Məhkəmə qərarları › İş №2(104)-2177/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2177/2025

13.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2177/2025 13.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə1 və cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2(125)-3721/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ev 4-də yerləşən avtomobillərin yuyulması sexinə qanunsuz hesablanmış 6984 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2(125)-3721/2025 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə1 ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. İmtinanın əsası kimi göstərmişdir ki, məhkəmə qətnaməsində qeyd olunmuş İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə borcun 2794 manat olması ilə razıdır. Mübahisə yalnız qalıq qalmış 4190 manat məbləği ilə olmuşdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən yenidən hesablanma nəticəsində olan borcları 2794 manatdır. Sədrlik edənin sualına cavab olaraq nümayəndə apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətindən imtinanın həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2(125)-3721/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmalı və bu əsasa görə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-264, 369 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2(125)-3721/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu əsasa görə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar