Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2173/2025 07.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğvi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və digər Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisi) qarşı xx.xx.2022-ci il tarixli 4Ə-595 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 3753/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə 07 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 150708437 qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.0465 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına mülk kimi qeydə alınmışdır.
2. Gəncə 6 saylı Notariat Ofisində təsdiq olunmuş 28 sentyabr 2022-ci il tarixli, 4Ə- 595 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiqlənmiş surətindən müəyyən olunur ki, həmin müqaviləyə əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 153.4 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında 0.0465 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.4 kv.m fərdi yaşayış evi 28 sentyabr 2022-ci il tarixli, 4Ə-595 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmış, sonuncunun adına 11 oktyabr 2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
4. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh1 ilə X3 birgə nikahından xx.xx.1990-cı il tarixdə doğulmuş Cavabdeh2 adlı bir uşaqları vardır.
5. Gəncə Apelyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(104)-1765/2021 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(044)-2552/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 65400 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmiş, həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(044)- 2552/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi fərdi yaşayış evini İddiaçı satmaq barədə razılaşmışlar və İddiaçı da məhz həmin fərdi yaşayış evini satın almaq məqsədlə 65400 manat pulu Cavabdeh1 vermişdir.
6. 24 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2552/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir.
7. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Cavabdeh1 tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində könüllü icra edilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, (üçüncü şəxs Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisi)nə qarşı xx.xx.2022-ci il tarixli 4Ə-595 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisində bağlanmış 4Ə-595 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini 151000 manata satın almışdır. Lakin, alqı-satqı müqaviləsini rəsmiləşdirməmişlər. O, ona görə cavabdehdən ilkin olaraq ödədiyi 110000 manat məbləğində pula yazılı qəbz almışdır. Cavabdehlə aralarında olan razılığa əsasən o, 2 ay müddətində özünə başqa yerdən ev alıb, evi ona təhvil verəcəkdi. Həmin 2 ay müddətində isə o, ona borclu olduğu 41000 manat pulun hamısını hissə-hissə vermişdir. Lakin, müddət gəlib çatdıqda Cavabdeh1 notariat orqanına gedib, evi sənədləşdirməkdən imtina etmişdir. Ona görə də, o, məhkəmədə ona qarşı 151000 manat pul tələbinə dair iddia qaldırmışdır. Lakin, məhkəmə tərəfindən onun işinə düzgün baxılmayaraq, yalnız ona verdiyi 151000 manat puldan 65400 manat pulun Cavabdeh1 alınıb ona verilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2552/2020 saylı qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(104)-1765/2021 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmədən, cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2552/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(102)-356/2023 saylı qərarı ilə vəkili tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Onun vəkilinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında olduğu müddətdə Cavabdeh1 məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün uydurma əqd-bağışlama müqaviləsi əsasında onun mülkiyyətində olan və ona satdığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini qızı Cavabdeh2 adına keçirtmişdir. Müqavilə əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarış verilmişdir. Belə ki, Cavabdeh1 **********81-10301 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarış əsasında mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsi ev 13 ünvanında yerləşən fərdi yaşayış evini ünvan 7estr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi icraya yönəlsə də, icra edilməmişdir. Cavabdeh1 məxsus əmlak uydurma əqd-bağışlama müqaviləsi əsasında başqa şəxsin adına keçirildiyindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi tam olaraq uydurma əqddir. Yuxarıda