Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2159/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə Müşafiq oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(015)-19/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan zəbt olunmuş 0.158 ha torpaq sahəsindən çıxarılması, tikilinin sökülərək əvvəlki vəziyyətə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınması qətnamə qəbul olunmasını xahiş etmişlər. Ağstafa Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(015)-19/2024 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia qismən təmin edilərək, Ağstafa rayonu Xətai kəndində yerləşən İddiaçı1 və İddiaçı2 və ailə üzvlərinə məxsus pay torpaq sahəsinin 968 kv/m hissəsi (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq) Cavabdeh tərəfindən zəbtdən azad edilməsi; Ağstafa rayonu Xətai kəndində yerləşən İddiaçı1 və İddiaçı2 və ailə üzvlərinə məxsus pay torpaq sahəsinin 99 kv/m hissəsində (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq) olan tikilinin Cavabdeh tərəfindən sökülməsi; İddianın qalan hissədə təmin edilməməsi; İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat məbləğində pulun Cavabdeh alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ60AİİB********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ37NABZ********************, S.W.İ.F.T. Bik AİİBAZ 2X saylı hesabına köçürülməsi; Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətindən imtina barədə ərizə verərək, iddiaçı ilə aralarında razılığa gəldiklərini bildirmiş və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə Müşafiq oğlu cavabdehin iddiaçı ilə aralarında razılığa gəldiklərini bildirərək apellyasiya şikayətindən imtinanın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 Cavabdeh apellyasiya şikayətindən imtina etməsinin qəbul olunması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər İddiaçı2 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, cavabdehin Ağstafa Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(015)-19/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmalı və bu əsasa görə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-264, 369 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh Ağstafa Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(015)-19/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu əsasa görə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2159/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2159/2024
10.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver