Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2178/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-200/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli MV-C(L) 00189-22 saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Tucson” markalı, 77PV235 qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək "xxxx" ASC-də kasko sığorta növündə sığortalanmışdır.
2. 30.09.2022-ci il tarixli, 078-28016-1122 saylı sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Əmirov X3 Taleh Aqil oğluna məxsus olan “Opel Astra” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən "xxxx" MMC-yə məxsus X2 idarə etdiyi “Hyundai Tucson” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya yüngül bədən xəsarəti yetirmiş və avtomobilin ön, sol, sağ, yan və arxa hissələrinə zərər dəymişdir.
3. Bakı şəhəri BPİ-nin Nərimanov RPİ tərəfindən tərtib olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 barəsində cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nin vasitəsilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. 01.08.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur.
5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 188 nömrəli yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək “Opel Astra” minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verilmişdir.
6. 07.12.2022-ci il tarixli, MVC0480/22 saylı sığorta aktının surətindən görünür ki, dəymiş zərərin ümumi həcmi 20948 manat təşkil etmiş, zərər məbləğindən 100 manat azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişi 20848 manat müəyyən edilmişdir.
7. 08.12.2022-ci il tarixli, 4165 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 20848 manat sığorta ödənişi həyata keçirilmişdir.
8. 03.02.2023-cü il tarixli, 9220 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına sonuncunun subroqasiya tələbi üzrə 4976 manat məbləğində sığorta ödənişi köçürülmüşdür.
9. "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 15872 manat məbləğində zərərin əvəzinin könüllü olaraq ödənilməsi tələb olunmuşdur.
10. 03.08.2023-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə Gəncə Şəhər Məhkəməsinin hesabına 10 manat dövlət rüsumu ödənilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2277 nömrəli rəyindən görünür ki, 2022-ci il buraxılışlı, “Hyundai” markalı, “Tucson” model, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 20688 manat məbləğində müəyyən edilmişdir.
12. Bakı şəhəri Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 manat məbləğində cərimə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 15872 manat və ödənilmiş dövlət rüsumuna görə 137,62 manat, müvəqqəti təminat tədbirinin təmini barədə ərizəyə görə ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əmirov X3 Taleh Aqil oğluna məxsus “Opel Astra” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixində idarə edərkən Bakı şəhəri, Ə.Ağaoğlu və Qarabağ küçələrinin kəsişdiyi ərazidə "xxxx" ASC tərəfindən MVC(L) 00189-22 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Hyundai Tucson” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Tucson” markalı, ** PV ***dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 20848 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Nərimanov RPİ-nin cinayət işinin rədd edilməsi barədə qərarına əsasən cavabdeh Əmirov X1 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbləri ilə bağlı 4976 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 15872 manat məbləğ isə Cavabdeh2 tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0531/23 nömrəli məktubla Cavabdeh2 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdehlər tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır.
15. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-200/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev), iddianın qismən təmin edilməsi, Cavabdeh2 15712 (on beş min yeddi yüz on iki) manat pul, müvəqqəti təminat tədbirinin verilməsinə görə 10 manat və 137,14 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi, iddia tələbinin Cavabdeh1 münasibətdə əsassız olduğundan təmin edilməməsi, iş üzrə xx.xx.2024-cü il tarixdə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat və xx.xx.2024-cü il tarixdə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat olmaqla, cəmi 100 manat Cavabdeh2 tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.
16. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 936.2, 1096.1, 1097.1, 1108.1 və 1108.2-ci maddələrinə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci bəndinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-200/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, avtonəqiliyyat hadisəsi baş verən zaman DYP əməkdaşları hadisə yerində olmuşlar və bunla yanaşı o idarə etdiyi Cavabdeh1 məxsus "xxxx" ASC tərəfindən sığortalanmış “Opel Astra” markalı, ** ON *** dövlət qeydiyyatlı nişanlı avtomobilin sığorta şirkətinin əməkdaşları hadisə yerinə cəlb edilmişdir. "xxxx" ASC-nin əməkdaşları “Hundai Tucson” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtonəqiliyyat vasitəsinə vizual baxış keçirdikdən sonra dəymiş zərəri qarşılamaq üçün 4000-4500 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qərarqəbul etmişdirlər. Lakin mən DYP-nin və "xxxx" ASC-ninəməkdaşlarına etiraz edərək bildirdim ki, təyin edilmiş məbləğ yüksəkdir və xahiş edirəmhər-hansı bir servizdən mütəxəsis dəvət olunsun və vizual baxış keçirildikdən sonra hər birinin iştirakı ilə Akt tərtib edilsin. Həmçinin həmin avtomobili şəxsən tərəfimdən təmir işlərinin görülməsini belə təklif etmişdir. Dəymiş zərərin qanuni yolla həll olunmasına dair müraciətimə baxmayaraq, sığorta əməkdaşları və zərərçəkmiş şəxs ona bildirdilər ki, sən niyə narahat olursan təyin edilmiş avtonəqiliyyata dəymiş zərər sığortatərəfindən qarşılanacaq. "xxxx" ASC-nin əməkdaşları vizual baxış keçirdikdən sonra “Hundai