qeyd olunan bağışlama müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsində müəyyən edildiyi kimi sırf görünüş üçün bağlanmış əqddir. Hazırda mübahisə olunan əqdin rəsmiləşdirilməsində məqsəd borclu Cavabdeh1 müqavilənin predmeti olan əmlakın mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilməsinin qarşısını almaqdır. Belə olan halda, onun alacağı məbləğin borclunun adına olan əmlak hesabına ödənilməsi imkanı aradan qalxmış və tələbkar kimi onun hüquqları pozulmuşdur. Ona görə də hesab edir ki, hazırki bağışlama müqaviləsi uydurma əqd olmaqla bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və ətrafa həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə onun mənafeyi pozulduğundan həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Ona görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3753/2025 nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov), iddia təmin edilmiş, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisində bağlanmış 4Ə-595 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 11 oktyabr 2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4 və 340.1-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 3753/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Cavabadeh Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini onunla əsaslanıdırmışdır ki, qətnamə qanunsuz və əsassızıdr. Belə ki, məhkəmə mübahisəli fərdi yaşayış evinə dair Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisində bağlanmış 4Ə-595 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsini etibarsız hesab edərkən sübutlara deyil, yalnızca formal mülahizələrə əsaslanmışdır ki, bunun da bariz nümunəsi qətnamənin əsaslandırma hissəsinin sonunda məhkəmənin bu fikri ilə “belə ki, cavabdeh məhz həmin əmlakı iddiaçıya satmaq adı altında iddiaçıdan pul almışdır. Yəni, cavabdehin iddiaçıdan aldığı pul vəsaiti hesabına başqa yedən özünə yaşayış yeri seçəcəyi məlum məsələdir və bütün faktiki hallara məcmu halında hüquqi qiymət verildikdə hesab edilir ki, cavabdehin iddiaçıya olan borcunun məhz həmin əmlak hesabına ödənilməsi üçün tutmanın həmin əmlaka yönəldilməsi istisna edilmir” öz təsdiqini tapmaqdadır. Məhkəmənin bu qənaətə gəlməsinə rəvac verən heç bir sübut yoxdur və bu hal yalnızca məhkəmənin daxili inamından qaynaqlana bilər ki, buna da qanunvericilik icazə verməməkdədir. Belə ki, daxili inam bir mənalı olaraq sübuta söykənməli, əks təqdirdə isə yalnızca formal mülahizə formasında çıxış etməlidir. Məhkəmənin yuxarıda qeyd edilən əsaslandırmasında qeyd edilir ki, “cavabdehin iddiaçıdan aldığı pul vəsaiti hesabına başqa yerdən özünə yaşayış yeri seçəcəyi məlum məsələdir”, məhkəmənin belə qənaətə gəlməsi anlaşılan deyil və heç bir sübuta əsalanmadan bu fikri irəli sürməklə, məhkəmə sanki 3-cü bir tərəf kimi özünü biruzə verməkdədir. Alınan pulun həqiqətən hara xərcləndiyinə gəlincə isə qeyd edilməlidir ki, həmin pulu Cavabdeh1 borcunun əvəzi olaraq qaytarmışdır. Eyni zamanda qeyd edilməlidir ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələb yönəldilməsinə yol verilmir. Bağışlama müqaviləsi baş tutan anda da, hazırda da Cavabdeh1 adına heç bir əmlakı olmadığı hər kəsə məlum məsələdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarının 1-ci bəndinin ruhuna zidd olaraq qərar qəbul edən məhkəmə, müqaviləni etibarsız hesab etməklə Cavabdeh1 adına yeganə yaşayış yerinə tutmanın yönələ biləcəyini vurğulamaqla əslində nə qədər əsassız bir arqument irəli sürdüyünü bir daha təsdiq etmişdir. Çünki hazırki iş üzrə müvəqqəti təminat tədbiri barədə iddiaçının ərizəsini rədd edən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16(104)-98/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadında kollegiya qeyd edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı Gəncə şəhəri, Şəhriyar küçəsi 13 saylı fərdi yaşayış evinə dair bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair iddia tələbi hətda təmin olunarsa və ev əvvəlki vəziyyətə qaytarılarsa belə, icra sənədi üzrə tələbin həmin əmlaka yönəldilməsi özlüyündə istisna olunur. Yuxarı instansiya məhkəməsinin hazırki məsələyə işıq tutan belə bir qəradadı ola-ola məhkəmənin yanlış nəticəyə gəlməsi əlbətdəki anlaşılan olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarının 1-ci bəndinə istinadən yola çıxılarsa hazırda mübahisələndirilən qətnamənin icrasında qarşıya qoyulan məqsədin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarının 1-ci bəndinə zidd olması açıq-aşkar görünməkdədir. Qeyd