Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-217/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir rayon 1 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: əqd; etibarlı əqd; reyestrin həqiqiliyi va tamlığı prezumpsiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1, digər etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə2, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(076)-2071/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN–565 saylı Dövlət Aktından görünür ki, Şəmkir rayon AİK-nın xx.xx.1998–ci il tarixli 47 nömrəli qərarı ilə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsi X4 adına verilmişdir;
2. xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışdan görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ X9 adına qeyd edilmişdir;
3. Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2020–ci il tarixdə vəfat etmişdir;
4. xx.xx.2023–cü il tarixli 2V–344 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X9 vərəsəsi İddiaçı miras əmlakdan – Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.25 ha olan torpaq sahəsinin ona düşən hissəsindən və fərdi yaşayış evindən pay almışdır;
5. xx.xx.2023–cü il tarixli 2V–1810 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X9 vərəsəsi İddiaçı miras əmlakdan – Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha olan torpaq sahəsindən tam hissədə pay almışdır;
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024–cü il tarixli arayışdan görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.72 ha torpaq sahəsinə dair sənəd əsasları: X1 adına AİK–nın xx.xx.1998–ci il tarixli 47 nömrəli qərarı ilə JN–565 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında ayrılmış 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,27 ha hissəsinə xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış, 0.4515 ha hissəsinə xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İddiaçı 2V–1810 reyestr nömrəli xx.xx.2023–cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında 3M–1012 reyestr nömrəli xx.xx.2023–cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixli **********0 qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir;
7. 3M-1012 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışdır;
8. xx.xx.2023–cü il tarixli, ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd edilmişdir;
9. Şəmkir rayon 1 saylı notariat ofisinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli 1152 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 74-cü maddəsinin 4-cü hissəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın Xİ fəslin 160-1 hissəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğində 5500 manatdan artıq vəsait tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilir. Müqavilədə göstərilən məbləğ az olduğundan pul vəsaiti üzrə hesablaşmalar notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilməmişdir;
10. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X11, X10, İddiaçı, X14 və X12 mülkiyyətlərində olan 2.3238 ha torpaq sahəsini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1292.1 maddəsinə uyğun olaraq adı çəkilən torpaq sahəsində mərhum xx.xx.2018-ci il tarixdə vəfat etmiş X5 aid Şəmkir rayon 1 saylı notariat ofisinin notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə 2V-2600, 2607, 2608, 2609 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilmiş yuxarıda adı çəkilən torpaq sahəsindəki miras payını Nümayəndə2 5000 manata satmışlar;
11. xx.xx.2023–cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Nümayəndə2 və onun digər ailə üzvlərinin Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.3238 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birinin payı 0.033969 ha olmaqla, mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin, həmin çıxarışla müəyyən edilir ki, xx.xx.2023–cü il tarixdə 2.3238 ha torpaq sahəsinin 2.12 ha hissəsi X7 adına qeyd edilmişdir;
12. xx.xx.2023–cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X11, İddiaçı, X10, X14, Nümayəndə2 mülkiyyətlərində olan 1.6633 ha torpaq sahəsini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1292.1 maddəsinə uyğun olaraq adı çəkilən torpaq sahəsində mərhum xx.xx.2018–ci il tarixdə vəfat etmiş X5 aid Şəmkir rayon 1 saylı notariat ofisinin notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə 2V-2596, 2598, 2601, 2602 və 2603 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyətlərinə verilmiş yuxarıda adı çəkilən torpaq sahəsindəki miras payını 33600 manata Cavabdeh1 satmışlar.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir rayon 1 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəmkr Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023–cü il tarixdə 2V–1810 saylı reyestrlə qeydə alınmış V–142/2023 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında mülkiyyətinə verilmiş 0.4515 ha torpaq sahəsinin cavabdehə satılmasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 3M–1012 saylı reyestrlə qeydə alınmış alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
14. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-1810 saylı reyestrlə qeydə alınmış V- 142/2023 saylı vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında mülkiyyətinə verilmiş 0.4515 ha torpaq sahəsinin cavabdehə satılmasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 3M-1012 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi və vəkilə ödənilmiş 550 (beş yüz əlli) manat xidmət haqqının cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon AİK-nın xx.xx.1998–ci il tarixli qərarı ilə və JN–565 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında ata nənəsi – xx.xx.2020–ci ildə vəfat etmiş X9 mülkiyətinə verilmiş 0.4515 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023–cü il tarixdə 2V– 1810 saylı reyestrlə qeydə alınmış və V-142/2023 saylı vərəsəlik işi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras əmlak olaraq ona verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2023–cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonu Qapanlı kəndinin ərazisində yerləşir. Bundan əlavə qeyd edir ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli 47 saylı qərarı ilə və JN–564 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında ailəsinin mülkiyyətinə 4.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir ki, həmin torpağın 2,32 ha hissəsi ilk vaxtlardan ailəsinin mülkiyyətində və faktiki sahibliyindədir. Qalan 1.80 ha hissəsi isə yolun digər tərəfində olmaqla həmin sahənin 1.66 ha hissəsini həmkəndlisi X7 istifadəsinə vermişlər, lakin satmamışlar. Həmin sahənin 0.13 ha hissəsi də ailə üzvlərinin faktiki sahibliyində və istifadəsindədir. Həmin 1.66 ha torpaq sahəsinə bitişik vəziyyətdə isə mərhum ata nənəsi Qənirə Cəfərovanın mülkiyyətinə verilmiş 0.4515 ha torpaq sahəsi yerləşir. Həmin 0.4515 ha torpaq sahəsini nənəsi özü vəfat edənədək istifadə etmişdir. Nənəsinin vəfatından sonra Raqif Süleymanov onun anasına müraciət edərək özünün istifadəsində olan, lakin onun ailəsinin mülkiyyətindəki 1.66 ha torpaq sahəsi ilə Cavabdeh1 atası Müsbət Həsənov özünün mülkiyyətində olan və onların ailəsinin mülkiyyətindəki torpaq sahəsini qonşuluqda yerləşən torpaq sahəsinin bir hissəsi ilə dəyişdirmək istəməsini bildirmişdir. Anası Nümayəndə2 da Müsbətin təklifi ilə razılaşdıqdan X26 torpaqları, yəni Raqif Süleymanovun istifadəsində olan 1.66 ha torpaq sahəsinin dəyişdirilməsi üçün torpaq aktlarını evlərindən Müsbət Həsənov və Raqif Süleymanov aparmışlar. Ancaq həmin vaxt anası Nümayəndə2 Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində bacısının ərinin vəfatına görə hüzr mərasimində iştirak etmək üçün Rusiyaya getmişdir. Anası Rusiyadan qayıtdıqdan X26 torpaqların dəyişdirilməsi üçün lazım olan sənədlərin hazırlanmasını özü təşkil edərək Rusiyadakı bacısından etibarnamə gətizdirmiş və sonunda onların ailə üzvləri notariat kontoruna aparılmışlar. Orada müvafiq sənədlərə imza etdirildikdən sonra evə qayıtmışlar, Raqiflə Müsbət onlara “biz aldığımız yerin çıxarışını özümüz tərtib etdirmişik, siz də özünüzün torpağınızın çıxarışını almalısınız”-demişlər. Sabahı gün anası Nümayəndə2 ailələrinin pay torpağının aktlarını vətəndaşlara verilən subsidiyanın alınması üçün Kənd Təsərrüfatı idarəsinə təqdim etmişdir. Həmin vaxt orada işləyən əməkdaşlar anasına bildirmişlər ki, nənəsinin miras 0.4515 ha torpağı və Raqifin istifadəsində olan, onlara məxsus 1.66 ha torpaq sahəsi ailəsinin mülkiyyətindən çıxarılmış, Müsbət Həsənov tərəfindən isə onlara heç bir torpaq sahəsi satılmamışdır. Onu da əlavə edir ki, notariat kontorunda işləyən əməkdaşlar ona "xxxx"dan qəbzlə pul gəlməsi barədə verilən məlumat əsasında Müsbət Həsənovla o, birlikdə "xxxx"a daxil olmuş və həmin qəbz əsasında bankdan verilən pulu Müsbət Həsənov özü götürmüş, notariat kontoruna qayıtdıqda həmin pulu Müsbət Həsənov özü ilə götürüb avtomaşında Raqif Süleymanova vermişdir. Yəni, onun adına tərtib edilmiş qəbzlə olan və miqdarını bilmədiyi pul ona verilməmiş, bankdan da Müsbət Həsənov özü götürüb küçədə dayanmış avtomaşınlarında Raqifə vermişdir. Hadisənin səhəri Raqif Süleymanovu və Müsbət Həsənovu evə çağırmışlar. Anası onlardan nəyə görə onları aldatmalarını, guya torpaq dəyişdirmək adı ilə nənəsinin və ailəsinin torpağını onlardan almaları barədə sənədlərə aldatma yolu ilə imza etdirmələrini və onun adına qəbz tərtib edilmiş pulun da Raqifə verilməsinin səbəbini soruşduqda, Müsbət Həsənov həmin pulun guya özünün mülkiyyətində olan meyvə ağaclarına görə Rusiyada olan oğlu Rabil tərəfindən onun adına göndərilməsini, ancaq həmin pulun ona deyil, onun özünə çatmalı olmasını, həmçinin Raqif Süleymanov da ona acıqla lazım olan sənədləri tərtib etdirmələrini, artıq hara şikayət etsələr də, nəticəsinin olmayacağını tənəli şəkildə bildirmişdir. Bundan sonra məcbur olub məhkəməyə müraciət etmişdir. Bir daha qeyd edir ki, Şəmkir rayon AİK–nın xx.xx.1998–ci il tarixli qərarı ilə və JN-565 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında ata nənəsi, xx.xx.2020–ci ildə vəfat etmiş X9 mülkiyətinə verilmiş 0.4515 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2023– cü il tarixdə 2V-1810 saylı reyestrlə qeydə alınmış, V-142/2023 saylı vərəsəlik işi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlak olaraq ona verilmiş 0.4515 ha torpaq sahəsini könüllü olaraq iradəsi əsasında Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023–cü il tarixli 3M–1012 saylı reyestrlə qeydə alınmış alqı–satqı müqaviləsi əsasında cavabdehə satmamışdır. Həmin müqaviləyə ailəsinə məxsus və Raqif Süleymanovun istifadəsinə verdikləri 1.66 ha torpaq sahəsinin Müsbət Həsənova məxsus eyni həcmdəki torpaq sahəsi ilə dəyişdirilmək məqsədi ilə dəyişmə müqaviləsi olaraq imza etdirilmişdir. Nə də ki, sonradan müqavilə ilə tanış olarkən ona məlum olan və həmin müqavilədə qeyd olunan 4000 manat pul cavabdehin özü və ya etibarnamə üzrə nümayəndəsi atası Müsbət Həsənov tərəfindən ona verilməmiş, həmin pul qeyd etdiyi kimi həmkəndlisi Raqif Süleymanova verilmişdir. Beləliklə, cavabdehlə və onun etibarnamə üzrə nümayəndəsi Müsbət Həsənovla aralarında torpaq alqı-satqısı barədə hər hansı razılaşma olmamış, yalnız torpaqların dəyişdirilməsi barədə onların təklifinə ailəsi razılaşmış, ona görə həmin dəyişməyə dair sənədləşməyə imza etməsi üçün notariat kontoruna dəvət edilmiş və bu adla ona təqdim edilən sənədlərə imza etmişdir. Həmin vaxt nə cavabdehin nümayəndəsi, nə də notariatın əməkdaşları ona torpağı satmasına dair sənədlərə imza etməli olmasını bildirməmişlər. Eyni zamanda, cavabdehin əvəzindən sənədlərə imza edən nümayəndəsi də ona guya satdığı torpağa görə hər hansı məbləğdə pul ödəməmiş, formal olaraq alqı-satqı kimi sənədləşdirilmiş müqavilə üzrə cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ancaq onun vərəsəlik qaydasında mülkiyyətinə verilmiş 0.4515 ha torpağına müqavilə əsasında və faktiki olaraq sahiblənmişdir. Belə olan halda hesab edir ki, xx.xx.2023-cü il tarixdə 2V-1810 saylı reyestrlə qeydə alınmış və V-142/2023 saylı vərəsəlik işi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras olaraq ona verilmiş 0.4515 ha torpaq sahəsinin satılmasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixli 3M–1012 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsi onun iradəsi ziddinə aldatma yolu ilə tərtib edilməsinə görə etibarsız hesab edilməli, həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023–cü il tarixli **********0 qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir.
16. Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(076)-2071/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Allahyarov) iddianın rədd edilməsi; İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi; İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 339.2, 354.2 və 390.1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 160-1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında özü və nümayəndələri olan anası Nümayəndə2 və vəkili Nümayəndə1tərəfindən verilmiş izahatlarda qeyd edilmişdir ki, ata nənəsindən miras qalmış Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0,4515 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qanun üzrə vərəsəlik əsasında xx.xx.2023-cü il tarixli vərəsəlik haqda şəhadətnamə və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətinə verilmişdir. Həmçinin, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə və JN 564 Torpağa Mülkiyyət hüqüququna dair Dövlət aktı əsasında ailələrinin mülkiyyətinə verilmiş 4,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,32 ha hissəsi ailələrinin sahibliyində və istifadəsində olmuş, həmin sahənin qalan 1,80 hissəsi isə ara yolunun digər tərəfində yerləşməklə həmin sahənin 1,66 ha hissəsi atamın sağlığında ikən, hazırkı mülki iş üzrə 3cü şəxs qismində cəlb