Məhkəmə qərarları › İş №2(104)-2200/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2200/2025

04.05.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qətnamə Gəncəǝşəhəri İşǝ№ǝ2(104)-2200/2025 04.05.2026 GƏNCƏǝAPELLYASIYAǝǝMƏHKƏMƏSI İddiaçı İddiaçı İsrafil oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi) Hakimlər X9 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev FikrətǝƏdilşahǝoğlundanǝibarətǝtərkibdəǝ məhkəməǝiclasǝkatibiǝX5, İddiaçınınǝnümayəndəsiǝvəǝvəkiliǝVəkil, CavabdehǝCavabdehǝiştirakıǝilə, İddiaçı İddiaçı İsrafil oğlunun cavabdeh Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilmə tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıqǝməhkəməǝiclasındaǝbaxaraq,ǝaşağıdakıǝqətnaməniǝqəbulǝetdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş **** saylı, ## #### 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçıǝİsrafilǝoğluǝBərdəǝşəhərǝİ.Qayıbovǝküçəsiǝ**ǝsaylıǝünvandaǝyaşayır.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsinin verdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli çıxarışdan görünür ki, Bərdə şəhər İ.Qayıbov küçəsi ev 37 A saylı (yeni qaydalarla Bərdə şəhəri İ.Qayıbov küçəsi giriş 71) ünvanda yerləşən ümumi sahəsi 210.5 kv.m olanǝfərdiǝyaşayışǝeviǝİddiaçıǝxüsusiǝmülkiyyətiǝkimiǝqeydəǝalınmışdır.ǝ

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Bərdə şəhər İ.Qayıbov küçəsi ev 37 A saylı (yeni qaydalarla Bərdə şəhəri İ.Qayıbov küçəsi giriş 71) yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur.

4. “xxxx” MMC tərəfindən verilmiş FŞ**/**-** saylı ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37A, Yeni qaydalarla: Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, giriş 71 ünvanda yerləşən, xüsusi mülkiyyətində olan, ümumi sahəsi 210,5 kv.m-dən təşkil edən fərdi yaşayış evinin cəmi 30 kv.mlik bir otaqdan ibarət əmlak hissəsinin kirayə qiymətinin müəyyənləşdirilməsi işi həyata keçirilmiş, qiymətləndirməǝprosesi Azərbaycanǝ"Qiymətləndirmə fəaliyyəti haqqında" Respublikasının qanununa, Azərbaycan milli qiymətləndirmə standartlarına, beynəlxalq qiymətləndirmə standartlarına və digər qanunvericilik aktlarına uyğun olaraq aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən, Azəbaycan Respublikası, (reyestr nömrəsi: 610013101203-10301, koordinatlar: X 680690,519, Y 4472625,4327) Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37A, Yeni qaydalarla : Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, giriş 71 ünvanda yerləşən, xüsusi mülkiyyətində olan, ümumi sahəsi 210,5 kv.m-dən təşkil edən fərdi yaşayış evinin cəmi 30 kv.m-lik bir otaqdan ibarət əmlak hissəsinin 1,0 kv.m - nin kirayə qiyməti 4,2 manat olmaqla 30,0 kv.m–dən ibarət bir otağın kirayə haqqının ümumi qiymətiǝ125,0 (bir yüzǝiyirmiǝbeşǝmanat)ǝtəşkilǝedir.ǝ

5. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlətǝrüsumuǝödənilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadıǝiləǝişǝüzrəǝməhkəmə-qiymətləndirməǝekspertizasıǝtəyinǝedilmişdir.

7. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, CVN/M**-***/** nömrəli rəyinə əsasən ümumi sahəsi 210.5 kvm, torpaq sahəsi 0.06 ha olan, Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37a ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 76.000,0 manat, ümumi sahəsi 210.5 kvm, torpaq sahəsi 0.06 ha olan, Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37a ünvanında yerləşənǝfərdiǝyaşayışǝeviǝiləǝanalojiǝevinǝortaǝaylıqǝkirayəǝqiymətiǝ420,0ǝmanatǝtəşkilǝedir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı İsrafil oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 7200 (yeddi min iki yüz) manat kompensasiya ödənilməklə onun ümumi sahəsi 210.5 kvm, torpaq sahəsi 0.06 h olan, Bərdə şəhəri İsmət Qayıbov küçəsi ev 37 a ünvanında fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dairǝqətnaməǝqəbulǝolunmasınıǝxahişǝetmişdir.ǝ