edilməlidir ki, iddiaçının hazırki iddia tələbinin əsas məqsədi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)- 2552/2020 saylı icra sənədinin icrasında yaranmış çətinliyi aradan qaldırmaq məqsədi güdməkdədir ki, bir icra sənədini icra etmək üçün məhkəmədə başqa bir yeni iddia qaldırmaq metodundan istifadə etmək, formalaşan məhkəmə praktikasına da mənfi təsir etməkdən başqa bir şey olmayacaqdır. Belə ki, illərdən bəri mövcud olan bank işləri üzrə yüzlərlə və minlərlə borclu şəxslər öz əmlaklarını özgəninkiləşdirmişdir və banklar tərəfindən verilən həmin özgəninkiləşdirmə barədə müqavilələrin etibarsızlığına dair iddialar rədd edilmişdir. Hazırki iş isə mövcud praktikanı mənfi yöndə dəyişməklə, bundan sonra və bundan əvvəlki illərdə baş tutmuş əqdlərin etibarsızlığına gətirib çıxarma istiqamətində ilk addım olacaqdır. Eyni zamanda qeyd edir ki, məhkəmənin Əsgər Yaqubovun həqiqi iradə ifadəsinin nədən ibarət olmasını üzə çıxaran yetərli sübutlar olmadan, onun əvəzindən belə bir qənaətə gəlməsi yol verilməz olmaqla yanaşı, həm də əsaslı dəlillərlə sübuta yetirilməmişdir. Belə ki, Cavabdeh1 belə bir fikri var idisə, həmin evi, birinci instansiya, ən pis halda Apellyasiya instansiyası məhkəməsinin gedişatında adından çıxarmalı idi. Yəni Cavabdeh1 məqsədi borcun həmin əmlaka yönəlməsinin qarşısını almaq olubsa, bunu mülki iş birinci və ikinci instansiya məhkəmələrində olan zaman edərdi, çünki bu ərəfələrdə iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət olunmuş, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməkdən imtina etmiş və həmin qərardad Gəncə Apelyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Loğman Süleymanov) qüvvədə saxlanılmışdır. Cavabdeh1 fərdi yaşayış evini qərəzli şəkildə adından çıxarmaq fikri olsa idi, elə həmin ərəfələrdə, yəni 2021-ci ilin əvvəllərində bunu edərdi, ona görə ki, artıq İddiaçı fikri açıq-aydın ortada idi ki, borcun ödənilməsi evə yönəldilsin. Yəni hər iki instansiyanın mövcud qərardadlarından məlumatlı olan Cavabdeh1 fərdi yaşayış evini həmin ərəfələrdə adından çıxarmamış, yalnızca səhhətində olan həyati təhlükəni hiss etdiyi zaman həmin fərdi yaşayış evini qızı Cavabdeh2 bağışlama etmişdir. Bunun səbəbi isə ondan ibarət olmuşdur ki, Cavabdeh1 tələbin həmin əmlaka yönələ bilməyəcəyini bilirdi və bunun üçün əlavə tədbirlər görməyə ehtiyac duymurdu. Hazırda da, mübahisəlin evin üzərində heç bir həbs yoxdur və istənilən vaxt ev vicdanlı alıcıya satıla bilər, amma buna ehtiyac olmadığından yol verilmir. Məhkəmə qətnaməsində hər nə qədər də borcun bir-başa evlə əlaqədar olmasını vurğulamağa çalışsa da, Ali Məhkəməyə qədər qüvvədə qalan məhkəmə qətnamələrində qeyd edilir ki, mübahisənin predmeti ev deyil puldur. Bu səbəblə də, iddiaçı tərəfindən verilən müvəqqəti təminat tədbirləri təmin edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edərək uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir maddi hüquq normasına istinad edərək qeyd edir ki, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Burada qanun üçüncü şəxslər deyərkən əsasən subyektlər, fərdlər və müqavilə tərəfləri nəzərdə tutulur. Məhkəmənin qənaətinə görə, isə həmin üçüncü şəxs İcra İdarəsidir, yəni Cavabdeh1 bağışlama müqaviləsini bağlayarkən aldatmaq niyyətində olduğu orqan məhz İcra İdarəsi olmuşdur. Bu əlbətdəki absurd olmaqla fundamental əsaslara ziddir. Bağışlama müqaviləsinin tarixinə nəzər salınarsa görülür ki, həmin vaxt Cavabdeh1 65 yaşının olmasına hələ illər qalıb və icra işi icra məmurunun icraatında olarkən də hələ uzun müddət bu vəziyyət davam edib. Daha ətraflı izah verməyində məqsəd məhkəmə qətnaməsində qeyd edilən “70-ə yaxın yaşı olan cavabdeh 70-ə yaxın yaşı olan iddiaçıya olan borcunu 20 ilə yaxın müddət ərzində ödəyə bilər” cümləsidir ki, bu fikir də razılaşmayaraq onu qeyd etmək istəyir ki, icra işinin gedişatına baxılarsa bəli olur ki, Cavabdeh1 pensiyasından əlavə olaraq mütəmadi şəkildə ödənişlər etmişdir. Sonda qeyd edilməlidir ki, qətnamədə vurğulanan digər bir məsələ də iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olması ilə əlaqədar olmuşdur ki, bu səbəblə də məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarını istinad kimi göstərmişdir. Dərhal başdan qeyd edilməlidir ki, iş üzrə iddiaçının hazırki iddianı qaldırmağa sübyektiv hüququ olmamışdır. Belə ki, subyektiv hüququn ən başlıca əsası öz hərəkətlərinə hüquqi ixtiyar komponentidir ki, hazır iş üzrə iddiaçı heç bir qanuni əsasla həmin hüquqi əsası əldə etməmişdir.
14. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən bir sıra maddi və prosesual hüquq normalarını pozmaqla sonda onun hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Məhkəmə araşdırması zamanı bağışlama etməmə səbəb olan hal məhkəməyə bildirilsə də, anlaşılmayan səbəbdən məhkəmə bağışlanma müqaviləsinin etibarsız olması qənaətinə gəlmişdir. Belə ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin həyata keçirilməsinin əsas səbəbi o olmuşdur ki, onun səhhətində, yəni ürək damar sistemimdə ciddi narahatçılıqlar mövcuddur və bunu təsdiq edən edən sənədlər məhkəməyə təqdim edilmişdir. O, məhkəmə iclasında da bildirmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən borcun həmin əmaka yönələ bilməsinin mümkün olmadığını bilir və bunun üçün də, icra sənədi həmin əmlaka yönələ bilməsinin istitsna olunması ona aydındır. Onun belə bir fikri var idisə, yəni evi adından çıxarmaq istəyirdisə həmin evi, birinci instansiya, ən pis halda Apellyasiya instansiyası məhkəməsinin gedişatında adından çıxarmalı idi. Yəni məqsədi borcun həmin əmlaka yönəlməsinin qarşısını almaq olubsa, bunu mülki iş birinci və ikinci instansiya məhkəmələrində olan zaman edərdi, çünki bu ərəfələrdə iddiaçı tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət olunmuş, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməkdən imtina etmiş və həmin qərardad Gəncə Apelyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Loğman Süleymanov) qüvvədə saxlanılmışdır. Onun fərdi yaşayış evini qərəzli şəkildə adından çıxarmaq fikri olsa idi, elə həmin ərəfələrdə, yəni 2021-ci ilin əvvəllərində bunu edərdi, ona görə ki, artıq İddiaçı fikri açıq-aydın ortada idi ki, borcun ödənilməsi evə yönəldilsin. Yəni, hər iki instansiyanın mövcud qərardadlarından məlumatı ola-ola fərdi yaşayış evini həmin ərəfələrdə adından çıxarmamış, yalnızca səhhətində olan həyati təhlükəni hiss etdiyi zaman həmin fərdi yaşayış evini qızı Cavabdeh2 bağışlama etmişdir. Onun ürək-damar sistemində ciddi problemlərin bağlanğıcı hələ 2020-ci ilə təsadüf etsə də, 2022-ci ilin iyul ayında xəstəliyi şiddətlənmiş və əməliyyat olunmaq zərurəti yaranmışdır. Əməliyyata girməyə hazırlaşılan ərəfədə sözügedən fərdi yaşayış evini qızı Cavabdeh2 bağışlamışdır. Bağışlamanın tarixinə nəzər salınarsa açıq-aşkar bəlli olur ki, bağışlanma, müayinənin nəticələrinin pis çıxmasından 2 ay sonra, yəni əməliyyata hazırlaşılan ərəfədə olunmuşdur. Həyati təhlükə olduğu üçün adına olan əmlakı qızı Cavabdeh2 bağışlamışdır. Məhkəmənin onun iradə ifadəsinin həqiqi olub olmamasını hansı şəkildə yoxlaması və onun iradə ifadəsinin həqiqi olmaması qənaətinə necə gəlməsi onun üçün hələdə müəmmalı şəkildə qalmaqdadır. Belə ki, əgər borcun sözügedən əmlaka yönəlməsi təhlükəsinə görə evi adından çıxarmaq fikri olsa, həmin işi elə indi də edə bilər (vicdanlı alıcıya sata bilər), cünki evin üzərində həllə də heç bir həbs və qadağa yoxdur. Bu halda özlüyündə göstərir ki, o, borcun əmlaka yönəlmə təhlükəsi olduğu üçün bağışlama etməmişdir, etsə bunu hələ də edə bilər. Çünki, iddiaçı tərəfindən hazırki iş gedə-gedə müvəqqəti təminat barədə ərizə verilsə də hər iki instansiya məhkəməsi ərizəni təmin etməmişdir. Buradan da görünür ki, onun iradə ifadəsi həqiqi olmuşdur. Həmçinin, qeyd edir ki, icra sənədi onun pensiyasına yönəlmiş və xeyli müqdarda pul iddiaçıya ödənilmişdir, eyni zamanla bununla paralel şəkildə tərəfindən aylıq ödənişlər edilməkdədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsini etibarsız hesab edən məhkəmə sübutlara deyil, yalnızca formal mülahizələrə əsaslanmışdır. Qətnamənin əsaslandırma hissəsinin sonunda məhkəmənin bu fikri ilə “belə ki, cavabdeh məhz həmin əmlakı iddiaçıya satmaq adı altında iddiaçıdan pul almışdır. Yəni, cavabdehin iddiaçıdan aldığı pul vəsaiti hesabına başqa yedən özünə yaşayış yeri seçəcəyi məlum məsələdir və bütün faktiki hallara məcmu halında hüquqi qiymət verildikdə hesab edilir ki, cavabdehin iddiaçıya olan borcunun məhz həmin əmlak hesabına ödənilməsi üçün tutmanın