edilmiş, həmkəndlim X7 istifadə haqqı ödənilməklə istifadəsinə verilmiş, ancaq satılmamış, həmin sahənin qalan 0,13 ha hissəsi isə ailəmizin istifadəsində və sahibliyində olmuşdur. Ata nənmdən miras olaraq qalmış 0,4515 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə nənəsi sağlığında özü istifadə etmiş, vəfatından sonra isə o istifadə etmişdir. Üçüncü şəxs Raqif Süleymanov anası Nümayəndə2 müraciət edərək, atasının sağlığında ikən ona istifadə üçün verdiyi ailələrinə məxsus 1,66 ha torpaq sahəsini Cavabdeh1 atası mülki iş üzrə üçüncü şəxs Müsbət Həsənov torpaqla qonşuluqda yerləşən, ona məxsus torpaq sahəsinin bir hissəsi ilə dəyişmək istəməsini bildirmiş, anası da razı olmasına görə anasının Rusiyada olduğu zaman qeyd olunan torpaqların dəyişdirilməsi üçün evdə olan torpaq sənədlərini Raqif götürüb Müsbət Həsənova vermişdir ki, anası Rusiyadan gələnədək dəyişmə müqaviləsi üzrə sənədlər notariat ofisində hazırlansın. Anasının Rusiyadan qayıtmasından sonra isə Müsbət Həsənov evlərindən apardığı sənədlər əsasında Şəmkir rayon Notariat Ofisində torpaq dəyişmə müqaviləsi artıq hazırlanmış olmasını və həmin sənədlərə imza etməli olmağını bildirmiş və Rusiyada yaşayan bacısından da anasının vasitəsilə etibarnamə alınmasına görə notariat ofisinə gedərək əməkdaşların təqdim etdikləri sənədlərə imza etmişlər. Ancaq, nənəmdən miras olaraq mənim mülkiyyətimə keçmiş, 04515 ha torpağın satılması və dəyişdirilmasi baradə nə Müsbət Həsənovla, nə Raqif Süleymanovla aramızda heç bir razılaşma olmamışdır. Ona görə də Müsbət Həsənov və Raqif Süleymanov tərəfindən ona hər hansı məbləğdə pul təklif edilməmiş və verilməmişdir. Hətta notariat ofisinə bitişik yerləşən "xxxx" ASC-də onun adına Cavabdeh1 tərəfindən pul göndərilməsi, həmin pulun Müsbət Həsənova aid olması və yalnız onun adına göndərilməsinə görə həmin pul sənədinə imza etməli olmağı ona bildirilmişdir. Bu səbəbdən Müsbət Həsənovla birlikdə "xxxx" ASC-dəki onun adına pul göndərilməsinə dair sənədə imza etmiş, ancaq həmin pulu Müsbət Həsənov özü götürmüş və notariat ofisinin qarşısındakı yolda dayanmış maşında əyləşmiş Raqif Süleymanova vermişdir. Onu da qeyd edir ki, notariat ofisində sənədlərə imza edərkən ailəsinə məxsus 1,66 ha torpaq sahəsini Müsbət Həsənovla dəyişməyini bilmiş, ona görə ondan və aralarında vasitəçilik etmiş Raqif Süleymanovdan hər hansı məbləğdə pul tələb etməmişdir. Nə də onlar ona və ailə üzvlərinə heç bir məbləğdə pul verməmişlər. İfadələrində qeyd olunduğu kimi notariat ofisində təqdim olunan torpaq dəyişdirilməsinə dair sənədlərə imza edərək evlərinə qayıtmışlar. Səhəri günü pay torpaqlarına görə dövlət tərəfindən vətəndaşlara ödənilən subsidiyanı almaq üçün anası sənədləri kənd təsərrüfatı idarəsinə təqdim edərkən, idarənin əməkdaşları anasına bildirmişlər ki, ailələrinə məxsus 1,66 ha torpaq sahəsi də mülkiyyətlərindən çıxarılmış, əlavə olaraq nənəsindən ona miras qalmış və mülkiyyətində olan 0,4515 ha torpaq sahəsi də onun mülkiyyətindən çıxarılmış, ancaq Müsbət Həsənov tərəfindən mülkiyyətlərinə heç bir torpaq sahəsi keçirilməmişdir. Ona görə iş üzrə üçüncü şəxslər Müsbət Həsənovu və Raqif Süleymanovu evlərinə çağırıb nənəsinin torpağını hansı əsasla mülkiyyətdən çıxarılması, əgər torpaq dəyişilmişdirsə, Müsbət Həsənovdan ailələrinə hansı ölçüdə torpağın verilmiş olmasını soruşduqda. onlar kinayə ilə “onlara lazım olan sənədi tərtib etdirmələrini, artıq hara şikayət etsək də nəticəsinin olmayacağını” bildirmişlər. Həmçinin, üçüncü şəxslər məhkəmə iclasında özləri də etiraf etdilər ki, tərtib edilmiş alqı-satqı müqaviləsi üzrə cavabdehin adından ona heç bir məbləğdə pul verməmişlər, onun adına Cavabdeh1 tərəfindən Rabitəbank vasitəəsilə göndərilmiş pulun hamsını o, Rabitəbankın sənədinə imza etdikdən X26 götürmüş, həmin pulun ona heç bir aidiyyəti olmamasını, həmin pulu atası üçün göndərmiş ki, yeni meyvə bağı salmasına görə istifadə edilsin və həmin pulu da bankın kassasından Müsbət Həsənov özü götürüb küçədəki maşında əyləşmiş Raqif Süleymanova vermişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə və JN 564 torpağa mülkiyyət hüqüquna dair Dövlət aktı əsasında iddiaçının və ailəsinin mülkiyyətinə verilmiş 4,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,32 ha hissəsi onların sahibliyində və istifadəsində olmuş, həmin sahənin qalan 1,80 hissəsi isə ara yolunun digər tərəfində yerləşməklə həmin sahənin 1,66 ha hissəsi iddiaçının atasının sağlığında ikən, hazırkı mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, həmkəndliləri X7 istifadə haqqı ödənilməklə istifadəsinə verilmiş, ancaq