qətnaməsi onunla yanaşı ərizəçiyə də göndərilməli idi, çünki o məhkəmə prosesində iştirak etməmişdir. (MPM-nin 61-ci maddəsi) Məhkəmə tərəfindən qətnamənin ona rəsmi qaydada verilməsi aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən qətnamənin ona rəsmi verilməsi barədə heç bir sübut mövcud deyil. Məhkəmə aktları prosesin digər iştirakçılarına (nümayəndə və vəkillər) göndərilməklə yanaşı "Elektron İnformasiya” sistemində qeydiyyatdan keçməyən tərəflərə də göndərilməlidir. Məhkəməyə nümayəndənin səlahiyyətlərinin xitam olunması barədə məlumat vermişdir. Məhkəmə onunla nümayəndəsi arasında olan narazılıqları nəzərə almalı idi. Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikаyət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən şikayət olunan xx.xx.2024-cü il tarixli qətnamə xx.xx.2024-cü il tarixdə həmin informasiya sistemində yerləşdirilmiş, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə əldə edilmişdir. Cavabdeh həmin qətnamədən şikayətini xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 27 avqust 2024cü il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 361.1- ci maddəsinin tələbinə riayət edilmədiyindən, apellyasiya şikayəti üçün müəyyən edilmiş formaya uyğun verilmədiyindən geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh həm Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və qətnamədən şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2024-cü il tarixdə yenidən “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə Gəncə Şəhər Məhkəməsinin 27 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, sözügedən qətnamə xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili tərəfindən nümayəndəsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən əldə edilməsinə baxmayaraq, cavabdeh həmin qətnamədən hazırkı şikayətini birinci dəfə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh mübahisələndirdiyi qətnaməni elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə əldə etmiş, birinci dəfə qətnamədən şikayətini xx.xx.2024-cü il tarixdə, yenidən qətnamədən şikayət ilə birlikdə prosessual müddətin bərpası barədə ərizəsini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmiş, bununla da prosessual müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-608/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2152/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2152/2024
21.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver