Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2158/2025 20.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli *** nömrəli “Nəqliyyat vasitəsinin alğı-satqısına dair” müqavilədən görünür ki, “Leap Motor C11” markalı (buraxılış ili: 2023; VIN: LFZ63AL55PD062860; rəngi ağ dam qara) avtomobilin qiyməti tərəflərin razılığı ilə 96660 (doxsan altı min altı yüz altmış) manat məbləğində müəyyən edilir. Qalıq borc sayılacaq 96660 (doxsan altı min altı yüz altmış) manatı alıcı (cavabdeh) ## #### 2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətində, ayda 1611 (bir min altı yüz on bir) manat ödəməyi satıcı (iddiaçı) qarşısında öz öhdəsinə götürür.
2. ## ###### 2024-cü il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, “Leap Motor C11” markalı (VIN: LFZ63AL55PD062860) avtomobil və həmin avtomobilə məxsus 2 ədəd işəsalma açarı, istismar kitabçası, şarı aləti, ayaqaltı dəsti, alətlər dəsti, təkər təmir dəsti, jilet qüsursuz və texniki saz vəziyyətdə alıcıya (cavabdehə) təhvil verilmişdir. Alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur.
3. İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ## ####### 2024cü il tarixi üçün gecikdirilmiş məbləğ 3222 (üç min iki yüz iyirmi iki) manat, cərimə məbləği 1579 (bir min beş yüz yetmiş doqquz) manat olmaqla 4801 (dörd min səkkiz yüz bir) manat borcu var.
4. İddiaçı MMC tərəfindən verilmiş “Təmir aktı”ndan görünür ki, “Leap Motor C11” markalı (VIN: LFZ63AL55PD062860) **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri ehtiyat hissələrinin dəyəri 4468 AZN, görüləcək işlər 2630,90 AZN olmaqla, ümumilikdə 7099,24 AZN (yeddi min doxsan doqquz manat-24 qəpik) təşkil edir. -Lizinq verən İddiaçı MMC ilə lizinq alan “xxxx” MMC arasında bağlanmış ## #### 2025-ci il tarixli *** nömrəli X4ndən görünür ki, hazırki müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği 69830 (altmış doqquz min səkkiz yüz otuz) manat təşkil edir. Lizinq alan qalıq borc sayılacaq 69830 (altmış doqquz min səkkiz yüz otuz) manatı, ## ##### 2024-cü il tarixdən etibarən 48 (qırx səkkiz) ay müddətinə, aylıq 1455 (bir min dörd yüz əlli beş) manat olmaqla ödəməyi öhdəsinə götürür.
5. ## #### 2025-ci il tarixli “Lizinq obyektinin təsviri”ndən görünür ki, lizinq obyektinin (Leap Motor C11) qiyməti 47000 (qırx yeddi min) manatdır.
6. ## #### 2025-ci il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, “Leap Motor C11” markalı avtomobil və həmin avtomobilə məxsus 1 ədəd işəsalma açarı, ayaqaltlıq, üçbucaq, şarı cihazı, təkər təmir dəsti, kasko sığorta əlaqə Paşa sığorta lizinq verən tərəfindən lizinq alana təhvil verilmişdir.
7. İddiaçı MMC tərəfindən tərtib olunmuş və cavabdeh Cavabdeh göndərilmiş (müvafiq poçt qəbzləri vardır) ## ####### 2024-cü il tarixli məktubdan görünür ki, cavabdehdən ## ####### 2024-cü il tarixdə saat 11:00-da İddiaçı MMC-nin rəsmi servis mərkəzinə gəlməsi və nəqliyyat vasitəsinə texniki baxış keçirilən zaman iştirak etməsi xahiş olunur. Cavabdehə texniki baxışın keçiriləcəyi tarixdə və vaxtda İddiaçı MMC servis mərkəzinə gəlməyəcəyi təqdirdə, baxışın onun iştirakı olmadan keçiriləcəyi və sonradan “Təmir aktı”nda hər hansı əlavə və ya dəyişikliyin həyata keçirilməyəcəyinə dair məlumat verilmişdir.
8. İddiaçı MMC tərəfindən tərtib olunmuş və cavabdeh Cavabdeh göndərilmiş (müvafiq poçt qəbzləri vardır) ## ####### 2024-cü il tarixli “Müqaviləyə xitam verilməsi barədə” məktubdan görünür ki, onunla İddiaçı MMC arasında avtomobil alğı-satqısına dair ## ###### 2024-cü il tarixli *** saylı müqaviləyə tərəflərindən xitam verilmişdir.