9. İddia onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə qardaşı Əhmədov Əhməd İsrəfil oğlu ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan ## ###### 2006-cı il təvəllüdlü X3 anasının yanında saxlanılması, eləcə də yetkinlik yaşına çatana kimi saxlanılması üçün Əhmədov Əhməd İsrafil oğlundan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir.ǝBərdə Rayon Məhkəməsinin ## #### 2024- cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi təmin edilərək, iddiaçı Cavabdeh ## ###### 2006-cı il təvəllüdlü X3 ilə birlikdə Bərdə rayon İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddiaçı X1 Bərdə rayon, İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Əhmədov Əhməd İsrafil oğlundan alınaraq iddiaçılara ödənilməsi qət edilmişdir.ǝMübahisə predmeti olan fərdi yaşayış evi ## ##### 2024-cü il tarixli QN-********** çıxarışla ona məxsusdur. Atalarından miras qalmış evə 1/3 hissədə onun, qardaşı Əhmədin və anaları Səmayənin payı müəyyən edilmişdir. Analarının ölümündən sonra payı vərəsəlik qaydasında ona keçmiş, qardaşı Əhməd isə payını ona bağışlamışdır. Ev hazırda tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bu səbəbdən həmin evə köçürülməyə etiraz etmişdir. Mülkiyyət hüquqlarının müdafiəsi üçün cavabdehinǝkompensasiyaǝödənilməklə mənzildən pay hüquqlarına xitam verilməsinə dair iddia irəli sürməyə məcbur qalmışdır. Cavabdehǝ 7200 manat kompensasiya təklif edir. Son illərdə təşəkkül tapmış məhkəmə təcrübəsi 3 illik kirayə müqaviləsi əsasında kompensasiya təyin edir.ǝOnları yaşadığı ərazidə aylıq kirayə haqqı 200 manatdır. Bunun 3 illik kirayə haqqı isə ümumilikdə 7200 manat təşkil edir. Bu səbəbdən hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinin bu işlər üzrə olan vahidliyi baxımından cavabdehə təklif olunan kompensasiya məbləği ədalətli və realdır, ağlabatan məbləğdir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı İddiaçı İsrafil oğlunun nümayəndəsi (vəkili) Vəkil məhkəmə hazırlıq iclasında iddianın dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, cavabdeh Cavabdeh evdən istifadə hüququnun kompensasiya edilməklə 10.000 manat verilməklə, cavabdehin Bərdə şəhəri İsmət Qayıbov küçəsi ev 37 a ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dairǝqətnaməǝqəbulǝolunmasınıǝxahişǝetmişdir.

10. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya ödənilməklə, onun Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37A (yeni qaydalarla Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, giriş 71) ünvanında olan, 0.06 ha torpaq sahəsində yerləşən ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli çıxarışla İddiaçı İsrafil oğlunun xüsusi mülkiyyətində olan ümumi sahəsi 210,5 kv.m təşkil edən fərdi yaşayış evindən istifadə hüquqlarınaǝxitamǝverilmişdir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ## ##### 2024-cü il tarixli QN-********** çıxarışla qeydiyyata alınmış fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı İddiaçı İsrafil oğluna məxsusdur.ǝCavabdeh Cavabdeh ailə qurduğu vaxtdan həmin mübahisəli evdə yaşamışdır. Daha sonra iddiaçının qardaşı Əhməd Əhmədov ilə ailə münasibətləri pozulmuşdur. Bərdə Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ## ###### 2006-cı il təvəllüdlü X3 ilə birlikdə Bərdə rayon İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddiaçı X1 Bərdə rayon, İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinəǝköçürülməsiǝqətǝedilmişdir.

12. İş materialları ilə müəyyən olunmuşdur ki, Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37A, Yeni qaydalarla: Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, giriş 71 ünvanda yerləşən, xüsusi mülkiyyətində olan, ümumi sahəsi 210,5 kv.m-dən təşkil edən fərdi yaşayış evinin cəmi 30 kv.mlik bir otaqdan ibarət əmlak hissəsinin 1,0 kv.m - nin kirayə qiyməti 4,2 manat olmaqla 30,0 kv.m–dən ibarət bir otağın kirayə haqqının ümumi qiymətininǝ125,0 (bir yüz iyirmi beş manat) manat təşkil edir. Həmçinin Bərdə şəhərində yerləşən mübahisəli mənzilə uyğun mənzillərin bazar dəyərinin müəyyən edilməsi üçün müqayisəli yanaşma aparıldıqda, internet saytlarında yerləşən mənzillərin bazar dəyərinin “xxxx” MMC tərəfindən verilmiş rəyə uyğun qiymətlər olmasıǝmüəyyənǝedilmişdir.ǝ