satılmamış, həmin sahənin qalan 0,13 ha hissəsi isə iddiaçıların istifadəsində və sahibliyində olmuşdur. İddiaçının nənəsindən miras olaraq qalmış 0,4515 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə nənəsi sağlığında özü istifadə etmiş, vəfatından sonra isə iddiaçı istifadə etmişdir. Üçüncü şəxs Raqif Süleymanov iddiaçının anası Nümayəndə2 müraciət edərək, atasının sağlığında ikən ona istifadə üçün verdiyimiz, ailəmizə məxsus 1,66 ha torpaq sahəsini iddia üzrə Cavabdeh1 atası, mülki iş üzrə üçüncü şəxs Müsbət Həsənov iddiaçının torpağı ilə qonşuluqda yerləşən, ona məxsus torpaq sahəsinin bir hissəsi ilə dəyişmək istədiyini bildirmiş, anası da razı olduğuna görə anasının Rusiyada olduğu zaman qeyd olunan torpaqların dəyişdirilməsi üçün evdə olan torpaq sənədlərini Raqif götürüb Müsbət Həsənova vermişdir ki, anası Rusiyadan gələnədək dəyişmə müqaviləsi üzrə sənədlər notariat ofisində hazırlansın. Anasının Rusiyadan qayıtmasından sonra isə Müsbət Həsənov evdən apardığı sənədlər əsasında Şəmkir rayon Notariat ofisində torpaq dəyişmə müqaviləsinin artıq hazırlanmış olmasını və həmin sənədlərə imza etməli olmağını bildirmiş və Rusiyada yaşayan bacısından da anasının vasitəsilə etibarnamə alınmasına görə notariat ofisinə gedərək əməkdaşların təqdim etdikləri sənədlərə imza ediblər. Ancaq, 04515 ha torpağın satılması və dəyişdirilmasi baradə nə Müsbət Həsənovla, nə də ki, Raqif Süleymanovla aralarında heç bir razılaşma olmamışdır. Ona görə də Müsbət Həsənov və Raqif Süleymanov tərəfindən ona heç hansı məbləğdə pul təklif edilməmiş və verilməmişdir. Hətta notariat ofisinə bitişik yerləşən Rabitəbankda iddiaçının adına Cavabdeh1 tərəfindən pul göndərildiyini, həmin pulun Müsbət Həsənova aid olduğunu və yalnız onun adına göndərilməsinə görə həmin pul sənədinə iddiaçının imza etməli olduğu deyilib, Müsbət Həsənovla birlikdə "xxxx" ASC-dəki iddiaçının adına pul göndərilməsinə dair sənədə iddiaçı imza etsə də, həmin pulu Müsbət Həsənov özü götürmüş və notariat ofisinin qarşısındakı yolda dayanmış maşında əyləşmiş Raqif Süleymanova vermişdir. İddiaçı Notariat ofisində sənədlərə imza edərkən onlara məxsus 1,66 ha torpaq sahəsini Müsbət Həsənovla dəyişmələrini zənn ediblər, ona görə ondan və arada vasitəçilik etmiş Raqif Süleymanovdan hər hansı məbləğdə pul tələb etməyiblər. Nə də ona pul verilməmişdir. Səhəri gün pay torpaqlarına görə dövlət tərəfindən vətəndaşlara ödənilən subsidiyanı almaq üçün anası sənədləri kənd təsərrüfatı idarəsinə təqdim edərkən idarənin əməkdaşları ona bildiriblər ki, onlara məxsus 1,66 ha torpaq sahəsi də onların mülkiyyətindən çıxarılmış əlavə olaraq nənəsindən miras qalmış 0,4515 ha torpaq sahəsi də onun mülkiyyətindən çıxarılmış, ancaq Müsbət Həsənov tərəfindən ona və ailə üzvlərinin mülkiyyətinə heç bir torpaq sahəsi keçirilməyib. Üçüncü şəxslər iddiaçının və ailə üzvlərinin hüquqi savadsızlığından sui-istifadə edərək, torpaq sahələrinin dəyişiləcəyi barədə iddiaçıya və anasına yalan məlumat verməklə onları aldatma yolu ilə sənədlərə imza etdiriblər. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı 1.66 ha torpaq sahəsini Müsbətə, o da öz mülkiyyətində olan torpaq sahəsindən 1.66 ha hissəni iddiaçıya və onun ailə üzvlərinə verməli olmuşlar. İddiaçı 0,4515 ha torpaq sahəsini satmamışdır. Heç 1.66 ha torpaq sahəsini də satmaq fikri olmayıb, dəyişdirmək məqsədilə notariausa getmişdir. Alqı-satqı əməliyyatı zamanı notariat ofisində iddiaçı, onun anası və cavabdehin atası Müsbət həsənov iştirak etmişlər.
22. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Raqiflə aralarında olan razılaşma 1.66 ha torpaq sahəsinin dəyişdirilməsi ilə bağlı olmuşdur. Lakin, cavabdeh onlara heç bir torpaq sahəsi bağışlamayıb. Notariat ofisinə torpaqları dəyişmək məqsədilə getmişlər. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, aralarında olan razılaşmaya əsasən oğlu Elçin 1.66 ha torpaq sahəsini Müsbət Həsənova, sonuncu da öz mülkiyyətində olan torpaq sahəsindən 1.66 ha hissəni onlara verməli idi. Notariat ofisinə gedərkən cavabdehin atası Müsbət onlara bildirmişdir ki, oğlu Cavabdeh1 bank vasitəsilə onun oğlu İddiaçı adına pul göndərmişdir və notariat ofisinə bitişik olan "xxxx" ASC-dən həmin pulun götürülməsi üçün Elçin sənədə imza etməlidir. Beləliklə, oğlu Elçin guya onun adına göndərilmiş pulun qəbul edilməsinə dair qəbzi imzalamışdır. Həmin zaman cavabdehin atası X6 yanında olmuşdur. Oğlu Elçin pulun verilməsinə dair qəbzi imzalasa da, əslində həmin pulu cavabdehin atası Müsbət Həsənov özü götürmüş və notariat ofisinin qarşısındakı avtomobildə Raqif Süleymanova vermişdir.
23. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı bildirdiyinə görə onun ailəsinə məxsus 2.32 ha torpaq sahəsinin Raqif Süleymanovun istifadəsində olan 1.66 ha hissəsini Raqif Süleymanovun təşəbbüsü ilə Müsbət Həsənova məxsus başqa yerdə olan torpaq sahəsi ilə dəyişsinlər. Bu barədə 2023-cü ilin may ayının axırında razılıq əldə ediblər. Bundan sonra iddiaçının anası Nümayəndə2 Rusiyada olarkən Raqif Süleymanov torpağa aid sənədləri iddiaçıdan alaraq özlərinə sərf edən qaydada sənədləri hazırlatmışlar. Safura Rusiyadan gələndə isə qızından da etibarnamə alaraq gəlmiş, birlikdə notariusa getmişlər, dəyişdirmə müqaviləsi bağlamaq əvəzinə əslində iddiaçının xəbəri olmadan alqı-satqı müqaviləsi bağlamışlar. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçılara heç bir məbləğdə pul verilməmişdir. Birinci instansiya məhkəməsində də üçüncü şəxslər ilk iki iclasda iddiaçıya və ailəsinə heç bir məbləğdə pul vermədiklərini bildirmişlər. 2023-cü ilin may ayında torpaqların dəyişdirilməsi ilə bağlı razılaşma olmuşdur. Safura Rusiyada olarkən Rabil sənədləri Elçindən almış, sənədləri hazırlamış, Safura Rusiyadan gələndə rəsmiləşdirmişlər. Bu müddət ərzində ailə cəmi bir dəfə Notariat ofisində olmuşlar. Elçinin deməsinə əsasən o, torpağı satmamış, notariat ofisinə 1.66 ha torpaq sahəsini dəyişdirmək məqsədilə getdiyini bildirir. Alqı-satqı müqaviləsinin bağlanmasına dair heç bir addım atılmamış, həmçinin cavabdeh tərəfindən də alqı-satqı üzrə pul verilməmişdir. İddiaçı tərəf savadsızdır, ona notariatda aparılan sənədləşmə ilə əlaqədar heç bir məlumat verilməmiş, həmçinin hər hansı sənəd də təqdim edilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2005-ci ildə torpağı Raqif Süleymanova vermişlər. O isə, torpağın yuxarı hissəsində böyük bir ferma tikdirmiş və 2018-ci ilə qədər torpaqdan istifadə etmişdir. 2018ci ildə yoldaşı öləndən sonra qaynanası onu notariat ofisinə aparmış, bütün torpaqları onun adına keçirtmişdir, 0.45 ha torpaq sahəsi isə Elçinin adına rəsmiləşdirilmişdir. Daha sonra öz adına olan bütün torpaqları İddiaçı adına rəsmiləşdirmişdir. Sonra kürəkəninin ölümü ilə əlaqədar Rusiyaya getmiş, oradan gələndən sonra oğlu Elçin Raqifin onu rahat buraxmadığını və torpağa dair aktları ondan aldığını bildirdi. Mən Elçindən 0.45 ha torpağı soruşduqda Elçin mənə həmin torpağın artıq olmadığını bildirmişdir. X26 İddiaçı adına pul gəldiyini bildirmişdir. Onu və oğlunu da öz avtomobili ilə banka aparmışdır. Həmin vaxt Raqif Süleymanov də avtomobildə olmuşdur. 29 noyabr 2023-cü il tarixdə onlar notariusa getmişlər, avtomobildə Raqif onun əlinə nəsə sənəd vermişdir ki, 2 aydan sonra gedib çıxarış alarsan. Həmin gün günortadan sonra subsidiya almaq üçün müraciət edərkən ona torpaqların adından çıxarıldığını, yalnız 2.32 ha torpağın qaldığını bildirmişlər. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, 2023-cü ilin may ayında Rusiya Federasiyasına gedib, həmin ilin sentyabr ayında da oradan qayıtmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehin atası Müsbət Həsənov torpaq sahəsinin alqı-satqsına görə 4000 manat pulu iddiaçı ilə aralarında razılaşmaya əsasən Raqif Süleymanova vermişdir. Çünki iddiaçı, cavabdeh və və üçüncü şəxs Raqif Süleymanov arasında olan razılaşmaya əsasən Raqif Süleymanovda öz mülkiyyətində olan 2.12 ha torpaq sahəsini iddiçının anası Nümayəndə2 mülkiyyətinə vermişdir. Əgər tərəflər arasında razılaşma təkcə 1.65 ha torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı olmuşdursa da, iddiaçının anası Nümayəndə2 Raqif Süleymanovdan 2.12 ha torpaq sahəsini öz adına alqı-satqı edərkən buna öz etirazını bildirməmişdir. Zənnincə, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi cavabdehdən əlavə pul almaqdır. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, alqı-satqı müqaviləsi üzrə ödənilmiş vəsait notariusun depozit hesabına qoyulmamışdır. Çünki, həmin məbləğ beş min manatdan az olduğundan Qanunvericiliyin tələblərinə uyğun olaraq buna zərurət yaranmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 izahatında bildirmişdir ki, Aramızda olan razılaşmaya əsasən iddiaçı onun mülkiyyətində olan 2.12 ha torpaq sahəsini, o isə iddiaçıya məxsus 2.11 ha torpaq sahəsini istifadə etmişdir. Həmin vaxt mən Elçinə təklif etdim ki, İddiaçıla qonşudurlar. Mübahisəsi gedən torpağı 19 il bundan əvvəl almış və torpaq onun istifadəsində olmuşdur. Sonradan subsidiya almaq üçün həmin torpağa çıxarış almışdır. Aralarında olan razılaşmaya görə iddiaçı onun torpağını, o da iddiaçıya məxsus torpağı istifadə etmişdir. Müsbət Həsənov bildirmişdir ki, həmin 2.11 ha torpaq sahəsini oğluna almaq istəyir. Gələcəkdə öz torpaq sahəsində bağ salmaq istəyir, lakin onun torpaq sahəsi suvarılmada maneçilik törədəcəkdir. O, isə torpaq sahəsinin Qənirə Cəfərovanın, Nümayəndə2 və onun ailə üzvlərinin mülkiyyətində olmasını bildirmişdir. O da bu barədə Nümayəndə2 və onun ailə üzvləri ilə danışıb ona cavab deyəcəyini bildirmişdir. Müsbət Həsənova, Nümayəndə2 və onun oğlu İddiaçıla birlikdə danışıqlar olmuş, son razılıqları belə olmuşdur ki, o, mülkiyyət hüququ ilə ona məxsus olan 2.12 ha torpaq sahəsini alqı– satqı müqaviləsi əsasında Safuranın adına keçirir, Safura və onun ailə üzvləri isə mülkiyyətlərində olan 2.11 ha torpaq sahəsini Cavabdeh1 satırlar. Razılaşmaya əsasən alqı–satqı müqaviləsində göstərilən məbləğ də ona veriləcəkdir. 0.4515 ha torpaq sahəsi 4.000 (dörd min) manata, 1.66 ha torpaq sahəsi isə 33.600 (otuz üç min altı yüz) manata Cavabdeh1 satılmışdır. Bankdan götürülən 33.600 (otuz üç min altı yüz) manat və əldən alınan 4.000 (dörd min) manatı X23, sonrada Elçində şəxsən özu ona vermişdir. Üçüncü şəxs X3 məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.
27. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında bildirmişdir ki, bağ salmaq fikri olduğundan onların 0.40 ha torpaq sahəsinə ehtiyacları olmuşdur. Həmin 0.40 ha torpağın içərisində Raqif Süleymanovun istifadəsində olan torpaq sahəsi də vardır. Raqif Süleymanova həmin torpağın ona satılmasını təklif etdikdə, o bildirmişdir ki, həmin torpaq sahəsi Qənirə Cəfərova, Nümayəndə2 və onun ailə üzvlərinin mülkiyyətindədir. O, Raqifdən soruşmuşdur ki, 2.11 ha torpaq sahəsini hansı əsasla istifadə edir, Raqif ona məxsus 2.12 ha torpaq sahəsindən də Nümayəndə2 və onun ailə üzvlərinin istifadə etməsini demişdir. Bundan sonra öz aralarında razılaşmışlar. Razılaşmaya əsasən Raqif mülkiyyət hüququ ilə ona məxsus olan 2.12 ha torpaq sahəsini alqı– satqı müqaviləsi əsasında Safuranın adına keçirir, Safura və onun ailə üzvləri isə mülkiyyətlərində olan 2.11 ha torpaq sahəsini cavabdeh və oğlu olan Cavabdeh1 satırlar. Bundan sonra qanuni əsaslarla rqazəlaşmaya əsasən notariat kontorunda müvafiq alqı-satqılar baş tutmuşdur. Əvvəlcədən iddiaçı, onun anası, Rafiq və onun razılışmasına əsasən 0.4515 ha torpaq sahəsi üçün 4.000 manatı və 1.66 ha torpaq sahəsi üçün 33.600 manatı Rafiq Süleymanova vermişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, notariat haqqında qanunvericiliyə əsasən, məbləğ 5000 manatdan az olduğundan banka depozitə pul qoymamışdır. Həmçinin bildirmişdir ki, 0.4515 ha torpaq sahəsi ilə bağlı alqı satqı əməliyyatı aparıldıqdan sonra dəyərini ödəmək istədikdə qəbul etməmişdir ki, o pul Raqif Süleymanova çatacaq. Belə izah etmişdir ki, Raqif Süleymanov mülkiyyətində olan 2.12 ha torpaq sahəsini anası Safuranın adına alqı satqı etdikdən sonra və yerdə qalan 1.65 ha torpaq sahəsidə razılaşdıqları kimi onun oğlu Rabilə satılandan sonra haqq hesab edərlər. Yekun 1.65 ha torpaq sahəsidə alqı satqı olunduqdan sonra hər iki torpaq sahəsinin cəmi dəyərini 37600 manatı razılaşmaya əsasən Raqif Süleymanova vermişdir. Təxmini xatırladığına görə 33600 manat pulu Elçin bankdan götürmüş, üstünə də onda olan 4000 manat vəsaiti qoyduqdan sonra cəmi 37600 manat pulu Raqif Süleymanova vermişdir. Üçüncü şəxs X2 məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.