9. İddiaçı MMC tərəfindən tərtib olunmuş və cavabdeh Cavabdeh göndərilmiş (müvafiq poçt qəbzləri vardır) ## ####### 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 7 günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ## ###### 2024-cü il tarixli *** nömrəli alğı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərər qismində 15679 AZN (on beş min altı yüz yetmiş doqquz manat), avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinə çəkilmiş təmir (servis) xərcləri 7099 AZN (yeddi min doxsan doqquz manat), vəkilə ödənilmiş xidmət haqqı 300 AZN (üç yüz manat) olmaqla, ümumilikdə 22778 AZN (iyirmi iki min yeddi yüz yetmiş səkkiz manat) pul vəsaitinin və ödənilmiş 158,33 AZN (bir yüz əlli səkkiz manat-33 qəpik) dövlət rüsumunun iddiaçı İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli *** nömrəli alğı-satqı müqaviləsinə əsasən, iddiaçı “Leapmotor C11” markalı (istehsal ili: 2023; VIN: LFZ63AL55PD062860) avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən ödəniş öhdəliklərinin icra edilməməsi səbəbindən, iddiaçı tərəfindən müqaviləyə ## ####### 2024-cü il tarixində birtərəfli qaydada xitam verilmiş və müqaviləyə xitam verilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən müqavilə imzalandığı tarixdən xitam tarixinədək iddiaçıya ümumilikdə 9666 AZN (doqquz min altı yüz altmış altı manat) məbləğində ödəniş həyata keçirilmişdir. Avtomobil geri qaytarıldıqdan sonra rəsmi servis mərkəzi tərəfindən nəqliyyat vasitəsinə müvafiq texniki baxış keçirilmiş, təmir aktı tərtib edilmiş, avtomobildə olan nasazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmış və yenidən satışa çıxarılması üçün hazır vəziyyətə gətirilmişdir. Tərtib edilmiş təmir aktına əsasən, ümumi təmir xərclərinin ümumi 7099 AZN (yeddi min doxsan doqquz manat) təşkil etmişdir. “Leapmotor C11” markalı (istehsal ili: 2023; VIN: LFZ63AL55PD062860) nəqliyyat vasitəsi ## #### 2025-ci il tarixli *** nömrəli müqavilə əsasında özgəninkiləşdirilərək, “xxxx” MMC-nin istifadəsinə verilmiş, dəyəri tam şəkildə ödənildikdən sonra isə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bildirirlər ki, ilkin müqavilə üzrə nəqliyyat vasitəsinin dəyəri 96660 AZN (doxsan altı min altı yüz altmış manat) müəyyən edilmiş, ikinci müqavilə (“xxxx” MMC ilə imzalanmış) üzrə isə nəqliyyat vasitəsinin dəyəri 71315 AZN (yetmiş bir min üç yüz on beş manat) təşkil etmişdir. Beləliklə, iki müqavilə dəyəri arasında olan fərq 25345 AZN (iyirmi beş min üç yüz qırx beş manat) təşkil etmişdir. Sözügedən məbləğdən iddiaçı tərəfindən müqavilə üzrə ödənilmiş 9666 AZN (doxsan altı min altı yüz altmış manat) məbləğində pul vəsaiti çıxıldıqdan sonra yerdə qalan 15679 AZN (on beş min altı yüz yetmiş doqquz manat) məbləği iddiaçının zərər məbləğini təşkil etmiş və tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli *** nömrəli müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə öhdəlikləri, o cümlədən müqavilənin qiymətini razılaşdırılmış qaydada satıcıya tam və vaxtında ödəməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübut təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Müqavilənin 2.5-ci bəndinə əsasən alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir.
3. İddiaçı İddiaçı nümayəndəsi nümayəndə3 ## ######## 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddianın həcminin artırılmasına dair ərizə göndərərək, iş materiallarına əlavə edilmiş ## #### 2025-ci il tarixli *** nömrəli müqavilənin hazırkı işə heç bir aiddiyyatının olmadığını və texniki səhv olaraq iş materiallarına əlavə edildiyini nəzərə alaraq, sübutlar sırasından çıxarılmalı olduğunu, bunun əvəzinə tərəflərindən məhkəməyə ## #### 2025-ci il tarixli *** nömrəli X4 təqdim edildiyini və iddia tələbi həmin müqavilə əsasında yenidən hesablandığını bildirmiş, cavabdeh Cavabdeh ## ###### 2024-cü il tarixli *** nömrəli alğı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərər qismində 17164 AZN (on yeddi min bir yüz altmış dörd manat), avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinə çəkilmiş təmir (servis) xərcləri 7099 AZN (yeddi min doxsan doqquz manat), vəkilə ödənilmiş xidmət haqqı 300 AZN (üç yüz manat) olmaqla, ümumilikdə 24563 AZN (iyirmi dörd min beş yüz altmış üç manat) pul vəsaitinin və ödənilmiş 158,33 AZN (bir yüz əlli səkkiz manat-33 qəpik) dövlət rüsumunun iddiaçı İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Kəlbəcər Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli qətnaməsi ilə (hakim H.S.Qəniyev) iddia qismən təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ## ###### 2024-cü il tarixli *** nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 2000 (iki min) manat borc, həmçinin iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsinin pul əvəzi, cəmi 2040 (iki min qırx) manat məbləğdə pul vəsaitinın tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, iddia qismən- 2000 (iki min) manat hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı iddia həcminin artırılmasına dair ərizəsində cavabdehin ona 24563 (iyirmi dörd min beş yüz altmış üç) manat pul borclu olduğunu bildirsə də, məhkəməyə iddianın dəlillərinə dair mötəbər sübut təqdim edilməmiş, bununla belə cavabdeh iddiaçıya 2000 (iki min) manat borclu olduğunu etiraf etmişdir. Belə olan halda, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ## ###### 2024-cü il tarixli *** nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 2000 (iki min) manat borc, həmçinin iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsinin pul əvəzi, cəmi 2040 (iki min qırx) manat məbləğdə pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə- 22263 (iyirmi dörd min iki yüz altmış üç) manat borc, 300 (üç yüz) manat vəkil xərci və 118,33 AZN (bir yüz on səkkiz manat-33 qəpik) dövlət rüsumunun tələbinə dair hissədə əsassız olduğundan-yəni həmin hissədə iddia sübutlarla təsdiq olunmadığından, təmin edilməməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etmişdir: 1) avtomobilin alğı-satqı müqaviləsindən yaranmış 22263 (iyirmi dörd min iki yüz altmış üç manat borc mötəbər sübutlarla təsdiq edilmir, belə ki: iddiaçı cavabdehdən avtomobili təhvil almasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir; iddiaçı cavabdehin ona təqsirli olaraq ziyan vurmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir; iddiaçı avtomobilin tam (“kasko”) sığortası ilə sığorta olunmasını təsdiq və ya inkar edən sübutları məhkəməyə təqdim etməmişdir; iddiaçının avtomobili digər müştəriyə satarkən razılaşdırılmış qiymət cavabdehin ziyanına şərh olunan sübut kimi qəbul edilə bilməz; 2) hüquqi şəxs olan iddiaçının məhkəmədə iddia qaldırılması üçün hüquqi yardım üçün çəkdiyi xərclər cavabdehdən çıxıla bilməz, belə ki, hüquqi şəxsin eyni funksiyaları yerinə yetirən işçiləri vardır və hüquqi şəxs öz hüquqlarını müdafiə edərkən vəkilə müraciət etmək məcburiyyətində qalmamışdır; 3) Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, odur ki, ödənilmiş dövlət rüsumunun 40 (qırx) manatdan artıq hissəsi iddianın təmin edilmiş hissəsinə mütənasib deyildir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,442, 448.1, 465.2, 567, 598.1, 600.1, 601-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 80, 81, 88, 217.1-217.5, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü və məhkəmənin qətnaməsində də qeyd edildiyi kimi, iddiaçı İddiaçı MMC (“Satıcı”) və cavabdeh Cavabdeh (“Alıcı”) arasında Avtomobilin nisyə Alğı-satqısına dair ##.##.2024-cü il tarixli *** saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı “Leapmotor C11” markalı (istehsal ili: 2023; VIN:LFZ63AL55PD062860) yeni və yürüşü 0 km olan avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Avtonəqliyyat vasitəsi Satıcı tərəfindən ilkin ödəniş edilmədən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 96.660 manat müəyyən edilən avtomobilin dəyərini ##.##.