13. Buna görə də məhkəmə hesab etmişdir ki, xxxx MMC tərəfindən verilmiş rəy mötəbərǝsübutǝhesabǝedilir.

14. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi xüsusi mülkiyyətǝhüququǝüzrəǝiddiaçıǝİddiaçıǝİsrafilǝoğlunaǝməxsusdur.ǝ

15. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh himayəsində azyaşlı uşaqları yoxdur,övladları yetkinlik yaşına çatmışdır, onun tələb etdiyi 35.000-40.000 manat kompensasiya məbləği ağlabatan deyildir. Təklif olunan 10.000 manat məbləğ isə ona müəyyənǝmüddətəǝbaşqaǝyerdəǝyaşamaqǝimkanıǝverəǝbilər.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, 60cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli Qərarına , Mülki Məcəllənin 228.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.ǝ

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini vəǝiddiaǝtələbininǝtəminǝedilməməsiǝbarədəǝqətnaməǝqəbulǝedilməsiniǝxahişǝetmişdir.ǝ

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsi tərəfindən *(***)-****/**** nömrəli mülki iş üzrə aparılmış icraat zamanı məhkəməyə məlum idi ki, onun və övladlarının Bərdə şəhəri İ.Qayıbov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməklərinə dair Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi və həmin qətnamənin icrasının təmin edilməsi üçün 2025-ci ilin aprel ayında verilmiş məhkəmənin icra sənədi vardır, lakin nə o, nə də övladları Zeynəb və Hüseynin sözügedən evə köçürülməkləri Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən qanunsuz olaraq təmin edilmir. Odur ki, məhkəmə *(***)-****/**** nömrəli iş üzrə icraat zamanı ilk növbədə onun və övladlarının hansı səbəbdən sözügedən evə köçürülməklərinin səbəblərini, evdən istifadə edib-etmədikləri aydınlaşdırmalı, məhkəmə qətnaməsinin və onun əsasında verilmiş icra sənədinin 7 aydan çox müddət ərzində qəsdən icra etdirilməməsində təqsirli olan vəzifəli şəxslərin dairəsini müəyyənləşdirərək Azərbaycan Respublikası MPM-nin müvafiq maddəsinə əsasən Xüsusi qərardad çıxararaq aidiyyatı üzrə göndərməli, onun və övladlarının məhkəmə qərarına əsasən köçürülməli olduğları evə köçürülmədikləri beləliklə də, evdən istifadə etmədikləri müəyyən olunduğuna görə məhkəmə *(***)-****/**** nömrəli mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməli idi. Məhkəmə həmin qərardadı qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 129cu maddəsinin İ və II hissələrini tətbiq etməklə öz qərardadını əsaslandırmalı idi. Təəssüf ki, Bərdə Rayon Məhkəməsi bunu etməmişdir. Həmçinin, məhkəmə nəzərə almamışdır ki: 1. İcra edilməmiş vəziyyətdə qalan ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnamə Dövlətin- Azərbaycan Respublikasının adından çıxarılmış qətnamədir və onun icra olunmaması ilk növbədəǝDövlətəǝvəǝonunǝAliǝqanunuǝolanǝKonstitusiyayaǝhörmətsizlikǝdeməkdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiyaǝşikayətinəǝqarşıǝetirazǝdaxilǝolmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçı İddiaçı İsrafil oğlu ilə əlaqə saxlayıb kompensasiya məbləği ilə razılaşdırmaqla, cavabdehə 12.000 manat kompensasiya ödənilmək şərti ilə onun Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37a ünvanında yerləşən fərdi yaşayış evi üzərində istifadə hüququna xitam verilməsi haqqında qətnaməǝqəbulǝedilməsiniǝxahişǝetmişdir.

21. Məhkəmənin iclasında iştirak edən cavabdeh apellyasiya şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh həmin evdə uzun müddət yaşayıb, 3 ildir ki, artıq oradaǝyaşamır.ǝKompensasiyaǝüçünǝ45000ǝmanatǝtələbǝetdi.

Tətbiq edilən hüquq

22. AzərbaycanǝRespublikasınınǝMülkiǝMəcəlləsi:

Maddəǝ152.ǝMülkiyyətǝhüquqununǝanlayışıǝvəǝməzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kımı sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunanǝhüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrim hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir,ǝartım,ǝbəhər,ǝtörəməǝşəklindəǝvəǝbaşqaǝformalardaǝolaǝbilər. Maddəǝ157.ǝMülkiyyətinǝmüdafiəsi. 157.2. Mülkiyyətçiǝözgəsininǝqanunsuzǝsahibliyindənǝözǝəmlakınıǝgeriǝtələbǝedəǝbilər.