həmin əmlaka yönəldilməsi istisna edilmir” öz təsdiqini tapmaqdadır. Məhkəmənin bu qənaətə gəlməsinə rəvac verən heç bir sübut yoxdur. Məhkəmənin əsaslandırmasında daha sonra qeyd edilir ki, “cavabdehin iddiaçıdan aldığı pul vəsaiti hesabına başqa yerdən özünə yaşayış yeri seçəcəyi məlum məsələdir”, məhkəmənin belə qənaətə gəlməsi anlaşılan deyil və heç bir sübuta əsalanmadan bu fikri irəli sürməklə, məhkəmə sanki 3-cü bir tərəf kimi özünü biruzə verməkdədir. İddiaçının hazırki iddia tələbinin əsas məqsədi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2552/2020 saylı icra sənədinin icrasında yaranmış çətinliyi aradan qaldırmaq məqsədi güdməkdir. Cavabdeh1 fərdi yaşayış evini qərəzli şəkildə adından çıxarmaq fikri olsa idi, elə həmin ərəfələrdə, yəni 2021-ci ilin əvvəllərində bunu edərdi, onun ürəyi xəstədir, səhhətində olan həyati təhlükəni hiss etdiyi zaman həmin fərdi yaşayış evini qızı Cavabdeh2 bağışlamışdır. Ali Məhkəməyə qədər qüvvədə qalan məhkəmə qətnamələrində qeyd edilir ki, mübahisənin predmeti ev deyil puldur. Bu səbəblə də, iddiaçı tərəfindən verilən müvəqqəti təminat tədbirləri təmin edilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edərək uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir maddi hüquq normasına istinad edərək qeyd edir ki, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Burada qanun üçüncü şəxslər deyərkən əsasən subyektlər, fərdlər və müqavilə tərəfləri nəzərdə tutulur. Məhkəmənin qənaətinə görə, isə həmin üçüncü şəxs İcra İdarəsidir, yəni Cavabdeh1 bağışlama müqaviləsini bağlayarkən aldatmaq niyyətində olduğu orqan məhz İcra İdarəsi olmuşdur. Bu əlbətdəki absurd olmaqla fundamental əsaslara ziddir. Bağışlama müqaviləsinin tarixinə nəzər salınarsa görülür ki, həmin vaxt Cavabdeh1 65 yaşının olmasına hələ illər qalıb və icra işi icra məmurunun icraatında olarkən də hələ uzun müddət bu vəziyyət davam edib. Məhkəmə isə qətnaməsində qeyd edilən “70-ə yaxın yaşı olan cavabdeh 70-ə yaxın yaşı olan iddiaçıya olan borcunu 20 ilə yaxın müddət ərzində ödəyə bilər” cümləsidir ki, bu fikir də razılaşmayaraq onu qeyd etmək istəyirik ki, icra işinin gedişatınfan görünür ki, Cavabdeh1 pensiyasından əlavə olaraq mütəmadi şəkildə ödənişlər etmiş və etməkdədir. Bundan başqa, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, subyektiv hüququn ən başlıca əsası öz hərəkətlərinə hüquqi ixtiyar komponentidir ki, hazır iş üzrə iddiaçı heç bir qanuni əsasla həmin hüquqi əsası əldə etməmişdir. Ona görə də, apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək izahatında göstərmişdir ki, məhkəmə qətnaməsi onun hüquqlarını pozmuşdur. Mübahisələndirilən xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin həyata keçirilməsinin əsas səbəbi o olmuşdur ki, onun səhhətində, yəni ürək damar sistemimdə ciddi narahatçılıqlar mövcuddur. O, fərdi yaşayış evini adından çıxarmamış, başqasına satmamış, yalnızca səhhətində olan həyati təhlükəni hiss etdiyi zaman fərdi yaşayış evini qızı Cavabdeh2 bağışlamışdır. Məhkəmənin onun iradə ifadəsinin həqiqi olub-olmamasını hansı şəkildə yoxlaması və onun iradə ifadəsinin həqiqi olmaması qənaətinə necə gəlməsi onun üçün hələdə müəmmalı şəkildə qalmaqdadır. Belə ki, əgər borcun sözügedən əmlaka yönəlməsi təhlükəsinə görə evi adından çıxarmaq fikri olsa, həmin işi elə indi də edə bilər və vicdanlı alıcıya sata bilərdi. O, borcun əmlaka yönəlmə təhlükəsi olduğu üçün bağışlama etməmişdir. Çünki, iddiaçı tərəfindən hazırki iş gedə-gedə müvəqqəti təminat barədə ərizə verilsə də hər iki instansiya məhkəməsi ərizəni təmin etməmişdir. Buradan da görünür ki, onun iradə ifadəsi həqiqi olmuşdur. Həmçinin, qeyd edir ki, icra sənədi onun pensiyasına yönəlmiş və xeyli müqdarda pul iddiaçıya ödənilmişdir, eyni zamanda bununla paralel şəkildə tərəfindən aylıq ödənişlər edilməkdədir. Ona görə də, apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o pul tələbinə dair verilmiş qətnamənin icra edilməsinə görə bu iddianı qaldırmışdır. Ona görə də apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. İş üzrə Cavabdeh2 və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
25. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
26. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
28. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
29. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
30. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
36. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
37. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
38. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
39. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
40. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
41. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
42. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı
43. “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”
44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar
45. “... qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. ... ... etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.”
46. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarı
47. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarı
48. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
49. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
50. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
58. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
59. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
60. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
61. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
62. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
63. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
64. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Apellyasiya baxışının hədləri
65. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
66. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
68. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
70. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
71. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında borc münasibətləri olmuş, həmin borcla bağlı məhkəmə çəkişməsi yaranmışdır. Belə ki, İddiaçı Cavabdeh1 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini 151000 manata satın almışdır. Lakin, alqısatqı müqaviləsini rəsmiləşdirməmişlər. İddiaçı ona görə cavabdehdən ilkin olaraq ödədiyi 110000 manat məbləğində pula yazılı qəbz almışdır. Cavabdehlə iddiaçının arasında olan razılığa əsasən Cavabdeh1 2 ay müddətində özünə başqa yerdən ev alıb, evi İddiaçı təhvil verəcəkdi. Həmin 2 ay müddətində isə iddiaçı cavabdehə borclu olduğu 41000 manat pulun hamısını hissə-hissə vermişdir. Lakin, müddət gəlib çatdıqda Cavabdeh1 notariat orqanına gedib, evi sənədləşdirməkdən imtina etmişdir. Ona görə də, İddiaçı məhkəmədə Cavabdeh1 qarşı 151000 manat pul tələbinə dair iddia qaldırmışdır. Məhkəmə tərəfindən 65400 manat pulun Cavabdeh1 alınıb İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)- 2552/2020 saylı qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(104)-1765/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmədən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2552/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(102)-356/2023 saylı qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında olduğu müddətdə Cavabdeh1 məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün bağışlama müqaviləsi əsasında cavabdehin mülkiyyətində olan və iddiaçıya satdığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini qızı, hazırki iş üzrə digər Cavabdeh2 adına keçirtmişdir. Müqavilə əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarış verilmişdir. Belə ki, Cavabdeh1 **********81-10301 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarış əsasında mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsi ev 13 ünvanında yerləşən fərdi yaşayış evini ünvan 7estr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlamışdır. Ona görə də İddiaçı Əsgər qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.
74. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş həmin borcun onun əmlakına yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq mübahisə olunan bağışlama müqaviləsini rəsmiləşdirməklə əslində uydurma əqd bağlamışdır. Belə ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının hazırki vəziyyətdə davam etməsi 70-ə yaxın yaşı olan cavabdeh 70-ə yaxın yaşı olan iddiaçıya olan borcunu 20 ilə yaxın müddət ərzində ödəmək anlamına gələ bilər. Həmçinin, cavabdehin iddiaçıya olan borcunun məhz həmin əmlak hesabına ödənilməsi istisna edilmir. Çünki, cavabdeh məhz həmin əmlakı iddiaçıya satmaq adı altında iddiaçıdan pul almışdır. Yəni, cavabdehin iddiaçıdan aldığı pul vəsaiti hesabına başqa yedən özünə yaşayış yeri seçəcəyi məlum məsələdir və cavabdehin iddiaçıya olan borcunun məhz həmin əmlak hesabına ödənilməsi üçün tutmanın həmin əmlaka yönəldilməsi istisna edilmir.
75. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab etmir.
76. Belə ki, Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisənin qanuni həlli üçün iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
77. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
78. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
79. İşin halları araşdırıldıqda isə müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisi) qarşı xx.xx.2022-ci il tarixli 4Ə-595 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarışın ləğv olunması tələbinə dair iddia qaldırması üçün subyektiv hüququ yoxdur.
80. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ yoxdur.
81. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
82. Apellyasiya instansiyası məhkəməsi iş üzrə materialları, tərəflərin izahatlarını, təqdim edilmiş sübutları və birinci instansiya məhkəməsinin qətnaməsini hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisənin hüquqi təbiətini və tətbiq ediləcək maddi hüquq normalarını düzgün müəyyən etməmiş, eləcə də iddianın baxılması üçün zəruri olan ilkin prosessual şərtləri, xüsusilə də iddiaçının subyektiv hüquqa malik olub-olmaması məsələsini araşdırmadan qətnamə qəbul etmişdir.
83. Mülki hüquq sistemində iddia hüququ yalnız tələb irəli sürmək hüququ olan – yəni subyektiv hüquqa malik şəxslər tərəfindən həyata keçirilə bilər. Subyektiv hüquq dedikdə, şəxsə aid olan və qanunla qorunan, icrası üçün hüquqi müdafiə tələb etməyə əsas verən konkret hüquqi maraq başa düşülür.
84. Hazırkı işdə İddiaçı cavabdehlər Cavabdeh1 ilə X4 arasında bağlanmış bağışlama müqaviləsi və həmin müqavilə əsasında alınmış çıxarışın etirbarsız hesab edilməsini tələb edir. Lakin, məhkəmə araşdırması zamanı aydın olur ki, qeyd edilən müqavilə cavabdehlərin öz aralarında bağlanmışdır.
85. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
86. Mülki Məcəllənin 324.2-ci maddəsində qeyd edilmişdir ki, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
87. Göründüyü kimi İddiaçı mübahisələndirdiyi müqavilə üzrə tərəf deyildir.
88. Bu hal iddiaçının sözügedən mülki hüquq münasibətində birbaşa iştirak etmədiyini, yəni tərəf statusuna malik olmadığını, nəticə etibarilə isə iddia irəli sürmək hüququnun (subyektiv hüququnun) mövcud olmadığını göstərir.
89. Yuxarıda Konstitusiya Məhkəməsinin qeyd etdiyi kimi, mülki mübahisəyə baxılarkən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin bu mübahisə üzrə subyektiv hüququnun olub-olmamasını müəyyən etməlidir. Əgər iddia subyektiv hüquqa malik olmayan şəxs tərəfindən irəli sürülürsə, belə iddia baxılmamış saxlanılmalı və ya məhkəmə baxışında iddia rədd edilməlidir.
90. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu əsas prinsipi nəzərə almamış, iddiaçının tələbə malik olmaq hüququnu ilkin qaydada araşdırmadan, maddi hüquq normalarının tətbiqi ilə işə mahiyyəti üzrə baxmış və nəticə etibarilə subyektiv hüququ olmayan şəxs tərəfindən verilmiş iddianı təmin etmişdir. Bu isə prosessual baxımdan ciddi pozuntu olmaqla, həm məhkəmə araşdırmasının hüdudlarına, həm də ədalətli məhkəmə araşdırması prinsipinə ziddir.
91. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının sözügedən münasibətdə tərəf statusu olmaması sübuta yetirildiyindən, onun iddia qaldırmaq hüququ mövcud deyil. Belə olan halda isə, subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verilmiş iddia, mülki prosessual qanunvericiliyin mahiyyətinə və prinsiplərinə zidd olaraq irəli sürüldüyündən təmin edilə bilməz.
92. Birinci instansiya məhkəməsi isə bu əsasları düzgün tətbiq etməmiş, iddiaçının tələb hüququna malik olub-olmamasını araşdırmadan və işə aidiyyəti olmayan şəxsin təqdim etdiyi faktlara əsaslanaraq qətnamə çıxarmışdır. Nəticə etibarilə, çıxarılan qətnamə düzgün olmayan və əsaslandırılmamış hesab edilməlidir.
93. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
94. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
95. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
96. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
97. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
98. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
99. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
100. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
101. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
102. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
103. Məhkəmə Kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, baxılan işdə İddiaçı ilə Cavabdeh1 arasında borc münasibətləri olmuş, həmin borcla bağlı məhkəmə çəkişməsi yaranmışdır. Belə ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Cavabdeh1 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini 151000 manata satın almışdır. Lakin, alqı-satqı müqaviləsini rəsmiləşdirməmişlər. İddiaçı ona görə cavabdehdən ilkin olaraq ödədiyi 110000 manat məbləğində pula yazılı qəbz almışdır. Cavabdehlə iddiaçının arasında olan razılığa əsasən Cavabdeh1 2 ay müddətində özünə başqa yerdən ev alıb, evi İddiaçı təhvil verəcəkdi. Həmin 2 ay müddətində isə iddiaçı cavabdehə borclu olduğu 41000 manat pulun hamısını hissə-hissə vermişdir. Lakin, müddət gəlib çatdıqda Cavabdeh1 notariat orqanına gedib, evi sənədləşdirməkdən imtina etmişdir. Ona görə də, İddiaçı məhkəmədə Cavabdeh1 qarşı 151000 manat pul tələbinə dair iddia qaldırmışdır. Məhkəmə tərəfindən 65400 manat pulun Cavabdeh1 alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(104)-1765/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmədən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2552/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(102)-356/2023 nömrəli qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı Cavabdeh1 məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün uydurma əqd-bağışlama müqaviləsi əsasında cavabdehin mülkiyyətində olan və iddiaçıya satdığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini qızı, hazırki iş üzrə digər Cavabdeh2 adına keçirtmişdir. Müqavilə əsasında Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarış verilmişdir. Belə ki, Cavabdeh1 **********81-10301 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarış əsasında mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsi ev 13 ünvanında yerləşən fərdi yaşayış evini ünvan 7estr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlamışdır. Ona görə də İddiaçı Əsgər qızı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2552/2020 nömrəli qətnaməsinin icra olunması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının sözügedən münasibətdə tərəf statusu olmaması sübuta yetirildiyindən, onun iddia qaldırmaq hüququ mövcud deyil. Belə olan halda isə, subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verilmiş iddia, mülki prosessual qanunvericiliyin mahiyyətinə və prinsiplərinə zidd olaraq irəli sürüldüyündən təmin edilə bilməz. Göründüyü kimi İddiaçı mübahisələndirdiyi bağışlama müqaviləsi üzrə tərəf deyildir. Bu hal iddiaçının sözügedən mülki hüquq münasibətində birbaşa iştirak etmədiyini, yəni tərəf statusuna malik olmadığını, nəticə etibarilə isə baxılan işdə iddia irəli sürmək hüququnun, yəni subyektiv hüququnun mövcud olmadığını bir daha göstərir.
104. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
105. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
106. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3753/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Gəncə şəhəri 6 saylı Xüsusi Notariat Ofisi) qarşı xx.xx.2022-ci il tarixli 4Ə-595 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli, **********81-10301 reyestr nömrəli Çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.