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1611 manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Qətnamədən və iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından da göründüyü kimi, X5 tərəfindən Müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş və müqaviləyə ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə xitam verilmişdir. “Leapmotor C11” markalı(istehsal ili: 2023; VIN: LFZ63AL55PD062860) nəqliyyat vasitəsi ## #### 2025-ci il tarixli, *** nömrəli müqavilə əsasında özgəninkiləşdirilərək, “xxxx” MMC-nin istifadəsinə verilmiş,dəyəri tam şəkildə ödənildikdən sonra isə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Birinci müqavilə üzrə nəqliyyat vasitəsinin dəyəri 96.660,00 (doxsan altı min altı yüz altmış) manat müəyyən edilmiş, ikinci müqavilə (“xxxx” MMC ilə imzalanmış) üzrə isə nəqliyyat vasitəsinin dəyəri 69.830,00 (altmış doqquz min səkkiz yüz otuz) manat təşkil etmişdir. Beləliklə 2 müqavilə dəyəri arasında olan fərq 26.830,00 (iyirmi altımin səkkiz yüz otuz) manat təşkil etmişdir. Sözügedən məbləğdən iddiaçı tərəfindən müqavilə üzrə ödənilmiş 9.666,00 manat məbləğində pul vəsaiti çıxıldıqdan sonra yerdə qalan 17.164,00 (on yeddi min bir yüz altmış dörd) manat məbləği iddiaçının zərər məbləğini təşkil etmiş və tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə, habelə AR Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçının həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. İddiaçı ilə Cavabdeh arasında imzalanmış ##.##.2024-cüil tarixli *** saylı müqavilənin 3.2.5- ci bəndinin “a” bölməsinə əsasən avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği Alıcının borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya geri qaytarır. Bu məbləğ Alıcının borcunu ödəmədiyi təqdirdə Alıcı qalıq borc məbləğini Satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Eyni zamanda qarşı tərəfə iddiaçı tərəfindən nəqliyyat vasitəsinə baxış keçiriləcəyi barədə və təhvil -təslim edilməsi üçün məktub göndərilmiş, lakin cavabdeh baxışda iştirak etməmişdir. Məhkəmə bu hallara diqqət yetirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
1. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
2. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh Cavabdeh izahat verərək bildirmişdir ki, 2025-ci ilin ilk aylarında avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və bundan sonra avtomobili şirkətə təhvil vermişdir. Avtomobili təhvil verdikdən sonra şirkət avtomobili başqa şəxsə satmış və həmin şəxs də qəza törətmişdir. 2025- ci ilin avqust və ya sentyabr ayında avtomobili şirkətə təhvil vermişdir. Avtomobil istifadəsində olduğu müddətdə mütəmadi olaraq, ödənişləri etmişdir. Ona şarj aparatı verilməli idi, ancaq təmin etməmişdirlər. Həmçinin avtomobildə kondisioner, isidici və digər cihazları işlətməyinə icazə verilmədiyi üçün avtomobili geri təhvil vermişdir. Onun yol-nəqliyyat hadisəsində təqsiri olmamışdır. Bununla yanaşı, şirkət kasko sığorta olmadan avtomobili vermir.
3. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, cavabdeh tərəf işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə kollegiyasının ## ###### 2026-cı il tarixli iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, avtomobilin kasko sığortası olub, lakin onlar sığorta ödənişi almamışlar, eyni zamanda bununla bağlı sənədləri məhkəmə kollegiyasına verə biləcəyini bildirmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
8. Hazırkı işdə iddia qismən təmin olundugundan və apellyasiya şikayətinin məzmununa əsasən qətnamə iddiaçı tərəfindən iddianın tam hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. İşdən müəyyən olunur ki, X1” MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli *** nömrəli “Nəqliyyat vasitəsinin alğı-satqısına dair” müqavilədən görünür ki, “Leap Motor C11” markalı (buraxılış ili: 2023; VIN: LFZ63AL55PD062860; rəngi ağ dam qara) avtomobilin qiyməti tərəflərin razılığı ilə 96660 (doxsan altı min altı yüz altmış) manat məbləğində müəyyən edilir. Qalıq borc sayılacaq 96660 (doxsan altı min altı yüz altmış) manatı alıcı (cavabdeh) ## #### 2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətində, ayda 1611 (bir min altı yüz on bir) manat ödəməyi satıcı (iddiaçı) qarşısında öz öhdəsinə götürür.
11. Cavabdeh Cavabdeh ## ###### 2024-cü il tarixli *** nömrəli alğı-satqı müqaviləsinin ləğvi nəticəsində vurulmuş zərər qismində 17164 AZN (on yeddi min bir yüz altmış dörd manat), avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinə çəkilmiş təmir (servis) xərcləri 7099 AZN (yeddi min doxsan doqquz manat), vəkilə ödənilmiş xidmət haqqı 300 AZN (üç yüz manat) olmaqla, ümumilikdə 24563 AZN (iyirmi dörd min beş yüz altmış üç manat) pul vəsaitinin və ödənilmiş 158,33 AZN (bir yüz əlli səkkiz manat- 33 qəpik) dövlət rüsumunun iddiaçı İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.