157.3. Maddəǝ158.ǝMülkiyyətçiǝolmayanǝşəxslərinǝhüquqları. 158.1. Mülkiyyətǝhüququǝiləǝyanaşıǝaşağıdakılarǝdaǝəmlakǝhüquqlarıǝsayılır: 158.1.2. əmlakdanǝistifadəǝhüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçiǝtərəfindənǝpozulmaqdanǝmüdafiəǝedilir.

Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam veriləǝbilər.

23. AzərbaycanǝRespublikasıǝKonstitusiyası M a d d ə 1 3 . ǝ Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənǝmüdafiəǝolunur. M a d d ə 2 9 . ǝ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlükǝverilmir.ǝMülkiyyətǝhüququ,ǝoǝcümlədənǝxüsusiǝmülkiyyətǝhüququǝqanunlaǝqorunur.

24. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası KonstitusiyaǝMəhkəməsiǝPlenumununǝ##ǝ########ǝ2007-ciǝilǝtarixliǝqərarı: Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsiǝüçünǝdahaǝimtiyazlıǝhüquqiǝrejimǝyaradır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”ǝ##ǝ####ǝ2016-cıǝilǝtarixliǝQərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianınǝpredmetinəǝdaxilǝdeyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq,ǝkompensasiyanın məbləğini bazar qiymətinəǝuyğunǝolaraqǝmüəyyənǝetməlidir.ǝ Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinəǝdairǝrazılığınıǝnəzərəǝalmalıdır.

26. AzərbaycanǝRespublikasınınǝMülkiǝProsessualǝMəcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadəǝetməlidir.ǝ Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutǝetməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməǝüçünǝqabaqcadanǝmüəyyənǝedilmişǝqüvvəsiǝyoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəǝmütənasibǝolaraq işdə iştirakǝedənǝşəxslərəǝaidǝedilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarlaǝəsaslandırır.ǝ Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsindəǝgöstərməlidir. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq,ǝməhkəməninǝmaddiǝvəǝprosessualǝhüquqǝnormalarınaǝriayətǝetməsiniǝyoxlayır. Maddəǝ384.0.3.ǝApellyasiyaǝinstansiyasıǝməhkəməsiǝqətnaməniǝdəyişdirəǝbilər. Maddə 392.2. Apellyasiya ǝşikayəti təmin edilmədikdəǝ vəǝ ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərəǝ əsasən ǝşikayətin təmin edilmədiyiniǝvəǝyaxudǝqətnaməninǝdəyişdirildiyiniǝgöstərməyəǝborcludur.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddiǝvəǝprosessualǝhüquqǝnormalarınaǝriayətǝetməsiniǝyoxlayır.

28. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və cavabdeh tərəfindən apellyasiya şikayətindəǝqətnaməǝbütövlükdəǝmübahisələndirildiyindənǝqətnaməninǝəsaslığıǝtamǝyoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ödənilməli olan kompensasiyanın məbləği hissəsində dəyişdirilməli, iddiaǝtələbiǝqismənǝtəminǝedilməlidir.ǝ

30. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı İsrafil oğlunun qardaşı ilə rəsmi nikah münasibətində olmuş, daha sonra aralarında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan ##.##.2006-cı il təvəllüdlü X3 anasının himayəsində saxlanılmışdır. Cavabdeh ailə münasibəti qurduğu zamandan bəri mübahisə predmeti olan fərdi yaşayış evində yaşamışdır. Bərdə Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh ## ###### 2006-cı il təvəllüdlü X3 ilə birlikdə Bərdə rayon İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddiaçı X1 Bərdə rayon, İ.Qayıbov küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## ####### 2024-cü il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin mülki kollegiyasının ## ##### 2025ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin ## ####### 2024-cü il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədənǝsaxlanılmışdır.ǝ

31. İşin hallarından müəyyən edilir ki, cavabdehin mübahisəli evə istifadə hüququ məhkəməǝaktıǝəsasındaǝyaranmışdır.ǝ

32. İş materiallarına əlavə olunmuş ##.##.2024-cü il tarixli çıxarışdan görünür ki, Bərdə şəhər İ.Qayıbov küçəsi ev 37 A saylı (yeni qaydalarla Bərdə şəhəri İ.Qayıbov küçəsi giriş 71) ünvanda yerləşən ümumi sahəsi 210.5 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimiǝqeydəǝalınmışdır.ǝ

33. İddiaçı hazırkı tələbində mülkiyyətində olan Bərdə şəhər İ.Qayıbov küçəsi ev 37 A saylı (yeni qaydalarla Bərdə şəhəri İ.Qayıbov küçəsi giriş 71) ünvanda yerləşən ümumi sahəsi 210.5 kv.m olan fərdi yaşayış evindən cavabdehin kompensasiya verilməklə istifadə hüququna xitamǝverilməsiniǝxahişǝedir.