28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
33. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
34. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
35. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Şəmkir rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-1012 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha torpaq sahəsini 4000 manata alıcı Cavabdeh1 satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında da sözügedən torpaq sahəsinə dair Cavabdeh1 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı (satıcı) İddiaçı xx.xx.2023-cü il tarixli 3M-1012 reyestr nömrəli alqı-satqı müqaviləsin onun iradə ifadəsini əks etdirmədiyini, əslində ailə üzvülərinin birgə mülkiyyətində olan 1.65 ha torpaq sahələrin dəyişdirilməsinə dair razılığa gələrək bu məqsədilə əqd bağladığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
47. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
48. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).
49. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
50. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Mübahisələndirilən alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir.
51. İddiaçı mübahisələndirilən alqı-satqı müqaviləsinin əslində ailələrinin birgə mülkiyyətində olan 1.65 ha torpaq sahəsi ilə bağlı olduğunu və Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.4515 ha torpaq sahəsini satmaq niyyətinin olmaması barədə dəlillər irəli sürmüşdür. Lakin, iddiaçının imzaladığı alqı-satqı müqaviləsinin mətnindən görünür ki, orada müqavilənin onun iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır. Bununla yanaşı, məsələnin obyektiv həlli baxımından diqqət yetirilməli haldır ki, mübahisələndirilən alqı-satqı müqaviləsi İddiaçı bilavasitə iştirakı ilə tərtib edilmişdir.
52. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
53. Mülki Məcəllənin 339.3-cü maddəsində deyilir ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
54. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent, tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Hazırkı işdə iddiaçının mübahisələndirilən əqdi aldadılma nəticəsində bağlamış olması öz təsdiqini tapmır.
55. «Torpaq sahəsinin dəyəri 4000 manat vəsaitin ödənilməməsi» barədə iddiaçının arqumentləri də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır.
56. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsinə təkcə onun hərfi mənası baxımından deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədər ki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir.
57. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
58. İddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Plenum Qərar).
59. Hazırkı işin müəyyən edilmiş və faktiki hallarından göründüyü kimi, iddiaçı, cavabdeh və üçüncü şəxslər arasında əldə edilmiş razılaşmaya əsasən üçüncü şəxs Raqif Süleymanov mülkiyyət hüququ ilə ona məxsus 2.12 ha torpaq sahəsini alqı-satqı müqaviləsi ilə iddiaçının anası Nümayəndə2 satmış, iddiaçı və onun ailə üzvləri isə mülkiyyətlərində olan 2.11 ha (0.4515 ha + 1.66 ha = 2.11 ha) torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışlar. Göründüyü kimi tərəflər arasında əldə edilmiş razılığa əsasən iddiaçı və onun ailə üzvüləri onlara məxsus həmin ölçüdə torpaq sahələrinin əvəzində Raqif Süleymanovdan torpaq sahəsi əldə etmişlər. Yəni başqa sözlə faktiki olaraq torpaqların dəyişməsi əsasında mübahisə predmeti olan torpağın dəyəri cavabdeh tərəfindən Raqif Süleymanova ödənilmişdir.
60. Mülki Məcəllənin 662-ci maddəsində deyilir ki, dəyişdirmə müqaviləsinə görə, tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.
62. Məhkəmə kollegiyası Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri baxımından tərəflər arasındakı müqavilə şərtlərini təfsir edərək hesab edir ki, iddiaçı könüllü olaraq cavabdehlə mübahisələndirilən alqı-satqı müqaviləsini və onun nəticələrini bilərək bunu arzu etmişdir. Bir sözlə alqı-satqı müqaviləsi iddiaçının həqiqi iradə ifadəsini əks etdirmişdir.
63. «Tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı 1.66 ha torpaq sahəsini Müsbətə, o da öz mülkiyyətində olan torpaq sahəsindən 1.66 ha hissəni iddiaçıya və onun ailə üzvlərinə verməli olmuşlar. İddiaçı 0,4515 ha torpaq sahəsini satmamışdır» barədə iddiaçı tərəfin arqumentləri də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır.
64. Belə ki, yuxarıda da göstərildiyi kimi üçüncü şəxs Raqif Süleymanov mülkiyyət hüququ ilə ona məxsus 2.12 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında iddiaçının anası Nümayəndə2 satmışdır ki, buda ağlabatan məhkəmə mühakiməsi əsasında belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tərəf 0.4515 ha torpaq sahəsini digər 1.66 ha torpaq sahəsi ilə birlikdə (0.4515 ha + 1.66 ha = 2.11 ha) özgəninkiləşdirilməsinə dair öz iradəsilə ilə sərəncam vermişdir.
65. Qeyd edilməlidir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
66. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).
67. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin iddiaçının iradəsinə zidd bağlanmış olması barədə hazırkı iddia tələbi əsassızdır, alqı-satqı müqaviləsinin etibarsızlığı üçün hər hansı hüquqi əsas yoxdur. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir.
68. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, alqı-satqı müqaviləsinin etibarsızlığından irəli gələn digər tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
69. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli 2(076)-2071/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.