Tucson” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtonəqiliyyat vasitəsinə 4.976 manat sığorta ödənişinin ödənilməsi barədə qərar qəbul etdilər. Sığorta əməkdaşları məbləği elan etdikdən sonra o zərərçəkmişlə əlsıxışaraq hadisə yerindən ayrılmışlar. Bildirir ki, hadisə baş verən zaman “Hundai Tucson” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobili kasko sığorta edən "xxxx" ASC-nin əməkdaşları hadisə yerində olmamışlar və onlar tərəfindən avtonəqiliyyat vasitəsinə heç bir baxış keçirilməmişdir. Lakin, bir müddət sonra "xxxx" ASC tərəfindən 20.848 (iyirmimin səkkiz yüz qırx səkkiz) manatsığorta ödənişinin həyata keçirilməsi haqda məlumatım olan zaman o avtomobilin təmir olunduğu Dərnəgül yolunda yerləşən “Hundai” servizə getmişdir. Orada avtomobilin yanında olan zaman ustalardan həmin avtomobilin tam təmiri üçün nə qədər xərc lazım olduğunu soruşmuşdur. Ona bildirimişdir ki, bu avtomobilin tam təmiri üçün uzağı 4000 manat xərci çıxacaq. Onuda qeyd edir ki, hadisə baş verən zaman tibbi müayinədən keçmiş və sərxoş olmamağı barədə müsbət rəy alınmışdır. Məhkəmə iclasında məhkəmədən dəymiş zərərin müəyyən olunması üçün yenidən onun iştirakı ilə ekspertizanın keçrilməsini xahiş etmişdir. Lakin, möhtərəm məhkəmə zərər çəkmiş avtomobili tapıla bilməsini mümkün olmadığını və məhkəmənin səlahiyyətlərindən kənar olduğunu bildirmişdir. O məhkəmə qətnaməsini əldə etdikdən sonra, məlumatı olmuşdur ki, məhkəmənin qərarı ilə xx.xx.2024-cü il tarixdə yenidən ekspertiza keçirilmişdir. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsi də qeyd olunan məsələlərə aydınlıq gətirmədən, sadalanan qanunların və beynəlxalq hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması, qanunların düzgün tədbiq edilməməsi ilə birtərəfli, ədalətsiz qətnamə çıxarmış və nəticə ehtibarı ilə hüquqlarımın kobud şəkildə pozulmasına yol vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
21. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
25. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
26. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
27. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 19.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
32. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
33. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
34. Maddə 31.1. Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir.
35. Maddə 34.1.3 və 34.1.4. Sığortalının vəzifələrinə-sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir.
36. Maddə 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
46. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
49. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh2 qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamənin iddianın təmin edilmiş hissəsindən narazıdır. İddianın rədd edilmiş hissəsi onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı Cavabdeh2 münasibətdə yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
51. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-200/2024 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
53. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində "xxxx" MMC-yə məxsus “Hyundai Tucson” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 20688 manat məbləğində zərər dəymişdir. İddiaçı iddia etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərərlə bağlı 20848 manat sığorta ödənişi edilmiş həmin məbləğdən bir hissəsi subroqasiya tələbi üzrə "xxxx" ASC tərəfindən ödənilmiş qalan 15872 manat zərər cavabdehlər tərəfindən ödənilməmişdir. Cavabdehlərdən Cavabdeh2 oğlü iddia tələbinə qarşı etiraz edərək etirazının əsası kimi dəymiş zərərin artıq hesablandığını bildirmişdir.
54. İşin hallarından göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə subroqasiya qaydasında pulun ödənilməsi ilə bağlı yaranmış mübahisədir və qanunvericliyin yuxarıda qeyd edilmiş normaları əsasında həll edilməlidir.
55. Kollegiya göstərir ki, iddiaçının subroqasiya qaydasında pul tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur. Hazırki halda isə subroqasiya qaydasında pulun tələb edilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Çünki, cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi zamanı idarə olunan avtomobil sürücülük hüququ olmadan onun idarəçiliyində olmuşdur.
56. İşin qeyd olunan halları işdə olan inzibati xəta haqqında qərarla öz təsdiqini tapır. Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər isə formal mülahizələrə söykənməklə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvinə əsas vermir. Çünki, iş materiallarında olan inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli protokol ilə müəyyən edilir ki, Cavabdeh2 İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 manat məbləğində cərimə edilmişdir.
57. "xxxx" MMC-yə məxsus “Hyundai Tucson” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/2277 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2022-ci il buraxılışlı, “Hyundai” markalı, “Tucson” model, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 20688 manat məbləğində müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
59. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
60. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert qiymətləndirmə apararkən təqdim olunmuş sığorta aktına, malın (işin, xidmətin) bazar qiymətləri və birja katirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından istifadə edilmişdir.
61. Kollegiya əlavə olaraq göstərir ki, apellyatorun göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
62. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
63. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
66. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
67. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-200/2024 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-200/2024 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.