12. İş materiallarından görünür ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur, həmin münasibət mahiyyəti baxımından lizinq münasibətlərinə uyğundur.
13. İddiaçı İddiaçı MMC cavabdehdən 17164 manat zərər, 7099 manat təmir xərci və digər məbləğlərin tutulmasını tələb etsə də, həmin tələblərin hüquqi əsasını və zərərin real məbləğini tam, mötəbər və birbaşa sübutlarla təsdiq edə bilməmişdir. Belə ki, iddiaçı avtomobilin sonradan daha aşağı qiymətə özgəninkiləşdirilməsinin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini, həmin fərqin avtomobilin bazar dəyərinin dəyişməsi, istifadədən yaranmış dəyər azalması, amortizasiya və ya digər səbəblərlə bağlı olmadığını, həmçinin nəqliyyat vasitəsinin kasko sığortası ilə sığortalanmış olubolmadığını,
14. təmir xərcinin hansı hissəsinin sığorta tərəfindən qarşılandığını və hansı hissəsinin cavabdehin məsuliyyətinə aid olduğunu mötəbər sübutlarla təsdiq etməmişdir.
15. Baxılan işdə sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı sübut etməlidir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobilin istismarı zamanı qəza baş vermiş, qəza nəticəsində avtomobilə ziyan dəymiş və həmin qəzanın nəticəsi olaraq da avtomobilin əmtəə dəyəri aşağı düşmüşdür.
16. Kollegiya bu sübutların təqdim edilməsi üçün iddiaçı tərəfə şərait yaratmış və qəza ilə bağlı cavabdehin təqsirini təsdiq edən müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi sənədlərin, eləcə də sığorta ödənişinin alınıb-alınmaması ilə bağlı sənədlərin təqdim edilməsini təklif etmiş, iddiaçı tərəf bu sənədlərin mövcud olduğunu bildirsə də, sonradan təqdim etməmişdir. Halbuki, bu hallar işin mübahisələndirilən hallarını təşkil edir və cavabdeh etirazında bildirir ki, qəzanın baş verməsində üçüncü şəxs təqsirkar olmuş, və avtomobilin də həmin vaxtı kasko sığortası olmuşdur.
17. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə ilkin qiymətlə sonradan bağlanmış müqavilə qiyməti arasındakı fərq zərər kimi qiymətləndirilə bilməz. Çünki nəqliyyat vasitəsi müəyyən müddət cavabdehin istifadəsində olmuş və bazar şəraitində qiymət dəyişikliklərinə məruz qalmışdır.
18. Həmçinin cavabdeh avtomobilə texniki baxış keçirilməsi və təmir aktının tərtibi barədə məlumatlandırılmadığını bildirmiş, iddiaçı isə məlumat məktubunun cavabdeh tərəfindən əldə edilməsini təsdiq edən sübut təqdim etməmişdir. İş materiallarından isə görünür ki, həmin məktub cavabdehə çatdırılmamışdır. Bu səbəbdən, birtərəfli qaydada tərtib edilmiş təmir aktı sübut kimi qəbul edilə bilməz.
19. İşə apelyasiya instansiyasında baxılarkən müvafiq icra hakimiyyəti orqanına cavabdehin iştirak ilə mübahisə obyekti olan avtomobilin istismar edilməsi zamanı yol-nəqliyyat hadisəsinin olub-olmaması ilə bağlı məhkəmə sorğusu verilmiş və alınmış sənədlərdə cavabdehin iştirakı ilə qəza hadisəsinin olması müəyyən edilməmişdir. Eyni zamanda, işin hallarından nəqliyyat vasitəsinin kasko sığortasının mövcud olduğu müəyyən edilmişdir.
20. Cavabdeh məhkəmə iclasında iddiaçı qarşısında müəyyən məbləğdə borcunun olduğunu etiraf etmiş və 2000 manat ödəməyə razı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi də yalnız cavabdehin etiraf etdiyi hissədə iddianı təmin etmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında 2000 manatdan artıq məbləğin tutulmasını əsaslandıran kifayət qədər mötəbər sübut olmadığından, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
22. İddiaçı tərəfindən tələb olunan 24563 manat məbləğində zərərin məhz cavabdehin davranışı nəticəsində yarandığı tam sübuta yetirilməmiş, zərərin hesablanması ehtimal və mülahizələrə əsaslanmışdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi yalnız 2000 manat hissədə əsasılı hesab edildiyinə görə və tələbin əsas hissəsi olan ziyan məbləğ hissəsində rədd edildiyinə görə, vəkil xərclərinin tutulması hissəsi də təmin edilə bilməz.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.