34. Kollegiya qeyd edir ki, istinad edilmiş maddi hüquq normalarına görə cavabdehin iddiaçının mülkiyyətində olan evdən istifadə hüququna yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam veriləǝbilər.

35. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı iləǝişǝüzrəǝməhkəmə-qiymətləndirməǝekspertizasıǝtəyinǝedilmişdir.

36. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, CVN/M**-***/** nömrəli rəyinə əsasən ümumi sahəsi 210.5 kvm, torpaq sahəsi 0.06 ha olan, Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37a ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 76.000,0 manat, ümumi sahəsi 210.5 kvm, torpaq sahəsi 0.06 ha olan, Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37a ünvanında yerləşən fərdi yaşayış evi ilə analoji evin orta aylıq kirayə qiymətinin 420,0 manat təşkil etdiyi müəyyənǝolunmuşdur.ǝ

37. Kollegiya qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən kompensasiyanın məbləği müəyyən edilərkən məhkəmələr tərəfindən mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə oxşar şəraitə malik olan yaşayış sahəsində üç illik müddət daxilindəǝyaşamaqǝimkanıǝnəzərəǝalınır.ǝ

38. Ekspert rəyi nəzərə alındıqda həmin məbləğ 15.120 manat (36 ay x 420 manat) təşkil edir. Hazırda iddiaçı tərəf 12.000 manat məbləğində kompensasiya ödəməyə razı olduğunuǝməhkəməǝkollegiyasınaǝbildirmişdir.ǝ

39. Məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini və iddiaçının təklifini nəzərə alaraqǝhesabǝedirǝki,ǝhazırdaǝtəklifǝedilənǝ12.000ǝmanatǝkompensasiyaǝməbləğiǝədalətlidir.ǝ

40. Kollegiya cavabdehin kompensasiya qismində tələb etdiyi 45.000 manat pul vəsaitinə münasibətdə qeyd edir ki, həmin məbləğ ağlabatan və evin bazar dəyərinə mütənasib deyildir. Belə ki, fərdi yaşayış evinin bazar dəyəri müvafiq rəyə əsasən, 76.000 manat müəyyən edilmiş, belə olan halda isə cavabdehin tələb etdiyi məbləğ mənzilin real bazar dəyərinin ½ hissəsindənǝartıqǝməbləğiǝtəşkilǝedir.ǝ

41. Şərh olunanlara müvafiq olaraq, məhkəmə kollegiyasının mövqeyinə əsasən, Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya ödənilməsi hissəsində dəyişdirilməli, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh iddiaçı İddiaçı İsrafil oğlu tərəfindən 12.000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37a ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitamǝverilməlidir.

42. Bununla yanaşıǝməhkəmə kollegiyası hesab edir ki, kompensasiya olaraq cavabdehə 12.000 manat vəsaitin ödənilməsi ilə onun iddiaçının mülkiyyətində olan evdən istifadəǝhüquqlarınaǝxitamǝverilməsiǝeyniǝvaxtdaǝicraǝedilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəməǝkollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh 10.000 (on min) manat məbləğində kompensasiya ödənilməsi hissəsində dəyişdirilsin, iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı İsrafil oğlu tərəfindən 12.000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37a ünvanında yerləşənǝfərdiǝyaşayışǝevindənǝistifadəǝhüququnaǝxitamǝverilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı İsrafil oğlu tərəfindən 12.000 manat məbləğində kompensasiya ödənilməsi ilə onun iddiaçının mülkiyyətində olan Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37a ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilsin. Qətnaməǝqalanǝhissədəǝdəyişdirilmədənǝsaxlanılsın. İddiaǝqalanǝhissədəǝtəminǝedilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiyaǝşikayətiǝveriləǝbilər. Qətnamədən şikayət verilməmişdirsə,ǝqətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydadaǝverildiyiǝgündənǝ2ǝayǝkeçdikdənǝsonraǝqanuniǝqüvvəyəǝminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar